Məhkəmə qərarları › İş №2(102)-4918/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4918/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4918/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)3258/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 25 faiz dərəcəsi olmaqla 150.000 manat məbləğində kredit verilmişdir.

2. Kreditin qaytarılmasının təminatı kimi BOKT "xxxx" MMC ilə Cavabdeh asında 10 aprel 2019-cu il tarixli ayrı-ayrı əmlaklara münasibətdə üç ipoteka müqaviləsi bağlanmış, Cavabdeh məxsus olan ünvan 1, ünvan 3 və ünvan 2 ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Mikro-Kredit BOKT” ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə qeyd olunan müqavilənin ləğv edilməsi, Cavabdeh BOKT "xxxx" MMC-nin xeyrinə 10 aprel 2019-cu il tarixli, kredit müqaviləsi üzrə əsas borc 128.841,12 manat, faiz borcu üzrə 39.709,73 manat, cərimə borcu üzrə 14.505,42 manat olmaqla, cəmi 183.056,27 manat pulun, o cümlədən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması, tutmanın 10 aprel 2019-cu il tarixli, ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Cavabdeh məxsus ünvan 1, ünvan 3 və ünvan 2-yə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ in borcun ödənilməsi üçün BOKT "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin şərtlərinə əsasən borcalan krediti və ona hesablanmış faizləri 36 ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin bu günə kimi borcalan tərəfindən BOKT "xxxx" MMC-yə əsas borcdan 21.158,88 manat, faiz məbləğindən 20.042,91 manat olmaqla, cəmi 41.201,79 manat borc ödənilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi tarixə, yəni 12 aprel 2021-ci il tarixə BOKT "xxxx" MMC-yə əsas borc üzrə 130.437,90 manat, faiz borcu üzrə 45.290,92 manat olmaqla, cəmi 175.728,77 manat borcu vardır. 6. "xxxx" MMC tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli rəylərə əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəyəri 56.000 manat; ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin likvid dəyəri 70.000 manat; ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəyəri 48.500 manat müəyyən edilmişdir.

7. Bakı şəhər Xətai rayon məhkəməsinin (hakim X3) e-2(011)-3877/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 128.841,12 (yüz iyirmi səkkiz min səkkiz yüz qırx bir manat on iki qəpik) manat əsas borc, 39.709,73 (otuz doqquz min yeddi yüz doqquz manat yetmiş üç qəpik) manat faiz borcu, 1.000 (min) manat cərimə borcu olmaqla, cəmi 169.550,85 (yüz altmış doqquz min beş yüz əlli manat səksən beş qəpik) manat məbl əğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 28 (iyirmi səkkiz) manat məbləğində pul tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 14, 67 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 103, 66 saylı mənzilin və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, 72 saylı mənzil açıq hərracda satılması və borcun mənzillərin satışından əldə olunan vəsait hesabına iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi, İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəyərinin 56.000 (əlli altı min) manat; ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin likvid dəyərinin 70.000 (yetmiş min) manat; ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəy ərinin 48.500 (qırx səkkiz min beş yüz) manat məbləğində müəyyən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2642/2022 saylı 15 mart 2022-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 1992/2019 saylı kredit müqaviləsi ləğv edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir.

10. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən hesab etmişdir ki, iş materialları nda olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi ilə müəyyən olunmuş məbləğlər iddiaçının tələb etdiyi əsas və faiz borcunun məbləğindən yüksək olduğundan cavabdehdən əsas borca görə 128.841,12 manat, faiz borcuna görə isə 39.709,73 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM) 462.1, 467, 421.2, 423.2, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 88-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39.3.3, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadına is tinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1) 2(103)-3258/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə borcun, cərimənin və faiz məbləğinin yenidən hesablanmalı olmasını göstərsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir.

15. Bundan başqa kollegiya qeyd etmişdir ki, cavabdeh sonuncu dəfə xx.xx.2019-cu ildə 5520 manat ödəniş etmişdir ki, bunu n da 2654,81 manatı əsas borcdan, 2865,19 manatı isə faiz borcundan silinmişdir. Sonradan heç bir ödəniş olmamış və bu səbəbdən xx.xx.2017-ci il tarixə 39.709,73 manat faiz borcu hesablanmışdır. Cavabdehin dəlilləri əsassızdır, borcun yenidən hesablanmasına ehtiyac yoxdur. Pandemiya ilə bağlı borcun ödənilməməsinə münasibətdə isə bu hal cavabdehi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından azad etmir.

16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 385, 448.1, 739.1, 739.2, 421.2, 423.2, MPM-in 14.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 2

8. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

29. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İpoteka haqqında Azərbaycan Respublikasının qanunu

30. Maddə 39.3.3 ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd e dir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlill ərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3258/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar