Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-491/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Mülsəl oğlu və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-491/21 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 09 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, cavabdeh Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul t ələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6626/2017 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 kassasiya şikayətinə 09 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1367/2013 nömrəli, 31 may 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddiası təmin edilmiş, cavabdehlərdən 13000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə alınaraq, iddiaçıya verilməsi qət olunmuşdur.(hakim Samir Məmmədov).
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6626/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavab deh Cavabdeh1 oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Мəhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Elşən Kazımov)
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surətini Cavabdeh1 məhkəmədən xx xxxxxx 2017-ci il tarixdə qəbzə imza etməklə almışdır.
4. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən xx xxx 2020ci il tarixdə kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Kasasiya şikayəti və müddətin bərpası barədə ərizə xx xxx 2020-ci ildə apellyasiya məhkəməsinə daxil olmuşdur.
5. Müddətin bərpası barədə ərizə onunla əsаslаndırılıb ki, qətnamənin surəti xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 təqdim edilmiş, o, isə qətnaməni kassasiya şikayətinin verilməsi üçün hüquqlarını müdafiə etdiyi nümayəndəsinə təqdim etmişdir.
6. Nümayəndəsi olmuş şəxs qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş kassasiya şikayətinin və həmin şikayətin poçt vasitəsi ilə təqdim edildiyini göstərən poçt zərfinin surətini Cavabdeh1 təqdim etmişdir.
7. Həmin vaxtdan uzun müddət keçsə də, Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsindən hər hansı bildirişi və qərar gəlməmişdir.
8. Cavabdeh1 nümayəndəsi olmuş şəxs dəfələrlə bəhanələr gətirərək, işin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğunu və məhkməyə çağırılacağını bildirmişdir.
9. Kassasiya şikayətinin verilməsi üçün xx.xx.2020-ci ildə 134 saylı sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə, xx.xx.2020-ci ildə 136 saylı sorğu ilə Azərbayca n Respublikası Ali Məhkəməsinə, xx.xx.2020-ci ildə “xxxx” MMC-yə müraciətlər olunmuş, kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmadığı müəyyən olunmuşdur.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6626/2017 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6626/2017 saylı, 02 avqust 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Şərafət Məmmədova)
11. Apellyasiya instansiyası müəyyən etmişdir ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti Cavabdeh1 07 avqust 2017-ci il tarixdə rəsmi təqdim оlunub. K assasiya şikayəti isə xx xxx 2020-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət 2 il 9 ay 12 gün buraхılıb.
12. Kassasiya şikayəti xx.xx.2017-ci il tarixdə verilməli olduğu halda, xx xxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür.
13. Apellyasiya instansiyası müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı cavabdehin dəlilinə qiymət verərək qeyd edib ki, cavabdeh müddətin bərpası barədə ərizəsində üzrlü səbəb kimi nümayəndəsi tərəfindən aldadıldığını bildirsə də, qeyd olunan halla bağlı mötəbər sübutlar təqdim etməmişdir.
14. Apellyasiya instansiyası belə qənaətə gəlib ki, qətnamədən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyindən, müddətin bər pası üçün üzrlü səbəblər müəyyən olunmadığından, cavabdeh tərəf hüquqdan aşkar surətdə sui-istifadə etdiyindən, müddət bərpa edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır.
15. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 128, 405.0.1, 408.1.4-cü maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv və xx.xx.2017-ci il tarixli qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti müddətin bərpası barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə həmin dəl illərə apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilməməsinə, bununla da cavabdehin hüquqlarının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
20. İddiaçı və cavabdeh Cavabdeh2 Müsəlii oğlu vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında oların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə
128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həy ata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şika yəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
22. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
24. Apellyasiya instansiyasınin müəyyən etdiyi iş in hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti cavabdehə xx xxxxxx 2017-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada təqdim оlunub. Kassasiya şikayəti isə xx xxx 2020-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət 2 il 9 ay 12 gün buraхılıb.
25. Cavabdehin müddətin buraxılması ilə bağlı göstərdiyi səbəbləri apellyasiya məhkəməsi üzrlü saymamaqla düzgün nəticəyə gəlib. 26. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli Q ərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qə rar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
27. «Kudrina Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlə tlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.
28. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6626/2017 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.