Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4941/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair ilk, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh xxxna qarşı eyni tələbinə dair, habelə iddiaçı xxxnın cavabdehlər İddiaçı və X11 qarşı “evə köçürülmə, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə evdən çıxarılması və s.” tələblərinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs (qarşılıqlı iddia üzrə cavabdeh) X9 və vəkilləri xxxoğlunun, İlkin və üçüncü şəxsin iddiaları üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxxnın və vəkili Vəkil iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(104)1360/2021 nömrəli qətnaməsindən ilkin iddia və üçüncü şəxsin iddiası üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Gəncə şəhə ri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 mülkiyyətində olmuş, 05 dekabr 2017-ci il tarixdə həmin ev X1, 26 noyabr 2019-cu il tarixdə isə xxxna bağışlanaraq, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xxx İddiaçı xxxqızının oğlu, X15 isə sonuncunun gəlinidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh, X12, xxxna və X3rşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehləri əsl cavabdeh xxx ilə əvəz edilməklə, iddiaçının və övladı X13 ünvan 3 saylı evə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı valideynləri ilə birlikdə onun üçün 2008-ci ilin iyun ayında Gəncə şəhəri, xxx qəsəbəsi 22-ci küçədə yerləşən torpaq sahəsini onun adına etibarnamə verilməklə X6 almış, gələcəkdə ailə qurmaq məqsədi ilə həmin torpaq sahəsində 2008-ci ildən inşa etdirməyə başlayaraq, 2016-cı ilədək 25353 manat məbləğində xərc çəkməklə ev inşa etdirmişdir. İddiaçı 2016-cı ildə X15 ilə nikaha girmişdir. Valideynləri ilə münasibətləri əvvəl yaxşı olsa da, sonradan pisləşmiş, anası qərəzli şəkildə 2017-ci ilin yanvar ayında evə iddiaçının adına verilmiş etibarnaməni torpağın sahibi tərəfindən ləğv etdirməsinə nail olmuş, öz adına yeni etibarnamə almaqla evin altındakı torpaq sahəsini xalası X10 adına rəsmiləşdirmiş, iddiaçıdan və ailəsindən mübahisəli mülkdən çıxmalarını tələb etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sü rən üçüncü şəxs X15 cavabdehlər Cavabdeh, X12, xxxna qarşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehləri əsl cavabdeh xxx ilə əvəz edilməklə, onun və azyaşlı övladı X13 ünvan 3 saylı evə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxs 2016-cı ildə İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, toy mərasimindən sonra mübahisəli ünvan 1, sahə 117 ünvanda yerləşən evə gəlin köçmüş, cehiz əşyalarını həmin evə gətirmiş və nikahlarından həmin evdə 25 iyun 2017-ci il tarixdə bir uşaqları anadan olmuşdur. Hazırda onun, ərinin və azyaşlı oğlunun həmin evdə yaşamalarına ərinin valideynləri imkan vermir, maneələr törədirlər. İddi açı xxx cavabdehlər İddiaçı və X11 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 3 saylı bağ evinə köçürülməsi, cavabdehlərin azyaşlı uşağı ilə birlikdə onun mülkiyyətində olan həmin bağ evindən çıxarılmaları, əşyalarının mənzildən boşaldılaraq, həmin mənzilin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı 2012-ci ildən mübahisəli mənzildə yaşayır, 06 avqust 2016-cı il tarixdən isə X15 həmin evə gəlin köçmüşdür. 2012-ci ildə İddiaçı və 2016-cı ildə X15 mübahisəli mənzilə köçüb yaşadıqları müddətdə mübahisəli mənzil dövlət qeydiyyatından keçməmiş, qeydiyyatdan keçdikdən sonra isə başqa şəxs X10 adına olmuş, sonda həmin bağ evinə dair onun adına çıxarış verilmişdir. Cavabdehlərin mübahisəli evdə pasport qeydiyyatları yoxdur. İddiaçı əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxs deyil, X15 isə mülkiyyətçinin ailə üzvü deyildir. Belə olan halda cavabdehlərin qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan evə dair heç bir hüquqları yoxdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(043)2991/2020 nömrəli qətnaməsi ilə (hakim R.M.Mustafayev) İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh xxxna qarşı “azyaşlı övladı ilə birlikdə evə istifadə hüququnun tanınması” tələbinə dair iddiaları təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı xxxnın cavabdehlər İddiaçı və X11 qarşı qarşılıqlı iddiası təmin edilərək, İddiaçı, X9 və azyaşlı uşaqları X13 onlara məxsus əşyalarla birlik də xxxnın mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən bağ evindən çıxarılmaları, xxxnın ünvan 3 ünvanında yerləşən bağ evinə köçürülməklə sahibliyinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 2012-ci ilədək atası Cavabdeh mülkiyyətində olan ünvan 21-də yaşamış və hazırda da həmin mənzildə qeydiyyatdadır. ünvan 1, sahə 117-də yerləşən 0,0392 ha torpaq sahəsi faktiki olaraq xxxnın vəsaiti hesabına 2007-ci ildə alınmış, torpaq sahəsində evi 2008-ci ildən inşasına başlanılmış, ev 2012-ci ildə hazır olmuş və həmin vaxtdan xxx, Cavabdeh və İddiaçı köçərək birlikdə yaşamışlar. İddiaçı 2016-cı il tarixdə X15 ilə rəsmi nikaha girərək ailə qurmuş və həmin tarixdən X15 həmin mənzilə gəlin köçərək yaşayır. xxx və əri Cavabdeh oğlu və gəlini ilə birlikdə qısa müddət birlikdə yaşadıqdan sonra ailə münasibətlərinin pisləşməsi səbəbindən digər oğullarının yaşadığı ünvan 21-ə köçməyə məcbur olmuş və hazırda həmin mənzildə yaşayırlar. ünvan 3 ərazi dairəsi, ünvan 4 nömrəli bağ evində hazırda İddiaçı, X15 və onların azyaşlı uşaqları X16 yaşayırlar. Beləliklə məhkəmə müəyyən etmişdir ki, mübahisəli evlə bağlı hüquq münasibətləri 2012-ci ildən sonrakı tarixlərdə yaranmışdır. Mübahisəli ünvan 3 ərazi dairəsi, ünvan 4 nömrəli bağ evi xüsusi mülkiyyət hüququ əsasında xxxna məxsusdur. O, İddiaçı anası, X14 isə qayınanasıdır. İddiaçı və X15 ilə xxx arasında evdən istifadə ilə bağlı hər hansı yazılı razılaşma mövcud deyildir və iddiaçıların istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı məlumat yoxdur. Birinci instans iya məhkəməsi mübahisənin həlli üçün Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarını tətbiq edərək hesab etmişdir ki, X15 mübahisəli evin mülkiyyətçisi olan xxxnın gəlini olmaqla ailə üzvü hesab olunmur. Həmçinin İddiaçı yetkinlik yaşına çatmış, ağır xəstəliyi və şikəstliyi olmamaqla əmək qabiliyyətli olmaqla “Turan İnşaatda” fəhlə işləyir. Onlar, Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulmuş əsaslarla xxxndan özlərini saxlanmasını tələb etmək hüququna da malik deyildirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh xxxna qarşı iddiaları təmin edilməməlidir. Qarşılıqlı iddianı təmin edərkən isə birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29, 43-cü maddələrinə, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs (qarşılıqlı iddia üzrə cavabdeh) X15 birgə apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(043)-2991/2020 nömrəli qətnaməsinin l əğv edilməsi, ilk və üçüncü şəxsin iddialarının iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(104)-1360/2021 nömrəli qətnaməsi ilə (hakimlər R.Ş.Muradovun sədrliyi və məruzəsi, hakimlər Ə.İ.Məmmədovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(043)-2991/2020 nömrəli qətnaməsi ilkin və müstəqil iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddianın “İddiaçı, X15 və azyaşlı uşaqları X16 onlara məxsus əşyalarla birlikdə xxxnın mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən bağ evindən çıxarılmaları” hissəsində ləğv edilmiş, həmin hissədə ilki n və müstəqil iddia qismən təmin edilərək, İddiaçı və X9 azyaşlı uşaqları X16 ilə birlikdə ünvan 3 nömrəli bağ evinə istifadə hüquqlarının tanınması, qarşılıqlı iddianın İddiaçı, X9 və azyaşlı uşaqları X13 onlara məxsus əşyalarla birlikdə xxxnın mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən bağ evindən çıxarılmaları hissəsində təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci, Mülki Məcəlləsinin 139.1, 152.1, 152.3, 228.1, 228.2, 228.5-ci maddələrini, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-cu maddəsinin 2-ci bəndini tətbiq edərək hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi xxxnın mülkiyyətinə keçməmişdən əvvəl İddiaçı və X15 əvvəlki mülkiyyətçinin razılığı ilə orada yaşamış, birgə təsərrüfatı idarə etmişlər. İddiaçı hazırkı mülkiyyətçinin ailə üzvü, X15 isə İddiaçı ailə üzvü hesab olunur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin və müstəqil iddiaçıların mübahisəli bağ evinə istifadə hüquqları tanınmalıdır. İlkin və müstəqil tələb üzrə iddiaçılar iddia tələblərində istifadə hüquqlarının tanınması ilə yanaşı mübahisəli evə köçürülmələri barədə də qətnamə çıxarılmasını xahiş etsələr də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, sonuncular hazırda həmin evdə yaşayırlar. Sonuncuların mübahisəli bağ evinə istifadə hüquqları tanındığından, eləcə də həmin evdə faktiki olaraq yaşadıqları üçün artıq həmin hissədə qətnamə çıxarılmasına zərurət qalmır. Kassasiya şikayətin in və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlkin iddia və üçüncü şəxsin iddiası üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxx kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(104)-1360/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilkin və üçüncü şəxsin iddialarının rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı və üçüncü şəxsin cavabdehlə mübahisələndirilən evdən istifadə ilə bağlı yazılı razılaşa mövcud deyildir və onların evdən istifadə hüquqları d aşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən mübahisəyə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri deyil, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri tətbiq olunmalıdır. İddiaçı və üçüncü şəxs evin mülkiyyətçisindən özlərini saxlanmasını tələb etmək hüququna malik olmadıqları üçün onların iddiaları əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia və üçüncü şəxsin iddiası üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxx və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, müstəqil təl əb irəli sürən üçüncü şəxs (qarşılıqlı iddia üzrə cavabdeh) X15 və vəkilləri xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia üzrə iddiaçı və üçüncü şəxs tərəfindən qarşılıqlı iddianın təmin olunmuş hissəsində mübahisələndirilməmişdir. Kassasiya şikayətini yalnız qarşılıqlı iddia üzrə iddiaçı ilk və üçüncü şəxsin iddialarının təmin olunmuş, qarşılıqlı iddianın isə təmin olunmamış hissəsindən vermişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndi rilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyə tçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsində n müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin y arandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməs i mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bə ndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi ilk və üçüncü şəxsin iddialarını təmin edən və müvafiq olaraq qarşılıqlı iddianı mübahisələndirilən hissədə rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri ilə əsaslandırmışdır. Lakin iş materiallarında ol an Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 30 sentyabr 2020-ci il tarixli məktubdan müəyyən olunur ki, mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsi Kirovabad şəhəri X17 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli qərarına əsasən X5 verilmiş, 02 fevral 2009-cu il tarixdə sonuncunun adına torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş, 08 dekabr 2017-ci il tarixdə isə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 15 dekabr 2017-ci il tarixdə torpaq sahəsi X1, torpaq sahəsinin üzərində inşa edilmiş ev üzərində sonuncunun mülkiyyət hüququ 04 aprel 2019-cu il tarixdə qeydiyyata alınmış və torpaq sahəsi, evlə birlikdə hazırki mülkiyyətçiyə 26 noyabr 2019-cu il tarixdə bağışlanmışdır. İddiaçı isə mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsini 2008-ci ildə onun üçün əldə olunduğunu (ona etibarnamə verildiyini), 2012-ci ilədək həmin torpaq sahəsində ev inşa edildiyini, həmin ildən valideynləri ilə, 2016-cı ildən isə həyat yoldaşı ilə birlikdə yaşadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həll üçün maddi hüquq normasını tətbiq edərkən işin yuxarıda qeyd olunan faktiki hallarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almamışdır. Belə ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yox lanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsini n mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İddiaçının 2012-ci ildən sonra mübahisələndirilən yaşayış sahəsindən istifadə etdiyi mübahisə doğurmasa da, müəyyən olunur ki, həmin dövrdə ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, torpaq sahəsi isə hazırki işdə tərəflərə aid olmayan şəxsin - X4 sahibliyində olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə evin inşasından sonra, habelə evin hüquq u statusu və mülkiyyətçiləri dəyişilərkən iddiaçının ona istifadə hüququnun yaranması, mövcudluğu və bunun əsasları araşdırılmamışdır. Eyni ilə iddia üçüncü şəxsə münasibətdə təmin edilərkən də, yuxarıda qeyd olunanlarla yanaşı nəzərə alınmamışdır ki, üçüncü şəxs gəlin gəldiyi dövrdə yaşayış sahəsi mülkiyyət hüququ ilə hər hansı şəxsin adına qeydə alınmamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi iddianı üçüncü şəxsə münasibətdə təmin edərkən onun mülkiyyətçinin deyil, sonuncunun ailə üzvü kimi qiymətləndirdiyi iddiaçının ailə üzvü olduğunu göstərmişdir. Bununla da, məhkəmə MM-in 228.5-ci maddəsini düzgün şərh etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəz ərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər c avabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının və üçüncü şəxsin ayrıayrılıqda mübahisəli yaşayış sahəsinə köçdükləri və həmin sahənin hüquqi statusu dəyişdiyi dövrlərlə ona istifadə hüquqlarının yaranıb-yaranmaması məsələsi araşdırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia və üçüncü şəxsin iddiası üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxx tərəfindən verilmiş kassas iya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(104)-1360/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni İddiaçı və üçüncü şəxs X9 iddialarının qismən təmin edildiyi, iddiaçı xxxnın qarşılıqlı iddiasının rədd edildiyi hissədə ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4941/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4941/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver