Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4927/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birlikdə X5 mənzilinə köç ürülmələri tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 14 noyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı uşaqları 08 dekabr 2014-cü il təvəllüdlü X2 və 20 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə X5mənzilinə köçürülmələri qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov - sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli) 05 may 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasına qanunla müəyyən edilmiş vaxtda dəvət edilməmiş, bildiriş məhkəmə iclasından sonra daxil olmuş,bu səbəbdən istinad olunmuş sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, hazırda Mingəçevir Şəhər Məhkəməsində həmin mübahisəli evin naturada bölünməsinə dair iddia qaldırılmışdır. Hazırkı işin Mingəçevir Şəhər Məhkəməsində yekun qərar çıxarılanadək dayandırılması barədə vəsatətləri təmin edilməmişdir. Bunu nəticəsi olaraq hakim düzgün nəticəyə gəlməmiş və ədalətsiz qətnamə çıxar tmışdır. PROSESSUAL MƏSƏLƏLƏR İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli X5 mənzili əvvəllər iddiaçının əri X1 mülkiyyətində olmuşdur. X5 20 sent yabr 2017-ci ildə vəfat etmiş və sonuncunun vəfatından sonra miras qalmış əmlaka dair vərəsəlik işi açılaraq iddiaçının, onun uşaqlarının, həmçinin cavabdehlərin payları müəyyən edilməklə onların adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Lakin iddiaçı tərəf öz mülkiyyətində olan evə qayıtmaq və orada yaşamaq istəsə də, cavabdehlərin maneəsiz və qəsdi ilə qarşılaşmışdır ki, bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı artıq köçüb yaşadığı yerdə təmin olunmadığına görə o, yaşayış sahəsinə olan ehtiyaclarını öz mülkiyyətində olan evdən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmışdır. Həmçinin bu, həm də onun mülkiyyət hüququndan irəli gələn konstitusion hüquqdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının öz mülkiyyətində olan mənzilə köçüb yaşamaq istəyinə dair cavabdeh tərəfin etirazı və bununla bağlı apelyasiya şikayətinin dəlilləri əsassız və qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib ol maq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edil ə bilməz. Kassasiya şikayətində cavabdeh məhkəmə iclasları barədə xəbərdar edilmədiyini qeyd etmişdir, lakin şikayətin bu dəlili iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişlər, lakin məhkəmə iclasında iştirak etməmişdirlər. Eyni zamanda, paylı mülkiyyətdə olan əmlakın bölünməsi barədə iddianın qaldırılması paylı mülkiyyətçilərin həmin mülkiyyətdən istifadə hüquqlarına maneə yarada bilməz. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyr i-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə ko llegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2020-ci il tarixli X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4927/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4927/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver