Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4929/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi C1 nun cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğluna və Cavabdeh2 Firmasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və ipotekaya yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X2 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisinun vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x20 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İ ddiaçı ASC-nin Ləğvedicisi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-nin “ x” filialı Cavabdeh1 M oğluna illik 22 % dərəcəsilə, 24 ay müddətinə 30000 manat məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC-nin “ x” filialı ilə Cavabdeh2 Firması arasında həmin tarixdə zaminlik müqaviləsi bağlınmışdır. İddiaçı ASC-nin “ x” filialı ilə Cavabdeh2 Firmasının arasında bağla dıqları eyni tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2 Ticarət xində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektini ipoteka ilə yüklü edilərək bankın tələb hüququna təminat verilmişdir. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
2. İddiaçı cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlundan və Cavabdeh2 firmasından 26512,00 AZN əsas borc, 2092,61 AZN faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərar ına əsasən hesablanan 3866,33 AZN borcu olmaqla, cəmi 32470,94 AZN və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət xində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh, tələb olunan borcun düzgün hesablanmadığını, bununla bağlı ekspertiza keçirilmədiyini və iddia müddətinin keçdiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
5. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx.xx.2019-cu il tarixli, 2(075)-972/2019 nömrəli qə tnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlu və Cavabdeh2 firmasından 26512,00 AZN əsas borc, 2092,61 AZN faiz borcu, illik 5 faiz hesabı ilə hesablanmış 3866,33 AZN borcu olmaqla, cəmi 32470,94 AZN və 30 manat dövlət rüsumunun müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə iddianın rədd edilən hissəsinə dair mövqeyini belə əsaslandırmışdır ki, ticarət obyektinin rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınmaz əşya olmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, özgəninkiləşdirilə bilməyən həmin əşyanın ipotekasına və tələbin ona yönəldilməsinə yol verilmir. Bundan başqa həmin ipoteka müqaviləsi nota riat qaydasında təsdiqlənməmiş, həmin ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə iddiaçı Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını nəzərə alaraq iddia tələbinin Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət xində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi ilə bağlı hissəsini əsaslı hesab etməmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsə dli və A.Mahmudov) xx xxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçının və hər iki cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətini iddiaçı verərək qətnamənin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Veysəl Məmmədova məxsus olan Cavabdeh2 Ticarət xində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kv-dan ibarət olan 129/131 saylı ticarət obyekti girov ilə yüklü edil mişdir. Cavabdeh Vüysəl Hüseynov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 248/1 saylı kredit müqaviləsinə əsasən, cavabdehin 26.512 manat əsas borcun, 2.092,61 manat faiz, və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 3.866,33 manat borcu mövcuddur. Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyini tam yerinə yetirməmişdir və buna əsasən girov olan həmin ticarət obyektinə kreditorun tələblərinin ödənilməsi üçün tutmaya əsas yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasının y eri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
15. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
16. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə m üəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
19. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
21. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
22. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
23. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
24. Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz ə şya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər.
25. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
26. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxma qla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
33. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “ x” filialı ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ndən görünür ki, həmin müqaviləyə əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi tərəfindən Cavabdeh1 Məmmədrəhim oğluna illik faiz dərəcəsi 22 faiz olmaqla 24 ay müddətinə30000 manat kredit verilmişdir.
34. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “ x” filialı ilə Cavabdeh2 Firması arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Firması iddiaçı Cavabdeh1 Məmmədrəhim oğlunun İddiaçı ASC-nin “ x” filialı qarşısındakı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
35. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “ x” filialı ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, idd iaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “ x” filialı ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 Məmmədrəhim oğlu Cavabdeh2 Ticarət xində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektini Ləğv prosesində olan İddiaçı ASC-nin “ x” filialına ipotekaya qoymuşdur.
36. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin borcun Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan, Cavabdeh2 Ticarət xində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi ilə bağlı hissəsi əsas lı deyil. Çünki, qanunvericiliyin tələblərinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Lakin, iddiaçı tərəfindən ipoteka predmeti olan Cavabdeh2 Ticarət xində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinin daşınmaz əşya olmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən həmin əşyanın ipotekasına yol verilmir. Bundan başqa həmin ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş, həmin ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmamışdır.
37. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı nın istinad etdiyi xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi notarial qaydada təsdiqlənmədiyi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün tərəflər arasında etibarlı bir ipoteka müqaviləsi bağlanmamış, kreditorun məhdud əşya hüququ olan ipoteka hüququ meydana gəlməmişdir. Odur ki, iddiaçının olmayan bir hüquqa istinadı əsassızdır və bu tələbin rədd edilməsi yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur (§14-26).
38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x20 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.