Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4905/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehna qarşı iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3403/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2. Emil Əlievin anası X12 xx.xx.2002-ci il tarixdə X13 ilə rəsmi nikaha daxil olmuşlar. 3. xx.xx.2002-ci il tarixdə X13 İddiaçı övladlığa götürmüşdür. 4. xx.xx.2002-ci ildə X13 və X12 arasında nikah pozulmuşur.
5. X13 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzil X5 xüsusi mülkiyyətində olmuşdur. X13 ölən günə kimi həmin mənzildə qeydiyyatda olub və yaşayıb. Həmin vaxt mənzildə qeydiyyatda heç kim olmayıb.
6. X1 qardaşı X14 xx.xx.2017-ci il tarixdə, bacısı X11 isə xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəsi kimi tanınması üçün Cavabdehna müraciət etmişdir. Notarius tə rəfindən miras qoyanın birinci növbəli vərəsəsi - xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Elman oğlunun olması müəyyən edilmiş, onun yaşayış yerinin müəyyən olunması üçün sorğu verilmiş, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi xx.xx.2017-ci il tarixli arayışda xx.xx.1985-ci il təvəllüdlü İddiaçı daimi qeydiyyat ünvanı barədə məlumat olmadığını bildirmişdir. Buna əsasən Notariat X2 və X9 xx.xx.2017-ci il tarixli məktubla məlumat verərək bildirmişdir ki, miras qoyanın birinci növbəli vərəsənin olduğu üçün onların qanun üzrə vərəsələrin siyahısına salınması mümkün olmamışdır.
7. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2016-ci il tarixdə vəfat etmiş X1 vərəsələri sırasınd an olan qardaşı X6 və bacısı X7 yazılı müraciətinə əsasən xx.xx.2017-ci il tarixində vərəsəlik işi açılmışdır. Toplanmış sənədlərə əsasən, həmin vaxtadək X5 vərəsəlik işi ilə əlaqədar müraciət etmiş vərəsələr X14 və X15 müəyyən edilmişdir.
8. Bundan sonra X15 mərhum X4 qalmış mirasın qəbul olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4563/2018 saylı qətnaməsi ilə onun ərizəsi təmin edilmişdir.
9. Bundan sonra X1 vərəsəsi X9 miras əmlakdan 1/2 hissədə paya dair xx.xx.2019cu il tarixli, X8 miras əmlakdan 1/2 hissədə paya dair xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
10. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdehna müraciət edərək, xx.xx.2016-cı il tarixdə v əfat etmiş X4 miras qalmış şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat Kontoru xx.xx.2020-ci il tarixli məktubla İddiaçı cavab verərək bildirilmişdir ki, miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və onun məhkəməyə müraciət etmək hüququ var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi, ev 1, 56 nömrəli mənzilə dair mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 Səriyyə Nəcəf qızı ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş və xx.xx.2002-ci ildə nikahları pozulmuşdur. xx.xx.2002-ci ildə X13 iddiaçını övladlığa götürmüşdür. İddiaçının valideynləri boşansalar da, 2015-ci ilə kimi həmişə münasibətləri olmuşdur. Lakin mərhum X13 içki aludəçisi olduğundan, tüfeyli həyat sürdüyündən münasibətləri uzun müddətli olmamışdır. Sonuncu dəfə 2015-ci ildə mərhum iddiaçının anasıgildə ad günündə olmuşdur. Orada bildirmişdir ki, xəstəliyi var. Bundan sonra iddiaçının anası X12 ara-sıra telefonla onunla əlaqə saxlamışdır. Lakin mərhum onu daha axtarmamaqlarını demişdir. İddiaçının anası 2020-ci ilin təqribən 2020-ci ilin avqust ayında mərhumun yaşadığı evə (012) *** ** ** nömrəsinə zəng vurmuş, lakin nöm rə işləməmişdir. Uzun müddət mərhumdan xəbər olmadığı üçün yaşadığı evə gedərək qonşudan məlumat almışdır ki, 2016-cı ildə rəhmətə getmişdir. Bundan sonra İddiaçı X5 yeganə varisi olaraq vərəsəlik şəhadətnaməsinin alınması üçün 53 saylı Notariat Ofisinə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, miras açıldıqdan sonra altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan sonra vəkil sorğusu ilə cavabdeh 53 saylı Notariat Ofisinə müraciət olunmuş və ünvan 2 ünvanında yerləşən evə dair notariat işinin təqdim edilməsi xahiş edilmişdir. Vərəsəlik işi təqdim olunandan sonra müəyyən olunmuşdur ki, artıq həmin evə dair vərəsələr mərhumun qardaşı X14 və X15 təyin olunmuşlar. Hər ikisinin payı müəyyən edilən çıxarış dövlət reyestrində qeydə alınmaqla paylar bölünmüşdür, iddia çı qanun üzrə birinci növbə vərəsə olduğu halda ona xəbər vermədən, onu vərəsəliyə çağırmadan artıq atasından qalmış əmlak atasının qardaşı və bacısı arasında bölüşdürülmüşdür. Həmin vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldırılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Əsas kimi iddiaçının mirası qəbul etmək üçün vaxtın uzadılması barədə iddia qadırmaması olmuşdur. Ona görə də, mirasın qəbul edilməməsinin üzürlü hesab edilməsi və mirası qəbul etmək üçün vaxtın uzadılmasına dair məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, onun vərəsəlik hüququ pozulmuş, yeganə vərəsə kimi ona bildirilmədən atasından qalan əmlak qanunsuz olaraq bölünmüşdür.
13. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-774/22 nömrəli iş üzrə 1 fevral 2022-ci il tarixli məhkəmə iclasında X14 və X15 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar.
14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçı miras açıldığını bilmişdir. Lakın miras açıldığını bilməli olduğu vaxtdan 3 ay ərzində məhkəməyə müraciət etməmişdir, baxmayaraq ki, notariusa müraciət etmişdir.
15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iddia tələbi əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, iddiaçının anası ilə onun anası əvvəldə n bir-birlərini tanıyıblar. Anasının bildirdiyinə görə, iddiaçının və anasının Əliyev Elman ilə 2015-ci ilə qədər münasibətləri olub. Sonuncu dəfə X24 ad günündə gəlib. Onların aralarında mübahisə yaranıb və münasibətləri kəsilib. Onlar Facebook vasitəsilə 2020-ci ildə ona yazaraq Elmanı soruşublar. O, Səriyyə xanıma Əliyev Elmanın vəfat etməsini, həmçinin vəfat etdiyi vaxtı bildirib.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-774/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi təmin edilməmişdir.
18. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş 3 ay ərzində mirası qəbul etməmişdir. Eyni zamanda, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti üzürlü səbəblərdən ötürməsini təsdiq edən sübutları məhkəməyə təq dim edə bilmədiyinə görə, buraxılmış müddət uzadıla bilməz.
19. Belə ki, X13 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Lakin iddiaçı həmin tarixdən etibarən mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu artıq həmin vaxtdan başlayaraq bəyan etməmişdir. Yalnız xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etmişdir. İddiaçı mərhum atasının ölümündən gec, yəni 2020-ci ilin avqust ayında məlumatı olması səbəbindən miras əmlakı qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməsini qeyd etsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsi və vəkilinin izahatından görünür ki, iddiaçının və anasının mərhumun ya şayış yeri və telefon nömrəsi, həmçinin onun xəstə olması barədə məlumatı olmuşdur.
20. Həmçinin, iddia ərizəsində iddiaçının anasının 2020-ci ilin avqust ayında mərhumun yaşadığı evə (012) *** ** ** telefon nömrəsinə zəng vurduğu, lakin telefon nömrəsinin işləmədiyi və uzun müddət mərhumdan xəbər olmadığı üçün yaşadığı evə gedərək 2016-cı ildə rəhmətə getməsi barədə məlumat alması göstərilsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında və şahid isə ifadəsində bildirmişdir ki, iddiaçı və anası Əliyeva Leyla ilə Facebook sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq, Əliyev Elman barədə soruşmuş və Əliyeva Leyla onun xx.xx.2016-cı il tarixdə vəfat etməsini bildirmişdir. Göründüyü kimi, iddia ərizəsinin məzmunu ilə iddiaçının nümayəndəsi və vəkilinin izahatı və şahid ifad əsi ziddiyyət təşkil edir. Bu hal isə, iddiaçı mərhum atasının ölümü barədə gec məlumat alması səbəbindən mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəbdən ötürülməsini iddia etdiyindən, iddiaçının onun ölümü barədə məlumat almasının fərqli şəkildə göstərilməsi məhkəmə üçün daxili inamın formalaşması üçün əhəmiyyət kəsb edir.
21. Bundan başqa, mərhum atasının onunla maraqlanmamalarını bildirməsi səbəbindən, iddiaçının xəstə atasını 4 il kimi uzun müddətdə axtarmaması və onun ölümündən gec məlumat alması miras əmlakın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin uzadılması üçün üzrlü səbəb hesab edilə bilməz.
22. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün iddiaçı tərəfindən müddət buraxılmışdır, iddiaçı irəli sürdüyü tələblə əlaqədar heç bir mötəb ər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmiş, miras əmlaka sahiblik etməmiş və həmin əmlakı faktik olaraq idarə etməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3403/ 2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, X13 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Lakin iddiaçı həmin tarixdən etibarən mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu artıq həmin vaxtdan başlayaraq bəyan etməmişdir. Yalnız xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etmişdir. İddiaçı mərhum atasının ölümündən gec, yəni 2020-ci ilin avqust ayında məlumatı olması səbəbindən miras əmlakı qəbulu üçün qan unla müəyyən edilmiş müddəti ötürməsini qeyd etsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsi və vəkilinin izahatından görünür ki, iddiaçının və anasının mərhumun yaşayış yeri və telefon nömrəsi, həmçinin onun xəstə olması barədə məlumatı olmuşdur.
27. Həmçinin, iddia ərizəsində iddiaçının anasının 2020-ci ilin avqust ayında mərhumun yaşadığı evin telefon nömrəsinə zəng vurduğu, lakin telefon nömrəsinin işləmədiyi və uzun müddət mərhumdan xəbər olmadığı üçün yaşadığı evə gedərək 2016cı ildə rəhmətə getməsi barədə məlumat alması göstərilsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında və şahid isə ifadəsində bildirmişdir ki, iddiaçı və anası Əliyeva Leyla ilə Facebook sosial şəbəkəsi vasi təsilə əlaqə yaradaraq, Əliyev Elman barədə soruşmuş və Əliyeva Leyla onun xx.xx.2016-cı il tarixdə vəfat etməsini bildirmişdir. Göründüyü kimi, iddia ərizəsinin məzmunu ilə iddiaçının nümayəndəsi və vəkilinin izahatı və şahid ifadəsi ziddiyyət təşkil edir. Bu hal isə, iddiaçı mərhum atasının ölümü barədə gec məlumat alması səbəbindən mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəbdən ötürülməsini iddia etdiyindən, iddiaçının onun ölümü barədə məlumat almasının fərqli şəkildə göstərilməsi məhkəmə üçün daxili inamın formalaşması üçün əhəmiyyət kəsb edir.
28. Bundan başqa, mərhum atasının onunla maraqlanmamalarını bildirməsi səbəbindən, iddiaçının xəstə atasını 4 il kimi uzun müddətdə axtarmaması və onun ölümündən gec məlumat alması miras əmlakın qəbul edilməsi ilə bağlı ötürül müş müddətin uzadılması üçün üzrlü səbəb hesab edilə bilməz.
29. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassator şikayətini onunla əsaslandırmışdır ki, AR Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 53 saylı Notariat Ofisinin sorğusuna cavab olaraq göndərdiyi məktubda iddiaçının doğum tarixi yanlış göstərilmiş, bu səbəbdən onun yerini müəyyən etmək mümkün olmamışdır. 3
2. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 106.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
35. Maddə1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqd a isə bu əmlakın dəyəri daxildir.
37. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
40. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. İddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 1246 və 1248-ci maddələri təşkil edir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
55. Nəzərə alınmalıdr ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
56. İşə baxmış məhkəmələr də iddiaçının tələbini Mülki Məcəllənin bu norm alarının tələbləri baxımından təhlil edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır. İddiaçının atası ilə bir şəhərdə yaşadığı halda onun xx.xx.2016-cı il tarixdə vəfat etməsindən 2020-ci ilin avqust ayında xəbər bilməsi barədə dəlili, iddiaçının üzərinə bunu təsdiq edəcək mötəbər və ağlabatan sübutlar təqdim etmək vəzifəsi qoyur.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır k i, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3403/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.