Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4917/2020 26.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı1 Cavabdehlər: «XXX» X3 Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXX X10 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X6 İddia tələbi: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində hüququnun bərpa edilməsi Açar sözlər: bağ sahəsinin ayrılması, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı1, cavabdeh «XXX» X3 Cəmiyyətinin sədri X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(105)-382/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı1 (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXX Ərazi İdarəsi tərəfindən “XXX” Bağçılıq Cəmiyyətinin 23 saylı bağ sahəsinə görə xx.xx.2017-ci il tarixdə X2 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi üzərində hüququnun bərpa olunması, əks halda 5000 manat pulun XXX XXXovdan, XXX XXXvdan və Həmkarlar ittifaqının rəh bəri XXX XXXdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4-Tikinti İdarəsi (hazırki adı Azərbaycan Respublikası “X9” ASC) 1988-1991-ci illərdə işçilərinə “XXX” Bağçılıq Yoldaşlıq Cəmiyyəti xətti ilə “XXX” XXX ünvanında bağ sahəsi üçün torpaq sahəsi paylamışdır. O cümlədən, Sumqayıt İxtisaslaşmış TTİ-də 1978-ci ildən quraşdırıcı peşəsində işlədiyindən ona xx xxxx 1991-ci ildə “XXX” XXX bağçılıq sahəsindən 0,06 ha torpaq sahəsi (23 saylı bağ sahəsi) verilmişdir. Hazırda məlum olmuşdur ki, ona verilmiş 23 saylı bağ sahəsinə X2 adına XXX Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. “XXX” KBY-a etdiyi müraciətə cavab olaraq Cəmiyyətin sədri İ.XXXov bildirmişdir ki. Q.Q.XXXv cəmiyyətin keçmiş sədri K.M.XXXun verdiyi arayışa əsasən bağ sahəsini özəlləşdirmişdir. Hesab edir ki, XXX XXXvun adına rəsmiləşməsi üçün əsas olmuş çıxarış saxta sənədlər əsasında verilmişdir. Belə ki, Q.XXXv Sumqayıt ixtisaslaşmış TTİ-də işləmişdir. Digər tərəfdən Q.XXXvun adı xx.xx.1991-ci il tarixli, 0XXX Protokolda olmamışdır. Həmçinin Cəmiyyətin Nizamnaməsinə əsasən bağ sahəsinin bağ sahibindən alınması üçün rəhbərliyin və Həmkarlar İttifaqının birgə qərarı olmalı, o, həmin yığıncağa dəvət edilməli idi. Lakin onun icazəsi və xəbəri olmadan “XXX” Yoldaşlıq cəmiyyətinin sədri XXX XXXov, saxta sənədlərlə adına olan 0,06 hektar bağ sahəsini vaxtı ilə işlədiyi idarənin işçisi XXX XXXvun adına sənədləşdirməklə onun adına özəlləşdirib, çıxarış almasında ona köməklik göstərmişlər. Buna şərait yaradan cəmiyyətin sədri XXX XXXov, həmkarlar tə şkilatının sədri XXX XXX və digərləri olmuşdur. Ona ayrılmış 0.06 ha torpaq sahəsinin cavabdehlər tərəfindən başqa bir şəxsin adına rəsmiləşdirildiyi nəzərə alınaraq torpaq sahəsi üzərində hüquqları bərpa edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-9682/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, üçüncü şəxs keçmiş “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşmış TTİ-də xx.xx.1979-cu ildən xx.xx.1990-cı ilə qədər işləmişdir. O, “XXX XXX” X1 idarə heyətinin xx.xx.1990-cı il tarixli, 0XXX qərarı ilə Yoldaşlığın üzvlüyünə qəbul edilmiş və ona 23 nömrəli bağ sahəsi ayrılmışdır. Üçüncü şəxsin adına Sumqayıt şəhəri, XXX bağl arı ərazisi, “XXX” BY 23/104 ünvanındakı 0.0596 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas üçüncü şəxsin adına verilmiş 23/104 saylı bağçılıq kitabçası olmuşdur. Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi araşdırılarkən qeyd olunan kitabça mübahisə predmeti olmadığından, həmin kitabça əsasında verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış da ləğv edilə bilməz. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddia əsassızdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-1594/2019 nö mrəli iş üzə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, səlahiyyətli orqanın qərarını nəzərə almadan “XXX” Bağçılıq Yoldaşlıq tərəfindən üçüncü şəxsə 23 saylı bağ sahəsinə dair üzvlük kitabçası verilməsi qanunsuz olduğu üçün əhəmiyyətsizdir. Başqa sözlə, “XXX” Bağçılıq Yoldaşlığın qərarı həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin qərarından üstün ola bilməz və ona Sumqayıt şəhəri üzrə yüksək icra orqanı hesab edilən qurumun qərarını ləğv etmək səlahiyyəti verilməmişdir. Qətnamədən narazı qalan müstəqil tələb irəli sürməyən 3-cü şəxs kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5830/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) 3-cü şəxsin kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi işi yeni apelyasiya baxışına qaytararkən qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi mübahisəli bağ sahəsindən 1991-ci ildən iddiaçının istifadə edib-etməməsi, həmin bağ sahəsinin iddiaçının faktiki sahibliyində olubolmaması, iddiaçının bağ sahəsinə dair hüquqlarının nə vaxtdan pozulması, cavabdehin mübahisəli bağ sahəsindən nə vaxtdan istifadə etməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və həmin hallar nə iddia tələbində, nə də ki, apellyasiya şikayətinin dəlillərində ümumiyyətlə göstərilməmişdir. xx xxxxxxxx 2000ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiə etmək üçün müddət 3 il müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-382/2020 nömrəli iş üzə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), E.Rəhimov və G.Tağızadə) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Mülki Məcəllənin 139 və 140-cı maddələrinə istinadla qeyd etmişdir ki, iddiaçı mübahisəli bağ sahəsini axırıncı dəfə 1995-1996-cı illərdə əkdiyini, 2004-cü ildən onun hüquqlarının pozulduğunu, faktiki olaraq bu gün torpağından istifadə edə bilmədiyini göstərmiş, öz tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelya siya instansiyası məhkəməsi mübahisəni həll edərkən prosessual hüquq normalarının tələblərini pozmuş, maddi hüquq normasını düzgün tətbiq etməmiş, bununla da iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə və iddiaçı və cavabdeh «XXX» X3 Cəmiyyətinin sədri məhkəmə iclasına vəkilsiz gəldikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi və üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin və ü çüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyas ı məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğunu və maddi hüquq normasının düzgün tətbiq edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kas sasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (105)-382/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4917/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4917/2020
26.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver