Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4907/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Sahib oğlu, Cavabdeh2 və X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Sahib oğluna, Cavabdeh2, X3 və X7 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2833/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 1 8 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İİİ-ЖГ seriyalı, 351051 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Rakim Oruc oğlu ilə xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra X6 Süleymanova soyadı verilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 510591 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyə ti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 745 saylı arayışından görünür ki, İddiaçı Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsi, ev 14 A ünvanında yaşayır.
5. Sabunçu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 346 saylı arayışının surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanı üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, cavabdehlər xx.xx.1989-cu il təvəllüdlü cavabdeh X13, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 Sahib oğlu və xx.xx.1965-ci il təvəllüdlü X1 rayonunun Fərzalı kəndində qeydiyyatdadırlar. Digər cavabdeh xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2 isə Lerik rayonu, Çayrud ərazi dairəsi, Andurma kəndi ndə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 Sahib oğluna, Cavabdeh2, X3 və X7 qarşı “yaşayış sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1974-cü ildə ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı evdə yaşayır. Övladı olmadığından, mərhum qaynının oğlu - 1993-cü il təvəllüdlü Cavabdeh1 Sahib oğlunu 1995-ci ildə övladlığa götürərək böyütmüş, 2018-ci il tarixdə isə onu Cavabdeh2 ilə evləndirərək evinə gəlin gətirmişdir. Bundan sonra Cavabdeh2 ilə Cavabdeh1 anası X4 birləşərək onu incitməyə başlamış, dəfələrlə təhqir edərək vurmuşlar. Oğlu Cavabdeh1 da bu təzyiqlərin qarşısını almaq üçün heç nə etməmiş, onların tərəfini saxlamışdır. Cavabdehlərdən dəfələrlə evindən getmələrini tələb etməsinə baxmayaraq, onlar buna məhəl qoymadan onun evində yaşamağa və kobud rəftar göstərməyə davam etmişlər. Buna görə də, cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci tarixli, 2(008)5130/2021 saylı qətnaməsi ilə (hakim H.Mahmudova) iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 Sahib oğlu mübahisəli yaşayış sahəsinə 1995-ci ildə köçdüyünə görə, hazırkı mübahisəyə münasibətdə Azərbaycan Respublikasının əvvəlki Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 Sahib oğlu iddiaçı tərəfindən rəsmi qaydada övladığa götürülmədiyinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan ailə üzvü hesab edilə bilməz.
12. Mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmasa da, iş üzrə materiallardan, habelə iddiaçının və cavabdehlərin izahatlarından həmin evin İddiaçı mərhum əri X12 ilə birlikdə tikib yaşadıqları, Cavabdeh1 da övladlığa götürdüyü zaman evin mövcud olduğu müəyyən olunur. Göründüyü kimi, iddiaçının həmin evə gözlənilən mülkiyyət hüququ vardır.
13. Eyni zamanda, məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Sahib oğlu və Cavabdeh2 iddia predm eti olan evin iddiaçıya məxsus olmasını etiraf edir, ümumiyyətlə mənzilin kimə məxsus olması məsələsini mübahisələndirmirlər.
14. Beləliklə, məhkəmə işin tədqiq edilmiş hallarına əsasən müəyyən etmişdir ki, cavabdehlər iddiaçının gözlənilən mülkiyyət hüququ ilə ona məxsus olan evindən sərbəst və maneəsiz istifadəsinə şərait yaratmır, buna görə də aralarındakı mübahisəli vəziyyət dərinləşməkdə davam edir. Bu halın qarşısını almaq üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehlərin evdən çıxarılmaları barədə məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Cavabdehlər Gədəbəy rayonunda qeydiyyatdadırlar, həmin şəxslərin mübahisəli evə dair istifadə hüququ mövcud deyildir. Eyni zamanda, iş üzrə nəticəyə gələrkən, məhkəmə tərəflər arasında olan bağlılıq və hörm ət hissinin aradan götürülməsi, habelə aralarında gərgin münasibətlərin olması kimi xüsusatları da nəzərə alır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası əvvəlki Mülki Məcəlləsinin 123, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) 152.1,, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər Cavabdeh1 Sahib oğlu və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iddiaçının çavabdehlərə qarşı iddiası təmin edilsədə, ancaq iddiaçının belə bir iddia qaldırm aq üçün subyektiv hüquqa malik olduğu barədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, mübahisəli yaşayış evi, özbaşına tikili olaraq, rəsmi dövlət qeydiyyatından keçməmişdir. Ona görə də, həmin yaşayış evində iddiaçının sərəncam vermək hüququ olmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2833/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Sarıyev, N.Cəfərov) apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin iddia tələbinin Cavabdeh1 Sahib oğluna qarşı təmin edilmiş hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin Cavabdeh1 Sahib oğluna münasibətdə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qa lan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində qanuni və əsaslı olmuşdur.
20. Birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 Sahib oğluna münasibətdə təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Sahib oğlu iddiaçı tərəfindən rəsmi qaydada övladığa götürülmədiyinə görə, əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan ailə üzvü hesab edilə bilməz.
21. Məhkəmə iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır və hesab etmişdir ki, Cavabdeh1 Sahib oğlu mübahisəli yaşayış sahəsinə 1995-ci ildə köçdüyünə görə, hazırkı mübahisəyə münasi bətdə Azərbaycan Respublikasının əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
22. Beləliklə, Cavabdeh1 1995-ci ildən iddiaçı ilə birlikdə daimi yaşayıb onunla ümumi təsərrüfat aparan şəxs kimi ailə üzvü hesab olunduğunu nəzərə alınaraq, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
23. Həmçinin, məhkəmə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olmaması barədə cavabdehlərin apellyasiya şikayətinin dəlilini əsaslı saymamışdır. Belə ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, iş materialları, habelə iddiaçının və cavabdehlərin izahatlarından həmin evin İddiaçı mərhum əri X12 ilə birlikdə tikib yaşadıqları, Cavabdeh1 daimi yaşamaq üçün köçdüyü 1995-ci ildə evin mövcud olduğu müəyyən olunur. G öründüyü kimi, iddiaçının həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh1 Sahib oğlu və Cavabdeh2 iddia predmeti olan evin iddiaçıya məxsus olmasını etiraf edir, ümumiyyətlə mənzilin kimə məxsus olması məsələsini mübahisələndirmirlər.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının əvvəllki Mənzil Məcəlləsinin 53, Mülki Məcəlləsinin 14.3, 144.1, 152, 157.8, 158.2, 228.1, 228.2, MPM-nin 152, 153, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş et mişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin məhkəməyə təqdim etdiyi yaşayış yerindən arayışı mötəbər sübut hesab etməməklə yalnış nəticəyə gəlmişdir. Halbuki, Sabunçu rayon İH Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, tərəflər eyni ünvanda yaşayırlar.
27. Həmin yaşayış evi dövlət reyestrində qeydə alınmayıb və iddiaçının yaşayış sahəsi üzərində nə mülkiyyət hüququ, nə də ki istifadə hüququ yaranmışdır. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Həmçinin, məhkəmə mübahisəni Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll etməkdə haqlı olmamışdır.
28. Məhkəmə nəzərə almamışdır ki, mübahisələndiri lən ünvanda iki yaşayış evi var və hal-hazırda cavabdehlərin yaşadığı ev Rahib Suleymanovun babası və atası hesab olunan əmisi tərəfindən sonradan tikilmişdir və o evdən Rahib Suleymanovun istifadə etməsi nəzərdə tutulmuşdur.
29. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, MPM-nin 80, 81, 88, 217, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
32. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri o byektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təb ii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
36. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
38. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının əvvəllki Mənzil Məcəlləsi
39. Maddə
53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən - iddia t ələbinin təmin edilmiş hissəsində ləğv edilməsi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2833/2022 nömrəli mülki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.