Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4913/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)3895/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Quliyev Eldəniz Manaf oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2204/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi nin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3895/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2204/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Quliyev Eldəniz Manaf oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3895/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, İddiaçı kassasiya şikayətini bunun üçün qanunla müəyyən olunmuş müddəti ötürməklə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkə mə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli g ələn zərurətlə əlaqədar haqlı ola bilər. İş materiallarından müəyyən olunur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamənin əsaslandırılmış surəti iddiaçının ünvanına göndərilməklə, xx xxxxxx 2019cu il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. Həmçinin müəyyən olunur ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin bitməsinə 7 gün qalmış apelyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək, onun dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İş materiallarında olan vəkil orderindən həmçinin müəyyən olunur ki, Abşeron rayon Vəkil Bürosu tərəfindən xx xxxx 2020-ci il tarixdə vəkil təyin edi lmişdir. Lakin iddiaçı həmin tarixdən hesablanmaqla, nəinki prosessual müddətin bitməsi üçün qalan 7 gün müddətində, hətta ağlabatan digər müddətdə kassasiya şikayəti verməmiş, şikayətini 4 aydan sonra, xx xxxx 2020-ci il tarixdə poçt-rabitə xidmətinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayə ti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apelyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş mat erialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3895/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Quliyev Eldəniz Manaf oğlu tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikd
Məhkəmə qərarları › İş №2(102)-4913/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4913/2020
01.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver