Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-494/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (hüquqi varis Muradov Murad Seyidqulu oğlu) cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı (hüquqi varisi Muradov Murad Seyidqulu oğlu) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1 058/2024 nömrəli 13 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhər Bələdiyyəsinin 20-21-ci mikrorayonlar üzrə Komitəsinin 566 saylı, 21 oktyabr 2014-cü il tarixli arayışına əsasən, Cavabdeh1 Qubadlı rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində ev 777-də qeydiyyatsız məskunlaşmışdır və hazırda həmin ünvanda ailə üzvləri (X4, X15, X2, Cavabdeh4 və Cavabdeh5) ilə birlikdə yaşayır.
2. Sumqayıt şəhəri, 0,25 ha sahəsi olan 60/2652 saylı bağ sahəsi 10 avqust 1965-ci il tarixli uzunmüddətli icarə müqaviləsinə əsasən, xx.xx.1965-ci ildən xx.xx.1975-ci ilədək X9 icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.19 85-ci ilədək uzadılmışdır. 3. 1994-cü ildən torpaq sahəsində məcburi köçkün olan cavabdehlər və qohumları məskunlaşmış, torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir.
4. İddiaçı xx.xx.2017-ci ildə vəfat etmişdir. Muradov Murad Seyidqulu oğlu onun prosessual hüquq varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2014-cü ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 10 avqust 1963-cü il tarixli uzunmüddətli icarə müqaviləsi əsasında ona məxsus 0,25 ha sahəsi olan 60/2652 saylı bağ sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 avqust 1963-cü il tarixli uzunmüddətli icarə müqaviləsi əsasında 0,25 ha sahəsi olan 60/2652 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Bu müddət ərzində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etdikdən sonra məlum hadisələrlə əlaqədar məcburi köçkün düşmüş Cavabdeh1 və onun ailəsi ona məxsus həmin bağ sahəsini zəbt edərək ora yerləşmişlər. Ölkədə məcburi köçkün və qaçqın ailələri tam yerləşdirilmədiyi dövrdə o, cavabdehlərin köçürülməsi üçün müraciət etməmişdir. Lakin hazırda həmin şəxslər tam yerləşdirildiyi və onlar könüllü oradan çıxmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur.
7. Cavabdehlər iddiaya etirazında iddiaçının 1985-ci ildən icarə müqaviləsinin müddətinin uzadılması barədə məhkəməyə sübut təqdim etmədiyini, 1994-cü ildə torpaq sahəsini şifahi razılaşma əsasında Cavabdeh1 satdığını, həm in vaxtda cavabdehin qohumlarının bağ sahəsində fərdi yaşayış evi tikərək yaşadıqlarını bildirmişdir.
8. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X14, X18 və X5 cavabdehlər İddiaçı və Sumqayıt şəhər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sumqayıt şəhəri 21-ci mkrn ərazisində yerləşən 0,25 ha sahəsi olan 60/2652 saylı bağ torpaq sahəsindən 10 avqust 1963-cü il tarixli uzunmüddətli icarə müqaviləsi əsasında yaranmış istifadə hüququnun 17 aprel 1985-ci il tarixdən icarə müqaviləsinin müddətinin bitməsi ilə itirilmiş hesab edilməsinə, həmin torpaq sahəsinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərlə Sumqayıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Sumqayıt şəhər Məhkəm əsinin 05 fevral 2015-ci il tarixli, 2(060)-310/2025 nömrəli qətnaməsi ilə (hakim Təranə Mahmudova) hər iki iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İV bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1 və 157.8-ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər apelyasiya şikayəti vermişlər.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-68/2016 nömrəli, 13 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və G.F.Tağ ızadə) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı iddiasının rədd olunması hissəsində ləğv edilmiş, həmin iddia təmin edilərək, cavabdehlərin Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən icarə müqaviləsi əsasında iddiaçıya məxsus 0.25 ha sahəsi olan 60/2652 saylı bağ torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Qətnamə müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3878/2016 nömrəli, 8 noyabr 2016-cı il tarixli qərarı ilə (hakimlər Tatyana Qolman sədrlik edən və məruzəçi, Əli Rüstəmov və İlqar Dəmirov) Cavabdeh1, habelə üçüncü şəxslər X3, X6, X1 birgə verdikləri, həmçinin cavabdeh Sumqayıt Bələdiyyəsinin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 2(105)-68/2016 nömrəli 13 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ç) Yeni açılmış hallar üzrə icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına 13(102)-161/2019 nömrəli, 5 dekabr 2019-cu il tarixli qərardadı ilə (məhkəmə tərkibi Sənan Hacıyev – sədrlik edən və məruzəçi, Vafəddin İbayev, Əhməd Nurməmçmədov, Azər Hüseynov və Zakir Quliyev) ərizəçi Cavabdeh1 iş üzrə qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-68/2016 nömrəli 13 aprel 2016 -cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3878/2016 nömrəli, 8 noyabr 2016-cı il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi rədd edilmişdir. d) Konstitusiya Məhkəməsi Plenumunda icraat
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh1 və digərlərinə qarşı bağ sahəsindən çıxarılma və s. tələbinə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin xx.xx.2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası MPM-in 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş h esab edilmişdir.
16. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mübahisləndirilən məhkəmə aktları qüvvəyə mindikdən sonra ərizəçinin Sumqayıt şəhər XDS-in 30 iyun 1987-ci il tarixli qərarını əldə etməsinə, həmin sənədin yeni açılmış və iş üzrə həlledici hal hesab edilib-edilməməsinə məhkəmə tərkibi tərəfindən MPN-in 432.2.1-ci maddəsinin tələbləri baxımından obyektiv qiymət verilməmiş və işin bu xüsusatına lazımi diqqət yetirilməmiş, yalnız işə baxan məhkəmə tərəfindən aparılmış araşdırmanın natamam olması qənaətinə gəlinməklə kifayətlənilmişdir. e) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat
17. Azərbaycan Respublilkası Ali Məhkəməsinin Plenumunun 13(102)-1/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarına əsasən, Cavabdeh1 ərizəsi təmin edilmiş, hazırkı iş üz rə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2016-cı il 8 noyabr tarixli, 2 (102)-3878/2016 nömrəli qərarı, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2016-cı il 13 aprel tarixli, 2(105)-68/2016 nömrəli qətnaməsi və birinci instansiya məhkəməsinin 2015-ci il 5 fevral tarixli, 2(060)-310/2015 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilmişdir.
18. Məhkəmə tərkibi qeyd etmişdir ki, mübahisəyə məhkəmə instansiyalarında baxılarkən işdə mübahisə predmeti olan torpaq sahəsinin təyinatının dəyişməsi barədə İddiaçı ünvanlanmış 2015-ci il 23 noyabr tarixli məktubunda göstərilənləri təsdiq edən heç bir sübut olmamış, məhkəməyə bu barədə bilavasitə bilavasit ə rəsmi qaydada sübutlar təqdim olunmamışdır.
19. Həmçinin, yeni açılmış hallar üzrə işə baxan məhkəmə tərkibinə təqdim olunmuş sənədlər təsdiq etmişdir ki, mübahisəli torpaq sahəsinin təyinatı həqiqətən də dəyişdirilmiş, həmin sahənin yerləşdiyi ərazidə 21-ci mikrorayonun tikilməsi ilə əlaqədar həmin ərazidə yerləşən bütün torpaq sahələrinə dair icarə müqavilələri dayandırılmış və faktiki olaraq onların qüvvəsinə xitam verilmişdir. Həmin hallar işə baxılan ərəfədə mövcud olsa da, onlar məhkəməyə məlum olmamışdır. ə) Birinci instansiya məhkəməsində ikinci icraat
20. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı bağ sahəsindən çı xarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
21. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublilkası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 38/1 nömrəli məktubunda, Sumqayıt şəhər 16 və 21-ci mikrorayonların salınması üçün Sumqayıt şəhər XDS İK-nin Əsaslı inşaat İdarəsinə ayrılması nəzərdə tutulmuş müvafiq olaraq 43,0 ha və 48,4 ha torpaq sahələrinin yerləşdiyi ərazilərdə bağ torpaq sahələrinə dair bağlanmış torpaq icarə müqaviləsi, o cümlədən İddiaçı adına Sumqayıt şəhəri bağlar massivi ərazisındə bağ sahəsinin icarə müqaviləsinin ləğv edilməsi barədə heç bir məlumat aşkar edilmədiyi qeyd olunmuşdur.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/78 saylı rəyi ilə, Azə rbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Orxan Möhbalıyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşir. Sözügedən torpaq sahəsinin koordinatları aşağıdakı kimi göstərilmişdir: X 1. 391479.8584, 2. 391526.2176, 3. 391555.7957, 4. 391495.9684 Y: 1.4490933.3390, 2.4490956.4555, 3.4490910.3074, 4. 4490887.5431. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında göstərilmişdir ki, sözügedən torpaq sahəsinin 1 tərəfi yol, 3 tərəfi qonşu torpaq sahələri ilə əhatə ol unmaqla mişar daşı ilə 4 tərəfdən hasarlanmışdır. Baxış zamanı torpaq sahəsində iki ədəd yaşayış evinin mövcud olduğu və faktiki sahəsi 0.2965 ha təşkil etdiyi müəyyən edilmişdir. Torpaq sahəsi xx.xx.2017-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmiş və yerüstü kommunikasiya xətlərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin həqiqətən Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşməsi 12 fevral 2024-cü il tarixli rəyi ilə öz təsdiqini tapmışdır. Bu halın araşdırılmasına zərurət isə Sumqayıt şəhəri X12 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarından irəli gəlmişdir. Belə ki, həmin qərarla 16-cı mikrorayonun salınması üçün 43 ha və 21-ci mikrorayonun salınması üçün 48,4 ha torpaq sahəsinin ayrılması qərara alınmı şdır. Sözügedən qərarın verilməsinə əsas mənzil ehtiyacının yaranması ilə əlaqədar 16 və 21-ci mikrorayonların salınması üçün torpaq sahələrinin ayrılması barədə Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin Memarlıq və Tikinti işləri şöbəsinin xx.xx.1987-ci il tarixli A-292 saylı məktubu olmuşdur. Cavabdehlər həmin qərarla əlaqədar icarə müqavilələrinin ləğv edilməsi barədə siyahıya istinad edərək, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin də ləğv edildiyini iddia etmişlər. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına sorğu ünvanlanmış, son nəticədə Sumqayıt şəhəri X12 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarına əlavə edilmiş hər hansı siyahı məhkəməyə təqdim edilməmişdir.
24. Məhkəmə hesab etmişdir ki, sözügedən qərarla bağlı xitam verilmiş icarə müqavilə lərinin siyahısı arxivdə aşkar edilməsə də, mübahisəli torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaq sahəsinə çevrilməsi, bununla əlaqədar iddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapmışdır.
25. Belə ki, mübahisəli torpaq sahəsinin Sumqayıt şəhərinin 21-ci mikrorayonun ərazisində yerləşməsi işin mübahisələndirilməyən halı olmuşdur. Sumqayıt şəhərində yaşayış məntəqələrinə olan ehtiyac səbəbilə 48,4 ha torpaq sahəsinin 21-ci mikrorayonun salınması üçün ayrılması isə X12 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarı əsasında həyata keçirilmişdir. Beləliklə, mübahisəli torpaq sahəsi əvvəllər bağ torpaq sahəsi olsa belə, o mənzil ehtiyacının yaranması ilə əlaqədar yaşayış məntəqələrinin tikilməsi üçün ayrılmış, nəticədə təyinatı dəyişdirilərək yaşayış məntəqələrinin torpağına çevrilmişdir. Bu halı iş materiallarında olan iddiaçının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış da təsdiq etmişdir. Həmin çıxarışın məzmunundan görünür ki, Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir.
26. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırda iddia tələbinin əsası kimi istinad edilən icarə müqaviləsi qüvvəsini itirdiyindən İddiaçı cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ yoxdur.
27. Məhkəmə iddiaçı tərəfin həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa malik olması barədə dəlilləri ilə əlaqədar isə qeyd etmişdir ki, sözügedən çıxarış xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-3878/2016 saylı qərarı əsasında verilmişdir. Bu barədə torpaq sahəsinin plan və ölçüsündə də müvafiq qeyd edilmişdir. Beləliklə çıxarışın verilməsinə əsas olmuş xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə qüvvəsini itirmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-3878/2016 saylı qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. İddiaçı hüquqi varisi Muradov Murad Seyidqulu oğlu apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işdə olan sübutlar nəzərə alınmamış, tərəflərin münasibətləri üzrə yanlış nəticəyə gəlinmiş, iddiaçının torpaqdan istifadəsinin qanuniliyi ilə bağlı məsələləri düzgün araşdırmamış, iddiaçının torpaq sahəsi üzərində hüququna guya 1987-ci ildə Sumqayıt şəhər X12 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı Qərarı ilə xitam verildiyi nəticəsinə gələrək və məhkəmənin özünün təyin etdiyi ekspertiza nəticəsində ekspert tərəfindən verilmiş və bu halı sübuta yetirməyən rəydən savayı məhkəmənin qənaətini sübuta yetirən hər hansı fakt olmadığı halda, məhkəmə iddiaçının tələblərinin təmin edilməməsinə dair qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə qənaətə gələrkən Sumqayıt şəhər X12 30 iyun 1987-ci il tarixli, 19 saylı protokolunun 8.213 saylı qərarının mahiyyətinə varmamış, həmin qərarın icra olunub-olunmamasını, torpağın icarəçinin faktiki istifadəsindən geri alınıb-alınmamasını müəyyənləşdirməmiş, torpaq qanunvericiliyinin həmin dövrdə qüvvədə olmuş müvafiq maddələrini düzgün tətbiq və təfsir etməmişdir. 1987-ci ildə qəbul edilmiş həmin qərar keçmiş SSRİ-də baş vermiş məlum hadisələrlə əlaqədar olaraq sonradan icra olunmamış vəziyyətdə qalmışdır. Yəni sözügedən qərarın icrası ilə bağlı hər hansı tədbirlər həyata keçirilməmişdir. Məhkəmə bu halı müəyyən etmək üçün sözügedən torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq torpaqayırma sənədləri tərtib edili b aidiyyəti qurumlarla razılaşdırılmaqla Sumqayıt şəhər XDS İK-nin Əsaslı İnşaat İdarəsinə faktiki təhvil verilib-verilməməsi məsələsini, həmin idarə tərəfindən şəhərin 21-ci mikrorayonun salınması üçün nəzərdə tutumuş ərazidə çoxmənzilli yaşayış binalarının salınması ilə bağlı layihələndirmə işlərinin, smeta sənədlərinin tərtib edilməsi ilə müşayiət olunan hər hansı mənzil yaxud binaların layihələndirilməsi yaxud tikinti işlərinin aparılıbaparılmamasını, torpaq sahələrinin həmin İdarə tərəfindən yerində təhvil alınması məsələlərini, ümumiyyətlə araşdırmamışdır.
30. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında sərəncamlardan məlumatı olduğunu, 1987-ci il tarixli sərəncam olsa da icra edilmədiyini, torpaq islahatında torpaqların Bələdiyyənin mülkiyyətinə keçdiyini, müqaviləsi olanlara toxunulmadığını, qalan torpaqların isə həyətyanı torpaq sahələri olaraq başqa vətəndaşlara paylandığını, həmçinin mübahisəli torpağın 21-ci mikrorayon ərazisinə düşdüyünü bildirmişdir.
31. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1058/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
32. Məhkəmə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, müvafiq ərazi vahidi daxilində dövlət mül kiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilə torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir.
33. İşdən görünür ki, 2652 saylı bağ sahəsinin də daxil olduğu ərazi Sumqayıt şəhər X13 30 iyun 1987-ci il tarixli, 20 saylı protokol qərarına əsasən Sumqayıt şəhərinin 16 və 21-ci mikrorayonların salınması üçün ayrılmış və hazırda vaxtilə 2652 saylı bağ sahəsi kimi ayrılmış torpaq sahəsi 21-ci mikrorayon ərazisinə düşmüş və orada yerləşən torpaq sahələri şəhərin baş planında bağ sahəsi kimi deyil, fərdi ev tikintisi üçün həyətyanı torpaq sahələri kimi nəzərdə tutulmuşdur. Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərindən 2652 saylı bağ sahəsinə dair sənədlər mövcud deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə də cavabdehlərin istifadəsində olan torpaq sahəsinin Sumqayıt şəhəri, 21-ci mkr. ərazisində yerləşdiyi müəyyən edilmişdir.
34. Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 743 saylı məktubunda da Sumqayıt şəhəri, 16-cı və 21-ci mikrorayonlar ərazisi «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasi Qanunun 2-ci maddəsinin 2 hissəsinə uyğun olaraq, Torpaq İslahatına əsasən 21 iyun 2001-ci ildə Sumqayıt Bələdiyyəsinə təhvil verilən torpaq sahələri siyahısında olduğu, Sumqayıt şəhəri, X12 icraiyyə komitəsinin 30 iyun 1987-ci il tarixli (protokol N 20) qərarı haqqında Sumqayıt Bələdiyyəsi hər hansı bir məlumata malik olmadığı, 2000-ci illərin əvvəlində 21-ci mikrorayon ərazisində hündürmərtəbəli, çoxmənzilli yaşayış evlərinin tikilmədiyi, yalnız 21-ci mikrorayonun şərqini əhatə edən hissədə vətəndaşl arın istifadəsində olan bağ sahələrinin mövcud olduğu, həmin dövrdə 16-cı mikrorayon ərazisində fərdi yaşayış evlərinin tikildiyi və ərazinin tam məskunlaşma vəziyyətində olduğu qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, Sumqayıt şəhərində yaşayış məntəqələrinə olan ehtiyac səbəbilə 48,4 ha torpaq sahəsinin 21-ci mikrorayonun salınması üçün ayrılması X12 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarı əsasında həyata keçirilmişdir. Mübahisəli torpaq sahəsi əvvəllər bağ torpaq sahəsi olsa belə, o mənzil ehtiyacının yaranması ilə əlaqədar yaşayış məntəqələrinin tikilməsi üçün ayrılmış, nəticədə təyinatı dəyişdirilərək yaşayış məntəqələrinin torpağına çevrilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin mübahisəli torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa malik olması ba rədə dəlilinə gəldikdə isə qeyd edir ki, qeyd olunan çıxarış xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında verilmiş və hazırda həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə və xx.xx.2016-cı il tarixli qərar öz qüvvəsini itirmişdir. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz
35. Kollegiya iddiaçının mübahisəli torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa malik olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, qeyd olunan çıxarış xx.xx.1965-ci il tarixli 2872 saylı müqa vilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında verilmiş və hazırda həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə və xx.xx.2016-cı il tarixli qərar öz qüvvəsini itirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçının hüquqi varisi Muradov Murad Seyidqulu oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının torpaq islahatı nəticəsində mübahisələndirilən bağ torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnu şəxsi mülahizələri əsasında heçə saymaqla mülkiyyət hüququna dair qanun normalarının çoxsaylı pozuntusuna yol vermişdir. Həmçinin, sözügedən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi 1994-cü ildə İddiaçı qanuni və faktiki sahibliyində olmasını təsdiq edən mötəbər sübutlar, o cümlədən cavabdehlərin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin özlərinin məhkəmədə verdikləri ifadələrini, cavabdehlərin mübahisəli torpaq sahəsini boşaltmamalarını iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırmasına yönəlmiş və konstitusion hüququ olan mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirməli olduğu halda, məhkəmə bu hallara fərqli şəkildə yanaşaraq iddiaçının dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququnun müdafiəsini təmin etməmişdir. Hər iki instansiya məhkəməsi qətnamələrdə iddiaçının mülkiyyət hüququnu n əzərə almamış, təqdim olunmuş sənədləri düzgün araşdırmamış, əvvəlki məhkəmə qətnamələrində olan ifadələri, həmin məhkəmə qətnamələrində təsdiqini tapmış faktlarla bağlı qətnamələrin preyudisiallıq xüsusiyyətini nəzərə almamış, həmçinin maddi və prosessual normaların tələbini pozaraq düzgün olmayan nəticəyə gəlmişdir.
38. Kassasiya şikayəti Mülki Məcəllənin 139, 139-1, 140, 141, 146, 148, 149, 152 və 157-ci maddələrinə, Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə, 07 iyul 1970-ci il tarixli Azərbaycan Sovet Sosialist Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə, MPM-in 88, 217 və 218-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahəl ərin,fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməsinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin rədd edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1058/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edəsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlillləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiya məhkəməsi tərəfindən obyektiv, tam və hərtərəfli araşdıraraq hüquqi qiymət ve rilmişdir. Bundan əlavə, M.Muradov iddia müddətini ötürmüş, həmçinin onun məhkəmədə belə bir iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
40. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 157.1. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
43. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qa dağan olunur.
44. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.
45. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu
46. Maddə
7. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.
47. M addə
21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
54. İddiaçı xx.xx.1975-ci ilədək müddətə bağlanmış, sonradan müddəti xx.xx.1985-ci ilədək uzadılmış 10 avqust 1965-ci il tarixli ic arə müqaviləsinə istinad edərək cavabdehlərin faktiki istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 0,25 ha torpaq sahəsi üzərində istifadə hüququ olduğuna və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin sahəni özəlləşdirmək hüququ olduğuna istinad edərək torpağın cavabdehlərin qanunsuz sahibliyindən alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
55. Azərbaycan Respublilkası Ali Məhkəməsinin Plenumunun bu iş üzrə qəbul edilmiş 13(102)-1/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yeni açılmış hallar üzrə işə baxan məhkəmə tərkibinə təqdim olunmuş sənədlərlə mübahisəli torpaq sahəsinin təyinatının həqiqətən də dəyişdirildiyi, həmin sahənin yerləşdiyi ərazidə 21-ci mikrorayonun tik ilməsi ilə əlaqədar həmin ərazidə yerləşən bütün torpaq sahələrinə dair icarə müqavilələrinin dayandırılaraq faktiki olaraq onların qüvvəsinə xitam verildiyi təsdiq edilir.
56. Məhkəmə tərəfindən işə yeni açılmış hal üzrə yenidən baxılarkən müəyyən edilmişdir ki, 2652 saylı bağ sahəsinin də daxil olduğu ərazi Sumqayıt şəhər X13 30 iyun 1987-ci il tarixli, 20 saylı protokol qərarına əsasən Sumqayıt şəhərinin 16 və 21-ci mikrorayonların salınması üçün ayrılmış və hazırda vaxtilə 2652 saylı bağ sahəsi kimi ayrılmış torpaq sahəsi 21-ci mikrorayon ərazisinə düşür və orada yerləşən torpaq sahələri şəhərin baş planında bağ sahəsi kimi deyil, fərdi ev tikintisi üçün həyətyanı torpaq sahələri kimi nəzərdə tutulmuşdur.
57. O cümlədən müəyyən edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərindən 2652 saylı bağ sahəsinə dair sənədlər mövcud deyildir.
58. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi əvvəllər bağ torpaq sahəsi olsa belə, o mənzil ehtiyacının yaranması ilə əlaqədar yaşayış məntəqələrinin tikilməsi üçün ayrılmış, nəticədə təyinatı dəyişdirilərək yaşayış məntəqələrinin torpağına çevrilmişdir.
59. İddiaçı tərəfin mübahisəli torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa malik olması barədə dəlili ilə bağlı qeyd edilmişdir ki, qeyd olunan çıxarış xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında verilmiş və hazırda həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə və xx.xx.2016-cı il tarixli qərar öz qüvvəsini itirmişdir.
60. Mə hkəmə kollegiyası işdə iddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddətinin xx.xx.1985-ci ildən sonra uzadılmasını, həmin tarixdən sonra icarə münasibətlərinin davam etdiyini təsdiq edən, o cümlədən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət kadastrında qeydə alındığına dair sübutların olmadığını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
61. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmələr tərəfindən işə yenidən baxılarkən mübahisə Azərbaycan Respublilkası Ali Məhkəməsinin Plenumunun iş üzrə qəbul edilmiş qərarındakı mövqe nəzərə alınmaqla həll edilmiş, məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan maddi və prosessual pozuntulara yol verilməmişdir.
62. Qeyd edilənlərə əsasən kollegiya hesab edi r ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1058/2024 nömrəli 13 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.