Məhkəmə qərarları › İş №2(102)-4901/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4901/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4901/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdehlər "Cavabdeh3" MMC, Cavabdeh2, Cavabdeh1,Xnin Xinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi, zərərin əvəzinin ödənilməsi və s.) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” KM-nin vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili X oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli q ətnaməsindən iddiaçı “xxxx” KM tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə ünvan 1 ünvanda (əmlak kompleksində) yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 30,5 kv.m qeyri-yaşayış sahəsi ilə bağlıdır. İddiaçı sonradan həmin əmlak kompleksinin daşınmaz əmlakın dövlət reyestrində cavabdeh şəxslərin adına qeydə alındığını və söküldüyünü, bununla da özünün mülkiyyət hüquqlarının pozulduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. "xxxx" Kiçik Müəssisəsi iddia ərizəsi və iddia həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına verilən RX seriyalı ******* saylı xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "Cavabdeh3" MMC-dən müştərək qaydada iddiaçı kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya məxsus 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri, üçün 4.000 manat olmaqla ümumilikdə 122.000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74.000 manat məbləğin maddi zərərin, 100.000 manat isə mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Kiçik Müəssisəsi (KM) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxx 1994-cü il tarixində dövlət qeydiyyatına alınmış, qeydiyyata alındığı dövrdən etibarən müəssisə əsas olaraq tipoqrafıya fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 1997-ci il tarixdə “xxxx” Dövlət Şirkətinin Qazan Mexaniki Zavoduna məxsus Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 30,5 kv.m. qeyri-yaşayış sahəsinə dair X5 Verilməsi İdarəsi ilə “xxxx” KM arasında icarə müqaviləsi bağlanmışdır. ƏMDK-nın xx xxxxxx 1998-ci il tarixli 114 saylı sərəncamına əsasən ünvan 3 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəs ində yerləşən 30.5 kv.m. qeyriyaşayış sahəsinin qiymətləndirilərək icarəçi "xxxx" KM-yə 100% dəyəri ilə satın alınmaq üçün təklif edilməsi, icarəçi "xxxx” KM-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsini almağa razılıq verdikdə 30.5 kv m. qeyri-yaşayış sahəsinin 100% dəyəri ilə ona satılması, kiçik müəssisənin icarəyə götürülmüş qeyri-yaşayış sahəsini almağa razılıq verdiyi halda onunla Dövlət Əmlak Komitəsi arasında alqı-satqı müqaviləsinin bağlanması, icarə obyektinin özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlandığı halda, icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən ƏMDK ilə “xxxx” KM arasında xx xxxx 1998-ci il tarixli 151 saylı icarəyə verilmiş müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanmış, qeyri-yaşayış sahəsi müəssisə tərəfindən dəyəri tam ödənilməklə satın alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən qeyriyaşayış sahəsinə iddiaçının adına 01506 saylı xx xxxx 1998-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə verilmişdir. Daha sonradan “xxxx” KM-nin yerləşdiyi həmin ərazidəki torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan bütün tikililər (qeyri-yaşayış sahələri və yardımçı tikililər) “xxxx” Dövlət Şirkətinin Qazan Mexaniki Zavodunun bazasında “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair dövlət proqramı”na uyğun olaraq yaradılmış “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. “xxxx” ASCnin səhmdarlarının xx xxxxxx 2008-ci il tarixli ümumi yığıncağının qərarı ilə ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilmiş və xx xxxxxx 2009-cu il tarixində reyestr sis temində ləğv haqqında müvafiq qeydiyyat aparrlmaqla hüquqi şəxs statusu itirilmiş hesab edilmişdir. “xxxx” KM tərəfindən 2013-cü il tarixində mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin naməlum şirkət tərəfindən söküldüyünə dair hüquq mühafizə orqanlarına müvafiq ərizələrlə müraciət edilmiş, Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərarda kiçik müəssisəyə aid qeyri-yaşayış sahəsinin fiziki şəxslər tərəfindən başqa hüquqi şəxslərə satıldığı müəyyən edilmişdir. Belə ki, xx xxxxxx 2016-cı il tarixli qərarda cavabdehlərdən Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsi olaraq öz izahatını vermiş Nümayəndə3 izahatında xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Ni zami rayonu, Əlişir Nəvai küçəsi 1 ünvannda mülkiyyətdə olan 4,5414 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 644,5 kv.m. olan əmlak kompleksinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən “xxxx” MMC-nə satıldığı bildirilmişdir. Çox maraqlı haldır ki, 10 manatlıq nizamnamə kapitalı ilə xx.xx.2012-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi dövlət qeydiyyatına alınmış “xxxx” MMC qeydiyyata alındığı tarixdən cəmi 14 ay sonra xx xxxxxx 2012-ci il tarixində 4.000.000 manat məbləğində torpaq və daşınmaz əmlakın alqı-satqısmı həyata keçirtməklə əmlak mülkiyyətçisi olur və tam bir il sonra isə cavabdehlərdən Cavabdeh3 MMC-yə qoşulmaq barədə qərar qəbul edilməklə öz hüquqi mövcudluğuna son verir. 2014-cü ilin yanvar ayında “xxxx” MMC "Cavabdeh3” MMC-yə qoşulması nəticəsində ləğv edilmiş və həmin əmlak Cavabdeh3 MMC-nin mülkiyyətinə keçmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx” ASC hüquqi şəxs olaraq ləğv edildikdən sonra səhmdar cəmiyyətin mülkiyyətində olan ünvan 3 ünvanındakı 4,5414 ha torpaq sahəsində yerləşən 14.644,5 kv.m. olan əmlak kompleksi Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə keçmiş, xx xxxxxx 2012-ci il tarixində çıxarış verilmiş,.bundan dörd gün sonra, xx xxxxxx 2012-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən birgə mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan 4.5414 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 14.644,5 kv.m. olan əmlak kompleksi kimi müəssisə “xxxx” MMC-yə 4.000.000 manata satılmışdır. Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx xxxxxx 2012-ci il tarixində həmin ərazidə yerləş ən daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanarkən alqı-satqı predmeti olan 14.644,5 kv.m-lik əmlak kompleksi kimi müəssisənin 30,5 kv.m-lik hissəsinin “xxxx” KM-yə aid olduğu bilinirdi. Belə ki, ASCnin əsas səhmdarları olan bu iki şəxsdən başqa digər əsas səhmdarlar və ASC-nin səlahiyyətlisi Firdovsi Vəliyev ilə də həmin 30,5 kv.m-lik sahənin alqı-satqısı haqqında daha əvvəlcə kiçik müəssisənin rəhbərliyi tərəfindən dəfələrlə danışıqlar aparılmışdı. "Cavabdeh3 MMC tərəfindən hüquqi varis olaraq həmin əraziyə xx xxxx 2014-cü il tarixində aldığı çıxarışda Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi 1 ünvanında yerləşən ərazidəki torpaq sahəsinin ümumi ölçüsü 4,5414 ha təşkil edirdi. Ancaq əvvəlki çıxarışlardan fərqli olaraq həmin ərazidəki torpaq sahəsinin üzərində yerləşən 14.644,5 kv.m-lik əmlak kompleksi kimi müəssisə artıq mövcud deyildi. “xxxx’" MMC və ya onun hüquqi varisi Cavabdeh3 MMC tərəfindən sökülmüşdü. Belə ki, torpaq sahəsi üzərindəki bütün tikililər sökülən zaman “xxxx” KM-yə aid 30,5 kv.m-lik qeyri-yaşayış sahəsi də digər tikililər kimi cavabdeh “Cavabdeh3"’ MMC tərəfindən sökülmüş və beləliklə kiçik müəssisənin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.Mirzəyev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-161/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələb irəli sürdüyü cavabdehlər həmin iddiaya cavab verməli olan şəxslər deyil. Məhkəməyə təqdim olunan sübutlar iddianın qismən və ya tam olaraq təmin olunması üçün kifayət etmir. b) Apely asiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) xx xxxx 2020-ci il tarixli, 2(103)-1071/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək, apelyasiya instansiya məhkəməsində müəyyən edilən hallar və sübutlar əsasında iddia tələbinin t am təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsində "İşdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan əmlakı 2012-ci ildə "xxxx" MMC-yə satmış, əmlak xx.xx.2013-cü il tarixində sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bununla da Cavabdeh2 və Cavabdeh1 adına verilən RX seriyalı ******* saylı xx xxxxxx 2012-ci tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həmin tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Hal-hazırda əmlakın əvvəlki mülkiyyətçilərinin adlarına verilmiş çıxarış mövcud olmadığından iddia çıxarışın ləğvi hissəsində əsassızdır və haqlı olaraq işə baxan məhkəmə tərəfindən təmin edilməmişdir." deyə qeyd olunmuşdur. Əvvəla, məhz cavabdehlərdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışda qeyd olunan əmlak kompleksi kimi müəssisə iddiaçının adına mövcud olan mülkiyyət hüququ haqqında şəhadətnamədə qeyd edilən sahə ilə üst-üstə düşdüyü üçün iddia tələbi həmin çıxarışın ləğv edilməsi və onun hüquqi nəticəsi olan digər hüquqi əqdlərin ləğv edilməsi ilə bağlı olmalı idi. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilən bu xüsusatın heç bir hüquqi əsası yoxdur. Hər nə qədər həmin torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə sökülsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mülkiyyət haqqında şəhadətnamədə mübahisəli 30,5 kv.m-lik qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçə si 1 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi qeyd olunmuşdur. Məhkəmənin məntiqinə əsasən əgər çıxarış əsasında alqı-satqı həyata keçirilibsə, o zaman çıxarış ləğv edilməməlidir? Bu yanaşmanın özü absurd bir yanaşmadır. Əgər mülkiyyət hüququ haqqında çıxarış başqa mülkiyyətçinin mülkiyyət hüquqları pozularaq verilibsə, o zaman həmin çıxarışın ləğv edilməsi ilə bağlı tələb heç vaxt əsassız sayıla bilməz. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 adına xx xxxxxx 2012-ci il tarixində verilmiş birgə mülkiyyət haqqında çıxarışda da əmlak kompleksi kimi müəssisənin ərazisində inzibati bina və mexaniki yığma sexinin 2 mərtəbəli olması qeyd edilmişdir. Yəni bu mübahisəli qeyri-yaşayış sahəsi ya inzibati binada ya da mexaniki yığıma sexində mövcud olmalı idi. Çünki əmlak kom pleksi kimi müəssisədə ancaq bu iki yer iki mərtəbədən ibarət idi. Əgər iddiaçıya xx.xx.1998-ci il tarixində verilən mülkiyyət hüququ haqqında şəhadətnamədə həmin sahənin 2 mərtəbəli binada yerləşdiyi qeyd olunmasa idi, o zaman bəlkə bu məsələ ilə bağlı bir sual yarana bilərdi. Ancaq mülkiyyət hüququ haqqında şəhadətnamədə bu xüsusat açıq-aşkar qeyd olunmuşdur. Bundan əlavə Nizami rayon məhkəməsi tərəfindən göndərilən sorğuya cavab olaraq da Azərbaycan Respublikası X6 Komitəsinin xx xxxxxxxx 2019-cu il tarixli **********23 saylı məktubunda da qeyd olunmuşdur ki, "xxxx" Kiçik Müəssisəsinin nümayəndələrinin verdiyi şifahi məlumata əsasən onlara məxsus olmuş qeyri-yaşayış sahəsi iki mərtəbəli binanın otaqlarından biri olmuşdur. Mütəxəssislər tərəfindən "xxxx" kiçik müəssisəsinin nümayəndələri nin iştirakı ilə əraziyə texniki baxış keçirilmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi iddia edilən iki mərtəbənin söküldüyü və yerində yeni bina inşa edildiyi müəyyən olunmuşdur. "xxxx" Kiçik Müəssisəsinə məxsus olmuş 30,5 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi iddia olunan iki mərtəbəli bina sökülərək yerində yeni binanın tikintisi işləri aparıldığından qeyri-yaşayış sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Çox maraqlı haldır k, bu xüsusat hər iki instansiya məhkəməsində bildirildiyi halda heç bir məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya məhkəməsnin qətnaməsində iddiaçının təqdim etdiyi sübutların məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarla uzlaşmadığını, X6 Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxx 2019-cu il tarixli sorğuya cavab məktubunda kiçik müəssisənin adına mübahisəli qeyri-yaşayış sahəsinə dair 010506 saylı xx xxxx 1998-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin verildiyini qeyd etmişdir. Həmçinin həmin qətnamədə ünvan 4 ünvanın hüquqi vəziyyəti, həmin ərazidə yerləşən torpaq sahəsi və qeyri-yaşayış sahəsi barədə DƏDRX-ə sorğu verildiyini, bu sorğuya verilən cavab əsasında mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydyyatından keçmədiyi, onun mülkiyyətində olmadığı, iddiaçının cavabehin faktiki istifadəsində olan mübahisəli sahənin onun balansında olan sahə olduğunu sübuta yetirə bilmədiyini qeyd etmişdir. Əvvəla, məhkəmə qətnaməsində mübahisəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçməsi ilə bağlı qeyd edilənlə rin heç bir hüquqi əsası yoxdur. Belə ki, DƏDRX tərəfindən sorğuya verilən cavabda iddiaçı "xxxx" Kiçik Müəssisəsinin adına ünvan 5 ünvanda yerləşən 30,5 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 010506 nömrəli xx.xx.1998-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyi bildirilmişdir. Yəni DƏDRX tərəfindən verilən cavabda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququnun mövcudluğu təsdiq edilmişdir. Ən azından qətnaməni qəbul edən apellyasiya instansiyası məhkəməsinin hakiminin AR Mülki Məcəlləsinin 139-1-ci maddəsinin tələblərini bilməməsini düşünmək doğru olmazdı. Belə ki, AR Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsin in dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Məcəllənin 139-1-1-ci maddəsinin tələblərinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqas ına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən maddənin tələblərindən də göründüyü kimi 2006-cı ilin iyul ayının 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəhadətnamələr mülkiyyət hüququnun yarandığını, həmin hüquq barəsində sərəncam verilməsi üçün əsas olan sənəd hesab edilməkdədir. İşdə olan materiallardan da göründüyü kimi iddiaçı "xxxx" Kiçik Müəssisəsinə qeyri-yaşayış sahəsinə dair 010506 saylı şəhadətnamə xx xxxx 1998-ci il tarixində verilmişdir ki, bu tarix də xx xxxx 2006-cı il tarixindən əvvəlki dövrə təsadüf edir. Həmçinin, iddiaçının adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmaması ilə bağlı məhkəmə qətnaməsində qeyd edilənlərin əksinə iddiaçının həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ 05.06 1998-ci il tarixində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində 25 saylı reyestr kitabının 36-cı səhifəsində qeydiyyat nömrəsi 10506 olmaqla dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, cavabdehlərdən "Cavabdeh3" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 istər Nizami Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli qərarı qəbul edilərkən verdiyi izahatda, istərsə də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatda (məhkəmədə verdiyi izahata dair xüsusatlar iclas protokolunda mövcuddur) iddiaçıya aid qeyri-yaşayış sahəsinin də yerləşdiyi əmlak kompleksi kimi müəssisədə heç bir söküntü işlərinə başlanmamışdan əvvəl iddiaçı "xxxx" Kiçik Müəssisəsinin t əsisçilərindən X1 cavabdehlərdən "Cavabdeh3" MMC-nin zavod ərazisində olan nümayəndələri ilə görüşdüyünü və zavouun inzibati binasında olan 30,5 kv.m-lik iki otağın iddiaçıya məxsus olmasını təsdiq edən sənədləri onlara göstərdiyini bildirmişdir. Həmçinin nümayəndə apellyasiya məhkəməsində verdiyi izahatda bundan sonrakı gün Nümayəndə3 və X2 Adili görüşə dəvət etdiyini və görüş zamanı həmin 30,5 kv.m-lik iki otaq üçün Fətullayev Adilə 20.000 (iyirmi min) ABŞ dolları təklif edildiyini (o vaxtki məzənnə ilə 15.000AZN), lakin Fətullayev Adil bu pula heç bir yerdə uyğun qeyri-yaşayış sahəsi almağın mümkün olmadığını onların nəzərinə çatdırdığını və təklif olunmuş məbləğdən imtina edildiyini bildirmişdir. Çox maraqlı haldır ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya insta nsiyası məhkəməsində olan araşdırmalar zamanı cavabdeh "Cavabdeh3" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 "madam ki, bu gün mübahisəli qeyri-yaşayış sahəsinin həmin əraziyə düşmədiyini, həmin ərazidə heç bir sahəmizin olmadığını iddia edirsiniz, o zaman niyə iddiaçı kiçik müəssisənin tasisçilərindən olan X3 və Vəliyev Firdovsinin görüşmək üçün biraraya gətirirsiniz" sualına nə "Cavabdeh3" MMC-nin nümayəndəsi, nə də digər cavabdehlərin nümayəndələri cavab verə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” KM-nin vəkili Nümayəndə1, kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

12. Məhkəm ə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Piriyev Şahin Nurəddin oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsu bdur.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərə kətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi iş mate riallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 25. “xxxx” KM “xxxx” Dövlət Şirkətinin Qazan Mexaniki Zavoduna məxsus olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşən 30,5 kv.m qeyri-yaşayış sahəsini əvvəllər icarə əsasında istifadə etmiş, AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx xxxx 1998-ci il tarixli müqavilə ilə satın almış və xx.xx.1998-ci il tarixdə həmin qeyri yaşayış sahəsinə şəhadətnamə almışdır. ünvan 6 ünvanda 4.5414 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 14644.5 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinə Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Daha sonra Cavabdeh1 və Cavabdeh2 ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqav iləsi ilə onlar ünvan 6 ünvanda 4.5414 ha. torpaq sahəsində yerləşən ümumi sahəsi 14644.5 kv.m olan 2 mərtəbəli qeyr-yaşayış sahəsini “xxxx” MMC-yə satmışlar, qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdən “xxxx” MMC-nin xüsusi mülkiyyətindədir. xx.xx.2014-cü il tarixdə xx.xx.1996-cı ildə qeydiyyata alınmış Cavabdeh3 MMC “xxxx” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisi olmuşdur. ünvan 6 ünvanda 4.5414 ha torpaq sahəsinə Cavabdeh3 MMC-nin xüsusi mülkiyyət hüququ xx.xx.2014cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

26. Azərbaycan Respublikası X6 Komitəsinin xx xxxxxxxx 2019cu il tarixli məktubunda qeyd olunur ki, “xxxx” KM nümayəndələrinin verdiyi şifahi məlumata əsasən onlara məxsus olmuş qeyriyaşayış sahəsi iki mərtəbəli binanın otaqlarından biri olm uşdur. Mütəxəssislər tərəfindən “xxxx” KM nümayəndələrinin iştirakı ilə əraziyə texniki baxış keçirilmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi iddia edilən ikimərtəbənin söküldüyü və yerində yeni bina inşa edildiyi müəyyən olunmuşdur. “xxxx” KM-yə məxsus olmuş 30,5 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi iddia olunan iki mərtəbəli bina sökülərək yerində yeni binanın tikintisi işləri aparıldığından qeyriyaşayış sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır.

27. İşdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan əmlakı 2012-ci ildə “xxxx” MMC-yə satmış, əmlak xx.xx.2013cü il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bununla da Cavabdeh2 və Cavabdeh1 adına verilən RX seriyalı ******* saylı xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həmin tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Hal-hazırda əmlakın əvvəlki mülkiyyətçilərinin adlarına verilmiş çıxarış mövcud olmadığından iddia çıxarışın ləğvi hissəsində əsassızdır və haqlı olaraq işə baxan məhkəmə tərəfindən təmin edilməmişdir.

28. İddiaçının digər tələbləri Cavabdeh2 və Cavabdeh1 əmlakı digər şəxsə satarkən qanun pozuntusuna yol verilib-verilməməsindən irəli gəldiyindən, həmin tələblərə qiymət verilərkən məhz bu məqam araşdırılmalıdır. İşdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 mübahisəli qeyriyaşayış sahəsini “xxxx” MMC-yə satarkən əmlak üzərində hər hansı yüklülük mövcud olmamışdır. Bu fakt Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11/ 37078 saylı xx.xx.2012-ci il tarixli arayışla təsdiq olunur. “xxxx” MMC əmlakı əldə edərkən onun adı çəkilən şəxslərin mülkiyyətində olduğunu bilmiş və qanuni əsaslarla əmlakı mülkiyyətinə qəbul etmişdir. Ona görə də cavabdehlərin iddiaçıya məxsus olan əmlakın sökülməsində və iddiaçıya maddi və mənəvi zərər vurulmasında cavabdeh hesab edilməsinin hüquqi əsası yoxdur.

29. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci və 157.8-ci maddələrinə istinadən qeyd etmişdir ki, həmin normaların dispozisiya şərtlərinə əsasən, hazırkı iddianın təmin olunması üçün iddiaçı, mübahisəli sahənin onun balansında olduğunu və cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etməlidir. İddiaçının təqdim etdiyi sübutlar isə məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarla uzlaşmamışdır. Belə ki, X6 Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubunda kiçik müəssisənin adına mübahisəli qeyri-yaşayış sahəsinə dair 010506 saylı, xx.xx.1998ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyi qeyd edilmişdir.

30. Lakin DƏDRX-nin məhkəməyə təqdim etdiyi məlumat və sənədlərdən görünür ki, ünvan 5 ünvanda (52814,4 kv.m olan torpaq sahəsində) yerləşən əmlak kompleksi Cavabdeh1 və Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmiş, X4 xx.xx.2011ci il tarixli alqı-satqı müqaviləsi əsasında 57.1, 47.6, 34,8, 66,6, 95.6 kv.m tikililəri adı çəkilən şəxslərdən almış, Yaşar Qurbanova aid hissəyə yeni ünvan verilmiş, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə 4,5414 ha torpaq sahəsi isə özəlləşdirilmiş, xx.xx.2012-ci ildə isə Cavabdeh1 və Cavabdeh2 əmlak kompleksi kimi müəssisəni və torpaq sahəsini “xxxx” MMC-yə satmışlar, əmlak halhazırda Cavabdeh3 MMC-nin mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçməmiş, onun mülkiyyətində olmamışdır.

31. Beləliklə iddiaçı cavabdehin faktiki istifadəsində olan mübahisəli sahənin onun balansında olan sahə olduğunu sübuta yetirə bilməmişdir.

32. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "Cavabdeh3" MMC-dən müştərək qaydada iddiaçı kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya məxsus 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri, üçün 4.000 manat olmaqla ümumilikdə 122.000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74.000 manat məbləğin maddi zərərin, 100.000 manat isə mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi hissəsi tələbin əsas hissəsindən irəli gələrək onun nəticəsindən də birbaşa asılı olduğundan əsassızdır.

33. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi əmlak kompleksinin daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına qeydə alınmasının əsası (özəlləşdirmə, mülki hüquqi əqd və s.) mübahisələndirilmədən və etibarsız sayılmadan cavabdehlə rə verilmiş çıxarışların ləğv edilməsi tələbi əsaslı sayıla və təmin edilə bilməz.

34. Bundan əlavə, cavabdehlərin iddiaçı qarşısında maddi zərərə görə məsuliyyət daşımaları üçün onların ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliklərinin olması sübuta yetirilməlidir. Mübahisəli daşınmaz əşyanı əldə etmiş cavabdehlərin iddiaçı qarşısında belə öhdəliklərinin olmasına dair sübutlar təqdim edilməmişdir.

35. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Məhkəmə kollegiyası iş üzrə xüsusi qərar çıxarılmasına əsas ola biləcək halların aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, bu barədə iddiaçının vəsatəti təmin olunmamalıdır. Bununla belə, tərəfin cinayət təqibinin aparılması üçün aidiyyəti istintaq orqanına müraciət etmək hüququ istisna edilmir.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” KM-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Xüsusi qərardad çıxarılmasına dair vəsatət təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar