Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-493/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı "xxxx" Lizing Şirkəti QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun cavabdehlərdən müştərək qaydada tu tulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7079/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsində icraat "xxxx" MMC (əvvəlki adı "xxxx" Lizing Şirkəti QSC, bundan sonra – iddiaçı və ya MMC) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 34.883,73 ABŞ dolları əsas, 17.560 ABŞ dolları mükafat, 1228 ABŞ dolları məbləğində dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia əriz əsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-65/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilərək, 29.12.2013-cü il tarixli, 1847T/13/B saylı daxili maliyyə lizinqi müqaviləsinə görə 23.907,49 manat əsas, 4680,42 manat mükafat, 100 manat dəbbə pulu olmaqla, cəmi 28.687,91 manat məbləğində pulun və 9 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-7498/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və A.Tan rıverdiyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddianın həmin hissədə də rədd olunmuşdur. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra - kassasiya instansiyası məhkəməsi) 2(102)-2760/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) iddiaçının kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-7079/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sar ıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və Z.Mehdiyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Cavabdeh1 (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışı zamanı Məhkəmə kollegiyasına iddiaçının direktoru A.Məmmədova tərəfindən imzalanmış ərizə daxil olunmuşdur. Ərizədə cavabdehlə MMC arasında razılıq əldə olunduğu, razılığa əsasən borclu Cavabdeh1 borcunu tam amilə ödədiyi, borcluya qarşı heç bir iddia tələblərinin qalmadığı qeyd edilərək iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edi lən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddələr 52.1, 191.2, 261.0.4, 417.1.5). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizə qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tu taraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7079/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-493/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-493/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver