Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4917/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar Əliyeva (Əzizova) Gülafər Həbulla qızı, İddiaçı2, X6, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahverdiyev Ümüd Nadir oğlunun katibliyi, cavabdehin vəkili Quliyeva Kamilə Şiraslan qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(106)993/202 1 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İmişli Rayon Aqrar İslahat Komissiyasının 15 saylı, 28 dekabr 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.77 ha. torpaq sahəsi X2, X1, İddiaçı2nın, X4, İddiaçı4 və İddiaçı5 mülkiyyətinə verilmiş, bu torpaq sahəsi üzərinə onların mülkiyyət hüquqları 25 oktyabr 2002-ci il tarixdə verilmiş JN-0523 Kod 90700108 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir.
2. Cavabdeh, iddiaçılar X5, X3, İddiaçı2, X6, İddiaçı4 və İddiaçı5 ilə 10 oktyabr 2012ci il tarixdə bağlanmış və İmişli rayon HB-nın Qızılkənd İƏDÜ nümayəndəsi tərə findən təsdiqlənmiş müqaviləyə istinad etməklə həmin torpaq sahəsindən istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan, İmişli rayonu, Qızılkənd kəndi ərazisində yerləşən 2.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsindən istifadə etməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə cavabdehin torpaq sahəsinin bir neçə il müddətinə icarəyə verilməsi barədə xahişinə əsasən iddiaçı tərəf torpaq sahəsini bir neçə il müddətinə cavabdehin icarəsinə vermişdir. Hal-hazırda da Cavabdeh həmin t orpaq sahəsindən istifadə edir. Hazırda iddiaçılar bu torpaq sahəsindən istifadə etmək qərarına gəlmişlər. Cavabdehdən dəfələrlə onlara məxsus olan həmin torpaq sahəsindən çıxması tələb edilmiş, lakin müraciətin heç bir müsbət nəticəsi olmamışdır.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməmiş və bildirmişlər ki, 2012-ci il tarixdə iddiaçıların şifahi razılığa əsasən, iddiaçıların mülkiyyətində olan 2.77 ha. torpaq sahəsini 3.200 manat məbləğdə pula almışdır.
6. İmişli Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(036)-2297/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) iddia tələbi təmin edilərək, Cavabdeh iddiaçılar Əliyeva (Əzizova) Gülafər Həbulla qızının, İddiaçı2nın, X4, İddiaçı4 və İddiaçı5 xüsusi mülkiyyətində olan İmişli rayonu, Qızılk ənd kəndi ərazisində yerləşən 2.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadə etməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə, istifadəyə və ya icarəyə verilməsinə dair notariat qaydada heç bir müqavilə bağlanmadığı, torpağa dair cavabdehin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüquqları olmadığına görə, cavabdehin torpaqdan istifadəsinin qanuni əsası yoxdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 135,139, 222, 213-cü və Torpaq Məcəlləsinin 5,49-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(106)-993/2021 saylı qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 11.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Cavabdeh mübahisə olunan torpaq sahəsinin əldə edilməsinin qanunla müəyyən edilmiş qaydasına ə məl etmədiyindən, onun istinad etdiyi hal, yəni torpaq sahəsinin alğı-satqısı barədə iddiaçılarla şifahi razılaşmanın əldə edilməsi və bu barədə notariat orqanına müraciət etmədən öz aralarında daşınmaz əmlakın alğısatqı müqaviləsini imzalamaları həmin əmlaka hüquqların yaranması əsası kimi qəbul edilə bilməz.
12. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646,139, 144-cü və Torpaq Məcəlləsinin 48,56-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar mülkiyyətlərində olan 2,77 ha torpaq sahəsini ona 3.200 manata satmışdır. Bu barədə 10 oktyabr 2012-ci ildə müqavilə bağlamışlar və həmin müqavilə notarius səlahiyyətlərini yerinə yetirən kənd ərazi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Mülki Məcəllənin 335.2-ci maddəsində faktiki alğı-satqının tanınması, etibarlı sayılması nəzərdə tutulmuşdur. Bu səbəbdən də torpaq sahəsinin iddiaçılara qaytarılmasına razı deyildir. Məhkəmə işin hallarını tam araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili Quliyeva Kamilə Şiraslan qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmə kollegiyası cavabdehin xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınması barədə vəsatətinin təmin etməmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh vəkili ilə təmsil olunmuşdur. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ 29.
3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və o na dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə
165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduq da sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə
48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə
50. Torpaq sahəsi üzərində istifadə hüququ
5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağl anan müqavilə əsasında həyata keçirilə bilər. Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaql a, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi nin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarı)
29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçıların mübahisəli torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə edır. Əvvəlki illərdə torpaqdan cavabdehin istifadə etməsinə iddiaçılar etiraz etməsələr də hazırda iddiaçılar cavabdehdən torpaqdan çıxmasını tələb edir.
30. Kassatorun dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 50 və 55-ci maddələrinin hazırki işə tətbiqi o hüquqi nəticəni törədir ki, cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsi üçün mülkiyyətçilərlə qanunvericiliklə müəyyən edilmiş qaydada bağl anan müqaviləsi olmalıdır. Cavabdehin iddia etdiyi kimi torpaqdan alğı-satqı müqaviləsinə əsasən istifadə etməsi halında həmin müqavilə notariat qaydada təsdiqlənmiş olmalıdır. Lakin bu cür müqavilə mövcud deyil. Cavabdehin təqdim etdiyi müqavilə, torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanmadığına görə bu torpağa hüququnun yaranması üçün hüquqi əsas ola biməz.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən tərəfindən verilmiş kassasiya ş ikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(106)993/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.