Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4902/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı MMC-nin Cavabdeh Məzahir oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4902/21 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(107)367/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı MMC (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehdən əsas borca görə 55.193,87 manat, hesablanmış cəriməyə görə 6.181,71 manat olmaqla, cəmi 61.405,59 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə İddiaçı MMC qarşı qarşılıqlı iddia verərək, 170.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.İ.Xəlilov) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, cavabdehdən borca gör ə 55.193,87 manat, hesablanmış cəriməyə görə 1.000 manat olmaqla, cəmi 56.223,87 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə ilk iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında 15 oktyabr 2018-ci il tarixli “Anbarda saxlama müqaviləsi” bağlanıb və həmin müqavilənin şərtlərinə görə, qüvvədə olan saxlama normalarına riayət etməklə anbar sahibi kimi iddiaçı, mal sahibi cavabdehin təqdim etdiyi xurma meyvələrini saxlamağı öhdəsinə götürüb, mal sahibi kimi cavabdeh isə həmin xidmətlərin dəyərini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq vaxtında və tam ödənilməsini yerinə yetirməyi öhdəsinə götürüb. Tərəflər arasında eyni zamanda 15 oktyabr 2018-ci il tarixli “anbarda saxlama müqaviləsi”nin ayrılmaz tərk ib hissəsi olan 15 oktyabr 2018-ci il tarixli əlavə bağlanıb. Bundan sonra, 30 noyabr 2018-ci il tarixdə tərəflər arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli “anbarda saxlama” müqaviləsinə və müqavilənin 01 saylı əlavəsinin 1-ci bəndinə dəyişiklik edilib. 15 oktyabr 2018-ci il, 26 dekabr 2018-ci il və 07 yanvar 2019-cu il tarixli kassa mədaxil orderlərinə əsasən cavabdeh tərəfindən iddiaçının hesabına 15 oktyabr 2018-ci ildə 2.000 manat, 26 dekabr 2018-ci ildə 3.520 manat və 07 yanvar 2019-cu ildə 3.500 manat pul köçürülüb. Təhvil-təslim aktlarına əsasən cavabdeh, iddiaçının anbarında saxladığı 25.945 ədəd yeşik xurma meyvələrini keyfiyyət və kəmiyyət üzrə təhvil alıb, iddiaçı isə göstərilən tarixlərdə həmin malları keyfiyyət və kəmiyyət üzrə cavabdehə təhvil verib. Göründüyü kimi cav abdeh sözügedən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya ödənilməmiş 55.193,87 manat borcu yaranıb. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh qeyd olunan müqavilədə nəzərdə tutulmuş müddətdə xidmətlərin dəyərini ödəmədiyi üçün iddiaçıya cərimə ödəməyə borcludur. İddia olunan cərimənin azaldılaraq 1.000 manat müəyyən edilməsi iddiaçının əmlak mənafeyinə tam uyğundur. Həmçinin qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar yoxdur və cavabdeh tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 827, 830.1, 830.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və R.R.Rəfiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Ucar Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddianın təmin edilən, qarşılıqlı iddianın rədd olunan hissələrində dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıq lı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 827, 830.1, 830.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin baxılması üçün başqa apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Nizami Caniyev kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edi lməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksə k dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Həmin Məcəllənin 830.1-ci maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Həmin Məcəllənin 830.2-ci maddəsinə əsasən anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərcl ərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qay dasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, tərəflər arasında 15 oktyabr 2018-ci il tarixli “Anbarda saxlama müqaviləsi” bağlanıb və həmin müqavilənin şərtlərinə görə, qüvvədə olan saxlama normalarına riayət etməklə anbar sahibi kimi iddiaçı, mal sahibi cavabdehin təqdim etdiyi xurma meyvələrini saxlamağı öhdəsinə götürüb, mal sahibi kimi cavabdeh isə həmin xidmətlərin dəyərini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq vaxtında və tam ödənilməsini yerinə yetirməyi öhdəs inə götürüb. Tərəflər arasında eyni zamanda 15 oktyabr 2018-ci il tarixli “anbarda saxlama müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 15 oktyabr 2018-ci il tarixli əlavə bağlanıb. Bundan sonra, 30 noyabr 2018-ci il tarixdə tərəflər arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli “anbarda saxlama” müqaviləsinə və müqavilənin 01 saylı əlavəsinin 1-ci bəndinə dəyişiklik edilib. 15 oktyabr 2018-ci il, 26 dekabr 2018-ci il və 07 yanvar 2019-cu il tarixli kassa mədaxil orderlərinə əsasən cavabdeh tərəfindən iddiaçının hesabına 15 oktyabr 2018-ci ildə 2.000 manat, 26 dekabr 2018-ci ildə 3.520 manat və 07 yanvar 2019-cu ildə 3.500 manat pul köçürülüb. Təhvil-təslim aktlarına əsasən cavabdeh, iddiaçının anbarında saxladığı 25.945 ədəd yeşik xurma meyvələrini keyfiyyət və kəmiyyət üzrə təhvil al ıb, iddiaçı isə göstərilən tarixlərdə həmin malları keyfiyyət və kəmiyyət üzrə cavabdehə təhvil verib. Göründüyü kimi cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya ödənilməmiş 55.193,87 manat borcu yaranıb. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh qeyd olunan müqavilədə nəzərdə tutulmuş müddətdə xidmətlərin dəyərini ödəmədiyi üçün iddiaçıya cərimə ödəməyə borcludur. Həmçinin iddia olunan cərimənin azaldılaraq 1.000 manat müəyyən edilməsi iddiaçının əmlak mənafeyinə tam uyğundur və qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar yoxdur və cavabdeh tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmun u nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Mülki Məcəllənin 827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Həmin Məcəllənin 830.1-ci maddəsinə əsasən, əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Həmin Məcəllənin 830.2-ci maddəsinə əsasən, anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlar ının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, ilk iddianın qismən əsaslı və qarşılıqlı iddianın əsassız olması iş üzrə verilmiş ekspert rəyləri ilə də müəyyən olunur. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2020-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçıya məxsus soyuducu anbarının 24 saylı kameranın havalandırma sisteminə (hidrotermorejiminə) uyğun olaraq, üzərinə xurma meyvələri yığılmış poddonların ştabellərə yüklənməsi qaydasını izah edən məlumatların (cizginin, sxemin və s.) olmadığından konkret olaraq həmin kamerada nə qədər ölçüləri 600 x 400 x 100 mm olan yeşiklərin saxlanılmasının müəyyən edilməsi mümkün deyil. Ekspertizaya təqdim edilmiş iddiaçıya məxsus soyuducu anbarının texniki sənədlərində göstərilmişdir saxlanıla bilən hidrotermorejimini (nisbi rütubəti 90-95% olmaqla, 00C-(+1) 0C temperatur dərəcəsi arasında saxlanmaq mümkün olması) nəzərə aldıqda, tərəflər arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli anbarda saxlama müqaviləsinin 4.6-cı bəndinə əsasən iddiaçı təfindən qəbul edilmiş xurmanın müqavilədə göstərilən müddətdə həmin soyuducuda saxlanılması texniki cəhətdən mümkündür. Həmçinin tərəflər arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli “anbarda saxlama müqaviləsi”nin 3.2-ci bəndinə əsasən iddiaçı tərəfindən s axlanca qəbul edilib və mülki iş materiallarına əlavə edilmiş aktlara əsasən vizual baxışdan keçirilmiş xurmaların həmin soyuducuda (kamerada) nisbi rütubəti 90-95% olmaqla, 00C-(+1)0C temperatur dərəcəsi arasında 2-3 ay müddətində saxlanıla bilər. İddiaçıya məxsus soyuducu anbarının 24 saylı kamerada mübahisə dövrünə aid xurma mallarının saxlanılması hidrotermorejimi barədə (avtomatik olaraq qeydə alınmış) məlumatların olmadığından həmin zaman saxlama rejiminə (temperatur, nəmlik və s.) riayət olunub-olunmamasını müəyyən etmək mümkün deyil. Həmin Mərkəzin digər 18 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən, xurma bitkisi İkiləpəlilər sinifinə, Ebenakimilər fəsiləsinə aid olub Şərq xurması və ya Yapon xurması (Diospyros kaki L.) soyuducu kameralarda 0-+1 0 C temperatur və 85-90% nisbi r ütubət şəraitində saxlanılmalıdır. Bu şəraitdə sortdan asılı olaraq məhsul kamerada 2-3 ay müddətində saxlanıla bilər. Temperatur yüksəldikcə meyvələrin yetişməsi sürətlənir və saxlanma müddəti qısalır. Nisbi rütubətin 85%-dən aşağı olması şəraitində meyvələr qurumaqla qabıq qırışır. Nisbi rütubətin 90%-dan çox olduğu zaman isə üzəri kiflə örtülməklə çürüyür. Şərq xurması havada etilen qazının mövcudluğuna çox həssasdır. Bu səbəbdən saxlanma kameralarında xurma ilə qonşuluqda özündən etilen buraxan meyvələrin (alma, armud və s.) olmamasına diqqət yetirilməlidir. Yetişmə dövründə biokimyəvi proseslər fəal şəkildə baş verir və nəticədə meyvələrin kimyəvi tərkibində əhəmiyyətli dəyişikliklərə səbəb olur. Bəzi qurğularda saxlanma zamanı tənzimlənən hidrotermorejim avtomatik olaraq qeyd edilir. Əgər belə yazılı məlumat yoxdursa və saxlanmaya qoyulmuş məhsul mövcud deyilsə bu suala cavab verilməsi mümkün deyil. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, mal sahibi müqavilədə nəzərdə tutulmuş müddətdə xidmətlərin dəyərini ödəmədikdə, gecikdirilmiş hər gün üçün xidmətlərin dəyərinin 0,1 faiz miqdarında anbar sahibinə cərimə ödəyir və tərəflər arasında başqa razılaşma yoxdursa bu müqavilənin qüvvədə olma müddəti malların qəbul edildiyi tarixdən və mal sahibinin malların geri götürülməsi tarixinədək olan müddəti əhatə edir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iddia olunan cərimənin yuxarıda göstərilən məbləğdə tutulması cavabdehin əmlak mənafeyinə xələl gətirə bilər. Belə ki, cərimənin məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. İddiaçı müqavilə bağlayarkən iddia etdiyi cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutulub. Qeyd edilənləri rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, müqavilədən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Cavabdehin qarşılıqlı iddia tələbləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh, aqroparkda saxladığı xurma meyvələrini təhviltəslim aktlarına əsasən heç bir iddia və pretenziya vermədən, keyfiyyət və kəmiyyət üzrə iddiaçıdan təhvil alıb, iddiaçı isə göstərilən tarixdə hə min malları keyfiyyət və kəmiyyət üzrə cavabdehə təhvil verib. Cavabdeh, öz iddia tələbində sözügedən xurma meyvələrinin iddiaçıya məxsus anbarda yanmasını, xarab olmasını və dəymiş zərərin ödənilməsini iddiaçının öz üzərinə götürdüyünü göstərsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Əksinə, mülki iş materiallarından görünür ki, cavabdehdən fərqli olaraq iddiaçı əvvəlcə cavabdehə pretenziya göndərib, sonradan isə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh isə iddiaçı məhkəməyə müraciət edənə qədər qarşılıqlı iddia ərizəsində göstərilənlərlə bağlı, həmçinin, müqavilə şərtləri ilə bağlı etirazını iddiaçıya bildirməyib. Apellyasiya instansiyası məhkəməsi həmçinin şahid ifadələrinə tənqidi yanaşaraq q eyd etmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərar a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(107)-367/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4902/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4902/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver