Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4944/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun qaytarılması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-651/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 35000 manat pul, 18500 manat zərər və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ondan 35000 manat alaraq Bakı şəhəri Sulutəpə ərazisindən 0,06 ha torpaq sahəsini sənədi ilə ona verəcəyinə dair vəd vermişdir. 28 noyabr 2013-cü il tarixdə Bakı şəhərində ona həmin pulu vermiş, lakin xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə ona nə torpaq sahəsini vermiş, nə də ki, pulu qaytarmışdır. C avabdeh 230 manat qaytarmış, qalan məbləği isə hissə-hissə verəcəyini bildirmiş, eləcə də avtomobilinin sənədlərini ona vermişdir. Buna baxmayaraq, cavabdeh pulu qaytarmaqdan boyun qaçırır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, o, İddiaçı1 faizi qaytarmaq şərti ilə 1600 manat borc pul almış, aldığı borcu iddiaçıya tam olaraq ödəmişdir. İddiaçıya heç bir borcu yoxdur. Cavabdeh həmçinin məhkəmə iddianın müddət tətbiq etməklə rədd edilməsinə dair ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X1 ifadəsində göstərmişdir ki, 2013-cü ilin noyabr ayında İddiaçı1 Cavabdeh1 Bakı şəhərində yerləşən Sulutəpə qəsəbəsində 0,6 ha torpaq sahəsi almaq üçün 35.000 manat pul vermişdir. Həmin torpaq sahəsi sənədləşdirilib iddiaçıya verilməli idi. Lakin c avabdeh pulu alsa da iddiaçıya torpaq sahəsi alıb verməmişdir. Bir müddət sonra özü cavabdehə zəng edərək iddiaçının verdiyi pulu geri istəmiş, cavabdeh aralarında torpaq söhbəti olmadığı başqa məsələ olduğu, lakin buna baxmayaraq pulu qaytaracağını bildirmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim Əyyub Kərimov) 22 iyun 2020-ci il tarixli 2(021)1106/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 35000 manat və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739 və 740-cı maddələrinə istinadən iddianı təmin etmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 22.06.2020-ci il tarixli qətnaməsi nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı1 2013-cü ildə 1600 manat faizi ilə qaytarmaq şərti ilə borc almışdır. Həmin borcu faizi ilə birlikdə iddiaçıya ödəmiş, lakin iddiaçı yeddi il keçdikdən sonra ondan 35000 manat tələb edir. Ümumiyyətlə, adına 0,06 ha torpaq sahəsi olmamış və iddiaçıdan 35000 manat almamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Rəhman Muradov - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev və Ədil Məmmədov) 2(104)-651/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelya siya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli 2(021)-1106/2020 nömrəli qətnaməsi “Cavabdeh1 35000 manat və ödənilmiş 30,40 manat dövlət rüsumu alınaraq İddiaçı1 verilsin” hissəsində ləğv edilmiş, həmin hissədə iddia əsassız olduğundan təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 35000 manatla bağlı borc öhdəliyi olmamışdır. İddiaçının deməsinə görə cavabdehlə aralarında olan razılaşmaya görə 35000 manat Sulutəpə qəsəbəsindən 0,06 ha torpaq sahəsinin və sənədlərin alınması üçün verilmişdir. Cavabdeh isə torpaq sahəsinin alınması üçün iddiaçının ona 35000 manat vermədiyini, 2013-cü ildə iddiaçıdan sələmə 1600 manat borc aldığını və həmin borcu da qaytardığını bildirmişdir. Cavabdeh tərəf 2013-cü ilin noyabr ayı nda iddiaçıdan 1600 manat sələmə borc aldığını etiraf etsə də, lakin etiraf olunan borc məbləği hazırkı iddianın predmetini təşkil etmir. İddiaçı1 0,06 ha torpaq sahəsinin alınması üçün 2013-cü ilin noyabr ayında Cavabdeh1 35000 manat verməsini iddia etsə də, lakin sonuncu bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Elniyət Həsənov İddiaçı1 Cavabdeh1 Sulutəpə qəsəbəsindən 0,06 ha torpaq sahəsi almaq üçün 35000 manat verdiyini göstərmişdir. Apelyasiya icraatı zamanı iddiaçı izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Elniyət Həsənov qayınatasının dostudur. Şahid qismində dindirilmiş Elniyət Həsənovun işin nəticəsində hüququ marağı olmasa da, lakin iddi açıya münasibətdə ifadə verməkdə maraqlı olmuşdur. Məhkəmə kollegiya hesab etmişdir ki, Elniyət Həsənovun vermiş olduğu ifadəsi sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və işin 37-ci vərəqində olan CD diskdə olan səs yazıları məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə birlikdə araşdırılsa da, lakin həmin səs yazılarında iddiaçı tərəfin cavabdehə Sulutəpə qəsəbəsindən 0,06 ha torpaq sahəsi alınması üçün 35000 manat verməsi barədə danışıq aparılmadığı müəyyən olunmuşdur. Beləliklə, aparılmış araşdırma zamanı İddiaçı1 2013-cü ilin noyabr ayında Sulutəpə qəsəbəsində 0,06 ha torpaq sahəsi və həmin torpağa dair sənədlərin alınması üçün Cavabdeh1 35000 manat verməsi iş materialları, eləcə də digər sübutlarla öz təsdiqini tapmamışdır. Apellyasiya instans iyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 1091.1, 1091.2, 1093.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)651/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 1091, 1093-cü maddələrini tətbiq etmiş və tətbiq etdiyi madd ələri yanlış təfsir edərək apellyasiya şikayətini təmin etməmişdir. Cavabdeh1 məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hələ də İddiaçı1dır və o, həmin şəhadətnaməni birinci instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdehin səs yazısı olan CD iş materiallarına əlavə edilmişdir. Həmin səs yazısında Cavabdeh1 İddiaçı1 borcu olduğunu etiraf etmişdir. Cavabdeh iddiaçıya 2018-ci il tarixdə əli ilə yazdığı və borcundan müəyyən məbləğdə pulu qaytardığını təsdiq edən qəbz vermişdir. Həmin qəbzin əsli də iş materiallarına əlavə edilmişdir. Cavabdeh1 Bakı şəhəri Sulutəpə ərazisindən 0,06 ha torpaq sahəsinin alınması müqabilində 35000 manat pulu verən zaman şahid qismində İddiaçı1 qayınatasının dostu Elniyyət adlı şəxs onların yanında olmuşdur. Birinci instansiya məhkəmə iclasında şahid q ismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, 2013-cü ilin noyabr ayında İddiaçı1 Cavabdeh1 Bakı şəhərində yerləşən Sulutəpə qəsəbəsində 0,6 ha torpaq sahəsi almaq üçün 35.000 manat pul vermişdir. Həmin torpaq sahəsi sənədləşdirilib iddiaçıya verilməli idi. Lakin cavabdeh pulu alsa da iddiaçıya torpaq sahəsi alıb verməmişdir. Bir müddət sonra özü cavabdehə zəng edərək iddiaçının verdiyi pulu geri istəmiş, cavabdeh aralarında torpaq söhbəti olmadığı başqa məsələ olduğu, lakin buna baxmayaraq pulu qaytaracağını bildirmişdir. İşdə olan CD diskdə şahid X2 ilə Cavabdeh1 arasında olan telefon danışığı qeyd edilmişdir. İş üzrə cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məzmunlarda ifadələr vermişdir. İşə baxan birinci instansiya məhkəməsi isə doğru olaraq cavabdehin həmin ifadələrinə tənqidi yana şaraq qeyd etmişdir ki, cavabdehin verdiyi ifadələrin bir-birindən əhəmiyyətli dərəcədə fərqli olması və birbirini tamamlamaması onun doğru danışmadığının təcəssümüdür. Belə ki, məhkəmə inandırıcı hesab etməmişdir ki, cavabdeh iddiaçıdan konkret olaraq nə qədər pul aldığını xatırlamasın. Bu əslində onu göstərir ki, cavabdeh doğru danışmamaq üçün müxtəlif zamanlarda ayrı-ayrı ifadələr işlətmiş və həmin ifadələr doğrunu yansıtmadığından cavabdeh artıq nə zaman hansı ifadəni işlətdiyini xatırlamamışdır. Bu isə cavabdehin doğru danışmadığının və həqiqətləri gizlətmək istəməsinin bariz nümunəsidir. Ancaq işə baxan Gəncə Apelyasiya Məhkəməsi yuxarıda qeyd edilən bütün bu halları nəzərə almadan cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. İş üzrə yekun nəticəyə gələrkən iş üzrə həmiyyət kəsb edən ş ahid X2 ifadəsini əhəmiyyətsiz hesab edərkən, məhkəmə onun işdə marağının olmaması qənaətinə gəlsə də, sonda hesab etmişdir ki, guya iddiaçıya münasibətdə ifadə verməkdə maraqlı olmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin q anuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçü n önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehdən torpaq almaq məqsədi ilə ona 35000 manat məbləğində pul verdiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işə mahiyyəti üzrə baxan məhkəmələr düzgün olaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişlər. İddiaçı kassasiya şikayətində işdə olan sübut ların düzgün qiymətləndirilməməsinə, cavabdehin polis orqanlarında və məhkəmədə ziddiyyətli izahatlar verməsinə istinad edərək məhkəmənin Mülki Prossesual Məcəllənin 88, 220-ci maddələrini pozması ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göst ərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-651/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.