Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4939/2020 01.09.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Aqil Əzizağa oğlu Abbasov Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-209/2018 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh oğlu tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Cavabdeh İbadov X1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-209/2018 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 67. 1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Verilmiş şikayətdən isə görünür ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır. Göstəri lənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 408.1.3 və 408.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Cavabdeh oğlunun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-209/2018 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4939/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4939/2020
01.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver