Məhkəmə qərarları › İş №2(102)-4912/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4912/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4912/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, kooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iddia üzrə Sumqay ıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-980/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yaşayan İddiaçı tərəfindən imzalandığı qeyd edilən kooperativ binada mənzil tikintisi haqqında 04 yanvar 2007-ci il tarixli müqaviləyə əsasən kooperativ Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən Şamaxı MTK tikilməkdə olan binasında 8 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 4 otaqdan ibarət olmaqla, ümumi sahəs i 80,0 kv.metr təşkil edir, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçını özünə verilir, göstərilən mənzilin ümumi dəyəri 16000 ABŞ dolları təşkil edir.

2. Şamaxı rayon MTK-nin 28 yanvar 2011-ci il tarixli 08 saylı orderindən görünür ki, İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə birlikdə S.Ə.Şirvani küçəsində məhəllədə 85 saylı evdə 08 saylı mənzildə 1-ci blokda 3-cü mərtəbədə 2 iki otaqdan ibarət 80,8 kvadrat metr mənzil sahəsi tutmağa ixtiyarı vardır. 3. 03 fevral 2007-ci il tarixli AİT № 743352 saylı kassa mədaxil orderinin qəbzinə əsasən 874 manat, 17 fevral 2007-ci il tarixli AİT № 743356 saylı kassa mədaxil orderinə əsasən 2622 manat pay, 15 yanvar 2007-ci il tarixli AİT № 743340 saylı kassa mədaxil orderinə əsasən 1311 manat, 0 4 yanvar 2007-ci il tarixli AİT № 743338 saylı kassa mədaxil orderinin qəbzinə əsasən 6118 manat, 14 fevral 2007-ci il tarixli AİT № 743353 saylı kassa mədaxil orderinin qəbzin əsasən İddiaçı 874 manat pay ödəmişdir. 4. 03 may 2007-ci il tarixli arayışına əsasən İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısıdır. Payçı olduğu sahəyə ödədiyi məbləğ 1500 ABŞ dollarıdır. 5. 16 may 2007-ci il tarixli arayışına əsasən İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısıdır. Payçı olduğu sahəyə ödədiyi məbləğ 1000 ABŞ dollarıdır.

6. Şamaxı MTK-nin sədri E.Şirinova ilə Şamaxı şəhəri Şirvan küçəsi ev 19, mənzil 29da yaşayan Cavabdeh tərəfindən imzalandığı qeyd edilən kooperativ binada mənzil tikintisi haqqında 20 dekabr 2006-cı il tarixli müqaviləni n kserosurətinə əsasən kooperativ Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən Şamaxı MTK tikilməkdə olan binasında 8 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 2 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 80,8 kv.metr təşkil edir, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçını özünə verilir, göstərilən mənzilin ümumi dəyəri 16000 ABŞ dolları təşkil edir. 7. 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətinə əsasən Cavabdeh Şamaxı MTKya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısıdır. Payçı olduğu sahəyə ödədiyi məbləğ 16000 ABŞ dollarıdır.

8. Şamaxı Mən zil-Tikinti Kooperativində mənzil alan payçılarla bağlanmış 20 dekabr 2006-cı il tarixli müqavilənin kserosurətinə əsasən Şamaxı MTK-nın sədri X7 bir tərəfdən, digər tərəfdən payçı adlandırılan Cavabdeh kooperativ Şamaxı şəhəri Şamaxı rayonu S.Ə.Şirvani küçəsində MTKnın tikilməkdə olan binasında 8 nömrəli mənzil payçıya verməyi, payçı isə həmin mənzilin dəyərini, qabaqcadan müəyyənləşdirilmiş məbləğ əsasında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 80,8 m2-dir, mənzilin ümumi dəyəri 16000 ABŞ dollarıdır. 9. 27 dekabr 2006-cı il tarixli arayışın kserosurətinə əsasən Cavabdeh Şamaxı MTKya məxsus S.Şirvani küçəsində tikilən binanın payçısıdır, payçı olduğu sahəyə ödədiyi məbləğ 8000 ABŞ dollarıdır. 10. 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətinə əsasən Cavabdeh Şamaxı şəhəri Ş.Ə.Şirvani küçəsində yerləşən Şamaxı MTK-ya məxsus yaşayış binasının payçısıdır. Payçı olduğu 2 otaqlı 8 saylı mənzilin dəyərini tam ödəyib borc qalığı yoxdur.

11. Şamaxı rayon Şamaxı Mənzil tikinti kooperativinin 30 iyul 2009-cu il tarixli 8 saylı orderə əsasən Cavabdeh Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində 85 saylı evdə 8 saylı mənzildə 1-ci blokda 3-cü mərtəbədə 2 otaqdan ibarət 80,8 kvadratmetr mənzil sahəsi tutmağa ixtiyarı vardır. 12. 25 yanvar 2021-ci il tarixli aktda göstərilir ki, Cavabdeh və qızı Hacıbalayeva Könül S.Ə.Şirvani küçəsi 85 saylı 5 mərtəbəli binanın 8 saylı mənzilində yaşayır. 2008-2009-cu illərdə həmin evi təmir etmiş və göstərilən ildən 8 saylı mənzildə birgə yaşayırlar. Bu vaxta qədər Elman adlı şəxs bu evə və həyətə gəlməmiş və ümumiy yətlə heç kim bu evlə maraqlanmamışdır. Onlar Elman adlı şəxsi tanımırlar. Şamaxı Təmiz Şəhər MMC-nin 15 fevral 2021-ci il tarixli 5 saylı arayışından görünür ki, Cavabdeh Şamaxı şəhər S.Ə.Şirvani küçəsi 85 saylı binanın 2-ci mərtəbəsi, 8 saylı mənzilində yaşayır. 22 dekabr 2010-cu ildə Şamaxı Təmiz şəhər MMC ilə məişət tullantılarının daşınması ilə bağlı müqavilə bağlamış, qeydiyyata alınmış və hal-hazırda ödəyicidir.

13. Qonşuların tərtib etdikləri 04 fevral 2021-ci il tarixli akta əsasən Cavabdeh və qızı Könül ilə 2008-2009-cu ildən bu günə kimi binanın sakinləri olaraq qonşuluq edirlər, onlar 8 saylı mənzildə yaşayırlar. Bu vaxta kimi 8 saylı mənzillə heç kim maraqlanmamışdır. Bu mənzildə Laləxanım və Könüldən başqa heç kim yaşamamışdır. 8 saylı mənzili Laləxanım özü təmir etdirib.

14. Su təhcizatı və tullantı sularının axıdılması xidmətələrinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən X12 Cəmiyyətinin 2 nömrəli Regional Sukanal idarəsinin Şamaxı sukanal sahəsi ilə Cavabdeh arasında Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 8 saylı evə göstərilən sukanal xidməti üçün müqavilə bağlanmışdır.

15. Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən 5 mərtəbəli binanın sakinlərinin 02 noyabr 2021-ci ildə tərtib etdiyi aktdan görünür ki, 2008-2009-cu illərdən bəri bu binanın sakinləri olaraq 8 saylı mənzilin sahibi Lalə müəllimə və Könül müəllimə ilə qonşuluq edirlər. Onlar həmin mənzili təmir etdirərək həmin mənzildə yaşayırlar. 8 saylı mənzildə onlardan başqa heç kim heç vaxt yaşamamışdır. Həmin mənzillə heç kim bu günə qədər onlardan başqa maraqlanmamış və o mənzildə onlardan başqa heç kimi görməmişlər.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər idarəsinin 19 aprel 2021-ci il tarixli **********655100 saylı məktubuna əsasən 21 oktyabr 2004-cü il tarixdən idarədə hüquqi şəxs kimi qeydiyyatda olan Şamaxı Mənzil-Tikinti kooperativi (VÖEN **********) 18 sentyabr 2018-ci il tarixdə fəaliyyətini dayandırmış və 01 yanvar 2016-xx.xx.2020-ci illər ərzində vergi orqanında mənfəət vergisi, əlavə dəyər vergisi, torpaq vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyənnamələrini vergi orqanına təqdim etmişdir. Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən 19 aprel 2021-ci il tarixə cəmiyyətin vergilər üzrə 374,68 manat əsas, 37,62 manat faiz borcu olmaqla ümumilikdə 412,30 manat borc u olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarmaya dair iddia qaldıraraq, Cavabdeh Şamaxı Mənzil Tikinti kooperativi tərəfindən 8 saylı orderə əsasən ona verilmiş Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.metr sahəsi olan mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İlk iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh Şamaxı MTK-vi tərəfindən 8 saylı orderə əsasən ona verilmiş Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.metr sahəsi olan mənzildən çıxarılması, onun sahiblik və istifadəsinə qaytarılması, onun mənz il üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilıməsinə maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edllməsini xahiş etmişdir.

19. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 04 yanvar 2007-ci il tarixdə o, Şamaxı şəhəri, S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi arasında "xxxx" müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MTK-nın inşa etdiyi 5 mərtəbəli binanın, 8 saylı, 80,8 kv.m. sahəsi olan mənzilin pulunu, ödəmə cədvəlinə müvafiq ödəyərək, almışdır. Mənzilin ümumi dəyəri 16000 ABŞ dolları təşkil edirdi. Bu məbləğ onun tərəfindən tam şəkildə ödənilmişdir. 28 yanvar 2011-ci il tarixdə "xxxx" MTK-vi tərəfindən bu mənzilə dair ona 08 saylı order təqdim edilmişdir. Mənzil təmirsiz təqdim edilm işdir. Maddi imkanı ilə əlaqədar olaraq mənzildə təmir işlərinin aparılması mümkün olmamışdır. Lakin mütəmadi olaraq o, mənzilə baş çəkərək, təmir işlərinin aparılmasını planlaşdıraraq, təmir üçün smeta hazırlamışdır. Təmir işlərini bu il başlamaq istəmişdir. Bu ilin yanvar ayının 11-də o, evin yanından keçəndə, evin eyvanına plastik pəncərə qoyulduğunu görmüşdür. Mənzilə qalxmış, görmüşdür ki, giriş qapısı da yenisi ilə dəyişdirilib. Giriş qapısı bağlı olduğundan mənzilə girə bilməmişdir. MTK-nın rəsmi rəhbərliyi olmadığından həmin binada mənzil alan, ona tanış olan Cavabdeh mənzili zəbt edib və mənzildən çıxmağa da fikri yoxdur, mənzil ona məxsusdur. Bununla bağlı olaraq o Şamaxı rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, orada bildirmişlər ki, məhkəməyə müraciət etsin. "xxxx" MTK-v i tərəfindən verilmiş 8 saylı orderə əsasən Şamaxı şəhəri, S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.m. sahəsi olan mənzil ona məxsusdur. Cavabdeh mənzili zəbt etmişdir. Şamaxı şəhəri, S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsi 5 mərtəbəli binanın, 8 saylı, 80,8 kv.m. sahəsi olan mənzili ilkin onun iradəsinə zidd olaraq zəbt etməklə, qanunvericiliklə qorunan hüququnu pozmuş və pozmaqda davam edir, mənzilindən sərbəst istifadə etməyə, ona sərəncam verməyə mane olur.

20. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər İddiaçı və Şamaxı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı X6 ilə Şamaxı MTK-nın 04 yanvar 2007-ci il tarixli, Şamaxı şəhəri Şirvani küçəsi ilə H.Məmmədov küçəsini n kəsişməsində Şamaxı MTK-nın tikilməkdə olan binasının 4 otaqlı 80,8 kv.metr sahəsi olan mənzilinin alınması ilə əlaqədar kooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 dekabr 2006-cı il tarixdə Şamaxı MTK ilə bağlamış müqaviləyə əsasən Şamaxı şəhəri Şirvani küçəsində MTK-nın tikilməkdə olan binasında 8 nömrəli 2 otaqlı mənzili 16000 (on altı min) ABŞ dolları ödəməklə almışdır. Hazırda İddiaçı Şamaxı Rayon Məhkəməsində iddia qaldırmışdır ki, guya həmin mənzili, 04 yanvar 2007-ci il tarixdə o, almışdır və 14 ildən sonra, nəzərə alınsa ki, ona saxta müqaviləni verən Tələt adlı şəxs vəfat etdikdən sonra bu saxtaka rlığı heç kim üzə çıxara bilməyəcək. Eləcə də bu saxtakarlığı sübut edə bilən cavabdeh Şamaxı MTK-nın sədri Elmira xanım Şirinovanın da vəfat etməsindən sui-istifadə edən iddiaçı iddia qaldırmışdır ki, onu tam təmir etdirib yaşadığı mənzildən qanunsuz olaraq çıxarsın. İddiaya baxılarkən iddiaçı sənədlərin əslini məhkəməyə təqdim etmədiyi üçün və təqdim olunan sənədlərin surətlərindən cavabdeh Şamaxı MTK-nın sədri Elmira xanım Şirinovanın imzasının onun özü tərəfindən imza edilib-edilməməsini görmək mümkün olmadığı üçün o, qarşılıqlı iddianı təqdim edə bilməmişdir. Lakin hal-hazırda iddiaçı sənədlərin əslini təqdim edərkən məlum oldu ki, iddiaçının müqaviləsində E.Şirinovanın imzası onun tərəfindən imza edilməmişdir. Onunla bağlanan müqavilələrdən və başqa sənədlərdən də görünür ki, E.Şirin ovanın imzası həmin sənədlərdəki imza ilə tam fərqlidir. İlk iddiaçıda olan müqavilə, qohumu Tələt adlı şəxsin E.Şirinovanın adından qanunsuz olaraq sənədləşdirdiyi müqavilədir və ya E.Şirinovanın Şamaxı MTK-nın boş sənədlərinə imza edib, Tələtə etibar etdiyi sənədlərdən ibarətdir. Bu göstərilənlərdən də görünür ki, Şamaxı MTK-nın sədri E.Şirinovanın imzaları onun tərəfindən imza olunmaması, məhkəmə araşdırmasının gedişi zamanı, ona məlum olmuşdur.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2021-ci il tarixli ekspert rəyinə əsasən sənədlərin texniki ekspertizası üzrə; tədqiqata təqdim edilmiş İddiaçı adına 04 yanvar 2007-ci il tarixli müqavilədə olan möhür əksi relyef klişe vasitəsitə sənədə birbaşa vurulmuşdur; İddiaçı adına 04 yanvar 2007-ci il tarixli müqavilədə və mülki işin 28-32 vərəqələrdə olan Cavabdeh adına 20 dekabr 2006-cı il, 27 dekabr 2006-cı il tarixli müqavilələrin surətlərində, 20 dekabr 2006-cı il tarixli və 27 dekabr 2006-cı il tarixli arayışların surətlərində olan möhür əksləri öz aralarında eynilik təşkil edir; İddiaçı adına 04 yanvar 2007-ci il tarixli müqavilənin tarix göstəricisindəki “2007” rəqəmlərindən “7” rəqəminin yerində əvvəlcə “4” çap rəqəmi olub, sonra üzərinə qələmlə indiki rəqəm icra edilmişdir; Cavabdeh adına 20 dekabr 2006-cı il, 27 dekabr 2006-cı il tarixli müqavilələrin surətlərindəki möhür əksinin və “E.Şirinova” sözünün qarşısındakı imzalar olan hissələr, 20 dekabr 2006-cı il tarixli və 27 dekabr 2006-cı il tarixli arayışların surətlərindəki möhür əksi, imzalar və soyadları olan hissələr yerləşməsinə və formasına görə eynidirlər.

23. Məhkəmə-xəttşünaslıq ekspertizası üzrə: ekspertizaya təqdim edilmiş, mülki işin 33cü vərəqində olan 20 dekabr 2006-cı il arayışın kserosurətində “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza, 125-ci vərəqində olan 20 dekabr 2006-cı il tarixli arayışda “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza, 126-cı vərəqində olan Şamaxı Mənzil-tikinti kooperativində mənzil alan payçı bağlanmış müqavilədə "xxxx" MTK-nın sədri qrafasındakı imza - X7 tərəfindən icra olunmuşdur; mülki işin 28-ci vərəqində olan 20 dekabr 2006-cı il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində Şamaxı MTK-nın sədri qrafasında əks olunmuş imza mülki işin 30-cu vərəqində olan 20 dekabr 2006-cı il tarixli Şamaxı Mənzil-tikinti kooper ativində mənzil alan payçılarla bağlanmış müqavilənin kserosurətində “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza, 31-ci vərəqəsində olan 27 dekabr 2006-cı il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza; 29-cu vərəqində 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətində “E.Şirinova” yazılarından əvvəl yerləşən imza və 32-ci vərəqində olan 27 dekabr 2006-cı il tarixli arayışın kserosurətində E.Şirinova” yazılarından əvvəl əks olunmuş imza - X7 tərəfindən icra olunmuş imzaların əksləridir (təsvirləridir); xx.xx.2007-ci il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilədə (Şamaxı MTK-nın sədri E.H.Şirinova ilə İddiaçı arasında 8 nömrəli mənzilin payçıya verilməsinə dair bağlanmış müq avilədə) “Tərəflərin imzaları:” qrafasından aşağıda yerləşən "xxxx" qrafasındakı imza; Azərbaycan Respublikası Şamaxı rayon Şamaxı MTK-nın İddiaçı adına olan 8 saylı 28 yanvar 2011-ci il tarixli Orderdə Şamaxı rayon Şamaxı MTK-nın sədri:” qrafasındakı imza; 03 fevral 2007ci il tarixli AİT № 743352 saylı, AİT №743356 saylı, AİT №743340 saylı, AİT№ 743338 saylı, AİT №743353 saylı kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar (kserosurətləri mülki işin 8-ci, 11-16-cı vərəqlərindədir) - X7 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 250 manatdır.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2021-ci il tarixli 5/1143-4/1462 saylı ekspert rəyinə əsasən Sənədlərin texniki ekspertizası üzr ə tədqiqata təqdim edilmiş İddiaçı adına 16 may 2007-ci il tarixli arayışda olan möhür əksi relyef klişe vasitəsitə sənədə birbaşa vurulmuşdur; Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışın çap mətni elektrofotoqrafik çap qurğusunda (lazer printer və s.) icra edilmişdir; Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışda olan əlyazmalar və imza hər hansı qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışda olan tarix göstəricisindəki “2006” rəqəmlərindən ikinci 0 rəqəminin yerində əvvəlcə 1 çap rəqəmi olub, sonra üzərinə qələmlə indiki rəqəm icra icra edilmişdir.

25. Məhkəmə-xəttşünaslıq ekspertizası üzrə: ekspertizaya təqdim edilmiş, 16 may 2007-ci il tarixli İddiaçı adına olan arayışda “MTK-nın sədri” qrafasındakı imza - X 7 tərəfindən icra olunmuşdur; 3 may 2007-ci il tarixli İddiaçı adına olan arayışda “Baş mühasib” qrafasındakı imza - X3 tərəfindən icra olunmuşdur; mülki işin 29-cu vərəqəsində Cavabdeh adına olan 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətində “Baş mühasib” qrafasında əks olunmuş imza X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; mülki işin 125-ci vərəqəsində X2 adına olan 20 dekabr 2006-cı il tarixli arayışın əlyazma mətni- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 62 manatdır.

26. Şamaxı Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı Şamaxı Mənzil Tikinti kooperativi tərəfindən 8 saylı orderə əsasən ona verilmiş Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi i lə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.metr sahəsi olan mənzildən çıxarılması, onun sahiblik və istifadəsinə qaytarılması, onun mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilıməsinə maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və Şamaxı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Şamaxı MTK-nın 04 yanvar 2007-ci il tarixli, Şamaxı şəhəri Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişməsində Şamaxı MTK-nın tikilməkdə olan binasının 4 otaqlı 80,8 kv.metr sahəsi olan mənzilinin alınması ilə əlaqədar kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

27. Belə ki, qarşılıqlı iddiaçı tələbini ilk iddiaçıda olan müqavilənin, qohumu Tələt adlı şəxsin Elmira xanım Şirinovanın adından qanunsuz olaraq sənədləşdirdiyi müqavilə olduğunu və ya Elmira xanım Şirinovanın Şamaxı MTK-nın boş sənədlərinə imza edib, Tələtə etibar etdiyi sənədlərdən ibarət olduğunu iddia etsə də, özünün mübahisəli mənzilə dair 27 dekabr 2006-cı il tarixdə həmin tikintidə çalışan Tələt adlı şəxslə (Elmanın bacısının əri) yenidən müqavilə bağladığını sonuncunun ondan 8 min dollar pulu istədiyini, özünün də, həmin pulu verdiyini bildirmişdir.

28. Yanaşı yoxlanılmış 19 avqust 2021-ci il tarixli ekspert rəyi ilə xx.xx.2007-ci il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin, İddiaçı adına olan 8 saylı 28 yanvar 2011-ci il tarixli Orderin, 03 fevral 2007-ci il tarixli AİT № 743352 saylı, AİT №743356 saylı, AİT №743340 saylı, AİT№ 743338 saylı, AİT №743353 saylı kassa mədaxil orderlərinin qəbzlərinin Şamaxı Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi olmuş X7 tərəfindən imzalanmadığı təsdiq edilsə də, 01 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə İddiaçı Şamaxı MTKya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısı olması barədə 16 may 2007-ci il tarixli arayışı MTK-nın sədri X4 imzalaması müəyyən edilmişdir.

29. Məhkəmə, rəyi vermiş ekspertin xətşünaslıq sahəsində xüsusi biliyinin olmasını, eləcə də həmin hissədə tədqiqatın əsli təqdim edilmiş sənədlər üzərində aparıldığını nəzərə alaraq, İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısı olması barədə 16 may 2007-ci il tarixli arayışı MTK-nın sədri X4 imzalama sını işin hallarına uyğun sayır və sonuncunun qarşılıqlı iddia üzrə cavabdehlə bağlanmış xx.xx.2007-ci il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqaviləni bəyəndiyi nəticəsinə gəlmişdir.

30. Məhkəmə eyni zamanda onu qeyd etməyi zəruri saymışdır ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməli olmasına, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materialların isə həqiqiliyini müəyyən etmək mümkün olması halında yazılı sübut kimi qəbul edilməli olmasına baxmayaraq, qarşılıqlı iddiaçı mənzilə dair onunla bağlanmış müqavilələrin və verilmiş arayışların kserosurətlərini təqdim etdiyindən, 19 avqust 2021-ci il tarixli və 01 dekabr 2021-ci il tarixli ekspert rəyləri üzrə tədqiqat da həmin surətlər üzərində icra edildiyindən, həmin rəylərin mübahisəli mənzilə dair qarşılıqlı iddiaçı ilə bağlanmış müqavilələr, verilmiş arayışlarla bağlı gəldiyi nəticələri ilə razılaşmaq olmaz.

31. Bundan başqa, sonuncu rəyə əsasən Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışda olan tarix göstəricisindəki “2006” rəqəmlərindən ikinci 0 rəqəminin yerində əvvəlcə 1 çap rəqəmi olub, sonra üzərinə qələmlə indiki rəqəm icra edilmişdir. Bu hal isə həmin sənəd tərtib olunarkən üzərində “2016” rəqəmlərinin icra edildiyini, sonradan “2006” rəqəmlərinə dəyişdirildiyini təsdiq edir.

32. Məhkəmə 2006-cı ildə 2016-cı ilə aid arayış blanklarının tərtib olunmasının ağlabatan olmadığını nəzərə alaraq, 20 dekabr 2006-cı il tarixli arayışın göstərilən tarixdə tərtib olunmadığı nəticəsinə gəlmişdir.

33. İş üzrə "xxxx" sübutlar la mübahisəli mənzilə dair qarşılıqlı iddiaçı ilə Şamaxı MTK arasında müqavilənin mövcud olması, bununla da, qarşılıqlı iddia üzrə cavabdehlər arasında bağlanmış mübahisəli müqavilənin qarşılıqlı iddiaçının maraqlarına toxunması halları təsdiq edilməmişdir.

34. Məhkəmə ilk iddia üzrə belə nəticəyə gəlmişdir ki, nə qədər ki, mübahisəli mənzilə dair Şamaxı Mənzil Tikinti Kooperativi ilə ilk iddia üzrə cavabdehin arasında bağlandığı qeyd olunan 20 dekabr 2006-cı il tarixli müqavilə qüvvədədir, ilk iddia üzrə cavabdeh həmin müqaviləyə əsasən sahiblik etdiyi mənzildən çıxarıla, ilk iddia təmin edilə bilməz.

35. Məhkəmə qarşılıqlı iddia üzrə hesab etmişdir ki, qarşılıqlı iddiaçının Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqaviləni mübahisələndirmək üçün subyektiv hü quqa malik olması təsdiq edilmədiyindən, həmin müqavilə onun tələbi ilə etibarsız hesab edilə, qarşılıqlı iddia tələbi isə təmin edilə bilməz.

36. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8, 358.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

37. Qətnamədən ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

38. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir çox maddi v ə prosessual normaların tələbləri pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı mübahisəli mənzilin dəyərini "xxxx" MTK-ya tam ödəməklə, ümumi sahəsi 80,8 kv.m olan mənzilə mülkiyyət hüququ əldə etmiş, cavabdeh isə hər hansı müəyyənedici sənəd olmadan iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxilə edib mənzil sahəsini zəbt etmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyini məhkəmə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdehin təqdim etdiyi sənədlərin kserosurət və sonradan saxtalaşdırma olmasını müəyyən etdiyi halda, bununla bağlı xüsusi qərardad qəbul etməmiş, cavabdehin uzun müddət iddiaçıya məxsus olan mənzili zəbt etməsinə şərait yaratmışdır. Qaz sayğacının qoyulması, istifadəsi üçün müqavilə İddiaçı adına olmasına dair sənədlər məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə bu sənədləri tədqiq etməmiş və hüquqi qiymət verməmişdir.

39. Qətnamədən ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi, ilk iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onunla cavabdeh Şamaxı MTK-i arasında müqavilə münasibətlərinin yarandığı dövrdə qüvvədə olan «Azərbaycan Respublikasında Mülkiyyət haqqında» qanununun 21-ci və 22ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə mülki qanunvericiliyin göstərilən normalarının tətbiq etməli olduğu halda, heç bir hüquqi əsas ol mayan subyektiv mülahizələrlə əqdin etibarsız hesab edilməsindən yayınmışdır. Halbuki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Kooperativ arasında bağlanmış 04 yanvar 2007-ci il tarixli müqavilə əhəmiyyətsiz olmaqla etibarsız əqddir. Onun etibarsızlığı məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyi ilə sübuta yetirilir. Yəni cavabdeh Şamaxı MTK səlahiyyəti olmadığı halda başqasının sahibliyində və istifadəsində olan əmlak barəsində sənərcam vermişdir. Bu baxımdan həmin müqavilə heç bir halda etibarlı hesab edilə bilməz.

41. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-980/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova, T.Quliyev) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin, ilk iddia üzrə cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, onun sahiblik və istifadəsinə qaytarılması, onun mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsi tələbinə dair ilk iddia tələbi təmin edilməmişdir. Cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı kooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı ilə 04 yanvar 2007-ci il tarixli Şamaxı şəhəri, Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişməsində yerləşən mənzilin alınması ilə əlaqədar kooperativ binada mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilmiş dir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10 (on) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

42. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk və qarşılıqlı iddia ərizəsini rədd edərkən, tərəflərin öz tələbinin sübuta yetirilməməsinə istinad etmişdir. Belə ki, qətnamə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir.

43. İlk iddiaçı tələbini Şamaxı şəhəri S.Şirvani küçəsində yerləşən 85 saylı binanın 8 saylı mənzilinin tikilib ona təhvil verilməsi barədə Şamaxı Mənzil Tikinti Kooperativi ilə kooperativ binada mənzil tikintisi haqqında 04 yanvar 2007-ci il tarixli müqavilə bağlaması, mənzilin dəyərinin onun tərəfindən ödənilməsi ilə əsaslandırmışdır.

44. İlk iddia üzrə cavab deh mübahisəli mənzilə dair 20 dekabr 2006-cı il tarixli müqavilə bağlaması və bu müqaviləyə əsasən mənzildən istifadə etməsi əsası ilə ilk iddiaya etiraz etmişdir. İlk iddiaçı həmin müqaviləni mübahisələndirməmişdir.

45. İş üzrə "xxxx" sübutlarla mübahisəli mənzilə dair qarşılıqlı iddiaçı ilə Şamaxı MTK arasında müqavilənin mövcud olması, bununla da, qarşılıqlı iddia üzrə cavabdehlər arasında bağlanmış mübahisəli müqavilənin qarşılıqlı iddiaçının maraqlarına toxunması halları təsdiq edilmişdir.

46. Məhkəmə kollegiyası Cavabdeh dəlillərini inandırıcı hesab etmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MTK-i kooperativi ilə 20 dekabr 2006-cı il tarixdə 2 otaqlı mənzilə müqavilə bağlamış, həmin ildən orada təmir işləri aparmış, ailə üzvləri ilə orada yaşayır və onun orada həmin vaxtdan yaşaması inkar edilmir.

47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh adına olan 20 dekabr 2006-ci il tarixli mübahisəli mənzilə dair Şamaxı Mənzil Tikinti Kooperativi ilə arasında bağlandığı qeyd olunan 20 dekabr 2006-cı il tarixli müqavilə qüvvədədir, ilk iddia üzrə cavabdeh həmin müqaviləyə əsasən sahiblik etdiyi mənzildən çıxarıla bilməz və bununla da ilk iddia təmin edilməməlidir.

48. Məhkəmə kollegiyası ilk iddia üzrə Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq onun qarşılıqlı iddianın təmin edilməməsi barədə dəlili qəbul edib və yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqaviləni mübahisələndirmək üçün sub yektiv hüquqa malikdir.

49. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

50. İlk iddiaçı (Vəkil6) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası əsaslı olmaqla təmin olunmalı, cavabdehin təqdim etdiyi müqavilə saxtalaşdırılmış olması səbəbi ilə etibarsız hesab olunmalı, cavabdehin mənzildən çıxarılması barədə tələbi təmin olunmalı idi.

52. Cavabdeh tərəfindən müda fiə məqsədi ilə qarşılıqlı iddianı əsasıandırmaq üçün, arayış və digər sənədlərin əsli deyil, kserosurətləri təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh adına xx.xx.2006-cı il tarixli arayışda olan əlyazmalar və imza hər hansı qurğu vasitəsi ilə deyil, qələmlə icra edilmişdir və tarix göstəricisi saxtalaşdırılmış, 2006 rəqəminin ikinci 0 yerində əvvəlcə 1 çap rəqəmi olmuş, sonra üzərində düzəliş edilərək 0 kimi qeyd olunmuşdur. Məhkəmə ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir.

53. Qonşular tərəfindən tərtib olunan akt sübut əhəmiyyətli qiymətləndirilə bilməz. Çünki Cavabdeh həmin binada 2 mənzili də var. O, qonşuluqda özünə aid mənzildə daha əvvəldən yaşamış, sonrada İddiaçı aid mənzilin boş qaldığını görərək oranın da qapısını sındıraraq zəbt etmişdir. Bu səbəbdən qonşuların İddiaçı aid mənzilin Cavabdeh tərəfindən qanunsuz zəbt olunmasını bilməsi mümkün deyil.

54. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 337.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 184.1, 217.1, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayətinə qarşı məhkəməyə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsin in qüvvəsində saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 56. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 57. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 58. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 59. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 60. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 61. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 62. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 63. 452.1. Fərdi-müəyyən əşyanı kre ditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir.

75. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MTK-i kooperativi ilə 20 dekabr 2006-cı il tarixdə 2 otaqlı mənzilə müqavilə bağlamış, həmin ildən orada təmir işləri aparmış, ailə üzvləri ilə orada yaşayır və onun orada həmin vaxtdan yaşaması inkar edilmir. Cavabdeh adına olan 20 dekabr 2006-ci il tarixli mübahisəli mənzilə dair Şamaxı Mənzil Tikinti Kooperativi ilə arasında bağlandığı qeyd olunan 20 dekabr 2006-cı il tarixli müqavilə qüvvədədir, qarşılıqlı iddi a üzrə iddiaçı Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malikdir

76. Məhkəmə işə baxarkən qarşılıqlı iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

77. Çünki "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

78. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

79. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, s ubyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."

80. Baxılan işdə də apellyasiya instansiyası məhkəməsi iddia tələblərini bu baxımdan da araşdırmış və müəyyən etmişdir ki, ilk iddia üzrə cavabdeh müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malikdir, mənzil ilk iddia üzrə cavabdehə təhvil verilmiş, onun müqaviləsi ilk iddiaçının müqaviləsindən əvvəl bağlanmış, mənzildə yaşamaqla onu sahiblik və istifadəsinə qəbul etmişdir. İşin araşdırılmış halları baxımından ilk iddiaçının müqaviləsi etibarlılıq şərtlərinə uyğun olmamış, cavabdehin mənzildən çıxarılması ilə bağlı tələb hüququ yaranmamışdır.

81. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Əqdin etibarsızlığının əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV Fəslində göstərilmişdir.

82. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələ bləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir.

83. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

84. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

85. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2022-ci il tarixli, 2(105)-980/2022 nömrəli qətnaməsi ilk iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar