Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4928/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh7 və digərdlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma 25.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(105)-132/2022 saylı qətnaməsindən Cavabdeh7 verdiyi kassasiya şikayəti üzrə işə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, 14 noyabir 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda 5-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi olan 59,7 kv.metr olan mənzilinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 14 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh7 "xxxx" ASC-nin qarşısında 7.750 manat əsas borcun, 2.404,74 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 10 manat məbləğində cərimənin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat çəkilmiş xərclərin, iddia ərizəsinə görə 30 manat dövlət rüsumunun ipoteka predmetinin dəyərindən "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi qət edilib. Həmin qətnamənin icrası çərçivəsində “X1” MMC tərəfindən keçirilmiş hərraclarda mənzilin alınması Banka təklif edilib və Bank bu təklifi qəbul edərək, “Hərracın nəticələri haqqında” 27 dekabr 2018-ci il tarixli, 180 saylı protokol əsasında mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq həmin mənzili alıb. 30 mart 2020-ci il tarixli Çıxarışa əsasən sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda iddiaçı sözügedən mənzilin xüsusi mülkiyyətində olmasını əsas tutub həmin mənzilin boşaldılmasını, cavabdehlərin həmin mənzildən çıxarılmasını və ona təhvil verilməsini cavabdehlərdən tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərin ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan mənzildən çıxarılmalarını və mənzilin iddiaçıya təhvil verilməsini xahiş edir. İddiaçı tələbini onunla əsaslandırıb ki, Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2018ci il tarixli qətnaməsi ilə Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanda 5-ci mərtəbədə yerləşən 4 otaqlı, ümumi sahəsi 59,7 kv.metr yardımçı sahədən ibarət olan mənzilə tutma yönəldilməsi qət edilib. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra icraatı qaydasında “X1” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilib və Bank həmin təklifi qəbul edib. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi və iddiaçı tərəfindən imzalanmış hərrac təşkilatçısının hərracın yekunları barədə 180 saylı protokolu və iddiaçı ilə hərrac təşkilatçısı arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə müqavilə ilə rəsmiləşdirilib. Mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. İddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etməsindən 6 aydan çox müddət keçməsinə baxmayaraq, Bank bu günədək mənzilə dair öz konstitusion hüququndan istifadə edə bilmir. Cavabdehlərin qeyd olunan evdə yaşamaları mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur, Bank faktiki olaraq həmin yaşayış evindən istifadə edə bilmir. Mənzilin könüllü boşaldılması barədə cavabd ehlərə edilmiş müraciətlər heç bir nəticə verməyib. Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 ailə üzvləri ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74 “A” saylı evin 15 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı ipoteka predmeti olan sözügedən mənzili hərracın qalibi kimi əldə edib və mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Mənzilin cavabdehlərin qanunsuz sahibliyində olması mülkiyyətçi kimi iddiaçının hüququnu pozur, məhdudlaşdırır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 178.1, 152.1, 228.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh7 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh7 apellyasiya şikayətini onunla əsaslandırıb ki, məhkəmə prosesində iştirak edib, lakin qətnamədə onun iştirakı qeyd olunmayıb. Hazırki pandemiya dövründə, Respublika ərazisində yaranmış karantin rejimi ilə əlaqədar olaraq obyektlərin və sexlərin bağlanması səbəbindən işlərin dayandıgı və məhdudlaşdıgı bir vaxtda Bankın ödənişini təmin edə bilməyiblər, mənzili bankdan geri almaq üçün pulu vaxtında çatdıra bilməyiblər. Bununla əlaqədar pandemi ya müddəti bitənə qədər məhkəmə işinin dayandırılmasını və onlara vaxt verilməsini xahiş edib. Qətnaməni əldə edəndən sonra ona məlum olub ki, mübahisəli mənzildə üç nəfər qeydiyyatda olduğu halda, iddiaçı digər cavabdehlərin çıxarılmasını tələb edir. Məhkəmə tərəfindən onun və ailə üzvlərinin mülkiyyət hüququ pozulub. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə sədrlik edən, məruzəçi, L.Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və proses sual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 152.1, 228.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh7 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh7 kassasiya şikayətini onunla əsaslandırıb ki, o, birinci instansiya məhkəməsində iştirak etsə də, qətnamədə onun iştirakı qeyd edilməyib. Həmçinin karantin rejimi ilə bağlı obyektlərin bağlanması səbəbindən işlərin dayandığı və məhdudlaşdığı vaxtda Bankın ödənişini təmin edə bilməməsi səbəbindən işin dayandırılmasını və onlara vaxt verilməsini xahiş etsə də, məhkəmə onların maraqlarını nəzərə almayıb və prosesdə verdiyi izahatı qətnamədə göstərməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz təqdim edilməyib. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqları n məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (ə şyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh7 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslalığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüq uq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh7 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, 14 noyabir 2013-cü il tarixli ipo teka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda 5-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi olan 59,7 kv.metr olan mənzilinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 14 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh7 "xxxx" ASC-nin qarşısında 7.750 manat əsas borcun, 2.404,74 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 10 manat məbləğində cərimənin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat çəkilmiş xərclərin, iddia ərizəsinə görə 30 manat dövlət rüsumunun ipoteka predmetinin dəyərindən "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiy mətinin 45.000 manat müəyyən edilməsi qət edilib. Həmin qətnamənin icrası çərçivəsində “X1” MMC tərəfindən keçirilmiş hərraclarda mənzilin alınması Banka təklif edilib və Bank bu təklifi qəbul edərək, “Hərracın nəticələri haqqında” 27 dekabr 2018-ci il tarixli, 180 saylı protokol əsasında mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq həmin mənzili alıb. 30 mart 2020-ci il tarixli Çıxarışa əsasən sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya baş qaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə d aşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə Cavabdeh7 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzili hərracdan əldə edib və hazırda həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və cavabdehlərin o, cümlədən Cavabdeh7 mənzili könüllü boşaltmamaları mülkiyyətçi kimi iddiaçının hüququnu pozur və məhdudlaşdırır. Ona görə də iddianı qismən qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi, Cavabdeh7 apellyasiya şikayəti il ə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iddiaçının tələbinin əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və həmin maddədə göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin mənasına görə, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanuns uz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdə n natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Cavabdeh7 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidi r. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh7 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh7 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(105)-132/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4928/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4928/2022
25.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver