Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-491/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, miras əmlak) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X5 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1353/2*2 4 nömrəli, 4 oktyabr 2*24-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı1 Abbas oğlu ilə X17 ailə qurmuşlar (hazırkı iş üzrə tərəflərin babası və nənsidir), onların birgə ailə münasibətlərindən X18, X22, X14 və X8 adlı uşaqları anadan olmuşdur; 3. ünvan 1 yaşayış evi İddiaçı1 Abbas oğlunun şəxsi mülkiyyət hüququ kimi texniki inventarlaşdırma bürosunda qeydə alınmışdır. Həmin yaşayış evi 53,4 kvadratmetr 4 yaşayış otağından ibarət olmaqla, 188*-ci ildə tikilmişdir;
4. İddiaçı1 Abbas oğlu 6 may 1993-cü il tarixdə vəfat etmişdir. Onun ölümün dən sonra qanun üzrə birinci növbəli vərəsələri – arvadı X23, uşaqları X18, X22, X14 və X8 olmuşlar;
5. Davud Hüsyenovdan miras qalan əmlak isə ünvan 1 ünvanda yerləşən 53,4 kv.m 4 yaşayış otağından ibarət 188*-ci ildə tikilmiş fərdi yaşayış evi olmuşdur. Adları qeyd olunan vərəsələrdən X23 mirasın qəbulu barədə ərizə ilə notariat orqanına müraciət etmiş və 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 31.*8.1993-cü il tarixli 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə ilə ünvan 2 ünvanı X12 adına keçmişdir. Digər vərəsələr mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər;
6. Miras əmlak olan 53,4 kvadratmetr 4 yaşayış otağından ibarət olmaqla 188*-ci ildə tikilmiş fərdi yaşayış evi yararsız vəziyyətə düşərək məhv olmuşdur. Bundan sonra miras əmlakda ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1- 5 otaq “A” ümumi sahəsi 173,* çardaqdan ibarət yaşayış evi inşa edilmişdir;
7. X23 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli müqavilə əsasında DƏDRXnin Gəncə şəhəri Ərazi İdarəsinin 24.*4.2**6-cı il tarixli, 77 nömrəli arayışına əsasən *4.1*.2**5-ci il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1 dalan, ev 6378, kv,m torpaq sahəsi “A” yaşayış binasının ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1- 5 otaq “A” ümumi sahəsi 173,* çardaqdan ibarət yaşayış evini nəvəsi Cavabdeh1 bağışlamışdır;
8. X23 13 aprel 2*11-ci il tarixdə vəfat etmişdir;
9. Miras qoyan Davud Hüseynoun vərəsələri X22 (iddiaçıların atası) 29 iyun 2*21-ci il tarixdə, X19 (cavabdehin atası ) isə 31 iyul 2*23-cü il tarixdə vəfat etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair ünvan 3unmuş 31 avqust 1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 3unmuş 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına verilmiş 2 avqust 2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və həmin fərdi yaşayı ş evinə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 Abbas oğlunun adına olmuşdur. İddiaçı1 Abbas oğlu 6 may 1993-cü il tarixində vəfat etmişdir. Onun ölümündən sonra 3 vərəsəsi qalmışdır: həyat yoldaşı X23, oğlu X18 və X22 (İddiaçı3 həyat yoldaşı) olmuşdur. Hələ İddiaçı1 Abbas oğlunun sağlığından mübahisəli fərdi yaşayış evində yalnız X13 ailəsi, yəni onlar yaşamışlar. Elə hazırda da bu mülkdə yaşayırlar. Digər vərəsələr isə hələ İddiaçı1 Abbas oğlunun sağlığından başqa ünvanda yaşamışlar. Yəni atasından qalmış miras əmlak yalnız X22 tərəfindən qəbul edilməklə idarə edilmişdir. Lakin miras əmlak X22 tərəfindən qəbul edilsə də, o mirası öz adına rəsm iləşdirmədən 29 iyun 2*21-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra sözügedən miras əmlakda yalnız onların ailəsi yaşamağa davam etməklə mirası qəbul etmişlər. Bu illər ərzində miras mülkün İddiaçı1 Abbas oğlunun adında qalmasını zənn edərək hər hansı bir maneə olmadan orada yaşamışlar. Ona görə də sənədləşmə işləri ilə məşğul olmamışlar. Lakin, sonradan öyrənmişlər ki, İddiaçı1 Abbas oğlu 1993-cü ildə vəfat edən kimi hətta vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün 6 aylıq müddəti gözləmədən ünvan 3unmuş 31 avqust 1993-cü il tarixli, 3-1- 241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların yaşadıqları mülk Davudun arvadı X12 adına keçmişdir. Sonradan isə X23 bu mülkü ünvan 3unmuş 22 may 2**6-cı il tarixli 4Ə-1-138 reyestr nömrəli bağışlam a müqaviləsinə əsasən Cavabdeh1 bağışlamışdır. Həm vərəsəlik, həm də bağışlanma zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, sözügedən miras əmlakın yalnız onların ailəsi, yəni mirasqoyanın oğlu X22 tərəfindən qəbul edilməsinə baxmayaraq, ona hər hansı bir pay verilməmişdir. X22 atasından qalmış mirası faktiki qəbul etməklə onu idarə etmiş, miras əmlakda dəfələrlə əsaslı təmir işləri görmüşdür. Uzun illərdən bəri bütün kommunal xərclər də onlar tərəfindən ödənilmişdir. Yəni, atasından qalmış miras əmlak yalnız X22 tərəfindən qəbul edilməklə idarə edilmişdir. Həmçinin, mülkün Cavabdeh1 bağışlanmasına, hazırda onun adına olmasına baxmayaraq, o bir gün də olsun burada yaşamamış və onlara qarşı hər hansı bir iradı, tələbi olmamışdır.Həmin vaxt mülk yalnız formal olaraq Cavabdeh1 bağışlanmışdır. Sözügedən bağışlama müqaviləsinin uydurma, yalan əqd olması açıq aydın göz qabağında olması səbəbindən həmin müqavilə də etibarsız hesab olunmalıdır. Bundan başqa, X15 verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin 3* aprel 2**6-cı il tarixində bitməsinə baxmayaraq, bağışlama əməliyyatı məhz bu müvəqqəti şəxsiyyət vəsiqəsi ilə 22 may 2**6-cı il tarixdə həyata keçirilmişdir. Bundan başqa, bağışlanma zamanı evdə pasport qeydiyyatında olmalarına baxmayaraq, onların razılıq ərizələri alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur.
12. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, Gəncə şəhəri Cəfər Cabbarlı küçəsi 1-ci dalanda yerləşən 6 nömrəli yaşayış evi 7 yaşayış otağından ibarət olmaqla X9 xüsusi mülkiyyətində olmuşdur. Həmin yaşayış otaqlar ının 3 yaşayış otağında mülk sahibi X16, arvadı X4 ilə, 2 yaşayış otağında mülk sahibinin oğlu İddiaçı1 Abbas oğlu arvadı X23 ilə, 2 yaşayış otağında İddiaçı1 oğlu X18 arvadı X24 ilə yaşamışlar. 199*-cı ilin martından İddiaçı3 X22 ilə nikaha daxil olmuş, mülk sahibi Abbas Hüseynovun arvadı X2 yaşadığı 3 otaqlı yaşayış otağına köçmüş və orada yaşamağa başlamışlar. Mülk sahibi X9 vəfatından sonra notarisun xx.xx.1989-cu il tarixli, 3-3-3*5 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülk İddiaçı1 Abbas oğlunun adına keçmişdir. Mülk sahibi İddiaçı1 vəfatından sonra miras mülkdəki 53,4 kv.m 4 otaqdan ibarət hissəsini X32 şəhər 1 saylı Dövlət Kontorunda təsdiq olunmuş 31 avqust 1993- cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən öz adına keçi rtmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni alarkən X23 tərəfindən notariat kontoruna tələb olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən biri də X7 Bürosu tərəfindən verilmiş 17.*8.1993-cü il tarixli, 1457 nömrəli arayışda göstərilmişdir ki, tikinti “A”-da 53,4 kvadratmetr 4 yaşayış otağından, 11,3 kvadratmetr örtülü eyvandan və 1*,8 kvadratmetr dəhlizdən ibarət yaşayış evi 188*-ci ildə tikilmişdir. 6 may 1993-cü il tarixində vəfat etmiş İddiaçı1 Abbas oğlunun ildönümündən sonra, yəni, 1994-cü ildə Cavabdeh1 atası Azərbaycan Respublikasının Baş Naziri vəzifəsində işləmiş X18 tərəfindən anası Fatma Rəhimovanın adına olan mülkdə 166,4 kvadratmetr sahəli 5 yaşayış otağından və 99,1 kvadratmetr köməkçi sahədən ibarət yaşayış evini tikdirmişdir. 1993-cü ilin oktyabr ayı nda baş vermiş məlum hadisələrlə bağlı X18 ölkəni tərk edərək, ailəsi ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, oradan isə Tula şəhərinə getmişdir. Həmin vaxt Surət Hüseynovun qardaşı Asif Hüseynov da ailə üzvləri ilə birlikdə Tula şəhərində yaşamışdır. 1996-cı ildə İddiaçı3 Tula şəhərindən Gəncə şəhərinə gəlmişdir. 26 mart 1997-ci il tarixində X37 şəhərində tutularaq, Bakı şəhərinə gətirilmiş, ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayətkarlıq yolu ilə əldə edilmiş, məhum Surət Hüseynova məxsus 17136*** manat dəyərində X12 adına qeydiyyatda olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan 6 saylı ev dövlət nəfinə müsadirə edilmişdir. Surət Hüseynova ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edildikdən sonra İddiaçı3 188*-ci ildə tikilmiş 53,4 kvad ratmetr tikilmiş sahəli 4 otaqlı evi uçurtdurub, Surət Hüseynov, yəni cavabdehin atası tərəfindən kubikdən tikdirilmiş 166,4 kvadratmetr əsas 99,1 kvadratmetr köməkçi sahədən ibarət təzə evə köçmüşdür. Surət Hüseynov Azərbaycan Respublikası Prezidentinin 17 mart 2**4-cü il tarixli fərmanı ilə əfv edilmişdir.Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.*3.2**5-ci il tarixli qətnaməsi ilə ünvan 5 ünvanda yerləşən 166,4 kvadratmetr əsas və 99,1 kvadratmetr köməkçi sahədən ibarət olan 5 otaqlı ev müsadirədən çıxarılaraq, X15 qaytarılmışdır. Bundan sonra Fatma Rəhimova adına olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalanda yerləşən 166,4 kvadratmet əsas və 99,1 kvadratmetr köməkçi sahədən ibarət 5 otaqlı 6 nömrəli “A” literli yaşayış evini Gəncə şəhər 1 saylı Notariat kontorunun 22.*5.2**6-cı il tarixli 4-Ə-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X6 Nail Sürət oğluna bağışlamışdır. Həmin vaxt Fatma Rəhimova tərəfindən bir sıra lazımi sənədlər, o cümlədən Gəncə ərazi idarəsi tərəfindən verilmiş *4.*4.2**6-cı ıl tarixli, 77 nömrəli arayışı da notariat kontoruna təqdim edilmişdir. Həmin yaşayış evinin kubikdən tikilməsi, əsas sahənin 166,4 kvadratmetr, köməkçi sahənin 99,1 kvadratmetr, otaqlarının sayının isə 5 olması göstərilmişdir. Bağışlama müqaviləsindən sonra Cavabdeh1 verilmişdir. Hazırda haqqında mübahisə gedən ev İddiaçı1 miras qalmamış, həmin ev Surət Hüseynov (atası) tərəfindən tikdirilmişdir. Mərhum İddiaçı1 qalmış ev isə İddiaçı3 tərəfindən uçurulduğundan halhazırda miras əmlak kimi mövcud deyildir.X28 ərindən miras qalmış evi yox (çünki həmin miras ev mövcud o lmamışdır), atası Surət Hüseynov tərəfindən tikdirilmiş evi Cavabdeh1 bağışlamışdır. Qeyd edilən fərdi yaşayış evi Gəncə şəhər 1 saylı notariat kontorunun 22.*5.2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmış, sonuncunun adına *2.*8.2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 15 mart 2*24-cü il tarixli, 3-21-3-33/22766/2*24 nömrəli məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Cəfə r Cabbarlı küçəsi, 1-ci dalan, 6 saylı fərdi yaşayış evinin arxiv qovluğunda olan sənədlərdən məlum olur ki, Kirovabad şəhər notariat kontorunun 19.*2.1941-ci il tarixli, 776 saylı reyestrdə təsdiq etdiyi akta əsasən Kirovabad şəhəri, Cəfər Cabbarlı küçəsi, 17 saylı fərdi yaşayış evinin X3 istifadəsində olmuşdur. X3 adına bu əmlakın yerləşdiyi 378.* kvm torpaq sahəsinə dair 3*.*5.1948-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. 1 saylı notariat kontorunun xx.xx.1989cu il tarixli, 4-3-3*5 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnaməsinə əsasən hal-hazırda ünvanı Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 olan bu fərdi yaşayış evi İddiaçı1 Abbas oğlunun adına keçmişdir. 1 saylı notariat kontorunun 31.*8.1993-cü il tarixli, 3-1-241 saylı qanun üzrə vərəsəlik hüququna dair şəhadə tnaməsinə əsasən bu mülk X12 adına keçmiş və ona *8.*9.1993-cü il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cinayət işi ilə əlaqədar bu mülkün arxiv işi 28.*8.1997-ci il tarixli, 365 nömrəli məktuba əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmiş və geri qaytarılmamışdır. Bu əmlaka dair dublikat arxiv işi açılmış, arxiv sənədlərinin 2**5-ci ilədək olan nüsxələri yalnız təsdiq olunmamış surətlərdən ibarət olduğu üçün onların surətlərinin verilməsi mümkün olmamışdır. İddiaçıların atası (İddiaçı3 əri) Asif Hüseynov sağlığında qeyd olunan iddianı qaldırmamaqla iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Gəncə Şəhər Məhkəməsinin (hakim Zaman İmanov) 8 aprel 2*24-cü il tar ixli, 2(125)-188/2*24 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
14. Məhkəmə iddianı rədd edərəkən hesab etmişdir ki, iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd edilməlidir.
15. Belə ki, məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbinin əsasını İddiaçı1 Abbas oğlunun 1993-cü ildə vəfatından sonra ondan qalmış miras əmlaka dair X12 adına Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 31 avqust 1993-cü il tarixdə verilmiş 3-1241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı təşkil etdiyindən və həmin şəhadətnaməni Asif Hüseynov sağ ikən mübahisələndirməməklə onun ölümünə kimi təxminən 28 ilə yaxın müddət keçdiyindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbi rədd edilməlidir.
16. Birinci instansiya məhkəməsi mövqeyini *1.*9.2***-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73, 75, 76, 77, 78, 79, 8*, 81, 82, 83, 84, 85 və 86-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.Məhkəmə heç bir araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxartmış, bun unla da onların vərəsəlik və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmənin sözügedən qətnaməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulması isə çıxarılmışdır və bu səbəbdən də ləğv edilməlidir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1353/2*24 nömrəli 4 oktyabr 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov - sədrlik edən və məruzəçi, Loğman Süleymanov və Şamil Rzaquliyev) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, miras qoyan İdd iaçı1 Abbas oğlunun (tərəflərin babası) ölümündən sonra miras qalan ünvan 1 ünvanda yerləşən 53,4 kv.m 4 yaşayış otağından ibarət 188*-ci ildə tikilmiş fərdi yaşayış evi yararsız vəziyyətə düşdüyündən tamamilə sökülərək yenidən ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1- 5 otaq “A” ümumi sahəsi 173,* çardaq ibarət yeni yaşayış evi inşa edilmişdir. Qeyd olunan hallar həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin apellyasiya baxışı zamanı verdiyi izahat və iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapmışdır.
21. Bununla belə, məhkəmə kollegiyası hazırkı halda miras qoyan İddiaçı1 Abbas oğlundan miras qalmış ünvan 1 ünvanda yerləşən 53,4 kv.m 4 yaşayış otağından ibarət 188*-ci ildə tikilmiş fərdi yaşayış evinin tamamilə sökülüb-sökülməməsi və söküldüyü halda evin yenidən in şa edilməsi ilə bağlı araşdırma aparılmasına hüquqi qiymət verilməsini zəruri hesab etmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 6 may 1993-cü il tarixdə vəfat etmiş İddiaçı1 Abbas oğlundan qalmış ünvan 1 ünvanda yerləşən 53,4 kv.m 4 yaşayış otağından ibarət 188*-ci ildə tikilmiş fərdi yaşayış evinin qəbuluna dair arvadı X23 31 avqust 1993-cü il tarixdə notariat kontoruna yazılı ərizə ilə müraciət etmiş və həmin müraciəti əsasında miras əmlaka dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra həmin şəhadətnamə əsasında qeyd olunan mülk X12 adına keçmiş və ona *8.*9.1993-cü tarixli 8645 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı1 Abbas oğlunun birinci növbəli vərəsəsi mərhum X1 miras əmlakla bağlı hər hansı mübahisəsinin olması müəyyən edilməm işdir. Yəni, miras əmlakla bağlı vərəsəlik *6.*5.1993-cü il tarixdə açıldığı halda mərhum Asif Hüseynov mirasın açıldığı vaxtdan vəfat etdiyi zamanadək ötən 28 (iyirmi səkkiz) il müddət ərzində miras mülkün tam həcmdə anası Fatma Rəhimovanın adına keçməsinə etiraz olaraq hər hansı hərəkət göstərməmiş və bununla da miras əmlakın faktiki olaraq tam həcmdə anası Fatma Rəhimova tərəfindən qəbuluna razılıq vermişdir.
23. Məhkəmə kollegiyası tərəfindən miras əmlakın Fatma Rəhimovanın adına rəsmiləşdirilməsindən mərhum Asif Hüseynovun məlumatsız olması barədə iddiaçı tərəfin arqumentləri ağlabatan mühakimə əsasında inandırıcı hesab edilməmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdən görünür ki, *6.*5.1993-cü il tarixdə miras açılan zaman iddiaçılar İddiaçı1 və İddiaçı2 atası v ə İddiaçı3 əri mərhum Asif Hüseynov sağ olmuş və sonuncu 29 iyun 2*21-ci il tarixdə vəfat etmişdir.
25. Göründüyü kimi iddiaçıların iddia tələbləri ilə bağlı irəli sürdükləri faktiki hallar, onların tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar mübahisəsini etdikləri əmlakdan paylarının müəyyən olunmasına dair subyektiv hüquq sahibi deyillər.
27. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların digər “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması” tələbi üzrə hüquqi dəyərləndirmə aparılmasına da zərurət yoxdur.
28. Məhkəmə kollegiyası həmçinin iddiaçıların digər “ünvan 3unmuş 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməs i” barədə tələblərini də qanuni və əsaslı hesab etməmişdir.
29. Belə ki, mərhum X23 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli müqavilə əsasında DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinin 24.*4.2**6-cı il tarixli, 77 nömrəli arayışına əsasən *4.1*.2**5-ci il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1 dalan, ev 6378, kv,m torpaq sahəsi “A” yaşayış binasının ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1- 5 otaq “A” ümumi sahəsi 173,* çardaq ibarət yaşayış evini Cavabdeh1 bağışlamışdır.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin müqaviləyə dair hüquqi proseslər barəsində mülkiyyətçi Fatma Rəhimova tam sərbəst şəkildə hərəkət edərək əmlakın müqəddəratı barədə iradə ifadəsini bəyan etmiş, bu iradə ifadəsi əsasında isə əmlak özgəninkiləşdirilmişdir. Eyni zamanda, bağışlama müqaviləsinin onu bağlamış şəxslərin arasında iradə vahidliyinin olmaması da müəyyən edilməmişdir.
31. Məhkəmə kollegiyası eyni zamanda iddiaçıların “Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv olunması” barədə iddia tələbləbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, mübahisəli əmlaka dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair bağlanmış yuxarıda göstərilən bağışlama müqaviləsindən törəmişdir. Mübahisəli əmlaka dair qeyd olunan müqavilə etibarsız hesab edilmədiyindən, əmlaka dair törəmə hüquq münasibəti olan Cavabdeh1 adına verilmiş hüquqların dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da ləğv olunması üçün də əsaslar yoxdur.
32. Məhkəmə öz mövqeyini *1.*9.2***-ci il tarixədək qüvvədə olmuş 11.*9.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 532, 552, 553-cü maddələrinə,eyni zamanda *1.*9.2***-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 339.1, 666, 668-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçılar (vəkil Nümayəndə1) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin tam olaraq təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
34. Kassasiya şikayəti iddia ər izəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyasının iddianın təmin olunmaması üçün gətirdiyi əsasa görə guya miras mülkə dair aparılmış əməliyyatlardan onların daha əvvəldən xəbərləri olmuşdur. Lakin məhkəmə kollegiyası öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. 2*23-cü ilin iyun ayında yaşadıqları evə dair vərəsəlik işlərinin aparılması üçün vəkil vasitəsilə sorğu verilmiş və yalnız bundan sonra sözügedən mülk üzərində əməlliyyatların aparıldığı məlum olmuşdur. Bundan məlumat alan zaman isə dərhal məhkəmədə iddia qaldırılmışdır. Miras mülkə dair aparılmış əməliyyatlardan onların daha əvvəldən məlumatlarının o lması barədə iş materiallarında hər hansı bir sübut yoxdur.
35. Bundan başqa, bağışlanma zamanı evdə pasport qeydiyyatında olmalarına baxmayaraq, onların razılıq ərizəsi alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur. Lakin apellyasiya şikayətinin dəlillərindən birinin də məhz bu olmasına bxmayaraq, işə baxan məhkəmə kollegiyası işin bu halına ümumiyyətlə hər hansı bir qiymət verməmişdir.
36. Kassatorlar şikayətini Mülki Məcəllənin 1159, 1243, 1252, 1555, 337, 34*, 354-cü maddələrinə, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə istinad edərək əsaslandırmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının *1.*9.2***-ci ilədək qüvvədə olan Mülki Məcə lləsi:
38. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
39. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
40. Maddə 53*. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
41. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
42. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müə yyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 1133.1. Ölmüş şəxs in (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
44. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
45. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
46. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Mübahisəyə mahiyyəti üzrə bax an apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mirasqoyan İddiaçı1 Abbas oğlunun 6 may 1993-cü il tarixdə ölümü ilə açılan miras əmlak onun vərəsələrindən arvadı X23 tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Belə ki, Fatma Rəhimova mirasın qəbulu barədə ərizə ilə notariat orqanına müraciət etmiş və 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 31.*8.1993-cü il tarixli 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə ilə ünvan 2 ünvanı onun adına rəsmiləşmişdir. Digər vərəsələr mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər.
57. Apellyasiya məhkəməsi işdəki sübutları tədqiq edərək həm də o nəticəyə gəlmişlər ki, miras əmlakın Fatma Rəhimovanın adına rəsmiləşdirilməsindən mərhum Asif Hüseynovun məlumatsız olması i nandırıcı deyil. İddiaçı1 mirası *6.*5.1993-cü il tarixdə açıldığı halda mərhum Asif Hüseynov vəfat etdiyi zamanadək ötən 28 il müddət ərzində miras mülkün tam həcmdə anası Fatma Rəhimovanın adına keçməsinə etiraz olaraq hər hansı hərəkət göstərməmiş və bununla da miras əmlakın faktiki olaraq tam həcmdə anası Fatma Rəhimova tərəfindən qəbuluna razılıq vermişdir.
58. Bundan əlavə, İddiaçı1 miras qalmış ünvan 1 ünvanda yerləşən 53,4 kv.m 4 yaşayış otağından ibarət 188*-ci ildə tikilmiş fərdi yaşayış evi tamamilə sökülmüş, yenidən ümumi sahəsi 265,5 kv.m. olan 5 otaqlı yeni yaşayış evi inşa edilmişdir. X23 22 may 2**6cı il tarixdə məhz həmin evi nəvəsi Cavabdeh1 bağışlamışdır.
59. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, Asif Hüseynov (iddiaçıların mirasqoyanı) 2 9 iyun 2*21-ci il tarixdə öldüyü məqamda hazırkı iddianın obyekti olan daşınmaz əşya onun əmlak aktivində olmamışdır. Bu səbəbdən iddiaçıların həmin əmlaka dair vərəsəlik hüquqları yoxdur.
60. Qanuna əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (§ 46).
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçıların dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
62. O da qeyd edilməl idir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1353/2*24 nömrəli, 4 oktyabr 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.