Məhkəmə qərarları › İş №2(102)-4936/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4936/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4936/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-563/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı Cavabdeh ilə 2012-ci ildə qeyri-rəsmi ailə qurmuşdur. 10 sentyabr 2013cü ildə aralarında olan nikah rəsmiləşdirilmişdir. Birgə nikahlarından 25 iyun 2013-cü il tarixdə Nəbi və 13 sentyabr 2016-cı il tarixində Nihat adlı övladları dünyaya gəlmişdir. İddiaçı cavabdehlərin razılığı ilə qeyd-şərtsiz daimi yaşamaqdan ötrü ailənin bir üzvü kimi sonuncuların istifadəsində olan Ağstafa rayonun Dağkəsəmən kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdehlərin razılığı ilə iddiaçı və uşaqları mübahisəli mənzilə qeydiyyata düşmüşdür. İddiaçının köçdüyü evə dair 1987-ci ildə “Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu” tərtib edilmişdir. Texniki pasportda evin mülkiyyətçisi kimi X 4 qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəmədə iddia qaldıraraq, onun və övladlarının daimi qeydiyyatda olduqları Ağstafa rayonu, Səməd Vurğun qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi və yaşayış sahəsindən istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin aralarındakı nikah Ağstafa Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulmadan öncə iddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7-ci km (Gənclər şəhəciyi) ev 1, blok 31, mərtəbə 10, mənzil 40 ünvanında anasına məxsus evdə yaşamışdır. Müvəqqəti olaraq anasının himayəsində yaşamışdır. Hazırda yaşamağa ba şqa yeri olmadığı üçün cavabdehə məxsus Ağstafa rayonu, Səməd Vurğun qəsəbəsində yerləşən evə köçürülməsi zərurəti yaranmışdır. Həmin evə köçmək istəsə də cavabdeh hər dəfə buna maneə olmuşdur.

4. Ağstafa Rayon Məhkəməsinin 2(015)-234/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbi təmin edilmiş, İddiaçı azayaşlı uşaqları 25.06.2013-cü il təvəllüdlü X5 və 13.09.2016-cı il təvəllüdlü X3 ilə birlikdə cavabdehlər Cavabdeh və X1 istifadəsində olan Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülmələri qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mübahisə olunan mənzilə hüququnun ailə münasibətlərinə girdiyi 2012-ci ildən sonra yaranması nəzərə alınmaqla mübahis ə İddiaçı münasibətdə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus o lan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun verilməsi» tələbinə dair iddiası əsaslıdır, ona görə də təmin olunmalıdır.

6. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin 2(015)-234/2020 saylı mülki iş üzrə 17 iy un 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-563/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 2 (015)-234/2020 saylı mülki iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçının yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək hüququ yo xdur. İddiaçının həmin evdən müvəqqəti istifadə hüququnun saxlanması üçün də qanuni əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin mahiyyəti üzrə yenidən araşdırılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının uşaqları ilə qeydiyyata alındığı, gəlin köçürüldüyü mənzilə onun və uşaqlarının istifadə hüquqları var. Çünki bu münasibətlər yarandığı dövrdə, yəni iddiaçı mübahisəli mənzilə gəlin gələn dövrdə məzil mülkiyyətdə yox, istifadədə olub. Ona görə d ə onun mübahisələndirdiyi məsələyə görə tətbiq olunmalı norma 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları olduğu halda 2009-cu il tarixdən sonra yaranmış Mənzil Məcəlləsinin müvafiq normalarına istinad edilib. Bundan başqa iddiaçının uşaqları mülkiyyətçidən özlərini saxlamaq hüququna malikdirlər ki, bu da Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarı ilə iddiaçının uşaqlarının və onlar azyaşlı olduqları üçün onun özünün də mübahisəli evə istifadə hüququnun yarandığına əsasdır. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və X4 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPMin 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

15. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araş dırma aparmır və onlara qiymət vermir.

16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 18.Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin k eçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətç isinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

21. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsind ən istifadə etmək hüququna malikdirlər. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hü quq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyətçinin ailə üzvü tərəfindən digər ailə üzvlərinin, yəni ərinin, arvadının köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir və mütləq mənada yazılı razılaşmanın olması tələb olunur. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında Mülki Məcəllənin 228.5-ci maddəsində mülkiyyətçinin razılığı” müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərərək göstərmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bu müddəa Mülki Məcəllənin 228.2-ci maddasində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənmiş razılaşmanı nəzərdə tutur.

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Macəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Macəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsini n mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razilaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi va ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqavilasi va ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2ci ma ddələrinin şərh edilməsinə dair“ 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları va hansi hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1ci maddasində nəzərdə tutulan “ailə üzvləri“ anlayışının əhatə dairəsinə daxildir. 26.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş va bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba va nənənin nəvələri saxlamaq, həmçinin nə vələrin baba va nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri“ anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

27. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının hal-hazırda iddia etdiyi cavabdehə məxsus evə köçürülməsi, sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakından sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradır

28. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-563/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar