Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4941/2023 20.12.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İctimai Birliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3939/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İctimai Birliyi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3939/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsindən kassasiya şikay əti vermişdir. Şikayəti Vəkil2 imzalamışdır. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 69.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.4-cü maddəsinin tələbinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Hazırkı işdə kassasiya şikayətini imzalayan şəxsin cavabdeh h üquqi şəxsdən təmsil səlahiyyəti almış işçisi və ya vəkili olmasına dair sübutlar təqdim edilməmişdir. Belə olan halda kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmış hesab edilə bilməz. O da qeyd olunmalıdır ki, şikayətə əlavə olunmuş vəkil orderində tapşırığın yerinə yetirildiyi təşkilat olaraq, kassasiya şikayətinin verildiyi Ali Məhkəmə deyil, Bakı İnzibati Məhkəməsi göstərilmişdir. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilm əlidir. Hazırkı işdə kassasiya şikayəti verilməsi üçün iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilmiş 270 manat dövlət rüsumunun 50 faizi məbləğində olan 135 manat dövlət rüsumu ödənilməli olduğu halda, cavabdeh tərəfindən 75 manat rüsum ödənilmişdir. Bu hal şikayət üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilmədiyinə dəlalət edir. MPM-in 408.1.1-ci və 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalanmışsa, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün sayılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3939/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4941/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-4941/2023
20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver