Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4930/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)1392/2020 saylı qətnaməsindən tərəfindən ilkin iddia tələbi üzrə İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.S.Kazımov, iş № 2(042)-114/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarma tələbinə dair iddiası təmin edilərək cavabdehlər in İddiaçı1 adına qeydiyyata alınmış Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,12 ha və 0,24 ha torpaq sahələrindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh2 cavabdehlər İddiaçı1 və X1 qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilərək İddiaçı1 Cavabdeh2 xeyrinə 9000 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.S.Süleymanov, R.Ş.Muradov və Ş.Q.Rzaquliyev) İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Gədəbəy rayonunun Sl avyanka kəndində yerləşən 0,12 və 0,24 ha ölçüdə torpaq sahələri xx xxx 2011-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 məxsusdur. 2018-ci ilin dekabr ayında Solmaz və İddiaçı2lar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahələrinin mülkiyyət hüququ əsasında onlara məxsus olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən heç bir hüquqi əsas olmadan həmin torpaq sahələrinin tutulmasını əsas göstərməklə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157.2-ci maddələrinə əsasən cavabdehlərin həmin torpaq sahələrindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia verərək 2009-cu ildə cav abdehlərdən mübahisəli torpaq sahəsini 9000 ABŞ dollarına, orada yerləşən evi isə 7000 ABŞ dollarına almalarını və təxminən 10 il ərzində həmin əmlakdan istifadə etmələrini, lakin torpaq sahəsinə dair müqavilənin rəsmiləşdirilməməsini, hazırda cavabdehlərin onların torpaq sahəsindən çıxarılmalarını tələb etdikləri üçün onun tərəfindən torpaq sahəsinə görə ödənilmiş 9000 ABŞ dollarının cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə İddiaçı1 kassasiya şikayəti verərək Cavabdeh2 evinin və onun yerləşdiyi torpaq sahəsini satmasını, mübahisəli torpaq sahəsini satmamasını, məhkəmənin həmin hissədə gəldiyi nəticənin heç b ir sübutla təsdiq olunmamasını və s. əsas göstərməklə qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunmasına dair hissədə ləğv edilib qarşılıqlı iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyiş dirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış və bununla əlaqədar Cavabdeh2 tərəfindən İddiaçı1 9000 ABŞ dolları ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlak a digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (139.1) Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. (139.2) İşdən görünür ki, tərəflər arasında torpağın alqı-satqısına dair müqavilə notariatda təsdiq olunmamış, torpaq sahəsinə mülkiyyət hüququnun Cavabdeh2 keçməsi dövlət qeydiyyatına alınmamışdır. Hazırda isə İddiaçı1 Cavabdeh2 istifadəsində olan torpaq sahəsindən çıxarılmasını, sonuncu isə torpaq sahəsinə görə ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb edir. İddiaçı1 iddia ərizəsində cavabdehin ona məxsus torpaq sahəsini özbaşına tutmasını iddia etdiyi halda kassasiya şikayətində cavabdehə fərdi yaşayış evini və evin həyətyanı sahəsini qanuni əsaslarla satmasını, mübahisəli to rpaq sahəsini isə cavabdehə satmamasını göstərməklə ziddiyyətə yol vermişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 mübahisəli torpaq sahəsinə görə Cavabdeh2 9000 ABŞ dolları almaqla əsassız olaraq varlanmışdır. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçü n əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4930/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4930/2020
21.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver