Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4924/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-969/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 oktyabr 2021-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 0660694 saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.02.2019-cu il tarixdə 11 saylı əmrlə «Universal Poliqraf” MMC-də çapçı peşəsi üzrə işə qəbul edilmişdir. 09.07.2020-ci il tarixli aktdan görünür ki, 09 iyul 2020-ci il tarixində iş ərazisində və icra intizamına nəzarət edilməsi məqsədi ilə aparılan video müşahidələrə növbəti aylıq baxış keçirilərkən İddiaçı və X1 tərəfindən 11-12 iyun 2020-ci il tarixlərində müvafiq sifariş əmri olmadığı halda İddiaçı və A.Ə.Həsənzadə tərəfindən öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə özbaşına olaraq icraya yönəldiyi və bu barədə müəssisədaxi li hər hansı bir məlumatın olmadığı aşkarlanmışdır. Odur ki, kamera müşahidələri əsasında aşkarlanmış bu hal aktla rəsmiləşdirilmiş və akt qeyd olunan kamera müşahidələrinin görüntüləri də birlikdə baxılması üçün müəssisənin direktoruna təqdim edilməsi qərara alınmışdır. 09.07.2020-ci il tarixli 59 saylı əmrdən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə əmək müqaviləsinə 09.07.2020-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarma əmrinin ləğvi, işə bərpa və maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 09.07.2020-ci il tarixli 59 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi haqq ında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh MMC-nin 09.07.2020-ci il tarixli 59 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi, mənəvi ziyana görə 20.000 manat məbləğində pulun və qanunsuz işdən çıxarılmaqla əlaqədar məcburi işburaxmaya görə işə bərpa edilən günədək orta əmək haqqı müqabilində ödənilən məbləğin cavabdehdən tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 01.02.2019-cu il tarixdə əmək müqaviləsi ilə Cavabdeh MMC-də çapçı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, fəaliyyət göstərdiyi müddət ərzində fəaliyyətində hər hansı nöqsan aşkar edilməmiş, işçilərlə arasında heç bir narazıçılıq olmamış, əmək müqa viləsi üzrə öhdəliklərini vaxtında və düzgün yerinə yetirmişdir. Son zamanlar koronavirus pandemiyası ilə bağlı olaraq ona hər gün işə çıxmamaqla bağlı göstəriş verildiyindən gündəlik işə çıxmırdı. Yalnız bütün əməkdaşların daxil olduğu “Whatsapp” mobil tətbiqində yaradılmış qruppda işçilərin işə çağırılması barədə məlumat yerləşdirildiyi zaman işə çıxırdı. 07.07.2020-ci il tarixdə saat təxminən 09 radələrində Cavabdeh MMC-də sex rəhbəri vəzifəsində çalışan Fərid İsayev ona zəng edərək işə gecikdiyi barədə iradını bildirdi. O, Fərid İsayevə bildirmişdir ki, bu barədə qruppda hər hansı məlumat mövcud deyil. Lakin, sonradan ona məlum oldu ki, səhər saat 07:30 radələrində qruppda bu barədə məlumat yerləşdirilmişdir. Təxminən 1 saat sonra işə çatan zaman Fərid İsayev onunla kobud danışmağa d avam etdi. Bu zaman o, F.İsayevə bildirmişdir ki, işə gəlmək barədə məlumatlar qruppa hər zaman bir gün öncədən yerləşdirilir. Məlumat yerləşdirilən zaman o, yuxuda olmuşdur. Daha sonra o işdən çıxmağı barədə ərizə yazaraq ofisi tərk etmişdir. Lakin 2 gün sonra e-sosialda şəxsi kabinetinə daxil olan zaman ona məlum oldu ki, şirkət rəhbərliyi heç bir əsas olmadan 09 iyul 2020-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 09.07.2020-ci il tarixdən xitam verilmişdir. Buna görə də, hesab edir ki, o, məhkəmə qaydasında əvvəlki vəzifəsində işə bərpa olunmalıdır və məcburi işburaxmağa görə itirdiyi əmək haqqı ona ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-2874/2020) iddia qismən təmin edilərək, Cavabdeh MMC-nin 09.07.2020-ci il tarixli 59 saylı əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki işinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün və işə bərpa edilən günədək əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əsassız işdən çıxarılmasına cavabdeh tərəfin təqdim etdiyi sübutlardan göründüyü kimi iddiaçının öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə özbaşına olaraq icraya yönəlməsilə bağlı 09.07.2020-ci il tarixli akt tərtib olunsa da cavabdeh müəssisəyə aid olmayan işin nədən ibarət olmasını həmin aktda qeyd etməmiş və bununla bağlı sü butu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh işəgötürən Cavabdeh MMC İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləsinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan və iddiaçının iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov (sədrlik edən və məruzəçi), hakimlər Ş.Məhərrəmova və R.Həsənov, iş № 2(103)-969/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2020-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair tələ bi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, işin 45-50-ci vərəqlərində olan fotoşəkillərdən müəyyən olunur ki, cavabdehə aid iş yerində videomüşahidə kameraları var və işçilər də bundan məlumatlıdır. İşdə olan video görüntülərdən və MMC-nin Sifariş jurnalından çıxarışdan dəqiq müəyyən edilir ki, İddiaçı və A.Həsənzadə tərəfindən 11-12 iyun 2020-ci il tarixində görülən iş müəssisəyə aid iş olmamışdır və onlara müəssisənin rəhbərliyi tərəfindən belə bir göstəriş verilməsi iş materialları ilə təsdiq edilmir. Qeyd edilən hallar apellyasiya icraatı zamanı yuxarıda qeyd edilən CD diskdə olan video görüntülərə baxış zamanı da müəyyən ed ilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verilmişdir və bu səbəbdən cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. MMC-nin 09.07.2020-ci il tarixli 59 saylı əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün hər hansı əsas müəyyən edilmir. İddiaçının qeyd edilən əsas tələbi əsassız hesab edildiyindən həmin tələbdən törəmə olan iddianın qalan hissəsi də əsassız hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli 2(103)-969/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına səbəb olan halları təsdiq edən hər hansı möhtəbər sübutun məhkəməyə təqdim edilməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə, qərəzsiz, sübutları əlaqələndirib müqayisəli təhlil etməklə baxmamışdır. İşəgötürmə müqaviləsinə xitam verilməsinə əsas olmuş hal kimi işçinin hərəkət və hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulmasını sübuta yetirməli idi. Lakin cavabdeh iddiaçının öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə özbaşına olaraq icraya yönəltməsi ilə bağlı 09.07.2020-ci il tarixli akt tərtib etsə də, cavabdeh müəssisəyə aid olmayan işin nədən ibarət olmasını və bu iş nəticəsində müəssisəyə dəyən ziyanın nədən ibarət olmasını aktda qeyd etməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" MMC kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli 2(103)-969/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, d igəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yer inə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsini nəzərə almaqla qeyd ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. 29 6-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış di gər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416.-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-969/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4924/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4924/2021
07.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver