Məhkəmə qərarları › İş №2(102)-4904/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4904/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4904/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı ilk, Cavabdehlər İddiaçı1, İddiaçı2, 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Əhmədova Mehparə Tofi q qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair ilk, Cavabdehlər İddiaçı1 və İddiaçı2, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Cavabdeh hüquqi varisi X5 tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 32 saylı binanın 56 saylı mənzili xüsusi mülki yyət hüququ əsasında tərəflərin mərhum ataları X3 məxsus olmuşdur.

2. Ataları vəfat edəndən sonra, həmin mənzil birinci dərəçəli vərəsələr arasında bölünərək, hər birinin 1/3 hissədə adlarına keçmiş, lakin 1-ci dərəcəli vərəsə Cavabdeh miras payı faktiki olaraq qəbul edərək həmin mənzildə qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, miras payı adına rəsmiləşdirməmiş, həmin hissədə açıq qalmışdır. Paylar müəyyən olunsa da, real bölgü olmadığından mənzil ümumi birgə istifadədə qalmışdır. Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlaka dövlət reyestrindən xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 32 saylı evin 56 saylı mənzilin 1/3 hissəsinin İddiaçı1, 1/3 hissəsinin İddiaçı2 məxsus olması və 1/3 hissəsinin Cavabdeh münasibətdə açıq qalması səbəbindən, mənzildə paylar müəyyən olunsa da, paylar real olaraq bölünməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

3. İlkin iddia üzrə iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 32, 56 saylı mənzilin xüsusi mülkiyyət hüququ əsasında onların hər birinə məxsus olan 1/3 hissələrinin naturadan ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 32 saylı binanın 56 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında mərhum ataları X3 məxsus olmuş, o vəfat edəndən sonr a həmin mənzil birinci dərəcəli vərəsələr arasında bölünərək, hər birinin 1/3 hissədə adlarına keçmiş, lakin 1-ci dərəcəli vərəsə Cavabdeh miras payı faktiki olaraq qəbul edərək həmin mənzildə qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, miras payı adına rəsmiləşdirməmiş, həmin hissədə açıq qalmışdır. Paylar müəyyən olunsa da, real bölgü olmadığından mənzil ümumi birgə istifadədə qalmışdır. Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlaka dövlət reyestrindən xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 32 saylı evin 56 saylı mənzilin 1/3 hissəsinin İddiaçı1, 1/3 hissəsinin İddiaçı2 məxsus olması və 1/3 hissəsinin Cavabdeh münasibətd ə açıq qalması səbəbindən, mənzildə paylar müəyyən olunsa da, paylar real olaraq bölünməmiş və bu səbəbdən mənzildən sərbəst surətdə, istədikləri kimi istifadə edə bilmirlər.

5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 28154 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı2 Kamal qızına verilmiş RX seriyalı ******* nömrəli və İddiaçı1 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ailəsi ilə birlikdə 2003-cü ildən ünvan 1 ünvanında yaşayır. Mənzil mərhum X1nun mülkiyyətində olmuş, lakin sonuncu 2012-ci ildən orada yaşamamışdır. X1 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Həmin vaxtdan etibarən miras əmlaka sahiblik etmiş və miras əmlakı idarə etmişdir. Cavabdehlər ataları öldükdən sonra bir dəfə də olsun mübahisə predmeti olan mənzilə gəlməyiblər. Lakin onun xəbəri olmadan cavabdeh İddiaçı2 Kamal qızı xx.xx.2015-ci il tarixdə və İddiaçı1 xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət" mərkəzinin notariat kontoruna müraciət edərək xx.xx.2015-ci il tarixli 28154 nömrəli ‘Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əldə etmişlər. Eyni zamanda İddiaçı2 Kamal qızı mübahisə predmeti olan mənzilə dair pay hüququnu xx.xx.2018-ci il tarixdə (DƏDRX-nin RX seriyalı ******* №li çıxarışı), İddiaçı1 isə mübahisə predmeti olan mənzilə dair pay hüququnu xx.xx.2015-ci il tarixdə (DƏDRX-nin RX seriyalı ******* №li çıxarışı) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bu xüsusatlardan xx.xx.2021-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, qardaşı qızı Nazilə xx.xx.2021-ci il tarixli məktubla ona müraciət edərək ünvan 1 ünvanında yerləşən və 1/3 hissədə paylı mülkiyyətində olan hissəni 15000 manata satdığını bildirmişdir. Bundan sonra tərəfindən vəkillə müqavilə imzala nmış və vəkil tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət olunaraq mübahisə predmeti olan mənzilə dair 2V-185 nömrəli notariat işi əldə olunmuşdur. Həmin notariat işi öyrənilərkən məlum olmuşdur ki, cavabdehlər İddiaçı2 Kamal qızı və İddiaçı1 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət edərək xx.xx.2015-ci il tarixli 28154 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əldə etmişlər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı mad dəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddənin də tələbindən məlum olduğu kimi, hazırkı mübahisəyə münasibətdə cavabdehlər xx.xx.2014-cü il tarixdən 3 ay müddətinə yəni xx.xx.2014-cü il tarixədək mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etməli idilər. Lakin cavabdehlər qeyd olunan müddəti itiriblər, notarius isə müddətin itirilməsinə məhəl qoymayaraq, eləcə də cavabdehlərin əmlaka sahiblik edib-etməməsini və ya əmlakı idarə edib-etməməsini araşdırmadan cavabdehləri Cavabdeh vərəsəsi kimi tanımış və mübahisə predmeti olan mənzildən onlara 1/3 hissədə pay ayırmışdır. Qeyd olunan hal onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 dekabr 2021-ci il tarixli, 2(011)-4632/2021 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) ilk və qarşılıqlı iddialar təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı ünvan 2 ünvanında yerləşən 56 saylı mənzilində ilkin iddia üzrə iddiaçılara və cavabdehə məxsus 1/3 hissə paylarının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4,2.7, 2.9. bəndlərinin, eləcə də, metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edildiyindən ilkin iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələblərinə münasibətdə hesab edib ki, məhkəm ə araşdırılmaları ilə qarşılıqlı iddia üzrə cavabdehlərin mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddət ərzində notariat orqanına müraciət etmələri müəyyən olunduğundan qarşılıqlı iddia tələbləri rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 215.5, 220.1, 220.2, 220.3, 1133.1,1159.11, 1243.1, 1243.2, MPM-nin 14.2, 77.1, 119, 220.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh apellyasiya şikayəti verib, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(011)-4632/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını (Mülki Məcəllənin 1246-cı maddəsini) düzgün tətbiq etməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3077/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

15. Bakı Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 157.2-ci, 157.8-ci, 158.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü, 77.1-ci, 88-ci, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh hüquqi varisi X5 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3077/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsini ləğv edərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti iddia tələbinə və apellyasia şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

20. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

21. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

22. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

23. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

24. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddia tələbinə aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə mübahisə ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 32 saylı binanın 56 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında tərəflərin mərhum ataları X3 məxsus olmuşdur. X4 xx.xx.2014cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra birinci dərəcəli vərəsələri olan iddiaçılar notariusa müraciət etməklə mirası qəbul etmiş, cavabdeh isə mənzildə yaşamaqla mirası faktiki qəbul etmişdir. Notariusun vermiş olduğu vərəsəlik şəhadətnaməsinə uyğun olaraq miras vərəsələr arasında bölünərək, hər birinin 1/3 hissədə adlarına qeydə alınmış, lakin 1-ci dərəcəli vərəsə Cavabdeh miras payı faktiki olaraq qəbul edərək həmin mənzildə qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, miras payı adına rəsmiləşdirməmiş, həmin hissədə pay açıq qalmışdır. Paylar müəyyən olunsa da, real bölgü olmadığından miras əmlak ümumi birgə istifadədə qalmışdır. Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlaka dövlət reyestrindən xx.xx.2015-c i il tarixli və xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 32 saylı evin 56 saylı mənzilin 1/3 hissəsinin İddiaçı1, 1/3 hissəsinin İddiaçı2 məxsus olması və 1/3 hissəsinin Cavabdeh münasibətdə açıq qalması səbəbindən, mənzildə paylar müəyyən olunsa da, paylar real olaraq bölünməmişdir.

34. İddiaçı tərəf mirasın paylara uyğun olaraq bölünməsi, cavabdeh isə qarşı tərəfin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması və onun hüquqi nəticəlrinin ləğv edilməsinə dair mübahisə açmışlar. Hazırkı icraatda qətnamə cavabdehin tələbi ilə bağlı hissədə yoxlanılır.

35. Qüvvədə olan qanunvericilik mirasın qəbulunun iki yolunu müəyyən edir. Beləki, Mülki Məcəllənin 1243.2. maddəsinə əsasən vərəsə mirası n açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

36. Hazırkı işdə cavabdehin mirası faktiki olaraq qəbul etməsi halını qarşı tərəf mübahisələndirməmişdir. Cavabdeh tərəf iddiaçıların mirası nə faktiki və nədə qanun üzrə qəbul etmədiklərini mübahisələndirir.

37. İddiaçılar mirası faktiki olaraq deyil, notariusa müraciət etməklə qəbul etmişlər. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

38. İşdən görünü r ki, iddiaçılar miras qoyanın vəfatından 6 ay keçmədən notariusa müraciət etmiş və notarius onların məraciətini əsaslı sayaraq vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, vərəsələr həmin şəhadətnamə əsasında miras əmlaka 1/3 hissədə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışlar.

39. Kollegiya qeyd edir ki, mirasın 3 aydan sonra qəbul edilməsini qanunverici istisna etməmişdir. Üç aylıq müddət buraxılsa belə, MM-nin 1246-cı maddəsi vərəsəyə imkan verir ki, altı aydan gec olmayaraq mirası qəbul etmək üçün tədbirlər görsün. İddiaçılar qanunla verilmiş imkandan istifadə edərək notarisa müraciət etmiş və dövlət orqanı müraciəti əsaslı saymışdır. Notariusun vermiş olduğu vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilməmişdir. Artıq dörd ildən artıq müddət dir ki, miras əmlaka iddiaçıların payları dövlət qeydiyyatına alınmışdır.

40. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ona görə işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiyanın dəlilləri əsaslı deyil.

41. Hazırkı halda apellyasiya məhkəməsi müəyyən etdiyi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

42. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

43. Miraps qoyanın üç vərsəsi var və onlar mirasın bölüşdürülməsi üçün iradə ifadə etmişlər. Ona görə mirasın hər üç vərəsə arasında bərabər paylarda bölünməsi ədalətli olmaqla digərlərinin hüquqlarını pozmamışdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qə r a r a a l d ı: Kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilməd ən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar