Məhkəmə qərarları › İş №2(102)-4909/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4909/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4909/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun tanınması və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı2, iddiaçıların vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1498/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 1999-cu ildən 2020-ci ilin fevral ayınadək Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi 13 ünvanında qeydiyyatsız yaşayıb. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı2 19 may 2014cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Məmmədova (Babayeva) Şəlalə İmaməddin qızının nikahlarından xx xxxxxx 1998-ci il tarixdə İddiaçı1 doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04 noyabr 2014-cü il tar ixdə vəfat etmişdir. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Lermantov küçəsi (indiki M.Quluxan) 13 saylı mənzil 06 yanvar 1993-cü il tarixdə X1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rəyonu, Biləcəri qəsəbəsi, M.Quluxan küçəsi, 13 saylı evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 1988-ci ildə ünvan 1 ünvanında yaşayan mərhum X5 ilə ailə həyatı qurmuş, 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Onların 15.10.1992-ci il təvəllüdlü X8 və xx.xx.1998-ci il təv əllüdlü İddiaçı1 Əmrulla oğlu adlı uşaqları olmuşdur. 1999-cu ildə onlar cavabdehin razılığı ilə mübahisəli evə köçüb bu günədək orada yaşamış, onların bütün əşyaları o vaxtdan həmin evdə qalmışdır. İddiaçının əri 04.11.2014-cü ildə vəfat edənədək həmin evdə pasport qeydiyyatında olmuşdur. İddiaçı 2020-ci ilin fevral ayında bilmişdir ki, cavabdeh tərəfindən evin giriş qapısının açarları dəyişdirilmiş və o məcbur qalıb bacısının evində yaşamalı olmuşdur. Hazırda cavabdeh onların yaşadıqları evin bir otağını sökərək öz evinə birləşdirmişdir. Cavabdeh onların bütün hüquqlarını pozaraq evlərini ələ keçirmişdir. İddiaçı qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsaslanaraq hazırkı tələblə çıxış edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-4702/2020) İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar cavabdehin ailə üzvləri olmamış, onunla ümumi təsərrüfat aparmaları öz təsdiqini tapmamışdır. İddiaçı2 2014-cü il tarixində vəfat edən əri X4 iş üzrə Cavabdeh qardaşıdır və iddiaçıların ailə üzvü hesab edilmir. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2(001)-4702/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların Cavabdeh qarşı ünvan 2 ünvanındankı evdən istifadə hüququnun tanınması və evə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxan birinci instansiya məhkəməsi tələbə düzgün qiymət verməməklə yanaşı istifadə hüququnun tanınması hissəsində ümumiyyətlə qiymət verməməklə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Məhkəmənin zəruri araşdırma aparmadığı azmış kimi işdəki sübutlara da qiymət verməmiş, tərəflərin qarşılıqlı hüquq münasibətlərinə və işin həqiqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. İddiaçı2 1988-ci ildə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Quluxan küçəsi ev 13-də yaşayan mərhum X5 ilə ailə həyatı quraraq evlənmiş, 2014-cu ildə bu ailə həyatlarını rəsmi nikahla rəsmiləşdirmişlər. Həmin nikahdan 15 oktyabr 1992-ci ildə X8, xx xxxxxx 1998-ci ildə isə İddiaçı1 Əmrulla adlı övladları dünyaya gəlmişlər. 1999-cu ildə iddiaçılar mərhumun qardaşı Cavabdeh razılığı ilə mübahisəli ünvan 2-dəki evə köçüb bu günədək orada yaşamışlar. İddiaçıların bütün əşyaları o vaxtdan həmin evdədir. Uşaqlar da orada məktəbə getmişdir. X5 2014-cü ilin noyabrın 4-də vəfat etmiş, ölənədək mübahisəli evdə pasport qeydiyyatında olmuşdur. Onun məzarı Qobustan rayonunda ata yurdundadır. Qızı həmin ünvandan 27.11.2017-ci ildə gəlin köçmüşdür, bu video çəkilişlə müşayət olunmuşdur və həmin video görüntülərdə bütün faktlar öz əksini tapmışdır (cavabdeh isə guya bizim mübahisəli mənzildə 20122014-cü illərdə yaşadığımızı bildirmişdir). Məhkəmə yalnız cavabdehin gətirdiyi dəlillərə əsaslanaraq qətnamə çıxarmışdır. Həbibulla Əmirulla oğlu hasarı aşaraq həyətə keçsə də iddiaçı hasarı aşa bilməyib axşam bacısıgildə qalmalı olmuşdur. Səhərisi iddiaçılara məlum olmuşdur ki, iddiaçılarla bir həyətdə yaşayan, lakin girişləri ayrı olan evdə yaşayan qaynı Cavabdeh həyətin giriş qapısının kilidini dəyişmişdir. İddiaçı məcbur qalıb bacısı Mətanət Məmmədovanın yaşadığı Yasamal rayonundakı H.Cavid küçəsində yerləşən ünvanda yaşamalı olmuşdur. Qaynı Cavabdeh ərdə olan qızı Könülə telefon zəngi edərək “polisə, məhkəməyə müraciət edərsə nə qədər istəsələr o qədər verərəm ona ev vermərəm, lakin sakit oturarsa sizə 15.000 manat pul verəcəyəm ki, özünüzə ev alasınız” demişdir. Cavabdeh iddiaçıların yaşadıqları evin bir otağını özbaşına söküb həmin yeri yaşadığı evin həyətinə birləşdirmişdir. İddiaçı və uşaqları ərinin qanuni vərəsələri olduğu halda cavabdeh qaynı Tərlan Babazədə onların bütün hüquqlarını qanunsuz olaraq mənimsəyərək yaşayış evini ələ keçirmişdir. İddiaçı əri vəfat edəndən sonra müxtəlif yerlərdə xadimə işləməklə özünü dolandırır, yaşamağa yeri yoxdur. İddiaçılar məcbur qalaraq müxtəlif ünvanlarda qohumlarının yanında yaşayırlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 1999-cu ildən 2020-ci ilin fevral ayınadək Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi 13 ünvanında qeydiyyatsız yaşayıb. Buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi buna qiymət verməyərək üzərindən keçmiş və yalnız, cavabdehin gətirdiyi əsassız dəlillərə əsasən həmin mübahisəli ünvanda 2012-ci ildən etibarən 2014-cü ildən yaşaması qənaətinə gəlmişdir. Tərəflər arasında münasibətlər 1999-cu ildə yarandığından hazırkı mübahisəyə 2009-cu ilədək qüvvədə olan qanunvericiliyi tətbiq etmək əvəzinə hazırda qüvvədə olan qanunvericiliyi tətbiq etmişdir. Halbuki, göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mübahisəli yaşayış sahəsinə 1999-cu ildə köçmüşlər. Belə olan halda mövcud mübahisə Azərbaycan Respublikasında 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tələbləri baxımından həll edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü m addəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov, iş № 2(103)-1498/2021) iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2(001)4702/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilmə si, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi, ev 13-də yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülmələri qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı2 1998-ci ildən ünvan 1-də yaşamışdır. İddiaçının həmin evdə yaşaması iş materialları ilə yanaşı, kollegiya iclasına dəvət edilmiş şahid ifadələri ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasına dəvət edilmiş İddiaçı2 mərhum həyat yoldaşının birinci arvadı X10 və onun oğlu X6 iddiaçının 1998-1999-cu illərdən sözügedən evdə yaşadığını bildirmişlər. Eyni zamanda, Cavabdeh oğlu 1994-cü il təvvəllüdlü X13 da onun 5 yaşından bəri iddiaçıların həmin evdə yaşa dığını bildirmişdir. Kollegiya qeyd edilən şahid ifadələrini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçının qızı X7 01.09.1999-cu il tarixindən 06.07.2011-ci tarixədək 6 saylı Uşaq İncəsənət Məktəbi üzrə təhsil almışdır. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 300 nömrəli orta məktəbin 15 aprel 2021-ci il tarixli arayışından görünür ki, X7 1999-cu ildən məktəbin İ sinifinə daxil olmuş, 2008-ci ildə İX sinifi bitirmiş və əsas təhsil haqqında şəhadətnamə almışdır. Həmin arayışa görə, İddiaçı1 da 15.0 9.2004-cü il tarixdən məktəbin İ sinifinə daxil olmuş, 20.09.2005-ci ildə məktəbin İİ sinifindən çıxmışdır. Qeyd olunan arayışlar iddiaçı tərəfindən uşaqlarının mübahisəli evin olduğu ərazidə təhsil almasını göstərmək məqsədi ilə məhkəməyə təqdim edilmişdir. Kollegiya sadalanan xüsusatlara əsasən qeyd edir ki, həm iş materialları, həm də şahid ifadələrinə əsasən iddiaçıların 1998-ci il tarixindən mübahisəli evdə yaşaması sübut olunur. Belə olan halda, hüquq münasibəti 1998-ci ildə yarandığından həmin hüquq münasibətinə 08 iyul 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalı olduğu halda, birinci instansiya məhkəməsi mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsini tətbiq etməkdə haqlı olmamışdır. İşə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənz il Məcəlləsinin qeyd edilən müddəalarını tətbiq edərək, kollegiya hesab etmişdir ki, iddiaçının 1998-ci ildən mübahisəli mənzildə yaşaması sübuta yetirildiyindən onun həmin evdən istifadə hüququ yaranmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1498/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçıların iddiasının təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilir ki, iddiaçının 1988-ci ild ən mübahisəli evə köçməsi ilə bağlı dəlili ilə razılaşmır. İddiaçını həmin tarixdən evə köçməsi iş üzrə müəyyən edilməməklə yanaşı iş materiallarında olan qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. Qeydiyyat vəsiqəsinə əsasən mübahisəli ünvanda yerləşən ev 06.01.1993-cü il tarixdə Cavabdeh mülkiyyətinə keçmişdir. Tərəflər arasında yaranmış hüquq münasibətləri 01.10.2009-cu il tarixdən sonra əmələ gəldiyindən, qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməldir. İşin məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçılar mübahisəli mənzilə 2012-ci ildə köçmüşlər. Tərəflər mübahisəli evdə birgə yaşamamış, ümumi təsərrüfatı birgə idarə etməmişlər. İddiaçı mübahisəli evə köçərkən onunla cavabdeh arasında hər hansı razılaşma olmadığına görə mülkiyyətçi cavabdeh i lə bərabər surətdə evdən istifadə etmək hüququ əmələ gəlməmişdir. Bununla yanaşı, İddiaçı2 iddia etdiyi kimi gəlin gəldiyi 1998-ci il tarixdən və İddiaçı1 anadan olduğu 20.01.1999-cu ildən etibarən mübahisəli evdə yaşadıqları güman edilsə belə iddia yenə də əsassızdır. İddiaçılar cavabdehin ailə üzvü olmamış, onlarla ümumi təsərrüfat aparmaları öz təsdiqini tapmamışdır. İddiaçının 2014-cü il tarixdə vəfat edən əri iş üzrə Cavabdeh qardaşıdır və iddiaçının ailə üzvü hesab edilmir. İddiaçı 2012-2014-cü illərdə mübahisəli evdə qeydiyyatsız yaşamış, 2005-2011-ci il tarixədək isə Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsi ev 30 mənzil 2 ünvanında kirayədə yaşamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı2, iddiaçıların vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü andan pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətində istinad olunan dəlillər apellyasiya instansiya məhkəməsində araşdırılan dəlillər olmuş və məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli evə 1998-ci ildə köçmüş, həmin vax tdan orada yaşamış, digər iddiaçı isə məhz həmin ünvanda anadan olmuş və valideynləri ilə birlikdə həmin evdə yaşayaraq mülkiyyətçi ilə birgə ümumi təsərrüfat idarə etmişlər. İddiaçıların mübahisəli evdə yaşamaları iş üzrə ifadələri alınmış şahidlərin ifadələri və işdə olan yazılı sübutlarla təsdiq olunmuşdur. İddiaçıların mübahisəli evin yaxınlığında yerləşən digər evdə kirayədə yaşamaları və mübahisəli evdə isə faktiki olaraq 2012-2014-cü ildən yaşamaları işdən olan digər sübutlara təsdiq olunması apellyasiya instansiyası məhkəməsində müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1498/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar