Məhkəmə qərarları › İş №2(102)-4918/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4918/2021

10.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4918/2021 10.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh Xqızı, Cavabdeh6 və Cavabdeh7 oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə haqqı və kompensasiya ödənilməklə mənzil və qeyri-yaşayış sahələrindən çıxarılma, mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili 1oğlunun, Cavabdeh1 vəkili 2 oğlunun, cavabdeh X1, cavabdeh Cavabdeh Xqızının nümayəndəsi Cavabdeh9, sonuncu hər iki cavabdehin vəkili Vəkil1, Cavabdeh6 vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2107/2021 saylı iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, 21.06.2019-cu il tarixli Sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.06.2017-ci il tarixli, 02/05-1148 saylı rəyi nəzərə alınaraq, Nərimanov RİH başçısının 23.06.2017-ci il tarixli, 267 №li Sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, ünvan küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0.884 ha torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi, rayonun ünvan küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "” MMC-yə aşağıdakıların həvalə edilməsi, "” MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə “" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdar əsindən xüsusi rəyinin alınmasının "xxxx" MMC-yə tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla “" MMC-nin vəsaiti hesabına həyata keçirilməsi, rayonun Ü küçəsi 32, 34. 36 38; Ü223, 25, 27 və Ü3 küçəsi 14,16 yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Ü küçəsi 32. 34 36 38; Ü223. 25. 27 və Ü3 küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi qərara alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

2. İddi açı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh9, Cavabdeh6 və Cavabdeh7 oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh Xqızı və Cavabdeh7 mülkiyyətlərində olan mənzillərin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m 1500 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahələrindən 20-30% artıq sahəsi olan mənzil verilməklə, eləcə də yeni mənzil təhvil verilənədək hər birinə aylıq 500 manat kirayə haqqı ödənilməklə, Cavabdeh6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m ü çün 2000 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahəsindən 20-30% artıq sahəsi olan qeyriyaşayış sahəsi verilməklə, eləcə də yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 1000 (min) manat kirayə haqqı ödənilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh Xqızı və Cavabdeh7 qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, ünvan küçələrində yerləşən mənzillərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 2 avqust 2017-ci il tarixdə rayonun ünvan küçələrinin kəsişm əsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında apardığı monitorinq nəticəsində verdiyi rəyə əsasən həmin ərazidə yerləşən məhəllələrdə keçən əsrin əvvəllərində tikilən azmərtəbəli yaşayış və qeyri-yaşayış binaları qəzalı vəziyyətdədir, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yarasız hala düşmüşdür. Bu səbəbdən də Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 2019-cu il tarixli, 161 saylı "Sərəncamı" ilə rayonun Ü, və Ü3 küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, söküləcəyi nəzərdə tutulan azmərtəbəli yaşayış və qeyriyaşayış binalarının altı nda yerləşən 0.884 hektar torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyriyaşayış binalarının, orada yaşayan sakinlərə hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsinə və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Beləliklə, yuxarıda göstərilən ərazidə yerləşən 0.884 hektar torpaq sahəsi yüklü edilərək, Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 2019-cu il tarixli, 161 saylı Sərəncamının 1.2-ci bəndi əsasında, yüklü edilmiş ərazidə yerləşən tikililərin sökülməsi və onların yerində müasir tələblərə uyğun yen ilərinin tikilməsi, eyni zamanda qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin hər ay razılaşdırılmış vahid pul məbləğində kirayə haqqı ödənilməklə, tikiləcək binalarda daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti olan tam təmirli mənzillərə köçürülməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı yuxarıda adı çəkilən Sərəncama uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ü, və Ü3 küçələrinin kəsişməsində köhnə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin 161 mülkiyyətçisindən, 153 mülkiyyətçi ilə sökülmüş mənzillərin əvəzi kimi, onlara daha çox yaşayış sahəsi olan mənzillər və mülkiyyətçinin ailə tərkibi, kirayəyə götürdüyü mənzilin ümumi sahəsi nəzərə alınmaqla hər ay razılaşdırılmış vahid pul məbləğində kirayə haqqı ödəməklə (ümumilikdə hər ay 56000 manat) qanunvericilikdə nə zərdə tutulmuş qaydada Razılaşma Müqaviləsi bağlamaqla mülkiyyətçiləri həmin ərazidən köçürülməsini təmin etmiş və ərazinin bir hissəsində söküntü işlərini tamamlayaraq, yerində çoxmənzilli yaşayış binalarının tikintisinə başlamışdır. Eyni zamanda, hazırki, iddia üzrə cavabdehlər və onların ailə üzvləri mülkiyyətlərində olan mənzil sahəsinin əvəzi kimi iddiaçının təklif etdiyi, nə kompensasiya ödənişi (1500 manat hər kvadrat üçün) ilə, nə də ki, mülkiyyətində olan mənzillərin faktiki sahəsindən daha çox yaşayış sahəsi olan mənzillərlə əvəzlənməsindən razı olmadıqlarından, reallığa uyğun olmayan, bazar qiymətindən qat-qat artıq kompensasiya, eləcə də, həddən artıq böyük ölçüdə yaşayış sahəsi tələb etdiklərindən iddiaçı həmin ərazidə tikinti və abadlıq işlərini tam həcmdə apara bilməmiş və b ununla da Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının yuxarıda göstərilən Sərəncamından irəli gələn öhdəliklərini yerinə yetirə bilməmişdir. Hesab edirlər ki, cavabdehlər iddiaçıya hər ay 56000 manat məbləğində maddi ziyan vurmaqla yanaşı, həmin ərazidən köçürülmüş 153 mülkiyyətçinin hüquqlarını kobudcasına pozurlar, həmin mülkiyyətçilərin iddiaçı ilə bağladıqları Razılaşma Müqaviləsindən əmələ gələn öhdəliklərin yerinə yetirilməsinə məqsədyönlü şəkildə hüquqi maneələr törədirlər. Bundan başqa, cavabdehlər iddiaçının həmin ərazidən onları köçürmədiklərinə görə Rayon İcra Hakimiyyəti orqanlarına və eləcə də, digər dövlət qurumlarına müraciət edərək, tezliklə köçürülmələrini tələb etmişlər. Sakinlərin köçürülməsinə bilavasitə nəzarət edən müvafiq dövlət qurumları tərəfindən sakinlərin mübahi səli ərazidən köçürülməsi tələbi ilə iddiaçıya müraciət edərək, onların tezliklə köçürülməsi ilə bağlı tapşırıq verilmişdir. Cavabdehlərin mülkiyyətində olan həmin yaşayış sahələri ünvan küçələrinin kəsişməsində yerləşir və Rayon İcra Hakimiyyəti orqanının iddiaçıya verilmiş, ayrıc aktının təsiri dairəsinə düşərək sökülməsi qərara alınmış torpaq sahəsində yerləşir və faktiki olaraq qəzalı vəziyyətdə olan tikililərdir. Eyni zamanda, cavabdehlərin əksəriyyəti orada yaşamır, həmin yaşayış sahələrini özbaşına olaraq, heç bir müvafiq İcra Hakimiyyəti orqanlarının Qərarı olmadan qeyri-yaşayış sahəsinə çevirərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri orada yerləşdirmişlər. Bunun da nəticəsində yüklü edilərək, iddiaçının istifadə hüququna ayrılmış torpaq sahəsində tikinti işlərin in aparılması ləngimiş və iddiaçı küllü miqdarda maliyyə vəsaiti itirməklə yanaşı, digər mülkiyyətçilər və podrat şirkətləri ilə bağladığı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyindən maliyyə sanksiyalarına məruz qalmışdır. Cavabdehlərlə mübahisəni razılaşma və danışıqlar yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət olunaraq müvafiq iddia qaldırılmışdır. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 2019-cu il tarixli 161 saylı Sərəncamın 2-ci maddəsində qeyd edilmişdir ki, "rayonun ünvan küçələrinin kəsişməsində yeni hündürmərtəbəli, çoxmənzilliyaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0.884 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilsin". Həmin Sərəncamın 3.1-ci maddəsinə əsasən, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsini yeri ndə qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin". Həmin Sərəncamın 3.2-cimaddəsinə əsasən, "ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin". Yenə də həmin Sərəncamın 4-cü maddəsində qeyd edilmişdir ki, "Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Ü Küçəsi 32, 34, 36, 38; Ü223, 25, 27 və Ü3 küçəsi 14, 16 nömrəli yaşayış binaları sökülsün". Nəzərinizə çatdırmaq istəyirik ki, Bakı şəhərində artıq sakinlərin kompensasiya ödənilərək köçürülməsində formalaşmış ümumi praktika vardır. Belə ki, H.Əliyev sarayının arxasında ölkə başçısının tapşırığına əsasən, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədi ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Ə.Topçubaşov, Mirza ğa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X9, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən ərazidə park-bağ kompleksinin salınması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş, qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış qaydada, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki, iş üzrə sakinlərin köçürülməsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılsaydı yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat kompensasia ödənilmək ilə köçürülmə həy ata keçiriləcəkdi. Lakin hal-hazırda göstərilən ərazinin köçürülməsi üçün dövlət büdcəsindən vəsait ayrılmadığından, ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsində sahibkarların iştirakından istifadə edilərək şəhərin Baş Planının icrası təmin edilir. Aparılan monitorinq nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin yaşadıqları evlər hal-hazırda qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi vardır, bu baxımdan onların orada yerləşdirdikləri qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həyatı üçün də təhlükəlidir. Bu səbəbdən də hesab edirik ki, iddiaçıya ayrılmış ərazidə yerləşən tikililər sökülərək, cavabdehlər mübahisəli ərazidən köçürülməlidirlər.

4. Cavabdeh2 və Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir k i, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin nor maları nəzərə alınmaqla həyata keçirilməlidir. Bundan əlavə iddiaçı tərəfindən cavabdeh qismində qoyulmuş Cavabdeh4 və Cavabdeh5 oğlu iddia ərizəsi məhkəmə verilməmişdən əvvəl öldüklərindən Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməli olduğunu, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(005)-2332/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin iddiası əsasında verilmiş mülki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5 oğluna münasibətdə icraata xitam verilməsi qərara alınmışdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(005)-2332/2020 saylı qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia təmin edilməmişdir.

7. Məhkəmənin mövq eyi ondan ibarət olmuşdur ki, cavabdehin mülkiyyət hüquqlarına və müqavilə azadlığı prinsipinə (və ya müqavilə bağlamağa məcburetmə qadağasına) istinadla qarşılıqlı iddiaçı «Bakı şəhəri, Nərimanov rayonu Ü küçəsi 32, 34, və Ü3 14, 16 saylı evlərdə yaşayan sakinlərin əmlakının əvəzində İddiaçı MMC-nin tərəfindən yeni tikiləcək binada yaşayış və ya qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən təhvil alacağı günədək hər ay üçün kirayə pulunun ödənilməsi tələbi təmin oluna bilməz. Bu tələbin təmin olunması «müqavilə azadlığı» prinsipinə zidd olmaqla əmlaka dair mülkiyyətçiləri müqavilə bağlamağa məcbur edir ki, bu hal da mülki qanunvericiliyin tələblərinə uyğun deyil.

8. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublik ası Konstitusiyasının 13.1, 13.3, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152, 157.2, 560-cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına, Avropa İnsan Hüquqları üzrə Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Qərarına istinad etmişdir.

9. Qətnamədən narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(005)2332/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2107/ 2021 saylı mülki iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Məhərrəmova və E.M.Həsənov) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(005)-2332/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorun özünə aid edilməsi qət edilmişdir.

11. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, “Bakı şəhərinin Nərimanov və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarında vətəndaşl arın müqavilə bağlamağa məcbur olması ilə bağlı heç bir müddəa olmamışdır. Belə ki, sözügedən qərarın 1.2-ci bəndinə əsasən İcra Hakimiyyətlərinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirmələri tapşırılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlar Kabinetinin 17 dekabr 2019-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ləğv edilmişdir. 17 dekabr 2019cu il tarixli qərarın 4.1-ci bəndində də yuxarıda göstərilən müddəaya yer verilmişdir.

12. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 13.3, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 560-cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına, Avropa İnsan Hüquqları üzrə Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsin ə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Qərarına istinad etmişdir.

13. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2107/2021 saylı 17 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 16.03.2021-ci il tarixdə vəsatətlə məhkəməyə rəsmi qaydada müraciət edilərək iş üzrə tərəflər arasında barışıq üçün danışıqların aparıldığı və yekunda barışıq sazişinin tərtib edil məsi ilə bağlı qısa müddət tələb olunduğu bildirilərək, 17 mart 2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasını iş üzrə tərəflər arasında barışıq üçün danışıqların aparılması və yekunda barışıq sazişinin tərtib edilməsi ilə bağlı bir həftə müddətinə təxirə salınması xahiş olunmuşdur. Lakin məhkəmə tərəfindən vəsatətə heç bir münasibət bildirilməmiş və vəsatət qanunsuz və əsassız olaraq təmin edilməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məsələ ilə bağlı MPM-nin 5.4, 14.3, 52.3cü maddələrinin imperativ normaları kobud şəkildə pozulmuşdur. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 2 avqust 2017-ci il tarixdə rayonun ünvan küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyə ti haqqında apardığı monitorinq nəticəsində verdiyi rəyə əsasən həmin ərazidə yerləşən məhəllələrdən keçən əsrin əvvəllərində tikilən azmərtəbəli yaşayış və qeyri-yaşayış binaları qəzalı vəziyyətdədir, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş, və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yararsız hala düşmüşdür. Həmin xətlərin nizamsız olması və birmərtəbəli yaşayış evlərinin konstruksiyalarının əksər hissəsinin ağac materialından inşa olunması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə bilavasitə səbəb olacaqdır. Bundan başqa, Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 2019-cu il tarixli 161 saylı sərəncamına uyğun olaraq, Bakı şəhəri, N ərimanov rayonu, ünvan küçələrinin kəsişməsində köhnə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin 161 mülkiyyətçisindən 153 mülkiyyətçi ilə sökülmüş mənzillərin əvəzi kimi, onlara daha çox yaşayış sahəsi olan mənzillər və mülkiyyətçinin ailə tərkibi, kirayəyə götürdüyü mənzilin ümumi sahəsi nəzərə alınmaqla hər ay razılaşdırılmış vahid pul məbləğində kirayə haqqı ödəməklə (ümumilikdə hər ay 56000 manat) qanunvericilikdə nəzərdə tutulmuş qaydada Razılaşma Müqaviləsi bağlamaqla mülkiyyətçilərin həmin ərazidən köçürülməsini təmin etmiş və ərazinin bir hissəsində söküntü işlərini tamamlayaraq, yerində çoxmənzilli yaşayış binalarının tikintisinə başlamışdır. Hazırkı iddia üzrə cavabdehlər və onların ailə üzvləri mülkiyyətlərində olan mənzil sahəsinin əvəzi kimi iddiaçının təklif etdiyi, nə kompensasiya ödənişi (1500 manat hər kvadrat üçün) ilə, nə də ki, mülkiyyətində olan mənzillərin faktiki sahəsindən daha çox yaşayış sahəsi olan mənzillərlə əvəzlənməsindən razı olmadıqlarından, reallığa uyğun olmayan, bazar qiymətindən qat-qat artıq kompensasiya, eləcə də, insan övladının təsəvvür qabiliyyətindən çox-çox kənarda qalan “ölçüdə” yaşayış sahəsi tələb etdiklərindən “iddiaçı” həmin ərazidə tikinti və abadlıq işlərini tam həcmdə apara bilməmiş və bununla da Nərimanov RİH başçısının sərəncamından irəli gələn öhdəliklərini yerinə yetirə bilməmişdir. Bu hərəkətləri ilə hesab edirik ki, cavabdehlər iddiaçıya hər ay 56000 (əlli altı min) manat məbləğində maddi ziyan vurmaqla yanaşı, həmin ərazidən köçürülmüş 153 mülkiyyətçinin hüquqlarını kobudcasına pozurlar, həmin mülkiyyətçilə rin iddiaçı ilə bağladıqları Razılaşma Müqaviləsindən əmələ gələn öhdəliklərin yerinə yetirilməsinə məqsədyönlü şəkildə hüquqi maneələr törədirlər. Eyni zamanda, cavabdehlərin əksəriyyəti orada yaşamır, həmin yaşayış sahələrini özbaşına olaraq, heç bir müvafiq İcra Hakimiyyəti orqanlarının Qərarı olmadan qeyri-yaşayış sahəsinə çevirərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri orada yerləşdirmişlər. Mövcud sərəncamı icra edən İddiaçı MMC tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli və praktiki olaraq ən yüksək təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Nərimanov Rayon İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərdən icra olunmalıdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən a rtıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Kassator kassasiya şikayətində dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 13.1, 13.3, 29.2, 29.4, 71.2-ci maddələrinə, Avropa İnsan Hüquqları üzrə Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 3.3-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun ö zəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci maddələrinə, AİHM-nin bir sıra qərarları üzrə Avropa məhkəməsinin presedent hüququna istinad etmişdir.

15. Cavabdeh1 kassasiya şikayətinə yazılı etiraz göndərərək, qeyd etmişdir ki, “iddiaçının istinad etdiyi AR NK-nin 86 nömrəli qərarı AR NK-nin 482 nömrəli (17.12.2019) digər qərarı ilə ləğv edilmişdir. Nərimanov RİH-nin 161 nömrəli 21.06.2019-cu il tarixli Sərəncamı, AR NK-nin 482 nömrəli 17.12.2019-cu il tarixli Qərarının 4-cü bəndində qeyd edilmiş tarixdən (01.08.2018) bir il sonra qəbul edildiyindən, İddiaçı MMC “01.08.2018-ci il tarixədək tikinti icraatı başlanılmış tikintilər” hesab edilə bilməz. Bu barədə Bakı İnzibati Məhkəməsində inziba ti iş 6663/20 saylı icraatdadır. Tələb İddiaçı MMC-nin adının tikinti reyestrindən çıxarılmasıdır, proses davam etməkdədir. Digər səbəb odur ki, mən və digər payçı bacılarım Ramazanova və İbrahimova Ü 34 ünvanlı həyətyanı torpaq sahəsinə (522.5 kv.m.) iddialıyıq. Nərimanov Rayon Məhkəməsində 2(005)-2874/2019 saylı (45/2021) mülki iş üzrə Ü küçəsi 34 ünvanına kompleks ekspertiza 01.09.2021-ci il tarixinə təyin edilib. Həyətyanı torpaq sahəsi üzərindəki mülkiyyət hüququna iddialıyıq (13.01.15 tarixli fərmanla təsdiq edilmiş “siyahı” qanunu, maddə 2.4-cü bəndi), məhkəmədən 2015-ci ildən üzübəri, hüquqi nəticə gözləntimiz vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15-ci maddəsinə görə bu hüquqdan istifadə edib nəticə əldə edə bilməməyimiz bizi bu hüquqdan məhrum etmir. 24 noyabr 2015-c i ildən başlanan mülki, inzibati proseslər, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş ağlabatan müddət hüququmuz pozularaq, süründürülməkdədir. Nərimanov Rayon Məhkəməsində İddiaçı MMC-nin mənə qarşı eyni tələbli iddiası məhkəmənin 05.08.2019-cu il tarixli 2(005)3274/2019 saylı qərardadı ilə mülki icraat dayandırılmışdır. Nərimanov RİH-nin 161 nömrəli 26.06.2019-cu il tarixli Sərəncamının Ü 34 ünvanına dair hissəsi Konstitusiyanın 68, 71, 74-cü maddələrinin tələblərinə zidd olduğundan icrası dayandırılmalıdır. RİH-nə 2016-cı ildən hər il yazılı müraciətlər edib, Ü 34 ünvanlı payçılar arasında məhkəmədə mülki mübahisə olduğu, həyətyanı torpaq sahəsinə iddiamızın olduğunu, məhkəmə bildirişləri ilə bildirmişəm. Lakin RİH başçısı buna məhəl qoymayaraq, Ü 34 ünvanlı torpağı da 161 nömrəli sərəncamla MMC-nin istifadəsinə vermişdir. Hazırda 161 nömrəli Sərəncam Bakı İnzibati Məhkəməsində tərəfimdən və Cavabdeh6 tərəfindən mübahisələndirilməkdədir.” Kassator Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən dövlətin adından ədalətli, vicdanlı, əsaslı məhkəmə aktı elan edilməsini və iddiaçının kassasiya şikayətinin Konstitusiyanın 13, 12, 29, 68, 71, 72, 149cu maddələri tətbiq edilərək, AR MPM-nin 417.1.1-ci maddəsinin göstərişinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh1 vəkili 2 oğlu kassasiya şikayətinə yazılı etiraz göndərmişdir. Həmin etiraz onunla əsaslandırılır ki, “iddiaçı kassasiya şikayətində məhkəmədən cavabdehlərin barışıq sazişi bağlamaq üçün bir həftə vaxt istəməsi barədə vəsatətin təmin edilməməsini pozuntu kimi qeyd edir, lakin bu proses bir ildən çoxdur ki, davam edir. Bir il ərzində barışıq sazişi bağlamaq mümkün olmayıbsa, bir həftənin nəsə dəyişəcəyinə inanmaq real deyil. Bundan başqa, iddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarına istinad etməyə çalışır. Lakin həmin qərarda vətəndaşların öz mənzillərini satmaq məcburiyyətində olmaları barədə bir müddəa mövcud deyil və İddiaçı MMC tipli şirkətlərlə alqı-satqı müqaviləsi bağlamaqda məcbur deyillər. Həmçinin, iddiaçı kassasiya şikayətində Azərbaycan Respublikasının dövlət orqanlarının rəylərində guya Cavabdeh1 yaşadığı bina qəza vəziyyətində olduğunu və çox tez bir zamanda dağılacağını qeyd edir. Lakin bu həqiqəti əks etdirmir. Belə ki, dövlət orqanları öz rəylərində belə bir qənaətə gəlməyiblər, hər iki instansiya məhkəmələrində rəylər nəzərə alınmışdır və qanuna uyğun qərarlar qəbul edilmişdir”. Bakı Apellyasiya Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(103)-2107/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

17. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayətinə etirazında qeyd edir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 3 aprel 2020-ci il tarixli, 001505 qeydiyyat nömrəli şəhadətnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və torpaq Cavabdeh6 toxunulmaz xüsusi mülkiyyətidir. Torp aq isə Cavabdeh6 xüsusi mülkiyyətindədir. Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı 21.06.2019-cu il tarixli sərəncamında qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi və yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan sərəncamda qeyriyaşayış binalarının sökülməsi nəzərdə tutulmamışdır. Cavabdeh6 məxsus qeyri-yaşayış sahəsi Rayon İcra Hakimiyyətinin deyil, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yurisdiksiyasına aiddir. Nərimanov Rayon İcra Hakimiyyəti onun yurisdiksiyasına aid olmayan əmlak üzərində sərəncam verə bilməz. Cavabdeh6 Nərimanov RİH başçısının 96 saylı, 5 mart 2013-cü il tarixli “iaşə obyektinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında” sərəncama əsasən Ü3 küçəsi 14 ünvanında yerlə şən iaşə obyektinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun 3 mərtəbəli qeyri-yaşayış sahəsinə çevirmişdir. Həmin sərəncam əsasında “tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda” Qəbul Komissiyasının 4 noyabr 2014-cü il tarixli aktı ilə istismara qəbul edilmişdir. Qeyd olunan sərəncamda saz vəziyyətdə olan deyil, qəzalı vəziyyətdə olan yaşayış sahələrinin sökülməsi nəzərdə tutulmuşdur. Göstərilənlərin nəzərə alınaraq, kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilir.

18. Cavabdehlər Cavabdeh2 və Cavabdeh8 vəkili Vəkil1 kassasiya şikayətinə yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “cavabdehlərin hüquqlarına və müqavilə azadlığı prinsipinə istinadla iddiaçı B akı şəhəri, Nərimanov rayonu, Ü küçəsi 32, 34 və Ü3 14, 16 saylı evlərdə yaşayan sakinlərin əmlakının əvəzində İddiaçı MMC-nin tərəfindən yeni tikiləcək binada yaşamış və və ya qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilin təhvil verildiyi gündən təhvil alınacağı günədək hər ay üçün kirayə pulunun ödənilməsi tələbi təmin oluna bilməz. Bu tələbin təmin olunması “müqavilə azadlığı” prinsipinə zidd olmaqla əmlaka dair mülkiyyətçiləri müqavilə bağlamağa məcbur edir ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyildir”. Hesab edirlər ki, İddiaçı MMC-nin mənzillərdən və qeyri-yaşayış sahəsindən çıxarılma və həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi mülkiyyət hüququna birbaşa qəsddir və tamamilə qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin 17.03.20 21-ci il tarixli 2(103)-2107/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, İddiaçı MMC tərəfindən verilən kassasiya şikayətinin Cavabdeh2 və Cavabdeh8 dair hissəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin vəkili 1oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili 2 oğlu, Cavabdeh2, cavabdeh Cavabdeh Xqızının nümayəndəsi Cavabdeh9, onların vəkili Vəkil1 və Cavabdeh6 vəkili Vəkil3 iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etdilər.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

22. Maddə 13 hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29, hissə İİİ və İV. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 24. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və norm ativ hüquqi aktlar göstərilməlidir.

29. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərə bilər.

32. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§26).

34. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§27).

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§26). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən və qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini istədiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfin Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, 21.06.2019-cu il tarixli Sərəncamına əsaslanmaqla ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün " MMC”-yə ayrılmış torpaq sahəsində yerləşən mənzillərdən cavabdehl ərin çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli binalarda yaşayış və ya qeyri-yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək aylıq kirayə haqqının verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında cavabdehlərə məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının pozulması, bu hüquqa müdaxilə və həmin hüququn “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər. Həmçinin, bu tələbin təmin olunması “müqavilə azadlığı” prinsipinə zidd olmaqla əmlaka dair mülkiyyətçiləri müqavilə bağlamağa məcbur edir ki, bu hal da mülki qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə m üqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qənaətə gəlinməmişdən öncə ilk növbədə iddiaçının ayrı-ayrılıqda hər bir cavabdehə münasibətdə iddia tələblərinin 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən edilmiş aşağıdakı 3 şərtə cavab verib-vermədiyini yoxlamalı idi: “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməli olması (bu, dövlət orqanları tərəfindən hər hansı özbaşına hərəkətə yol verilməsini istisna edir), “ictimai maraqlara” cavab verməlidir və mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlıq təmin olunmalıdır.

40. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müda fiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (bax Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982, §§ 69-74, A seriyaları no. 52; Brumaresku Rumıniyaya qarşı (GC), no. 28342/95, § 78, AİHM 1999-Vİİ; X5rşı, no. 3851/12, §§ 58-59, 11 Dekabr 2014, və həmin işlərdə istinad olunan işlər).

42. X8 Konvensiyasının (bundan sonra - Konvensiya) 1 saylı Protokolun 1-ci maddəsində 3 fərqli qayda müəyyən edilmişdir: birinci bəndin birinci cümləsində təsbit edilmiş birinci qayda ümumi təbiətlidir və mülkiyyətdən dinc istifadə prinsipini bəyan edir; birinci bəndin ikinci cümləsində təsbit olunmuş ikinci qayda əmlakdan məhrumetməni əhatə edir və bunun bəzi şərtlərini müəyyənləşdirir; ikinci bənddə əks olunmuş üçüncü qaydada təsbit edilmişdir ki, dövlətlər digər hüquqlarla yanaşı ümumi maraqlar naminə mülkiyyətdə n istifadəyə nəzarət edə bilər. Lakin bu qaydalar əlaqəsiz deyil: ikinci və üçüncü qaydalar mülkiyyətdən dinc istifadə hüququna konkret müdaxilə halları ilə bağlıdır və buna görə də birinci qaydada təsbit edilmiş prinsip prizmasından təfsir olunmalıdır (“Kozacıoğlu Türkiyəyə qarşı” (Kozacıoğlu v. Turkey [GC], no. 2334/03, § 48, 19 February 2009) və “Vistinş və Perepjolkins Latviyaya qarşı” (Vistiòð and Perepjolkins v. Latvia [GC], no. 71243/01, § 93, 25 October 2012)). 43. 1 saylı Protokolun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə istənilən müdaxiləsinin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir. Bundan əlavə, demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrində ehtiva olunan bir məfhumdur (“İatridis” işi, 58-ci bənd; “Yunanıstanın keçmiş kralı və Digərləri Yunanıstana qarşı” (Former King of Greece and Others v. Greece [GC], no. 25701/94, § 79, ECHR 2000-Xİİ) və “Broniovski Polşaya qarşı” (Broniowski v. Poland [GC], no. 31443/96, § 147, ECHR 2004-V)). 44. (i) Müdaxilə üçün qanuni əsasın mövcudluğu məsələsinə məhkəmə qiymət verərəkən aşağıdakı halları nəzərə almalıdır.

45. Azərbaycan Respublikasının Konstitusiyasının 114-cü maddəsinin İ və İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitek tura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır.

47. A zərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, 21.06.2019-cu il tarixli Sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.06.2017-ci il tarixli, 02/05-1148 saylı rəyi nəzərə alınaraq, Nərimanov RİH başçısının 23.06.2017-ci il tarixli, 267 №li Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, rayonun ünvan küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0.884 ha torpaq sahəsinin “" MMC-nin daimi istifadəsinə verilməsi, rayonun ünvan küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə " MMC-yə aşağıdakıların həvalə edilməsi, "” MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə “" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınmasının "xxxx" MMC-yə tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla “Qayə Qala" MMC-nm vəsaiti hesabına həyata keçirilməsi, rayonun Ü küçəsi 32, 34. 36 38; Ü223, 25, 27 və Ü3 küçəsi 14,16 yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Ü küçəsi 32. 34 36 38; Ü223. 25. 27 və Ü3 küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi qərara alınmışdır. "” MMC-nin Ü3 14,16, Ü 32,34,36,38, Ü223,25,27 ünvanlarından köçürülmə siyahısından görünür ki, 153 nəfər sakinlər müxtəlif ünvanlarda yaşamış və onlar evlərinin sökülməsinə görə ***-**** manat aralığında "” MMC tərəfindən kirayə evlərlə təmin olunmuşdurlar.

48. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövləttikintilayihə Dövlət Layihə İnstitutunun yaşarış evlərinin texniki vəziyyəti haqqında 02.08.2017-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ü küçəsi 32, 34. 36 38, Ü223, 25, 27 və Ü3 küçəsi 14,16 yaşayış binalarının kommunikasiya xəttlərinin nizamsız olması, evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olmasının gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilməsi, evlərin sanitar-gigyenik normaların tələblərinə cavab verməməsi, yaşayış evlərinin uzun müddət təmirsiz istifadə edildiyindən köhnəlməsi və aşınmaya məruz qalması, bunların gələcəkdə sakinlərin həyatı üçün təhlükə mənbəyi olması müəyyən olunmuşdur.

49. Məhkəmə kollegiyası həmçinin vurğulamağı zəruri hesab edir ki, qanunilik şərti yoxlanılarkən iddiaçı tərəfin bu iddianı irəli sürməsi üçün tələb olunan subyektiv hüququn olub-olmaması məsələsinə də qiymət verilməlidir.

50. Subyektiv hüququn qiymətəndirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fe vral 2016-cı il tarixli, 86 №-li Qərarının icrası ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli 21.06.2019-cu il tarixli sərəncamına əsasən Nərimanov rayonu, ünvan küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması İddiaçı MMC-yə həvalə edildiyi nəzərə alınmalıdır. Həmçinin, istinad edilən Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli 21.06.2019-cu il tarixli sərəncamı ilə iddiaçıya qeyriyaşayış deyil, yaşayış sahələri ilə bağlı müvafiq tədbirlərin görülməsinin həvalə edildiyinə diqqət yetirilməlidir.

51. Subyektiv hüququn olması məsələsinə qiymət verilərkən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırki işin halları ilə analoji olan mübahisə üzrə çıxardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarının məzmununa da diqqət yetirilməlidir. 52. (ii) Müdaxilənin “ictimai maraqlara” cavab verməsi şərtinin yoxlanılması ilə bağlı məhkəmə kollegiyası aşağıdakı halların nəzərə alınmalı olmasını qeyd edir

53. X10 Məhkəməsinin presedent hüququna əsasən, milli hakimiyyət orqanları cəmiyyətin yaşayış şəraitindən və tələbatlarından bilavasitə xəbərdar olduqlarına görə prinsipcə “cəmiyyətin maraqlarını” qiymətləndirməkdə beynəlxalq hakimə nisbətən daha əlverişli vəziyyətdədirlər. Konvensiyanın bərqərar etdiyi insan hüquqlarının qorunması sisteminə əsasən, c əmiyyətdə narahatlıq doğuran və müvafiq tədbirlər görülməsini tələb edən problemin mövcud olub-olmadığını qiymətləndirmək vəzifəsi ilk növbədə məhz milli hakimiyyət orqanlarının üzərinə düşür. … Müvafiq surətdə, bu sahədə və Konvensiyanın təminatlarının şamil olunduğu digər sahələrdə milli hakimiyyət orqanları vəziyyəti öz mülahizələri əsasında sərbəst şəkildə qiymətləndirə bilərlər (X3rşı).

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarının 1.2-ci bəndinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilər indən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması müvafiq yerli icra hakimiyyəti orqanına tapşırılmışdır.

55. Bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mənzil Məcəlləsində qeyd olunan mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barədə iddianı qaldırmaq zərurəti məhz mənzilin mülkiyyətçisi tərəfindən mənzilin qəza vəziyyətinə düşdükdə onu mümkün olan ən qısa müddət ərzində məhz mülkiyyətçilərin hesabına təmir və bərpa etmək vəzifəsini icra etmədiyi halda onun öz hesabına təmiri keçirilməsi halında yaranır. Nazirlər Kabinetinin qərarından da görün düyü kimi qərarın ümdə məqsədi sosial istiqamətli olmaqla, sakinlərin qəzalı vəziyyətdə olan binaları təmirbərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Amma o da qeyd edilməlidir ki, hazırkı halda məsələ yaşayış binasının təkcə qəzalı vəziyyətdə olması deyil, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməməsini də əhatə edir.

56. Avropa Məhkəməsinin Presedent hüququna əsasən, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (Öneryıldız Türkiyəyə qarşı).

57. Odur ki, işin hallarına əsasən, müdaxilənin həyata keçirilməsi üçün qanuni məq səd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz.

58. Ən nəhayət (iii) mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunması ilə bağlı şərtin yoxlanılması ilə bağlı məhkəmə kollegiyası aşağıdakı halların nəzərə alınmalı olmasını qeyd edir.

59. Belə ki, ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyəti n qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir.

60. O da vurğulanmalıdır ki, bu şərtin yoxlanması zamanı mənzillərin qəzalı vəziyyətdə olmaları, məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında 2030 faiz artıq sahələri olan mənzillərin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayədə qalmaq üçün kirayə haqlarının ödənilməsi əsasları nəzərə alınmalıdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən araşdırmaya dair tələblərə cavab vermədiyindən ləğv edilməlidir.

62. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda q eyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, həmin maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

64. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan hüquq normalarının tələblərinə riayət etməklə, yeni məhkəmə aktı qəbul etməlidir.

65. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir.

66. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§29).

67. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib iş i yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (§28).

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2107/2021 saylı iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar