Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4907/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia – yaşayış evindən məcburi çıxarma, evin boşaldılması və köçürülmə, qarşılıqlı iddia – yaşayış sahəsindən istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, h akimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-250/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 11 dekabr 1997-ci il tarixli etibarnamədən görünür ki, X17 etibarnamə üzrə səlahiyyətlərini İddiaçı etibar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 26 iyul 2019-cu il tarixli çıxarışdan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 34-də 0,0601 ha torpaq sahəsi X18, X16 və İddiaçı ümumi birgə mülkiyyətindədir, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Texniki pasportdan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 34-də yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Ağdaş RİHB-in Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinin 20 may 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 24-də yaşayır. Ağdaş rayon X1 11 iyun 2020-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh1 2007-ci ildə Ağdaş rayon X1 uşaq şöbəsinə işə qəbul edilmişdir. Hal-hazırda Ağdaş rayon Nehrəxəlil kənd kitabxanasında kitabxanaçı işləyir. Ağdaş rayon X9 Hüquqi şəxsin 11 iyun 2020-ci il tarixli arayışının surətindən görünür ki, X13 xx xxxx 1991-ci ildə Ağdaş rayon X9 hüquqi şəxsin ginekologiya və doğum şöbəsində doğuşdan azad olmuşdur. Ağdaş rayon Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin arayışların surətlərindən görünür ki, Cavabdeh2 2006-2009-cu illərdə, Cavabdeh3 isə 2006-2013-cü illərdə Ağdaş rayon Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin azərbaycan bölməsində oxumuşlar. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 18 oktyabr 2005-ci ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 30 iyun 1991ci ildə vəfat etmişdir. X3 və X7r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X13 21 sentyab r 1991-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar evləndikdən sonra qadın kişinin Ağayeva soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş Rayon Məhkəməsinin sorğusuna 17 avqust 2020-ci il tarixli cavab məktubundan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 34-də yerləşən fərdi yaşayış evi X2 adına tərtib edilmiş 2256 inventar nömrəli texniki pasporta və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən X4, X19 və X8 adlarına tərtib edilmiş JN2891A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 26 iyul 2019cu il tarixində vahid daşınmaz əmlak kimi qeydə alınmış, X2 vəfatından sonra 18 iyul 2019-cu il t arixində ev və özünə məxsus torpaq payı notarial qaydada oğlu İddiaçı adına rəsmiləşmiş və 13 iyun 2019-cu il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. 138494 saylı 20 oktyabr 2001-ci il tarixli müqavilədən görünür ki, X5 Bakı şəhəri, 3cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı evin 25-ci mənzili İddiaçı 55000000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli, 10 fevral 2014-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı evin 25-ci mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraa t İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakı ilə birlikdə fərdi yaşayış evindən məcburi çıxarılma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə ********** qeydiyyat nömrəli, 26 iyul 2019cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi 26.07.2019-cu il olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 24-də heç bir hüquqi əsaslar olmadan yaşayan Cavabdeh1 evdə olan əmlaklarla birlikdə məcburi qaydada yaşayış evindən çıxarılmasına, evin tam boşaldılmasına və cavabdehin AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi 10.02.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, digər iki nəfər ailə üzvünün hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41,37 kv.m olan iki otaqlı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X17 1989-cu ildə rəsmi nikah qeyd etdirməklə Cavabdeh1 ilə evlənərək ailə qurmuşlar. Cavabdeh və onun valideynləri cavabdeh və mərhum qardaşının hazırda mübahisələndirdiyi yaşayış evində yaşamaq istəmədiyini bildirdiklərindən o, mərhum qardaşı və Cavabdeh1 toyuna kimi ş əxsən öz vəsaiti hesabına Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini onlara almışdır. Mərhum qardaşı və Cavabdeh1 toydan bir gün sonra Bakı şəhərindəki həmin evə köçərək daimi orada yaşamışlar. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin evdə anadan olmuşlar. O, mərhum qardaşının və onun ailəsinin xahişi ilə 2002-ci ildə həmin evi sataraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Ali Mustafayev küçəsi 29 saylı binanın 25 nömrəli mənzilini onlara almışdır. Cavabdehlərin hamısı həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamışlar. Hazırda həmin mənzildə qeydiyyatdadırlar. Mərhum qardaşı ailəsinin dolanışığı üçün mütamadi olaraq Rusiyaya gedib orada işləyirdi. 18 oktyabr 2005-ci ildə aralarında yaranmış mübahisə zəminində Möhlüd adlı bacanağı onu Rusiya Federasiyasında öldürərək meyidini gizlətmişdir. Təxminən bir ildən sonra yəni 20 sentyabr 2006-cı il tarixdə o, qardaşının meyidini tapıb Azərbaycana gətirərək dəfn eləmişdir. Mərhum qardaşının ölümündən sonra cavabdehlər təkbaşına Bakı şəhərində qalmasınlar deyə cavabdehlərə gəlib onlarla birlikdə mübahisəli yaşayış evində yaşamaqlarını təklif etmiş odur ki, cavabdehlər bir müddət onun evində yaşamışlar, lakin sonradan cavabdehlər Bakı şəhərində yaşamaq istədiklərini bildirərək daimi yaşamaq üçün Bakı şəhərində olan evə köçmüşlər. Mərhum anası 2010-cu ildə Ağdaş şəhərində mübahisəli yaşayış evində vəfat etmişdir. Anasının ölümündən sonra qanunla müəyyən olunmuş qaydada və müddətdə mərhum qardaşı anasından əvvəl vəfat etdiyinə görə notariat ofisində vərəsəlik işi açdıraraq qanun üzrə birinci növbə vər əsə kimi anasından miras qalmış əmlakı yəni 0,06 hektar həyətyanı torpaq sahəsindən mərhum anasına çatası payını və onun üzərində inşa edilmiş yaşayış evini qəbul etmişdir. Bundan sonra həyatyanı torpaq sahəsini ümumi birgə, yaşayış evini isə tam mülkiyyət hüququ üzrə DƏDRX-inin 17 saylı Ərazi İdarəsində qeydə aldırmışdır və bu barədə onun və digər iki nəfər ailə üzvlərinin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 iyul 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və fərdi yaşayış evinin texniki pasportu işlənərək verilmişdir. Həmin çıxarışa əsasən 0.06 hektar həyətyanı torpaq sahəsi ailə üzvləri X18, X16 və onun ümumi birgə, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Göründüyü kimi cavabd ehlər həmin mübahisəli fərdi yaşayış evində onlarla birgə yaşamadıqlarına görə həmin yaşayış sahəsindən istifadə hüququ qazanmamışlar. Cavabdehlər heç vaxt sözügedən yaşayış evində pasport qeydiyyatında olmamışlar. Son 10-15 gün bundan əvvəl Cavabdeh1 özünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmasını, övladları olan digər cavabdehlərin isə həmin mülkdə ata paylarının olmasını bildirməklə şəxsən mülkiyyətçi kimi onun və digər ailə üzvlərinin icazəsi olmadan özbaşına mübahisəli yaşayış evinə gələrək burada yaşayır və övladlarının da tezliklə bura gələcəklərini söyləyir. Cavabdeh həmin evə gəldikdən sonra ailəsində heç bir əhəmiyyətli səbəblər olmadan daima mübahisə və münaqişə yaradır, özbaşına həyətdə əkdiyi meyvə ağaclarını kəsməklə yararsız vəziyyətə salır. O, dəfələrlə ona qanu nlara uyğun cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququ olmadığını, həmin yaşayış sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğunu, onların icazəsi olmadan cavabdehin həmin yaşayış evində yaşamaqla evdən və həyətyanı torpaq sahəsindən istifadəsinin özbaşına hərəkətlər olmasını nəzərinə çatdırmaqla yaşayış sahəsindən özünə məxsus əşyaları ilə birlikdə çıxmasını xahiş və tələb etməyinə baxmayaraq cavabdeh bütün bunlara məhəl qoymayaraq ona və digər ailə üzvlərinə mülkiyyətçi kimi ona qarşı qanunsuz hərəkətlərini davam etdirir. Bu səbəbdən də o, yaşayış evinin yeganə mülkiyyətçisi olduğundan mülkiyyətçi kimi, həmin evdə yaşamaq, torpaq və ev üzərində idarə, istifadə və sərəncam hüquqlarını öz istəyinə uyğun həyata keçirə bilmir. AR ƏMDKnin yanında DƏDRX-nin qeydiyya t tarixi 10.02.2014-cü il tarixli çıxarışı ilə də təsdiq olunur ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41,37 kv.m olan iki otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Cavabdehin bir müddətdir ki, yaşadığı ev AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi 26.07.2019-cu il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh heç bir müvafiq hüquqi əsaslar olmadan ona məxsus olan həmin mənzildə yaşayır, oradan özbaşına şəkildə istifadə edir, mülkiyyət hüquqlarını pozmaqda davam edir, mənzil sahəsindən könüllü çıxması ilə əlaqədar etdiyi müraciətlər nəticəsiz qalmışdır. Odur ki, AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi 26.07.2019-cu il olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 24-də heç bir hüquqi əsaslar olmadan yaşayan Cavabdeh1 evdə olan əmlaklarla birlikdə məcburi qaydada yaşayış evindən çıxarılmasına, evin tam boşaldılmasına və cavabdehin AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat tarixi 10.02.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, digər iki nəfər ailə üzvünün hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41,37 kv.m olan iki otaqlı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 4 ünvanda yerləşən və cavabdehin mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən cavabdehlə bərabər istifadə hüquql arının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərardadı ilə məhkəmə iclasına gəlmədiyi və işə iştirakı olmadan baxılmasını xahiş etmədiyi üçün qarşılıqlı iddia ərizəsi Cavabdeh3 aid hissədə baxılmamış saxlanılmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 1989-cu ildə qarşılıqlı iddia üzrə cavabdehin qardaşı X17 ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və mübahisəli yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh1 ilə X10 birgə nikahından digər iddiaçılar Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh öz iddia tələbində qeyd etmişdir ki, guya Cavabdeh1 onun qardaşı ilə evlənən gündən Bakı şəhərinə köçmüş və daima orada qeydiyyatda olmaqla orada yaşamışlar. Bunların hamısı yalandır. Düzdür onlar ailə qurandan sonra mərhum ərinin adına Bakı şəhərindən ev almışlar və oraya pasport qeydiyyatına düşmüşlər. Bakıda olan mənzilə onlar, eləcə də cavabdeh Asif və ailə üzvləri daima gedib-gəlmişlər. Mərhum əri qazanc arxasınca Rusiya Federasiyasına gedib-gəldiyindən o Rusiyada olan zamanlar onlar Ağdaş şəhərində yerləşən mübahisəli evdə yaşamışlar. Əri 2005-ci ildə Rusiya Federasiyasında naməlum səbəblərə görə öldürülmüşdür. Həmin vaxtdan da xeyli əvvəl onlar Ağdaş şəhərində yaşayıb və işləyir, təhsillərini davam etdirmişlər. Bütün bunlar qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərlə təsdiq olunur. Eləcə də məhkəməyə dəvət edəcəyi şahidlərin ifadələri ilə də tam öz təsdiqini tapacaqdır. Mərhum əri ilə evlənəndən sonra onun mərhum valideynləri və həmin evdə yaşayan digər ailə üzvləri, o cümlədən də cavabdehin özü qeyd-şərhsiz onları ailə üzvü kimi qəbul etmişlər. Daima onlar cavabdehlərlə birlikdə ailə üzvü kimi təsərrüfatı birgə idarə etmişlər. Hazırda cavabdeh həmin yaşayış sahəsini öz adlarına qeydə aldırdıqlarını, həmin yaşayış sahəsinin onların mülkiyyətində olduğunu əsas göstərərək biz iddiaçıları mübahisəli yaşayış sahəsindən çıxarmaq istəyir. Göründüyü kimi onlar mübahisəli mənzilə köçən zaman cavabdehlə aralarında başqa qeyd-şərt olmadığına görə mübahisəli evdə onunla bərabər istifadə etməyə hüquqları var. Lakin cavabdeh həmin hüququ əlindən almaq istədiyinə görə cavabdehin iddia tələbinə qarşı hazırkı qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar və hesab edirlər ki, İddiaçı iddiası tamamilə əsassızdır. Ona görə də hesab e dirlər ki, ilk iddia rədd edilməli və qarşılıqlı iddia təmin edilməlidir. Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Nəsibov, iş № 2(014)-879/2020) iddianın təmin edilməsi, Cavabdeh1 əmlakı ilə birlikdə məcburi qaydada Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 24 saylı evdən çıxarılması və xüsusi mülkiyyətində olan Bakı şəhəri, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı evin 25-ci mənzilinə köçürülməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 İddiaçı qardaşı ilə 1991ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuş və mübahisəli fərdi yaşayış evinə gəlin gəlmişdir. Mübahis əli fərdi yaşayış evindən istifadə hüququ ilə əlaqədar tərəflər arasında yaranan hüquq münasibətləri ilə bağlı mübahisə 2000-ci ilin sentyabrın 1-dən qabaq yarandığından, həmin mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cavabdeh1 Asif qızı mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən ev qayınanası Hənifə Abdullayevanın adına olmuşdur. Cavabdeh1 və mərhum həyat yoldaşı evin mülkiyyətçisinin razılığı əsasında həmin evə köçsələrdə qısa müddət ərzində həmin evi tərk etmiş və Bakı şəhərindən ev alaraq yaşamaq üçün Bakı şəhərinə köçmüşlər və həmin evə də qeydiyyata düşmüşlər. Daha sonra Cavabdeh1 ərinin vəfatından sonra yəni 2006-cı ildən Cavabdeh1 mübahisəli fərdi yaşayış evində yaşamağa başlamışdır. Cavabdeh1 2005-ci ilə qədər mübahisəli fərdi yaşayış evinə Bakı şəhərində yaşamağına baxmayaraq mütəmadi olaraq gəlib-getdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evinin mülkiyətçisi Hənifə Abdullayevanın vəfatından sonra mübahisəli fərdi yaşayış evi qanun üzrə vərəsəlik əsasında İddiaçı miras qalmışdır və qanun üzrə vərəsəlik şəhadətnaməsi mübahisələndirilməmişdir. Hənifə Abdullayevanın birinci növbə vərəsələri İddiaçı və Vİddiaçıdir. Lakin Cavabdeh1 əri olan Vİddiaçı anası Hənifə Abdullayevadan öncə vəfat etdiyi üçün Vİddiaçı həyat yoldaşı Cavabdeh1, övladları Cavabdeh3 və Cavabdeh2 Vİddiaçı birinci növbə vərəsələri kimi Hənifə Abdullayevadan miras qalmış əmlakda Vİddiaçı miras qala biləcək paya qanun üzrə bi rinci növbə vərəsə ola bilərdilər, lakin onlar bu hüquqlarından istifadə etməmişlər. İddiaçı anasından qalmış miras əmlak olan fərdi yaşayış evini tam olaraq miras əmlak kimi qəbul etmişdir. Hazırda mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdir. İddiaçı isə Cavabdeh1 mülkiyyətində olan evdən çıxarılmasını tələb edir. Cavabdeh1 xüsusi mülkiyyətində Bakı şəhəri, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı evin 25-ci mənzili var və o, övladları ilə birgə həmin evdə qeydiyyatdadır. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov, iş № 2(107)-250/2021) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelly asiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(014)-879/2020 nömrəli qətnaməsi ilkin iddianın təmin olunması hissəsində qismən, yəni “Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 29, mənzil 25-ə köçürülməsi” hissəsində ləğv edilməsi, bu hissə üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 10 fevral 2014-cü il tarixli, ********* qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 29 saylı evin 25-ci mənzili Cavabdeh1 xüsusi m ülkiyyətindədir. Bu mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 rəsmi yaşayış yerləridir, yəni onlar həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının qənaətincə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından cavabdehlərin mübahisəli yaşayış evindən istifadə hüquqları hətta əvvəllər olmuşsa da belə, onlar həmin hüquqlarını başqa yaşayış sahəsi əldə etdikləri vaxtdan, yəni azı 10 fevral 2014-cü il tarixdən itirmişlər. Xüsusən də, Cavabdeh1 ayrı yaşayış sahəsinin (mənzilin) rəsmi mülkiyyətçisi olması ilə əlaqədar onun mübahisəli evdən istifadə hüququna 10 fevral 2014-cü il tarixdən xitam verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da hazırda Bakı şəhərində anaları (cavabdeh) Cavabdeh1 mülkiyyətində olan mənzildə yaşayırlar, bu mənzil onların rəsmi və daimi yaşayış yerləridir. Cavabdehlərin apellyasiya şikayətində qeyd edilir ki, mübahisəli ev vərəsəlik hüququ əsasında Cavabdeh2 və Cavabdeh3 məxsusdur. X15 10 avqust 2010-cu ildə vəfat etdikdən sonra həmin evdə Cavabdeh1 və vərəsə olan övladları (miras qoyanın nəvələri) Cavabdeh2 və Cavabdeh3 yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişlər. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 10 avqust 2010-cu ildə vəfat etmiş mübahisəli evin əvvəlki mülkiyyətçisi Hənifə Abdullayevanın vərəsəsi olmalarını, nənələri Hənifə Abdullayevadan miras qalmış əmlaka özlərinin vərəsəlik hüququnu indiyədək mübahisələndirməmiş, notariat orqanından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamış, miras paylarını öz mülki yyətlərinə keçirməmişlər. Hənifə Abdullayeva 10 avqust 2010-cu ildə vəfat etdikdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsə olacaq ataları Vİddiaçı sağ olmamışdır. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən onların mərhum nənələri Hənifə Abdullayevadan qalmış miras əmlakdan mərhum atalarına çatası pay həcmində miras almaq hüquqları olmuş, lakin bu hüquqdan istifadə etməmişlər. Ona görə də hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli fərdi yaşayış evində nə qanun üzrə vərəsəlik hüququna əsaslanan mülkiyyət payları, nə də onların və Cavabdeh1 həmin evdən istifadə hüquqları yoxdur. Qeyd olunanlarla əlaqədar birinci instansiya məhkəməsinin qətnaməsində də düzgün olaraq göstərilmişdir ki, mübahisəli fərdi yaşayış evinin mülkiyətçisi Hənifə Abdullayevanın vəfatından sonra mübahisəli fərd i yaşayış evi qanun üzrə vərəsəlik əsasında İddiaçı miras qalmış və qanun üzrə vərəsəlik şəhadətnaməsi mübahisələndirilməmişdir. Hənifə Abdullayevanın birinci növbə vərəsələri İddiaçı və Vİddiaçıdir. Lakin Cavabdeh1 əri olan Vİddiaçı anası Hənifə Abdullayevadan öncə vəfat etdiyi üçün Vİddiaçı övladları Cavabdeh3 və Cavabdeh2 Vİddiaçı birinci növbə vərəsələri kimi Hənifə Abdullayevadan miras qalmış əmlakda Vİddiaçı miras qala biləcək paya qanun üzrə birinci növbə vərəsə ola bilərdilər, lakin onlar bu hüquqlarından istifadə etməmişlər. İddiaçı anasından qalmış miras əmlak olan fərdi yaşayış evini tam olaraq miras əmlak kimi qəbul etmişdir. Hazırda mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdir. İddiaçı 26 iyul 2019-cu il tarixdən onun mülkiyyətinə keçən mübahisəli (Ağdaş şəhəri C.M əmmədquluzadə küçəsi, 34-də yerləşən) fərdi yaşayış evindən orada yaşayan Cavabdeh1 əmlakı ilə birlikdə çıxarılmasını və evin boşaldılmasını tələb etməkdə haqlıdır, birinci instansiya məhkəməsi ilkin iddia tələbini həmin hissədə təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 mübahisəli evdə onun mülkiyyətçisi olan İddiaçı iradəsinə zidd olaraq yaşamaqla sonuncunun mülkiyyət hüququnu pozmuşdur. İlkin iddiada İddiaçı Cavabdeh1 mübahisəli fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılması və evin boşaldılması tələbi ilə yanaşı, cavabdehin öz mülkiyyətində olan Bakı şəhəri 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 29 saylı evin 25-ci mənzilinə köçürülməsi tələbini də irəli sürmüş və birinci instansiya məhkəməsi bu tələbi də təmin etmişdir. Məhkəmə kollegiyası ilkin iddianın Cavabdeh1 öz m ülkiyyətində olan Bakı şəhəri, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 29, mənzil 25-ə köçürülməsi tələbinə dair hissəsinin də birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi ilə razılaşmır. İddiaçı Cavabdeh1 barəsində bu cür tələb irəli sürməyə subyektiv hüququ yoxdur. İddiaçının mülkiyyətində olan evdən çıxarılandan sonra cavabdehin hara köçməsi onun öz seçimindən asılıdır və bu seçimində müstəqildir. Cavabdehin öz mülkiyyətində olan mənzilə köçürülməsini qət edən məhkəmə qərarı ilə onun yaşayış yeri seçmək hüququ pozulmuş olur. Birinci instansiya məhkəməsi ilk iddianı tam, yəni Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 29, mənzil 25-ə köçürülməsinə aid hissədə də təmin etməkdə haqlı olmamış, iddianın bu tələbə aid hissəsi ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh3 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)250/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsini ləğv edərək apelyasiya şikayətinə yenidən baxılması üçün işi Şəki Appelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti nin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-250/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün he sab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibə tdə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3.-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4.-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verili r. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqelərə görə, başqasının mülkiyyətində olan əmlakdan “istifadə hüququ” özlüyündə əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasın ı) ifadə edir. Yəni əmlakdan istifadə hüququ həmin əmlak üzərində ayrılmaz hüquqa sahibliyi deyil, yalnız əmlakdan istifadə ehtiyacının təmin olunmasını nəzərdə tutur. Yaşayış sahəsindən istifadə hüququ da yalnız bu hüquqa malik şəxsə həmin yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi şərtlərindən biri bu hüquqa iddia edənin yaşayış sahəsinə olan ehtiyacını müvafiq mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Həmin hal aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus yaşayış sahəsindən istifadə hüququ olan başqasının istifadəni davam etdirməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmi n hüququn xitamı ilə nəticələnir. Ona görə də yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, digər daimi yaşayış sahəsinə köçdükdə; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə; nikaha daxil olaraq ərin (arvadın) evinə köçdükdə və s.) həmin hüquqa xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən 29 mart 2016-cı il tarixli Qərarında nəticə etibarilə müəyyən olunur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. 01.10.2009-cu il tarixə kimi q üvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlə rinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, on un ailə üzvləri hesab edilə bilərlər. 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ail ə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Mə cəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6.-cı maddəsinə əsasən məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7.-ci maddəsinə əsasən mülkiyyə tçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları i lə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülah izə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd edilməlidir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instansiya məhkəməsi həmin dəlillərə, o cümlədən iddiaçıların vərəsə olmaları və vərəsəliklə bağlı münasibətlərdən çıxış edərək tərəflərin yaşayış sahəsində istifadə edilməsi imkanın saxlanması ilə bağlı olmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, cavabdehin mülkiyyət hüququnu müəyyən edən hüquqmüəyyənedici sənədlər qüvvədədir və hətta həmin sənəd mübahisələndirilmiş olsa belə, ləğv olunmamışdırsa iddiaçıların mübahisəli əmlak üzərində hüquq larının müəyyən edilməsi anlamına gəlmir. İddiaçıların mübahisəli əmlak üzərində hüquqlarının müəyyən edilməsi və yaşayış sahəsindən yaşayış imkanlarının yaradılması yalnız istinad olunan əsasla hüquqlarının müəyyən olunmasından asılıdır. Belə hüquqlarının müəyyən olunması halda isə iddiaçıların yeni əsaslarla tələb hüququ və subyektiv hüquqları yaranmış ola bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-250/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4907/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4907/2021
30.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver