Məhkəmə qərarları › İş №2(102)-4907/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4907/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4907/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ iş № 2(102)-4907/20 İddiaçı: İddiaçı ASC Cavabdehlər: Cavabdeh XXXoğlu, Zamin1 və Zamin2 İlk iddia tələbi: kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Qarşılıqlı iddia tələbi: müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi Açar sözlər: kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-221/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 22 faizlə 36 ay müddətinə 51000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus nəqliyyat vasitələri ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan ipoteka müqavilələri qeydiyyata alınmışdır. xx xxxxxx 2015-ci il tarixdə isə kredit müqaviləsinin təminatı olaraq bankla Zamin2 və Zamin1 arasında zaminlik müqavilələri bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh XXXoğluna, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 44638 manat əsas borc, 16312 manat faiz borcu, 3893 manat cərimə, 892 manat komissiya haqqı olmaqla, cəmi 65737 manat borcun tutulması, tutmanın ipotekaya qoyulmuş avtomobillərə yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zamin1 və Zamin2 İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, onlara vurulmuş 10120 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın əvəzi olmaqla, cəmi 15120 manat məbləğində pulun İddiaçı ASC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-199/2018 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Ə.Hüseynov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 44638 manat əsas borc, 16312 manat faiz borcu, 1000 manat c ərimə, 892 manat komissiya olmaqla, cəmi 62843 manat məbləğində borc pul vəsaitinin tutulması, tutmanın ipotekaya qoyulmuş nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin banka olan borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh ümumi qaydada tutulması qət edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Zamin1 və Zamin2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, 8120 manat məbləğində pulun İddiaçı ASC-dən tutularaq Zamin1 və Zamin2 ödənilməsi qət edilmişdir. Hər iki tərəf qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 03)-221/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli, İ.K.Xəlilov, X.A.Cəmilova) İddiaçı ASC-nin, Cavabdeh, Zamin1 və Zamin2 apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi ilk iddia hissəsində qətnaməsini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən, İddiaçı ASC borc tələbində, həmçinin tutmanın ipoteka predmeti olan nəqliyyat vasitələrinə yönəldilməsi tələbində haqlıdır. İpoteka predmeti olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması Cavabdeh həmin Bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməkdən azad etmir. Qarşılıqlı iddia tələbi üzrə apelyasiya instansiyası məhkəməsi hes ab etmişdir ki, 8120 manat məbləğində pulun bankdan tutularaq Zamin1 və Zamin2 ödənilməsi hissəsində əsaslıdır. Belə ki, 8120 manat pul İddiaçı ASC-yə Zamin1 tərəfindən nəqliyyat vasitəsinin alınması məqsədilə ödənilmiş, lakin həmin əqd baş tutmadığından həmin pul məhz bankdan tutulmalıdır. Belə ki, Zamin1 və Zamin2 heç vaxt Cavabdeh kredit öhdəlikləri üzrə zamin durmaq və ya onun əvəzinə kredit borcu ödəmək niyyəti olmamış, bu faktı Cavabdeh da etiraf etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı bank kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə əsassız olaraq, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikmədə olan borcu üzrə Zamin1 tərəfindən banka ödənilən 8120 manat məbləğində pulun İddiaçı ASC-dən tutulması barədə qərar qəbul etmişdir. Zamin1 tərəfindən banka ödənilən 8120 manat məbləğində pul Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinə silinmişdir. Həmin pul məbləği İddiaçıASC-dən deyil, Cavabdeh tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edi lmiş cavabdehlər məhkəmə kollegiyasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsi nin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı bankın kasasiya şikayəti əsasında qarşılıqlı iddianın təmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş verm iş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri isə formal mülahizələr olmaqla, apelyasiya məhkəməsi tərəfindən eyni məz munlu dəlillərə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar