Məhkəmə qərarları › İş №2(102)-4937/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4937/2022

20.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4937/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbinə qarşı əmrin və əmək müqaviləsinin müddətli sayılması hissəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-673/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) 31 oktyabr 2012-ci il tarixində bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Göyçay şəhəri 5 saylı tam orta məktəbinə (bundan sonra – cavabdeh və ya Məktəb) laborant vəzifəsinə işə qəbul olunmuşdur.

2. İddiaçı Məktəbin direktorunun 01 noyabr 2012-ci il tarixli, 78&1 saylı əmri ilə məktəbə laborant (0.5 oklad hesabı ilə) təyin edilmiş və məktəbdə ixtisası üzrə (Azərbaycan dili və Ədəbiyyat müəllimi) əvəzçiliklə dərs aparmasına icazə verilmişdir.

3. Məktəb direktorunun 16 sentyabr 2013-cü il tarixli 43 saylı əmri ilə iddiaçı laborant vəzifəsindən azad edilmişdir. 4. 14 senty abr 2017-ci il tarixli 64 nömrəli əmrə əsasən, məktəbdə əvvəllər müqavilə ilə işləmiş iddiaçı ilə bir il müddətinə müvəqqəti əmək müqaviləsi bağlanmışdır. 5. 15 sentyabr 2020-ci il tarixli 84 nömrəli əmrə əsasən, iddiaçı Məktəbə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə işə bərpa edilmiş, onunla həmin tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli 2(107)-2310/2019 saylı qətnaməsinə əsasən, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(046)-834/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə yeni qətnamə çıxarılmış, Məktəbin 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmrinin mübahisələndirilməsi üçün iddiaçı tərəfindən ötürülmü ş müddətin bərpa edilməsi, məktəbin 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə iddia ərizəsi, daha sonradan iddia ərizəsinə əlavə barədə ərizə verərək, Məktəbin 14 sentyabr 2014-cü il tarixli 64 saylı əmrinin etibarsız hesab edilməsi və 15 sentyabr 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin və həmin tarixli 84 saylı əmrinin müddətli əsaslarla işə bərpa olunması hissəsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən be lə əsaslandırılmışdır ki, iddiaçı Ali Məhkəmənin qərarına əsasən işə bərpa olunduqdan bir müddət sonra məktəb direktoru ona 1 il müddətinə işə bərpa edildiyini bildirmiş və göstərmişdir ki, onunla 14 sentyabr 2017-ci ildə müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçının əmək müqaviləsinin surətinin verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, 15 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən başqa əvvəllər işə qəbul edilməsi ilə əlaqədar bağlanmış əmək müqavilələri yoxdur, 15 sentyabr 2014-cü ildə onunla əmək müqaviləsinin bağlanması barədə əmr yoxdur, 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmr mövcud olsa da, əmrlə onun tanış edilməsi haqqında heç bir sənəd mövcud deyildir. Halbuki 30 mart 2021-ci ildə elektron informasiya sistemindən özü ilə bağlı bu məlumatları əldə etmiş və orada qeyd edilmişdir ki, onunla 15 sentyabr 2014-cü ildə və 15 sentyabr 2020-ci ildə müddətli müqavilə bağlanmışdır. Həmin məlumatlarda 14 sentyabr 2017-ci il tarixli əmrlə bağlı məlumat yerləşdirilməmişdir. Lakin o, işəgötürənlə 15 sentyabr 2014-cü ildə və 14 sentyabr 2017-cü ildə əmək müqaviləsi bağlamamışdır. Məktəbin direktoru əmrin 14 sentyabr 2014-ci il tarixli olmasını göstərsə də, elektron informasiya sisteminə isə 15 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bağlanması daxil edilmişdir. İddiaçıya məxsus əmək kitabçasında isə ümumiyyətlə bu barədə hər hansı əmr qeyd edilməmişdir. Bu səbəbdən də əmrdən uzun müddət xəbərsiz olmuşdur. İşə bərpa olunarkən isə cavabdeh məktəbdə hər hansı müqaviləsi aşkar olunmadığını bildirib əmək müqaviləsini imzalamalı olduğunu bildirmi şdir. Hazırda isə ona məlum olmuşdur ki, onun barəsində əvvəl olan müqavilələr müddətli olduğundan bağlanmış əmək müqaviləsi də müddətlidir. Müqavilələrin surəti ona verilmədiyindən bundan elektron informasiya sistemindən həmin məlumatları çıxartdıqdan sonra xəbərdar olmuşdur. Bundan əlavə, iddiaçı 5 ildən artıqdır ki, həmin məktəbdə əmək fəaliyyəti ilə məşğul olduğunu, buna baxmayaraq 15 sentyabr 2020-ci il tarixdə onun məlumatı olmadan əmək müqaviləsinin müddətli əmək müqaviləsi kimi elektron sistemə daxil edildiyini bildirmişdir.

9. Məhkəmə iclasında izahat verən məktəbin direktoru X1 iddianı qəbul etməyərək, bildirmişdir ki, məktəbə yeni direktor təyin olunmuşdur. İddiaçının işə bərpası ilə əlaqədar məhkəmə qətnaməsi icra edilmiş, lakin ondan əvvəl işləmiş direktorun 15 sentyabr 2017-c i il tarixli əmri ilə iddiaçı müddətli müqavilə ilə işə qəbul edildiyindən, 15 sentyabr 2020-ci il tarixli əmri müddətli əmək müqaviləsi kimi hazırlanmış və imzalanmışdır. Lakin elektron informasiya sisteminə daxil edilmiş 14 sentyabr 2014-cü il tarixli İddiaçı ilə bağlı əmr və bununla əlaqədar bağlanmış əmək müqaviləsi mövcud deyildir, elektron informasiya sisteminə daxil edilmiş 15 sentyabr 2017-ci il tarixli əmr, əmr kitabında 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmr kimi mövcuddur. Həmin 14 sentyabr 2017-ci il tarixli əmrlə əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsi məktəbdə aşkar olunmamış, həmin əmrlə iddiaçının tanış edilməsi barədə məlumat yoxdur. Məktəbdə yalnız 01 noyabr 2012-ci il tarixli 78 saylı əmr mövcuddur. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən işə bərpa edilmişdir.

10. Məhkəmə iş materiallarında olan Göyçay rayon Təhsil Şöbəsinin 1 aprel 2021-ci il tarixli 59 saylı arayışına əsasən müəyyən etmişdir ki, iddiaçıya 2013-cü ilin sentyabr ayından 2017-ci ilin dekabr ayınadək əmək haqqı hesablanmışdır.

11. Məhkəməyə təqdim edilmiş materiallara istinadən 15 sentyabr 2020-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddətinin 14 iyun 2021-ci il tarixində bitdiyini müəyyən edilmişdir.

12. Göyçay Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 7 may 2021-ci il tarixli, 2(046)-548/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia tələbi edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 5 ildən artıq müddət ərzində Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris etməklə, həmin məktəb də işlədiyindən onunla müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Belə ki, məktəbin direktoru tərəfindən onunla müddətli əmək müqaviləsi bağlanmasına əsas olan hal kimi, məktəbin xx.xx.2017-ci il tarixli 1 il müddətinə əmək müqaviləsi bağlanması barədə 64 nömrəli əmri əsas götürülmüşdür. Halbuki həmin əmrin mövcud olduğuna dair heç bir məlumatı olmamış və həmin tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmamışdır. Bundan başqa, iddiaçı 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad ediləndən məktəbdə əvəzçilik üzrə «Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətini davam etdirdiyindən, həmin vaxt onun işə qəbul edilməsi ilə bağlı müddət tərəflər arasında razılaşdırılmadığından işəgötürənin birtərəfli qaydada əmək müqaviləsinin şərtlərini dəyişdirməsi qanunsuzdur. Həmçinin iş əgötürənin əmək müqaviləsi bağlamadan mövcud olmayan 15 sentyabr 2014-cü ildə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə məlumatlar daxil etməsi, əmr kitabında 14 sentyabr 2017-ci il tarix qeyd olunmasına baxmayaraq, elektron informasiya sisteminə mövcud olmayan 15 sentyabr 2017-ci il tarixli müddətli əmək müqaviləsini daxil etməklə işçinin hüquqlarını pozması müəyyən olunmuş və 5 saylı orta məktəbin direktorunun məktubu ilə də təsdiq olunmuşdur ki, həmin tarixli əmək müqavilələləri mövcud deyildir və həmin tarixli əmrlərin, əmək müqavilələrinin iddiaçı ilə tanış edilməsi barədə cavabdeh tərəfdən məlumat yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı ilə əmək münasibətlərinin müddətli olması müəyyən olunmadığından onunla 15 sentyabr 2020-ci ildə bağl anmış əmək müqaviləsinin müddətli hesab edilməsi, bu barədə verilmiş eyni tarixli 84 saylı əmrinin müddətli əsaslarla bərpa edilməsi hissəsi ləğv edilməlidir.

14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2, 44.1, 44.3, 45.2, 45.3, 45.4, 45.5, 81.1, 81.2, 85.1, 85.2, 85.3, 294.1 və 296-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti işin faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, əvəzçilik üzrə dərs aparan müəllim əsas işçi hesab edilmir. Odur ki, iddiaçı 11 noyabr 2012ci il tarixdən 16 aprel 2013-cü il tarixə qədər məktəbdə laborant vəzifəsində işləmişdir. 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad edilsə də, onun məktəbdə müəllim kimi fəaliyyət göstərməsi barədə sənədləşdirmə aparılmamışdır. Eyni zamanda əmək kitabçasında bu barədə qeydlər aparılmamışdır. 2010-2011-ci dərs ilindən ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu yeni qaydalar əsasında, müsabiqə yolu ilə həyata keçirilir. İddiaçı işlədiyi müddət ərzində müəllimlərin işə qəbulu müsabiqəsindən keçməmişdir. Odur ki, onun həmin müddət ərzində müəllim kimi fəaliyyət göstərməsi qanunauyğun deyil. 14 sentyabr 2017-ci il tarixli 64 saylı əmrlə İddiaçı 1 (bir) il müddətinə ixtisası üzrə məktəbə müəllim təyin edilmişdir. Həmin əmrin məzmunundan məlum olur ki, iddiaçı əvvəllər məktəbdə müqavilə ilə işləmişdir. Bu da onu süb ut edir ki, iddiaçı 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad edildikdən sonra qanunsuz olaraq (müəllimlərin işə qəbulu müsabiqəsindən keçmədiyi üçün) 01 dekabr 2017-ci il tarixə qədər müddətli müqavilə əsasında əvəzçilik üzrə dərs aparmışdır. 2017-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən məktəbdə yoxlama aparılmış və digər qanunsuz işçilərlə bərabər iddiaçının da işdən azad edilməsi üçün Göyçay Rayon Təhsil Şöbəsinə 29 noyabr 2017-ci il tarixli K-728 nömrəli məktub göndərilmişdir. Məktəbin 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmri ilə iddiaçı işdən azad edilmişdir. Daha sonra iddiaçı Ali Məhkəmənin qərarı ilə işə bərpa edilərək, onunla bir tədris ili müddətinə müqavilə bağlanılmışdır. İddiaçı işə bərpa edilərkən onun sonuncu dəfə 14 sentyabr 2017- ci il tarixli 64 saylı əmrlə əvvəllər məktəbdə müqavilə ilə işləməsi qeyd edilərək, bir il müddətinə əmək müqaviləsi bağlanması əsas götürülmüşdür.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 29 sentyabr 2021-ci il tarixli, 2(107)-1475/2021 nömrəli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də apellyasiya şikayətində irəli sür düyü halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2, 44.1, 44.3, 45.2, 45.3, 45.4, 45.5, 81.1, 81.2, 85.1, 85.2, 85.3, 294.1 və 296-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 20.Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun olaraq belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra - kassasiya instansiyası məhkəməsi) 17 fevral 2022-ci il tarixli, 2(102)-768/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(107)-2310 saylı, 18 sentyabr 2019-cu il tarixli 2(107)-2310/2019 saylı qətnaməsindən görünür ki, məhkəmə kollegiyası Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən iddiaçı ilə bir il müddətinə bağlanmış əmək müqaviləsini etibarlı müqavilə kimi qiymətləndirmiş və həmin müqavilə üzrə işçi statusuna malik iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmri qanunsuz hesab edərək onun pozulmuş hüquqlarını bərpa etmişdir. Eyni zamanda iddiaçı həmin icraatda müddətli bağlanması əsası ilə qeyd edilən müqavilənin etibarsızlığını tələb etməmişdir. Qeyd edilən qətnamə əsasında iddiaçı məktəbə müəllim kimi işə bərpa edilmiş və işəgötürən məhz həmin qətnamənin icrası qaydasında 15 sentyabr 2020-ci il tarixli müqaviləni 14 senty abr 2017-ci il tarixli əmək müqaviləsinin davamı kimi sonrakı bir illik müddətə bağlamışdır. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən 15 sentyabr 2020ci il tarixli müqavilə məhz məktəbin 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən iddiaçı ilə bir il müddətinə bağlanmış müddətli əmək müqaviləsi üzə pozulmuş hüquqların bərpası məqsədi ilə bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və həmin hala hüquqi qiymət verməmişdir. Eyni zamanda işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı hazırkı icraatdan əvvəl Göyçay Rayon Məhkəməsində Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı məktəbin xx.xx.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərp a edilməsi barədə qaldırdığı iddia üzrə məhkəmə icraatı zamanı Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən onunla bağlanmış müqavilənin müddətli olmasından xəbərdar olmuş, lakin həmin müqavilənin müddətli olmasını mübahisələndirməmişdir.

24. Kassasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.1, 217.3, 218.1, 218.3, 417.1.3 və 418.3-cü maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Apellyasiya instansiyası məhkəməsi 12 may 2022-ci il tarixli, 2(107)-673/2022 nömrəli qətnaməsi ilə (hakimlər – G.Q.Abbasov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmış, iddia rədd edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı icraatdan əvvəl Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 18 sentyabr 2019-cu il tarixli 2(107)-2310/2019 saylı qətnaməsi ilə iddiaçının həmin məktəbə işə bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən aydın olur ki, məhkəmə kollegiyası Məktəbin 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən iddiaçı ilə bir il müddətinə (yəni müddətli) bağlanmış əmək müqaviləsini etibarlı müqavilə kimi qiymətləndirmiş və həmin müqavilə üzrə işçi statusuna malik iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmri qanunsuz hesab edərək onun pozulmuş hüquqlarını bərpa etmişdir. Eyni zamanda iddiaçı həmin icraatda qeyd edilən 14 sentyabr 2017-ci il tarixli əmək müqavilənin mövcudluğundan məlumatlı olsa da, müddətli bağlanması əsası ilə həmin əmək müqaviləsinin etibarsızlığını tələb etməmişdir. Qeyd edilən qətnamə əsasında iddiaçı işə bərpa edilmiş və işəgötürən məhz həmin qətnamənin icrası qaydasında 15 sentyabr 2020-ci il tarixli müqaviləni 14 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinin davamı kimi sonrakı bir illik müddətə bağlamışdır. Göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən müqavilə məhz Məktəbin 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən iddiaçı ilə bir il müddətinə bağlanmış müddətli əmək müqaviləsi üzrə pozulmuş hüquqlarının bərpası məqsədi ilə bağlanmışdır. Bundan başqa, iddiaçı cavabdehə qarşı məktəbin 01 dekabr 2017-ci il tarixli 98 nömrəl i əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə qaldırdığı iddiaya məhkəmədə baxılan zaman Məktəbin 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən onunla bağlanmış müqavilənin müddətli olmasından xəbərdar olmuş, lakin həmin müqavilənin müddətli olmasını qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları e)Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırarkən, heç bir maddi hüquq normasına istinad etməmişdir. Məhkəmə tərəfindən iddiaçının müddətli əmək müqaviləsi bağlayan və müddətli əmək müqaviləsini mübahisələndirən şəxs kimi qəbul edilməsi, həmin əsaslarla iddia tələbinin müzakirə edilməsi məhkəmənin gəldiyi səhv nəticədir. Məhkəmə tərəfindən həmin maddi hüquq normalarına istinad edilməklə mübahisənin ədalətli və qanunauyğun həlli mümkün olduğu halda buna əməl edilməmişdir. Belə ki, işin materiallarından təsdiq olunduğu kimi, iddiaçı 2012-ci ildə işə götürən tərəfindən işə qəbul olunub, orada fasiləsiz 5 ild ən artıq işləməsinə baxmayaraq, o müddətsiz bağlanan əmək müqaviləsi ilə işləyən işçi olduğu halda işəgötürən tərəfindən qanunsuz olaraq birtərəfli qaydada əmək müqavilələri rəsmiləşdirilmişdir. Halbuki onunla işəgötürən arasında əmək müqaviləsi fasiləsiz olaraq, 5 ildən artıq müddətdə davam etdiyi üçün, digər əsaslarla onunla əmək münasibətinə xitam verilə bilməzdi. 5 ildən artıq müddətdə o həmin məktəbdə fasiləsiz işlədiyinə görə, artıq müddətsiz işləyən işçi statusu almışdır. Məktəb direktoru tərəfindən birtərəfli qaydada 15 sentyabr 2014-cü il tarixdə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə məlumatlar daxil edilmiş, lakin işçi ilə işəgötürən arasında belə bir müqavilə olmamışdır. Bundan əlavə məktəb direktoru tərəfindən birtərəfli qaydada 14 sent yabr 2017-ci il tarixli 1 il müddətinə əmək müqaviləsi bağlanması barədə 64 nömrəli əmrin olmasına istinad edilsə də, həmin əmrin mövcud olduğuna dair iddiaçıda heç bir məlumat olmamışdır. Odur ki, iddiaçı ilə 15 sentyabr 2020-ci ildə bağlanmış əmək müqaviləsində müddətin qeyd edilməsi və həmin əmək müqaviləsinin müddətli hesab edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə heç bir halda məntiqli və əsaslı deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə dax il edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

32. Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır.

33. Maddə 44.3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

34. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

35. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

36. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin dai mi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

37. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

38. Maddə 81.1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.

39. Maddə 81.2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

40. Maddə 85.1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən d əyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.

41. Maddə 85.2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.

42. Maddə 85.3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.

43. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

44. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən onunla bağlanmış müqavilənin müddətli olma sından xəbərdar olmuş, lakin həmin müqavilənin müddətli olmasına dair əmri qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmişdir. Bu halların qanuni qüvvədə olan məhkəmə qətnaməsi müəyyən edildiyini qeyd etmişdir.

55. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2022-ci il tarixli, 2(107)673/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar