Məhkəmə qərarları › İş №2(102)-492/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-492/2024

01.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-492/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5001/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-468/2018 saylı mülki iş üzrə 09 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilərək ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin cavabdeh “X11” MMC-dən alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

2. Bu qətnamə 19 dekabr 2022-ci il tarixdə icraya yönəldilmiş, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraat zamanı icra vərəqəsində qeyd olunan ünva nın X8 mülkiyyətində olduğu qeyd olunaraq icra məmurunun qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi icra edilmədən məhkəməyə geri qaytarılmışdır.

3. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 1, 10 saylı mənzil Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli protokoldan çıxarışa və maliyyə arayışına əsasən ilkin olaraq xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bu mənzilə dair Samir Hacızadənin adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilib ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəs i 165 kv.m olan 4 otaqlı 64 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilə köçürülmə ilə bağlı maneələri aradan qaldırmaqla həmin mənzilə köçürülməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında ünvan 3 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzil 27 mart 2015-ci il tarixdə 26 nömrəli müqavilə bağlanmaqla, mənzilin hər kvadratı 559 manat olmaqla dəyəri 90.750 manata iddiaçıya satılmışdır. Mənzilin dəyəri iddiaçıya tam şəkildə ödənmiş, 25 nömrəli maliyyə arayışı verilmişdir. Mənzil iddiaçıya təhvil verilmiş və mənzildə təmir işləri etdirməyə başlamış və müəyyən səbəblərdən mənzildə istifadə imkanları məhdudlaşdırılmış və bu əsasla da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, o, “X11” MTK-ya qarşı iddia ərizəsi ilə müraciət edərək mənzilin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını istəmiş və Yasamal Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixdə iddia tələbi üzrə 2(103)7960/2018 nömrəli qətnaməsi ilə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018- ci tarixli 2(103)-7960/2018 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, birinci inistansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxıklması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1629/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7960/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 sa ylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuş, mənzilin “X11” MMC-dən alınaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və icra şöbəsi məhkəmə qətnaməsini icra etməmiş və icra səbəbi olaraq qətnamədə köçürülmə tələbinin olmamasını qeyd etmişdir və bu əsasla təkrarən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, “X11” MMC-nin tikdiyi binalar Cavabdeh Mənzil Tikinti Kooperativinə təhvil verilmişdir. “X11” MMC-nin xx.xx.2015-ci il tarixdə yazdığı bildirişdə Telman Quliyev Cavabdeh MTK-nın fəaliyyəti olmadığı üçün onun Cavabdeh MTK-da podratçı və icraçı səlahiyyətlərinin olduğu üçün gələcəkdə binalar təhvil verilmə zamanı Cavabdeh MTK tərəfindən tanınmaq və çıxarışların alınıb verilmə si şərtləri ilə sənədləşmə aparılmasına Yeni Yasamal yaşayış massivi Xarici Dairəvi küçəsi 2də inşa olunan 10 mərtəbəli yaşayış binasının “X11” MMC-nin möhürü ilə imzalanaraq sənədləşdirilməsinə dair qeyd var. Bundan başqa, “X11” MMC-dən verilən sənədləşmələr üzrə əmlakçıların Cavabdeh MTK tərəfindən payçılara verilməsi və çıxarış alınması təhviltəslim işləri Cavabdeh MTK təsisçisi ilə X6 arasında olan razılaşma müqaviləsi üzrə öhdəliklərinə görə gələcəkdə bina təhvil verən zaman Cavabdeh MTK tərəfindən təmin olunmasına dair qeydlər var və həmin bildirişin bir nüsxələri Cavabdeh MTK-nın təsisçilərinə göndərilmişdir. “X11” MMC tərəfindən, Telman Səlimov tərəfindən satılan yaşayış evlərinə dair alıcılardan çıxarış alanlar da mövcuddur.

7. Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nü mayəndə iddia tələbinə dair etiraz ərizəsi və etiraz ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı Cavabdeh MTK- ya qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi əsasız və qanunsuzdur. İddiaçının iddia etdiyi mənzil barədə subyektiv hüququ yoxdur. İddiaçı ilə mənzil barədə “X11” MMC arasında bağlanmış müqavilə əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binası üzərində “X11” MMC-nin heç bir hüququ yoxdur və MMC-nin direktoru X7 “X11” MMC təsis etməklə guya ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında mənzil satmaq hüququnun olduğunu qeyd edərək müxtəlif şəxslərə qanunsuz olaraq mənzil alqı-satqısı barədə müqavilə və maliyyə arayışı təqdim etməklə dələduzluq etməsi barədə 2018-ci ildə Azərbaycan Re spublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrəməsuliyyət cəlb olunmuş və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Şakir MTKnin direktoru Nümayəndə həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. Bundan başqa ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında yerləşən 69 nömrəli mənzil, əslində 10 nömrəli mənzildir və əslində həmin 10 nömrəli mənzil sahəsi 146,8 olmaqla X5 məxsusdur və onun xüsusi mülkiyyətindədir. X8 on ildən artıqdır ki, ailəsi ilə birlikdə bu mənzildə yaşayır. Hazırki iş üzrə Cavabdeh MTK cavabdeh qismində iştirak etməməlidir. Nümayəndə hazırda Cavabdeh MTK-nın sədridir. Ona qədər Cavabdeh MTK-nın sədri mərhum X16 olmuşdur. X16 2009-cu ildə azadlıqdan məhrum etmə c əzasına məhkum edilmiş və 21 iyun 2016-cı il tarixdə cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Bundan sonra Nümayəndə X2 adına Cavabdeh MTK təsis etmış və hazırda onun MTK-nın icraçı direktorudur. X1 Hüseynovla bağlamış olduğu podrat müqaviləsi əsasında Sumqayıt şəhərində bina evlərinin tikintisi ilə məşğul olsa da hazırda həmin podrat müqaviləsi qüvvədə deyildir və müqavilə müddəti başa çatmışdır. X3 Cavabdeh MTK-ya aid Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən binaya heç bir aidiyyəti yoxdur və həmin binada yerləşən mənzilləri sata bilməzdi. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən binanı Şakir Hüseynov vəfat etməzdən əvvəl Nümayəndə adma rəsmiləşdirmiş və Nümayəndə tərəfindən bina tikilib istismara təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyildir. İddiaçı ilə istər Nümayəndə tərəfindən, istərsə də mərhum X16un Cavabdeh MTKnın sədri olduğu dövrdə İddiaçı ilə mənzilin alqı-satqısına dair heç bir müqavilə bağlanılmamışdır. İddiaçı ”Şakir” MTK tərəfindən iddia ərizəsində göstərilən Cavabdeh MTK-ya məxsus ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunuin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.metr olan 4 otaqdan ibarət 64 nömrəli mənzil satılmamışdır. İddiaçı iddia ərizəsində göstərmiş olduğu ünvan düzgün deyildir. Cavabdeh MTK tərəfindən Xarici Dairəvi küçəsində bina inşa edilməmişdir. ünvan 5 ünvanda yerləşən mənzilin sahəsi 146,80 kv/metr olmaqla həmin mənzil X4 mülkiyyətindədir və sözügedən mənzil İddiaçı məxsus deyil. Ola bilsin ki, İddia çı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş X7 aldadıb və Telman Səlimovun barəsində olan cinayət işi tamamlanaraq məhkəməyə göndərilmişdir. Bundan başqa, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev küçəsi, ev 152- də yaşayan İddiaçı ünvan 6 ünvanında yerləşən 165 kv/metr sahəsi olan 64 nömrəli mənzili ünvan 7 ünvanda yerləşən Cavabdeh MTK tərəfindən başqa şəxsə satılması barədə olan müraciəti üzrə Bakı şəhəri Nərimanov RPİnin İstintaq şöbəsində aparılmış və həmin müraciət əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, İddiaçı mənzilə köçürmə tələbinə dair iddianının rədd edilməsini xahiş edir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya m əhkəməsi) 2(004)-2482/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 8 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməsi; Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı ünvan 8 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməsinə yaratdığı maneələrin aradan qaldırılması; iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi müəyyən edilmiş və bunun əsasında mənzilin iddiaçıya təhvil verilməli olması qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qeyd edilən faktlar preyudisial əhəmiyyətə malik olmaqla, yenidən sübut edilməyə ehtiyac yoxdur.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin iddiaçıya təhvil verilməli olmasına baxmayaraq, cavabdeh tərəf indən həmin mənzil iddiaçıya təhvil verilməmiş və iddiaçının həmin mənzilə köçürülməsinə maneə yaradılmışdır. Bunun nəticəsində iddiaçı həmin mənzilə sahiblik və ondan istifadə edə, həmçinin orada yaşaya bilmir. Həmçinin, cavabdehin nümayəndəsi mübahisəli mənzilin X5 məxsus olduğunu qeyd etsə də, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil ilə X4 mülkiyyətində olan mənzilin yerləşdikləri blok, mənzillərin nömrəsi və sahələri fəqli olmaqla eyni mənzil deyildir. Odur ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ona təhvil verilməli olan mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ünvan 8 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü b lokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməli, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı ünvan 8 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3- cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməsinə yaratdığı maneələr aradan qaldırılmalı və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 43-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisəli bina 90-cı illərdə inşası başlanılmış yarımçıq tikilinin inşasının davam etdirilməsi üçün Şakir Hüseynov tərəfindən alınmışdır. Şakir Hüseynov sahibkar kimi sözügedən binadan yaşayış sahələri və qeyriyaşayış sahələri barədə payçılarla müqavilələr bağlamışdır. ünvan 9 ünvanında yerləşən bina Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən idarə olunmuş və Cavabdeh MTK tərəfindən verilmiş ümumi yığıncağın protokolundan çıxarış və maliyyə arayışı əsasında payçılar öz əmlaklarını dövlət qeydiyyatından keçirməklə mülkiyyət hüququ əldə etmişlər. “X11” MMC-nin direktoru Telman Səlimov tərəfindən ünvan 9 ünvanında yerləşən binadan dələduzluq yolu ilə satılmış mənzil və ya qeyri-yaşayış sahələri barədə prokurorluq orqanlarında Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və Telman Səlimov təqsirləndirilərək məsuliyyətə cəlb olunmuşdur. Telman Səlimova pul verən şəxslər isə cinayət işində zərərçəkmiş kimi tanınmışlar. Göründüyü kimi, “X11” MMC-nin direktoru Telman Səlimov ünvan 9 ünvanında yerləşən bina üzərində heç bir hüququ olmadan qanunsuz yolla yaşayış və ya qeyri-yaşayış sahələri sataraq vətəndaşlara dələduzluq etməsi tam təsdiqini tapmışdır. 2019-cu ildə prezident cənab İlham Əliyevin göstərişindən sonra ünvan 9 ünvanında yerləşən binanın payçılarına Cavabdeh MTK tərəfindən verilən müvafiq sənədlər əsasında mülkiyyət hüququ əldə etmişlər. Sözügedən ünvanda yerləşən binada heç bir şəxs “X11” MMC-nin müqaviləsi (sənədləri) əsasında payçı kimi mənzilini dövlət qeydiyyatından keçirməmişdir. Bu isə onu sübut edir ki, “X11” MMC-nin həmin bina üzərində heç bir hüququ olmamışdır. İddiaçı mənzilinin hansı binada olduğunu bilmir və göstərdiyi mənzil başqa şəxsin mülkiyyətindər. Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzil yoxdur. Bina Cavabdeh MTK tərəfindən idarə olunur və həmin binada boş mənzil yoxdur. Mənzillər sahibkar Şakir Hüseynov tərəfindən satılan alıcılarına təhvil verilmişdir. Tərəflər arasında hüquq münasibətlərinin və öhdəliklərinin yaranması üçün müqavilə olmamışdır. Cavabdeh MTK-nin cavabdeh olmadığı və iddiaçının köçürülməsinin MTK-ya aid olmadığı bəllidir.

15. Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(103)-5001/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kərimov (sədrlik edən və məruzəçi) Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2482/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

17. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin, eləcə də 3-cü şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməzdi.

18. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

19. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin (iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizənin) nəticə hissəsində(bax.i.v.96) mənzilə köçürülmə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmaqla mənzilə köçürülmə qeyd olunması iddianın yalnız bu cür tələb göstərildiyinə görə təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

20. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini əsas götürüb qeyd edib ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qeyd edilən faktlar preyudisial əhəmiyyətə malik olmaqla, yenidən sübut edilməyə ehtiyac yoxdur, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməyə əsasən, ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin iddiaçıya təhvil verilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən həmin mənzil iddiaçıya təhvil verilməmiş və iddiaçının həmin mənzilə köçürülməsinə maneə yaradılmışdır. İlk növbədə qeyd olunur ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ancaq hazırki iş üzrə cavabdeh kimi göstərilən Cavabdeh MTK həmin işdə iştirak edən şəxs olmamış, eləcə də qətnamə ilə təhvil verilməsi nəzərdə tutulan mənzillə bağlı “X11” MMC ilə hansısa hüquqi əlaqəsi, bağlılığı, hüquq varisi yaxud hansısa öhdəliklərinin ona keçməsi təsdiq olunmur, həmçinin bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu cür vəziyyətdə həmin qətnamə ilə müəyyən edilən halların hazırki işdə cavabdeh olan MTK üçün niyə preyudisial əhəmiyyətə malik olması başadüşülən olmamışdır. Həqiqətən də qeyd olunan qətnamədə mübahisəli mənzilin həmin işdə cavabdeh olan “X11” MMC tərəfindən iddiaçıya təhvil verilməsi qət olunmu şdur. Ancaq məhkəmə həmin mənzilin niyə məhz hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olduğunu hər hansı bir formada açıqlamamış və əsaslandırmamışdır.

21. Əlbətdə ki, dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə sözsüz icra olunmalıdır. İşdən də bəlli olur ki, həqiqətən də həmin qətnamə 19 dekabr 2022-ci il tarixdə icraya yönəldilmiş və Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Lakin İcra şöbəsi icra icraatı zamanı icra vərəqəsində qeyd olunan ünvanın (mənzilin) X4 mülkiyyətində olmasının məlum olduğunu əsas gətirib Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsini icra etmədən məhkəməyə geri qaytarmışdır. Ancaq işin mübahisəsiz halıdır ki, üçüncü şəxs Samir Hacızadənin mülkiyyətində olan mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində olan mənzil deyildir. Bu faktı, yəni eyni mənzil olmadığını iddiaçı da təsdiq və qəbul edir və heç bir formada mübahisələndirmir. Amma nədənsə qanuni qüvvəyə minmiş qətnamənin icrasını tələb etmək və icra məmurunun qərarını mübahisələndirmək əvəzinə, hazırki iddia ilə eyni mənzillə bağlı bu dəfə Cavabdeh MTK-ya qarşı hazırki iddia ilə məhkəməyə müraciət edir.

22. Təbii ki, məhkəməyə müraciət etmək hüququndan istifadə etmək iddiaçının hüququdur və bunu ona hansısa formada qadağan etmək olmaz. Lakin iddiaçı da bu hüququndan istifadə etməzdən əvvəl düşünməli idi ki, qanuni qüvvəyə minmiş qətnamə ilə ona təhvil verilməli olan mənzilə yenidə n mənzilə köçürülmə və maneəni aradan qaldırılması iddiası ilə məhkəməyə müracit etməyə də zərurət və lüzum yox idi. Çünki, mənzilin ona təhvil verilməsinə dair yuxarıda qeyd olunan qətnamənin icrası zamanı istənilən maneə o cümlədən, mənzilə köçməyə maneə olan hallar əgər həqiqətən də varsa onsuzda aradan qaldırılmalı olacaqdır.

23. Göründüyü kimi, iddiaçı bu halları nəzərə almadan hazırki iddia ilə bu dəfə Cavabdeh MTK-ya qarşı məhkəməyə müraciət edib, lakin MTK-nın onun qarşısında hansı öhdəliyinin olmasını yaxud hansı əsasla öhdəliyinin yarandığını göstərmir, eləcə də köçmək istədiyi mənzilə hansı manelər yaratdığını konkret şəkildə məhkəmənin diqqətinə çatdırmayıb yaxud belə bir maneə olmadığı üçün çatdıra bilmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının bu cür iddia i rəli sürməkdə haqlı olduğu qənaətinə gələrək iddianı təmin etmişdir. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili cavabdeh kimi göstərdiyi Cavabdeh MTK-nın cavabdehliyinin nədən ibarət olmasını yaxud köçməyə konkret olaraq hansı maneələr yaratdığını apellyasiya instansiyası məhkəməsinin diqqtinə çatdıra bilmədi. Əksinə Cavabdeh MTK-nın nümayəndəsi də mübahisəli mənzilin yerləşdiyi binada hansısa mənzilə malik olmadıqlarını, yalnız binanın idarəçiliyini həyata keçirdiklərini, ümumiyyətlə qətnamə ilə iddiaçıya təhvil verilməli olan ünvanda və ölçüdə mənzilin binada, o cümlədən üçüncü girişin beşinci mərtəbəsində olmadığını, qanuni qüvvəyə minmiş qətnamənin icrasına hər hansı bir formada maneə yaratmadıqlarını bildirdi. Belə çıxır ki, iddiaçı qanuni qüvvəyə minmiş qətnamə ilə “X11” MMC-nin ona təhvil verməli olduğu mənzili əslində mahiyyət etibarı ilə hazırki iş üzrə cavabdeh MTK-dan tələb edir, lakin bunun faktiki və hüquqi əsasını göstərmir yaxud göstərə bilmir. Çünki, MTK-nın iddiaçının köçmək istədiyi mənzillə bağlı iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır. Bunun başqa cür olması da mümkün deyildir. Çünki, Cavabdeh MTK xx.xx.2016-cı ilə dövlət qeydiyyatına alınmış, iddiaçı ilə “X11” MMC arasında mübahisəli mənzilə dair müqavilə isə 27 mart 2015-ci ildə bağlanmışdır.

24. Beləliklə, şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, yəni, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə g əldiyindən apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2482/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilməlidir.

25. Kollegiya gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.2,157.4, 157.8, 158.4, 385.1, 386.1, 425.1, 425.2, 442, 452.1, 452.2, 528, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə iddiaçının konstitusion mülkiyyət və mənzil hüquqlarımı kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan RespublikasıKonstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin iddiaçıya təhvil verilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən həmin mənzil iddiaçıya təhvil verilməmiş və iddiaçının həmin mənzilə köçürülməsinə maneə yaradılmışdır. Bunun nəticəsində iddiaçı həmin mənzilə sahiblik və ondan istifadə edə, həmçinin orada yaşaya bilmir. İddiaçın ın köçürülməsini tələb etdiyi mənzil ilə X4 mülkiyyətində olan mənzilin yerləşdikləri blok, mənzillərin nömrəsi və sahələri fəqli olmaqla eyni mənzil deyildir. Odur ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ona təhvil verilməli olan mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və iddia tələbimin əaslı olmaması qənaətinə gəlməklə qətnamədə göstərmişdir ki, «qanun qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilin “X11” MMC tərəfindən iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Ancaq məhkəmə həmin mənzilin niyə məhz hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olduğunu hər hansı bir formada açıqlamamış və əsaslandırmamışdır. Həmin qətnamə 19 dekabr 20 22-ci il tarixdə icraya yönəldilmiş və Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Lakin İcra şöbəsi icra icraatı zamanı icra vərəqəsində qeyd olunan ünvanın (mənzilin) X4 mülkiyyətində olmasının məlum olduğunu əsas gətirib Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsini icra etmədən məhkəməyə geri qaytarmışdır. Ancaq işin mübahisəsiz halıdır ki, üçüncü şəxs Samir Hacızadənin mülkiyyətində olan mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində olan mənzil deyildir. Bu faktı, yəni eyni mənzil olmadığını iddiaçı da təsdiq və qəbul edir və heç bir formada mübahisələndirmir. Amma nədənsə qanuni qüvvəyə minmiş qətnamənin icrasını tələb etmək və icra məmurunun qərarını mübahisələndirmək əvəzinə, hazırki iddia ilə eyni mənzillə bağlı bu dəfə Cavabdeh MTK-ya qarşı hazırki iddia ilə məhkəməyə müraciət edir. Lakin iddiaçı da bu hüququndan istifadə etməzdən əvvəl düşünməli idi ki, qanuni qüvvəyə minmiş qətnamə ilə ona təhvil verilməli olan mənzilə yenidən mənzilə köçürülmə və maneəni aradan qaldırılması iddiası ilə məhkəməyə müracit etməyə də zərurət və lüzum yox idi. Çünki, mənzilin ona təhvil verilməsinə dair yuxarıda qeyd olunan qətnamənin icrası zamanı istənilən maneə o cümlədən, mənzilə köçməyə maneə olan hallar əgər həqiqətən də varsa onsuzda aradan qaldırılmalı olacaqdır. Göründüyü kimi, iddiaçı bu halları nəzərə almadan hazırki iddia ilə bu dəfə Cavabdeh MTK-ya qarşı məhkəməyə müraciət edib, lakin MTK-nın onun qa rşısında hansı öhdəliyinin olmasını yaxud hansı əsasla öhdəliyinin yarandığını göstərmir, eləcə də köçmək istədiyi mənzilə hansı manelər yaratdığını konkret şəkildə məhkəmənin diqqətinə çatdırmayıb yaxud belə bir maneə olmadığı üçün çatdıra bilmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının bu cür iddia irəli sürməkdə haqlı olduğu qənaətinə gələrək iddianı təmin etmişdir. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili cavabdeh kimi göstərdiyi Cavabdeh MTK-nın cavabdehliyinin nədən ibarət olmasını yaxud köçməyə konkret olaraq hansı maneələr yaratdığını apellyasiya instansiyasıməhkəməsinin diqqətinə çatdıra bilmədi. Əksinə Cavabdeh MTK-nın nümayəndəsi də mübahisəli mənzilin yerləşdiyi binada hansısa mənzilə malik olmadıqlarını, yalnız binanın idarəçiliyini həyata keçirdiklərini, ümumiyyətlə qətnamə ilə iddiaçıya təhvil verilməli olan ünvanda və ölçüdə mənzilin binada, o cümlədən üçüncü girişin beşinci mərtəbəsində olmadığını göstərə bilmir. Çünki, MTK-nın iddiaçının köçmək istədiyi mənzillə bağlı iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır. Bunun başqa cür olması da mümkün deyildir. Çünki, Cavabdeh MTK xx.xx.2016-cı ilə dövlət qeydiyyatına alınmış, iddiaçı ilə “X11” MMC arasında mübahisəli mənzilə dair müqavilə isə 27 mart 2015-ci ildə bağlanmışdır.» Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz,belə ki,əvvəlki məhkəmə qətnaməsi ilə mənə təhvil verilməsi qət edilmiş mənzilin yerləşdiyi bina hazırda Cavabdeh MTK-nın nəzarəti altında olmaqla xüsusi qaydada mühafizə olunur və MTK bu binada olan mənzillərin hamısının ona məxsus olmasını bildirməklə,mənimlə 2015-ci ildə «X11» MMC « arasında balmamış müqaviləni qəbul etmir,mən bu binada olan mənzilimə daxil olmaq istədikdə müxtəlif bəhanələr gətirməklə guya həmin mənzilin müqavilədə göstərilən mənzil olmadığını,gah da həmin otağın başqa şəxsə məxsus olduğunu və özəlləşdirildiyini deyir və məhkəmə prosesində də mənimlə bağlanmış müqavilənin məhkəmə qərarına əsasən araşdırılmaqla qanuni müqavilə kimi tanınmasına və mənim həmin müqavilə üzrə hüquqlar əldə etdiyimin təsdiqlənməsinə baxmayaraq bu müqavidlənin qanunsuz olmasını bildirmişdir.Bundan başqa həmin binada 2016-cı ilə qədər, yəni Cavabdeh MTK yaranana qədər bir çox mənzillər vətəndaşlara «X11» MMC tərəfindən satılmış və həmin sakinlər də köçüb bu binada yaşayırlar. Lakin cavabdeh müqavilə ilə bu mənzillərə köçməyən şəxslərin boş olan mənzillərini bir ox şəxslərə öz adından yeni müqavilə bağlamaqla satmış və bu səbəbdən də həmin mənzilə köçmək istədikdə bu cür maneələr yaratmaqla hətia məhkəmə aktını icra edən icra məmuruna yalnış məlumat verməklə buna əngəl yaratmışdır. Belə ki,mən məhkəmə qətnaməsi əsasında mənə məxsus olan mənzilə köçürüldüyüm halda cavabdeh yeni bir sənəd ortalığa ataraq guya bu mənzilin Xalid adlı şəxsin olduğunu bildirmiş və mənə məlum olmuşdur ki,cavabdeh 2015-ci ildə mənə satılmış bu mənzillə bağlı yenidən müqavilə bağlamaqla mənzilin başqa bir şəxsin adına rəsmiləşdirilməsinə nail olmuşdur. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməmiş və mənim əlimdə olan sənədlərin qanunsuz olduğunu bildirməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. O bu mənzi li mənə satan şirkətin bunu etməyə səlahiyyətinin olmadığını bildirsə də məhkəməyə təqdim olunmuş sənədlərlə sübuta yetmişdir ki,məhz mənə mənzil satılan bu bina cavabdeh şirkətin direktoru olan Nümayəndə atası X10 Səlimov tərəfindən ortaq tikilmiş, hətta hər iki şəxs evlərin tikilməsində və vətəndaşlara satılmasına törətdikləri əməllərə görə birlikdə cinayət məsuliyyətinə də cəlb olunmuşlar. Şakir Hüseynov ( cavabdeh «Şakir MTK-nın hazırki rəhbəri Nümayəndə atası) həbsxanada olarkən «X11» MMC-nin rəhbəri T.Səlimova vəkalətnamə vermiş və bir sıra evlərin,o cümlədən də mənə məxsus olan mənzilin yerləşdiyi binanın idarəçilik,mənzillərin satışı hüquqlarını ona etibar etmişdir. Lakin sonradan 2016-cı ildə Cavabdeh MTK təsis olunaraq bu binada olan mənzilləri ələ keçirmiş və bu səbəbdən də bu b inadakımənzillər üzərində səlahiyyət verməklə mənim aldığım mənzilə köçürülməyimə maneə yaratmışdır. Lakin bu halların işdə olan sənədlərlə təsdiq edilməsinə və məhkəmədə nümayəndəm tərəfindən səsləndirilməsinə baxmayaraq məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmiş və maddi normalar baxımından, işin hallarına uyğun şəkildə əsaslandırılmış birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə əsaslı iddia tələbimi rədd etmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan RespublikasıMPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəki şmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1.ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuş, iddia tələbinin əsaslılığına dəlalət edən bir çox halları və sübutları nəzərə almamış və təqdim olunan dəlilləri qarşı tərəfin xeyrinə təhrif etməklə mənim hüquqlarına tam təmina t verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz verərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi

29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

33. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

34. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. M addə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir:

48. İddiaçı iddia ərizəsi və iddianı dəyişdirilməsi barədə ərizə il müraciət edərək Cavabdeh Mənzil Tikinti Kooperativinin İddi açı ünvan 8 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməyi ilə bağlı Cavabdeh MTK tərəfindən yaradılmış maneə aradan qaldırılmaqla ünvan 8 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməsinə dair iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.İddia ərizəsində də göstərilən mənzilə köçməyinə Cavabdeh MTK tərəfindən maneələr yaradıldığını qeyd etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının iddia etdiyi mənzilin yerini binaya aid ilkin sənədlər əsasında müəyyənləşdirməli, binaya aid ilkin sənədlər əsasında həmin mən zilin hansı quruluşda olması, sahəsi, otaqlarının sayı, daxili konstruksiyasında aparılan dəyişikliklərlə ilkin vəziyyətinin dəyişdirilib-dəyişdirilməməsi, həmin mənzilin hər hansı bir şəxsin adına qeydiyyata alınıb-alınmadığı, həmin mənzilə köçməyə Cavabdeh MTK tərəfindən maneə yaradılıb-yaradılmadığı, yaradılırsa bunun səbəblərini araşdırıb hüquqi qiymət verməklə yekun qərar qəbul etməli olduğu halda belə araşdırma aparmamışdır.

50. Belə olduğu təqdirdə apellyasiya instansiyası məhkəməsinin araşdırması Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsində müəyyənləşdirilmiş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinin tələblərinə cavab vermir.Prosessual hüquq normasının belə pozuntusu apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə səbəb olan pozuntudur.

51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək hüququndan istifadə etməzdən əvvəl düşünməli idi ki, qanuni qüvvəyə minmiş qətnamə ilə ona təhvil verilməli olan mənzilə yenidən mənzilə köçürülmə və maneəni aradan qaldırılması iddiası ilə məhkəməyə müraciət etməyə də zərurət və lüzum yox idi. Çünki, mənzilin ona təhvil verilməsinə dair yuxarıda qeyd olunan qətnamənin icrası zamanı istənilən maneə o cümlədən, mənzilə köçməyə maneə olan hallar əgər həqiqətən də varsa onsuz da aradan qaldırılmalı olacaqdır.

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə də razılaşmır.Belə ki, hazırki iş üzrə cavabdeh əvvəlki qətnamə ilə üzərinə öhdəlik qoyulmuş şəxs deyil.”Şakir” MTK başqa şəxsdir və iddiaçı da ona qarşı mənzilə köçürülmə və mane ənin aradan qaldırılması barədə iddia qaldırılmışdır.Məhkəmə araşdırması nəticəsində iddianın əsaslı olması təsdiqini taparsa təmin oluna bilər.Qanuni qüvvəyə minmiş qətnamə icra olunduqdan əvvəl və ya sonra belə başqa şəxslərin mənzilə köçməyə maneə törətməsi istisna deyil.

53. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

55. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

56. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu v ə ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Vəkil1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

57. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 oktyabr 2023-cü il tarixli 2(103)-5001/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda şərh olunan nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən qanuni və əsaslı yeni məhkəmə aktı qəbul edilməlidir

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 oktyabr 2023-cü il tarixli 2(103)-5001/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar