Məhkəmə qərarları › İş №2(102)-4925/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4925/2021

07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4925/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi İddiaçı ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 və vəkili Həsənov Emil Fuad oğlunun, maraqlı şəxsin vəkili Vəkil Samir qızının iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-835/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçinin Beyləqan rayonundakı Araz kolxozunda işləməsinə dair 24 sentyabr 2019cu il tarixli arxiv arayışından görünür ki, ərizəçinin soyadı Hüseyinov, adı İlyas (Eliyaz), ata adı isə Bəhrəm kimi qeyd edilmişdir. AZE 09729712 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçi İddiaçıdur. DT756344 nömrəli diplomdan görünür ki, ərizəçi İddiaçıdur. Beyləqan rayon İHB-nin Yuxarı Çəmənli İƏD üzrə nümayəndəliyinin 115 saylı, 07.09.2020-ci il tarixli arayışından görünür ki, 08. 11.1959-cu il təvəllüdlü Yuxarı Çəmənli kənd sakini İddiaçı və Hüseyinov Eliyaz (Elyas) Bəhrəm oğlu hər ikisi eyni adamdır, nümayəndəliyin ərazisində bu adda adamdan başqa heç bir sakin yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon arxiv idarəsi tərəfindən İddiaçı (Eliyaz) Bəhrəm oğlunun adına verilmiş arxiv arayışının ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 08 noyabr 1959-cu ildə anadan olmuşdur. 1977-ci ildə texnikoma daxil olmuş, 1982-ci ildə isə texnikomu bitirmişdir. Texnikomda oxusa da, 1978-ci ildə əsgərliyə gedib 1980-ci ildə qayıtmışdır. 1981-1982-ci ildə texnikomd an kolxoza praktikaya göndərilmişdir. 1974-1997-ci illərdə Araz adına kolxozda əmək fəaliyyətində olmuş və əmək haqqı almışdır. O, əvvəl sürücü, sonradan traktor briqadiri olmuşdur. Qeyd olunan kolxozda işləməsi barədə arxiv arayışı vardır. Beyləqan rayon Dövlət arxivinin 24 sentyabr 2019-cu il tarixli arxiv arayışında onun soyadı Hüseynov, adı İlyas (Eliyaz), ata adı isə Bəhrəm kimi qeyd edilmişdir. Hazırda o, pensiyaya çıxmaq üçün Beyləqan rayon DSMF-na müraciət etmişdir. Arxiv arayışında ərizəçinin adının səhv yazılması ona sənədlərinin hazırlanmasında çətinlik yaradır. Ona görə də, Beyləqan rayon arxiv idarəsi tərəfindən İddiaçı (Eliyaz) Bəhrəm oğlunun adına verilmiş arxiv arayışının ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Beyl əqan Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev, iş № 2(020)-1053/2020) ərizə təmin edilərək, Beyləqan rayon Dövlət Arxivi tərəfindən Hüseyinov İlyas (Eliyaz) Bəhrəm oğlunun adına verilmiş 24 sentyabr 2019-cu il tarixli 340 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 08 noyabr 1959-cu ildə anadan olmuşdur. 1977-ci ildə texnikoma daxil olmuş, 1982-ci ildə isə texnikomu bitirmişdir. Texnikomda oxusa da, 1978-ci ildə əsgərliyə gedib 1980-ci ildə qayıtmışdır. 1981-1982-ci ildə texnikomdan kolxoza praktikaya göndərilmişdir. 1974-1997-ci illərdə Araz adına kolxozda əmək fəaliyyətində olmuş və əmək haqqı almışdır. İddiaçı qeyd olunan kolxozda işləməsi bar ədə arxiv arayışı vardır. Beyləqan rayon Dövlət arxivinin 24 sentyabr 2019-cu il tarixli arxiv arayışında ərizəçinin soyadı Hüseynov, adı İlyas (Eliyaz), ata adı isə Bəhrəm kimi, 28 avqust 2020-ci il tarixli arxiv arayışında isə ərizəçinin soyadı Hüseyinov, adı İlyas (Elyas) ata adı isə Bəhrəm kimi qeyd edilmişdir. Hazırda ərizəçi pensiyaya çıxmaq üçün Beyləqan rayon DSMF-na müraciət etmişdir. Arxiv arayışında ərizəçinin adının səhv yazılması ona pensiyaya çıxması üçün sənədləşdirmə aparılmasında çətinliklərlə üzləşirlər. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev və Q.Kərimov, iş № 2(106)-835/2021) maraqlı şəxs Azərbaycan Respublikasının Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Beyləqan rayon filialının direktoru vəzifəsini icra edən Mansur Tağıyev tərəfindən verilmiş apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmiş, ərizəçi İddiaçı “arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə” ərizəsi ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1053/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Beyləqan rayon filialının direktoru vəzifəsini icra edən Mansur Tağıyev tərəfindən verilmiş apelyasiya şikayətinə və apelyasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apelyasiya şikayətində və apelyasiya şikayətinə əlavədə iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Beyləqan Rayon Məhkəməsinin 2(020)1053/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Beyləqan rayon filialının direktoru vəzifəsini icra edən Mansur Tağıyevin apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı (Vəkil Samir qızı) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)835/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının vəkili Vəkil Samir qızı kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi X2 və vəkili Həsənov Emil Fuad oğlu kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız maraqlı şəxs kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildi yidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24.09.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən ə mək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyə n edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam ver ilməsinin asılı olduğu fakları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 416.-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-c il tarixli Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək p ensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri ba şqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlər in ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə y anaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-835/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar