Məhkəmə qərarları › İş №2(102)-4942/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4942/2019

04.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4942/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, Cavabdeh Maraqlı şəxs2tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-684/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon məhkəməsinin (hakim Cahid İmanov) 28 noyabr 2018-ci il tarixli, 2(075)4127/2018 saylı qətnamə si ilə iddia təmin edilmiş, Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Maraqlı şəxs2 adına Şəki şəhəri ************ küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların Ərizəçi tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Vəzirxan Məlikov) 05 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs2 tərəfind ən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 12 fevral 2019-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Ərizəçi iddia ərizə ilə Şəki rayon məhkəməsinə müraciət edərək Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli, 1/110 saylı sərən-camı ilə Şəki şəhərinin ********* küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlaktikili, qurğu və avadanlıqlar üzərində onun mülkiyyət hüququnun tanınması haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi iddia tələbini dəqiqləşdirərək, Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Maraqlı şəxs2 adına Şəki şəhəri ********** küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərb aycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” əsasında Şəki bazarı 1997-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. 2001-ci ildə həmin bazar açıq tipli səhmdar cəmiyyətə çevrilmişdir. O, 2001-ci ilin aprel ayının 10-da "xxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilmiş və həmin vəzifədə 2010- cu ilin may ayının 7-nə kimi işləmişdir. 2001-ci ilin iyun ayının 4-də isə Şəki bazarını "Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müstəqil surətdə özəlləşdirmişdir. İdarə heyətinin sədri seçilən zaman onunla birlikdə səhmdarların sayı 69 olmuşdur. Bazar ümumiyyətlə, istifadəyə yararsız olmuşdur. Ətrafında 1500 kvadrat metrlik sahə istifadə olunmamış, həmin ərazilərdə 67 ədəd ma ğaza olsa da, heç biri bazarın balansında olmamışdır. Bazara müdir təyin olunduqdan sonra 80 mağaza tikdirib bazarın balansına daxil etmişdir. Həmçinin, bazarın balansında olan mağazalarda işləyən hər sahibkarla fərdi qaydada icarə müqaviləsi bağlanmışdır. Sahibkarlar hər biri icarə pullarını bazarın kassasına ödəmişlər. Bazara müdir təyin edildikdən sonra bazarda tikinti, quruculuq işləri aparmış və 194 yeni iş yeri açaraq Şəki camaatını işlə təmin etmişdir. Sonradan bazarın səhmlərinin hamısını almışdır. Şəki bazarına məxsus torpaq da ona aid olmuşdur. Yəni bazarın faktiki sahibi o, olmuşdur. Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə yaxın dostu və qohumu X2 Səmədovanın adına Şəki şəhər, ********* küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu to rpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsini icarəyə götürmüşdür. Həmin vaxt F8 22 yaşı olmuşdur. İcra başçısının 01 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində ticarət cərgəsi tikilməsinə icazə verilmişdir. O, əvvəllər öz şəxsi vəsaiti hesabına orada tikinti işləri aparmışdır. 2008-ci ilin sonlarında artıq bazarın yeni tikintisinin 70%-i hazır olmuşdur. Həmin vaxtdan vəsait çatışmazlığı yaranmışdır. Şəki rayonunda yeni ticarət mərkəzinin tikilməsi barədə xəbərlər yayıldığına görə müxtəlif vətəndaşlar ticarət mərkəzinə baxıb orada tikinti işlərinin həyata keçirilməsini görərək özlərinə ticarət cərgəsindən yerlər və mağaza icarəyə götürməkdən ötrü ona müraciət etmişlər. Ticarət mərkəzinin tikintisinin tez bir zamanda tamamla nmasına kömək məqsədilə, həmçinin gələcəkdə həmin pul verən şəxslərin bazarda fəaliyyət göstərəcəkləri dövrdə onların icarə haqqından azad olunması şərti ilə onlardan qəbzlə pul qəbul edilmişdir. Bundan başqa vətəndaşların yeni açılacaq bazarın tikilməsi üçün ödədikləri pulların elə hamısı bazarın tikintisinə xərclənmişdir. Beləliklə də vətəndaşların verdikləri pullar ilə tikinti işləri yenidən 2009cu ilin yay aylarında bərpa edilmişdir. 1800 nəfərlik iş yeri və bütün sənədlər hazır olmuşdur. Lakin bazarın açılmasına icazə verilməmişdir. O, sözügedən torpaq sahəsində dəyəri 300 min manata qədər olan ticarət cərgələri, qurğu və avadanlıqları öz vəsaiti hesabına tikdirmişdir. Eyni zamanda bu obyektin sənədləşdirilməsi süni şəkildə problemə çevrilmişdir. Sözügedən torpaq sahəsində mövcud olan bütün əmlaklar ona məxsusdur. Yaxın dostu olan N6 vəfat etdikdən sonra qızı F8 kimlərinsə təsiri ilə həmin obyektlərin onun adına rəsmiləşdirməsinə razılıq vermir. Ümumiyyətlə Maraqlı şəxs2 adına olan 2 ha torpaq sahəsində toplam 182 ticarət obyektləri inşa etdirmişdir. Qeyd etdiyi kimi F8 həmin vaxt 22 yaşı olmuş, həmin 2 ha torpaq sahəsinin harada yerləşməsindən, orada hansı inşaat işlərinin aparılmasından onun xəbəri olmamışdır. 2010-cu il tarixdə həmin yeni bazarın açılışını etmək istəmiş, lakin müəyyən səbəblərdən onun açılışını edə bilməmişdir. 2010-cu ildə həmin yeni bazarın açılışını edə bilmədikdə vətəndaşlar ona verdikləri (hansı ki, həmin pulları bazarda ticarət cərgələrinin inşasına xərcləmişdir) pulları tələb etdikdə onları qaytara bilməmiş və buna görə də ondan şikayət etmiş lər. Nəticədə barəsində CM-nin 178.3.2, 179.3.2, 193-1.3.2 və 213.1 -ci maddələri ilə cinayət işi başlanılmış və o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək cəzalandırılmışdır. Cəzasını çəkib qurtardıqdan sonra yenidən bazarın açılmasına çalışmış və nəhayət 2016-cı il tarixdə onun açılışını edə bilmişdir. Ümumiyyətlə, 2007-ci ildən qeyd edilən yeni bazarın saxlanılması xərci onun tərəfindən qarşılanmışdır. Qeyd edilən hökm həmin torpaq sahəsində inşa edilən tikili və qurğuların onun tərəfindən tikilməsini bir daha sübut edir. Bundan başqa, qeyd edilən 2 ha torpaq sahəsində tikinti işləri aparılması üçün Maraqlı şəxs2 ilə aralarında 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu, 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi bağlamış və bu barədə 19 iyun 2006-cı il tarixli aktı təsdiq etdirmişlər. Həmçinin 14 avqust 2015-ci il tarixdə Maraqlı şəxs2 ilə aralarında yuxarıda qeyd edilən razılaşma protokolunu, müqaviləni və aktı özündə cəmləyən müqavilə də bağlamışlar. Həmin müqavilədə cavabdeh Maraqlı şəxs2 Şəki şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin ***********küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) özünə aid olmadığını göstərmiş, həmçinin həmin əm lakların ona aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin, yəni onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. Bütün bu sənədlər Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə Maraqlı şəxs2 adına Şəki şəhər, ********* küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürdüyü 2 ha torpaq sahəsində inşa edilmiş tikililərin, qurğuların və avadanlıqların onun tərəfindən inşa edilməsini sübut edir. Sözügedən torpaq sahəsində mövcud olan bütün əmlaklar ona məxsusdur. Buna görə də həmin tikililərin onun tərəfindən inşa edilməsi hüquqi faktı müəyyən edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: Cavabdeh Maraqlı şəxs2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. İddiaçı Ərizəçi məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiy ası məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı Ərizəçi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Cavabdeh Maraqlı şəxs2 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin bu halla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən k assasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Maraqlı şəxs2 adına Şəki şəhəri ********** küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqlar Ərizəçi tərəfindən inşa etdirilmişdir. İddiaçı ilə cavabdeh arasında 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu və 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi mövcud olmuş və həmin sənədlərin məzmunundan görünür ki, Maraqlı şəxs2 sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının Ərizəçi həvalə edilməsi barədə razılıq vermişdir. Həmçinin tərəflər arasında 19 iyun 2006-cı il tarixli akt bağlanmış və həmin aktda qeyd edilmişdir ki, Maraqlı şəxs2 sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaitinin, tələb olunan tikinti işlərinin aparılmasının, bütün işlərin görülmə si üçün tələb olunan vəsaitin, illik icarə haqqı ödənişlərinin Ərizəçi öz vəsaiti hesabına aparılması barədə razılıq verir. Bundan başqa, F8 ilə Ərizəçi arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kvadrat metr ümumi, o cümlədən 10816,5 kvadrat metr əsas və 284,00 kvadrat metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında 14 avqust 2015ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə "birinci tərəf” adlandırılan, Şəki şəhəri, H.Çələbixan küçəsi, məhəllə 4-də yaşayan X3 müqavilə imzalandığı andan Şəki Şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin ************* küçəsin in qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icariyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini o cümlədən, ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüş, həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006- cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin ***********küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icariyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhə r İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixdə çıxarılmış ittiham hökmündə təqsirləndirilən Ərizəçi, çox saylı zərərçəkmiş şəxslərin və şahidlərin izahat və ifadələri ilə sübut olunur ki, Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Maraqlı şəxs2 adına Şəki şəhəri **** *******küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqlar Ərizəçi tərəfindən inşa etdirilmişdir. İş materiallarında olan cavabdeh Maraqlı şəxs2 tərəfindən imzalanaraq birinci instansiya məhkəməsinə ünvanlanmış 01.11.2018-ci və 05.11.2018-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatət və qarşılıqlı iddia ərizəsinin məzmununda Maraqlı şəxs2 “həmin yerdə mağazalar tikdirmişdir” ifadəsini yazmaqla həmin qeyd edilən mübahisəli 2 ha torpaq sahəsində inşa edilən tikili, qurğu və avadanlıqların Ərizəçi tərəfind ən tikildiyini bilavasitə etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi 31 ildir ki, tanıyır. 1987-1998-ci illər ərzində raypoda satış bazasının müdiri işləmişdir. Təxminən 2005-2007-ci illərdə onun Şəki şəhərinin ***********küçəsinin qərb hissəsində tikinti işləri apardığını görmüşdür. Həmin ərazidəki tikililərin hamısını Ərizəçi tikdirmişdir. X6 İbrahimov yaxın dost olmuşlar. Maraqlı şəxs2 həmin dövrdə cavan qız olardı. Onun elə bir obyekt tikdirməyə nə təcrübəsi, nə də imkanı çatardı. Bazarın tikintisi Ərizəçi gətirdiyi usta və fəhlələr tərəfindən həyata keçirilmişdir. Bazarın icarə haqqını da müntəzəm olaraq Ərizəçi ona vermiş, o da öz növbəsində həmin icarə haqqını ödəmişdir. Natiq Səmədovun ölümündən sonra bilmişdir ki, Ərizəçi həmin bazarın yerləşdiyi torpaq sahəsini Natiqin qızı Maraqlı şəxs2 adına icarəyə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci madəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 243.1-ci madəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Həmin Məcəllənin 243.2-ci madəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə ke çərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Həmin Məcəllənin 243.3-cü madəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq və sadalanan normalara istinad edərək qeyd etmişdir ki, cavabdeh Maraqlı şəxs2 müvafiq sənədlərə əsasən icarəsində olan 2 ha torpaq sahəsində iddiaçı Ə rizəçi ticarət obyektləri inşa etdirməsinə icazə vermiş iddiaçı da həmin ərazidə Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində əmlak-tikili, qurğu və avadanlıqlar inşa etdirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh Maraqlı şəxs2 adına Şəki şəhəri ***********küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak -tikili, qurğu və avadanlıqların iddiaçı Ərizəçi tərəfindən tikilməsi hüquqi faktı təsdiq edilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Cavabdeh Səmədоvа Firuzə Nаtiq qızı iş materiallarında olan 18.06.2006-cı il tarixli razılaşma müqaviləsinin təsdiq olunmuş surətində olan imzаnın оnа məxsus оlmаdığını bildirməklə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin olması barədə vəsatət vermişdir. Lakin tərəflər həmin sənədin əslini təqdim etmədiklərindən iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsinin mümkün olmayacağı səbəbli onun təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh Maraqlı şəxs2 tərəflər arasında bağlanmış razılaşma müqaviləsi, razılaşma protokolu, akt və müqavilədən yalnız birinin onun tərəfindən imzalanmadığını mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsinin ic lasında 27 0ktyabr 2014-cü il tarixdə şəxsən, mərhum atası və iddiaçı ilə birlikdə notariat kontoruna getdiyini və reyestr kitablnda imza etdiyini etiraf etməklə mübahisələndirməmişdir. Eyni zamanda cavabdeh iş üzrə toplanmış sübutlardan yalnız birini mübahisələndirmişdir. Lakin iş üzrə toplanmış digər sübutların mötəbərbərliyi iddia tələbinin əsaslığı üçün kifayət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesa b edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Maraqlı şəxs2 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-684/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar