Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4925/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)-911/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov, iş № 2(012)-401/2019) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin dəyərinin müəyyən olunması və s. tələbinə dair iddiası təmin edilərək MMC-yə məxsus olan N yaşayış massivi, 13 saylı küçə də inşa edilmiş 6-cı binanın 2-ci mərtəbəsində olan iki otaqlı 4 saylı mənzilin müqavilədə göstərilən ümumi sahəsi ilə faktiki ümumi sahəsi arasındakı fərqdən yaranan 8065 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova, A.Ə.Abbasov və G.F.Tağızadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxx 2018-ci il tarixdə tərəflər arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MMC tərəfindən İddiaçı 59.687,00 manata ümumi sahəsi 76,7 kv.metr olan iki otaq lı mənzil satılmışdır. Müqaviləyə əsasən mənzilin 1 kv.metrinin dəyəri 778,19 manat məbləğində hesablanmış və mənzil iddiaçıya təhvil verilmişdir. 2019-cu ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə əsasında aldığı mənzilin ona təhvil verildikdən bir müddət sonra ora getdikdə onun mənzili ilə qonşunun mənzili arasındakı divarın yerinin cavabdeh tərəfindən dəyişdirilməklə ona məxsus mənzilin sahəsinin 10,364 kv.metr azaldılmasını əsas göstərilməklə mənzilin müqavilədə göstərilən ölçüsü ilə hazırkı vəziyyətdə olan ölçüsü arasında olan fərqdən yaranan 8065 manat məbləğində pul vəsaitinin MMC-dən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətini n dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin obyektivliyi şübhə doğuran ekspert rəyi və işin hallarının tam və hərtərəfli araşdırılmadan çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunduğu kimi MMC tərəfindən iddiaçıya ümumi sahəsi 76,7 kv.metr olan 2 otaqlı mənzil satılmış və müqavilənin şərtinə uyğun olaraq iddiaçı tərəfindən MMC-yə mənzilin hər 1 kv.metrinə görə 778,19 manat olmaqla cəmi 59.687 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin iş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş xx xxxxxxxx 2019-cu il tarixli rəydən görünür ki, MMC tərəfindən iddiaçının faktiki istifadəsinə ümumi sahəsi cəmi 66,336 kv.metr olan mənzil verilmişdir. Yəni müqavilədə nəzərdə tutulmuş 76,7 kv.metrdən 10,364 kv.metr az sahə verilmişdir. Beləliklə, iddiaçıdan mənzilə görə 8065 manat artıq pul alınmışdır. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Göstərilən vəziyyətdə iddiaçı ondan artıq alınmış pul məbləğini MMC-dən tələb etməkdə haqlı olduğundan, kollegiya iddianın təmin olunmasının əsaslı olması barədə apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Resp ublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4925/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4925/2020
21.10.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver