Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4943/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə mülkiyyət hüquqların bərpa edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-60/2022 nömrəli, 11 may 2022-ci il tarixli q ətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Balakən rayonu, Meşəşambul kəndində yerləşən 2,41 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi JN-0228, KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə verilmişdir.
2. Balakən rayonu, Meşəşambul kəndində yerləşən 1,11 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi JN-0057, KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh, X2, X1 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçılar iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, Balakən rayonu, Meşəşambul kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia onunla əsaslandırılmışdır ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 saylı qərarı ilə iddiaçılara 2,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və buna dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-228, KOD 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,90 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçılar cavabdehdən həmin torpaq sa həsini boşaltmasını təklif etsələr də, sonuncu bundan imtina etmişdir.
5. Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(019)-985/2018 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) iddia təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Balakən rayonu, Meşəşambul kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini mübahisə predmeti olan 0,90 ha torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması, cavabdehin həmin torpaq sahəsinə heç bir hüququnun olmadığı halda, ondan istifadə etməsi, bunun nəticəsində iddiaçıların mülkiyyətlərində olan torpaqdan istifadə edə bilməmələri və mülkiyyət hüquqları nın pozulması ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(019)-985/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(107)-109/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), A.Mahmudov və V.Məlikov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(019)-985/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı Balakən rayonu Meşəşambul kəndində yerlə şən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(107)-109/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2020ci il tarixli, 2(102)-603/2020 nömrəli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(107)-109/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
11. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə heç bir maddi hüquq normasını tətbiq etmədən iddia tələbini rədd etməklə Azərbaycan Respublikası MPM-nin 392.1.5-ci maddəsinin tələbini pozmuşdur. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2020-ci il tarixli, 2(107)- 1059/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.Eyvazov (sədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsini n 17 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı Balakən rayonu, Meşəşambul kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinin 0,03 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi və ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,87 ha hissəsindən çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. d)Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2020-ci i l tarixli, 2(107)-1059/2020 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(102)-731/2021 nömrəli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(107)-109/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ikinci apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mütəxəssis rəyi alınsa da, kassasiy a instansiyası məhkəməsinin irəli sürdüyü göstərişlər tam icra olunmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, 30 iyun 2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 8700 kv.m. hissəsi cavabdeh tərəfindən istifadə olunur. Lakin, cavabdeh istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu iddia etdiyi halda, mütəxəssis qarşısında cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınan koordinatlarının iddia olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsinə dair sual qoyulmamışdır.
16. Bundan əlavə, qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət mövcuddur. e)Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh və onun ailə üzvlərinin Balakən rayonu Meşəşambul kəndində yerləşən 1.11 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin JN0057 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 57 cizgisində göstərilən mübahisə predmeti olan 0.75 ha torpaq sahəsinin koordinatları ilə hazırki iddia üzrə mübahisələndirilən JN 0228 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna dair mübahisə predmeti olan həmin Dövlət Aktının 228 cizgisində göstərilən 0.90 ha kənd təsərrüfatı məhsulları i stehsalı təyinatlı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, lakin Cavabdeh naturada istifadə etdiyi 1.28 ha torpaq sahəsinin 0.87 ha hissəsi İddiaçı2 və onun ailə üzvlərinin adına tərtib edilmiş JN 228 KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 228 cizgisində göstərilən 0.90 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Həmin ərazidə vətəndaşların naturada istifadə etdiyi torpaq sahələri ilə sənədlərdə göstərilən cizgilər arasında kəskin konfiqurasiya fərqləri mövcuddur. Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən 1.11 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin JN 0057 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 57 cizgisində göstərilən mübahisə pred meti olan 0.75 ha torpaq sahəsinin koordinatları ilə hazırki iddia üzrə mübahisələndirilən JN 0228 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna dair mübahisə predmeti olan həmin Dövlət Aktının 228 cizgisində göstərilən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin koordinatları üst-üstə düşmür.
18. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən JN0057 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Balakən rayonu Meşəşambul kəndində yerləşən 1.11 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi həmin Dövlət aktının 57 cizgisində 0,75 ha və 57A cizgisində isə 0.37 hektardır. JN 0057 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 57 cizgisində göstərilən mübahisə predmeti olan 0.75 ha torpaq sahəsi Dövlət Aktında göstərilən cizgilərə uyğun olmayaraq cizgilərdən kənarda 1.28 ha torpaq sahəsindən istifadə edir.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 may 2022-ci il tarixli, 2(107)- 60/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və G.Cavadova) apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tаrixli qətnaməsinin qis mən, yəni Balakən rayonu Meşəşаmbul kəndində yerləşən Bаlаkən rаyоnu Аqrаr İslаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli 01 sаylı qərаrı əsasında verilmiş JN 228 KОD 40109018 оlаn tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət Аktı ilə iddiaçı Bаzаrоv Kаmil Ömər oğluna və аilə üzvlərinə məxsus olan 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiа tələbinin həmin hissədə - yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yan ında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LayihəTədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, istifadə etdiyi ərazi 1995-ci ildən onun faktiki istifadəsindədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Az ərbaycan Respublikası Konstitusiyası
22. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dö vlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hall ar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
30. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 31. 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 32. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 33. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 34. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxs lərin qarışmasına yol verilmir. 35. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Ali Məhkəmənin göstərişinə ə sasən, apellyasiya instansiyası məhkəməsinin baxış predmeti bundan ibarət idi ki, cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınan koordinatlarının iddia olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilsin.
51. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət etməklə, müvafiq araşdırma aparmış, təkrar mütəxəssis rəyi almış, həmçinin təkrar ekspertiza keçirməklə iş üzrə gəldiyi nəticəni qanunvericiliyin tələblərinə müvafiq əsaslandırmışdır.
52. Belə olan halda, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
53. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(107)-60/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.