Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4944/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə, Cavabdeh1 və Cavabdeh2 q arşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. XXX rayonu, XXX kəndində yerləşən 0.0235 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda 20 oktyabr 2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. XXX rayonu, XXX kəndində yerləşən 0.02 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda 16 yanvar 2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. 3. iddiaçı hazırkı mübahisəni ona görə başlatmışdır ki, hüquq sahibliyində olan torpaq sahəsi 2 016-cı ilin oktyabr ayından sonrakı müddətdə bir neçə şəxs tərəfindən zəbt olunaraq yerində fərdi evlər inşa edilmiş, torpaq sahəsinin ətrafı mişar daşı ilə hasarlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə, Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, XXX rayonu, XXX qəsəbəsindəndə yerləşən 0.0235 ha torpaq sahəsi 07 oktyabr 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda, torpağın hüquqi sahibi olan X2 nümayəndəsi X5 ilə onun arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanılaraq sonu ncu tərəfindən satın alınmışdır. Həmin torpaq sahəsi 20 oktyabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınaraq, onun hüquqi sahibliyinə verilmişdir. Bundan sonra həmin torpaq sahəsinə 29 aprel 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsünün texniki pasportu verilmişdir. Torpaq sahəsinin mülkiyyətçisi kimi onun nümayəndəsi 11 avqust 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndələri ilə birlikdə həmin torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi və ölçüsünün aparılması məqsədi ilə həmin torpaq sahəsinin yerləşdiyi ərazidə olarkən, onun hüquqi sahibliyində olan torpaq sahəsinin şəxsiyyəti məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq mənimsənilərək yerində yaşayış mənzilinin tikildiyi tərəflərindən müəyyən olunmuşdur. 07 sentyabr 2017-ci il tarixdə torpaq sahəsində tikilən mənzilin sahibinin şəxsiyyətinin müəyyən olunması üçün torpaq sahəsinin yerləşdiyi əraziyə təkrar baxış keçirilərkən qanunsuz tikilmiş mənzilin ətrafının daş hörgü vasitəsi ilə hasarlandığı tərəflərindən aşkarlanmışdır. Ətraf ərazidə yaşayan sakinlərdən həmin qanunsuz tikintini aparan şəxs və yaxud şəxslərin müəyyən olunması üçün sorğu aparmalarına baxmayaraq, bu sorğunun heç bir nəticəsi olmamışdır. Mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinitini aparan şəxs və yaxud şəxslərin müəyyən olunaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün 13 sentyabr 2017-ci il tarixdə Abşeron rayon Polis İdarəsin ə rəsmi qaydada müraciət etmişdir. Müraciətinə əsasən Polis İdarəsi tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq, 17 oktyabr 2017-ci il tarixdə qərar qəbul olunaraq cinayət işinin başlanmasından imtina olunaraq, işin mülki qaydada həll olunması üçün aidiyyəti məhkəməyə müraciət olunması bildirilmişdir. Qərarda qeyd olunan təhqiqat araşdırılması zamanı izahatı alınmış ünvan 1 ünvanında yaşayan Cavabdeh1 öz izahatında həmin torpaq sahəsində mənzilin 2014-cü ilin payız aylarında tanımadığı şəxs tərəfindən tikildiyini qeyd etməklə yanaşı həmin torpaq sahəsini 11 avqust 2017-ci il tarixdən sonrakı müddətdə, mişar daşı vasitəsi ilə qanunsuz olaraq hasarladığını da etiraf etmişdir. Təhqiqat araşdırılması zamanı izahatı alınmış XXX rayonu, XXX qəsəbəsində, XXX küçəsində yaşayan X4 öz izahatınd a zəbt olunmuş torpaq sahəsinin 4 kv.m hissəsinin arvadı Cavabdeh2 məxsus mənzilin ərazisinə düşdüyünü qəbul etməsə də, qərarda öz əksini tapmasa da belə, iş materiallarında olan DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilən arayışda həmin torpaq sahəsinin GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək döngə nöqtələri təyin olunarkən 4 kv.m hissəsinin məhz Habil İmanovun arvadına məxsus mənzilin ərazisinə düşdüyü öz təsdiqini tapmışdır. Təhqiqat araşdırılması zamanı izahatı alınmış XXX rayonu, XXX qəsəbəsində, XXX küçəsində yerləşən torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsində qanunsuz tikintini aparan İradə adlı şəxsin müəyyən olunması, hansı əsasla torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinitini aparması və qanunsuz tikintiyə aid hər hansı bir sənədin olub-olmaması m üəyyən olunmayaraq qərarda öz əksini tapmamışdır. Təhqiqat araşdırması zamanı izahatı alınmış XXX rayonu, XXX qəsəbəsində, XXX küçəsində yaşayan X7 öz izahatında həmin torpaq sahəsində qanunsuz tikilmiş mənzilin dam örtüyünü düzəltdiyini etiraf edərək həmin mənzilin sənədlərinin olduğunu da bildirmişdir. Təhqiqat araşdırılması zamanı tərtib olunan qərarda adları sadalanan şəxslərin izahatlarından ümumi bir nəticəyə gəlmək olur ki, həmin torpaq sahəsi DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 20 oktyabr 2016-cı il tarixdə qeydiyyata alınaraq, onun hüquqi sahibliyinə verilməsinə baxmayaraq, sonrakı müddətdə təhqiqat araşdırılması zamanı şəxsiyyəti müəyyənləşdirilə bilməyən İradə adlı şəxsə həmin torpaq sahəsinə aid təkrar olaraq sənəd verilmişdir. İşin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən onun hüquqi sahibliyində olan torpaq sahəsi 2016-cı ilin oktyabr ayından sonrakı müddətdə bir neçə şəxslər tərəfindən zəbt olunaraq yerində qanunsuz olaraq mənzil tikintisi aparılmış, ətrafı mişar daşı vasitəsi ilə hasarlanmış və 4 kv.m hissəsi isə özgəsinin əmlakına birləşdirilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 17 sentyabr 2018-ci il tarixli məktubunun surətindən görünür ki, XXX rayonu, XXX kəndi ərazidində yerləşən İddiaçı mülkiyyətində olan 29 aprel 2017-ci il tarixli, **********846 reyestr nömrəli, 0.0235 ha torpaq sahələrinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq m övcuddur. Sənəd üzrə torpaq sahəsinin 5 kv.m hissəsi qonşu torpaq sahəsinin (mişar daşla hasara alınmış) hüdudları daxilində yerləşir. Başqa şəxs tərəfindən 88 kv.m ölçüdə inşa edilmiş tikilinin 48 kv.m hissəsi göstərilən torpaq sahəsinin üzərinə düşür.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının 21 yanvar 2020-ci il tarixli 1081 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 26 dekabr 2019-cu il tarixli **********45 nömrəli məktubla göndərilmiş, Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidməti tərəfindən 20 oktyabr 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan XXX rayonu, XXX qəsəbəsində ərazisində yerləşən 0.0235 hektar torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində, yerində (naturada) digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunur.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 oktyabr 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan XXX rayonu, XXX qəsəbəsində ərazisində yerləşən 0.0235 hektar torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində, digər şəxslər tərəfindən inşa edilmiş tikililər (yaşayış evləri) mövcuddur.
9. Abşeron Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbinin təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən XXX rayonu, XXX kəndində yerləşən 0.0235 ha ölçüdə torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz tikilmiş özbaşına tikililərin həmin şəxslərin hesabına sökülməsi, məhkəmə xərclərinin Cavabdeh1 və Cavabdeh2 aid edilməsi, onlardan müştərək qaydada iddianın qiymətinə uyğun olaraq dövlət rüsumu qismində 10 manat tutulub dövlət büdcəsinə, aparılmış ekspertiza tədqiqatına görə 50 manat tutulub Məhkəmə Ek spertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************), mütəxəssis rəyinin verilməsinə görə 69,31 manat tutulub Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN **********, AZ23AİİB********************) ödənilməsi qət edilmişdir.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə tam payda qeydiyyata alınmış, XXX rayonu, XXX qəsəbəsində ərazisində yerləşən 0.0235 hektar torpaq sahəsi plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində, yerində (naturada) digər şəxslər, konkret olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə olunur, habelə, cavabdehlər tərəfindən həmin torpaq sahəsində tikililər (yaşayış evləri) inşa edilmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh1 istifadəsin də olan torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmamışdır, digər Cavabdeh2 istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alınsa da, iddianın predmetini təşkil edən əsasların araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi məhz cavabdehlər tərəfindən istifadə olunmaqla, orada qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehlər tərəfindən isə, həmin halların əksini təsdiq edən, qanunsuz olmaqla iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində tikilmiş tikililərin hüquqmüəyyənedici sənədi qismində hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya məxsus 0.0235 ha ölçüdə torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz tikilmiş özb aşına tikililər həmin şəxslərin hesabına sökülməlidir. Bu zaman məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən belə tələb irəli sürülməsə də, iddianın təmin edilməsi ilə yanaşı, qanunvericiliyin tələbləri baxımından, özbaşına tikililərin sökülməsinin cavabdehlərin hesabına həyata keçirilməsi barədə gəlinən nəticə, iddianın predmetindən kənara çıxılma kimi qiymətləndirilməməlidir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci, 49.1-ci, 68-ci, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.4-cü, 180.1-ci, 180.2-ci, 180.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh2 Abşeron rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verər ək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını tam araşdırmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin icraatı zamanı tikinti-texniki ekspertizası təyin etmiş, "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarili 04 №li rəyi və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 yanvar 2021-ci il tarixli 10/2295 № li rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 oktyabr 2016-cı il tarixli RX Seriyalı ******* nomrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınnmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan XXX rayonu, XXX qəsəbəsində ərazisin də yerləşən 0,0235 hektar torpaq sahəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nomrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan XXX rayonu, XXX kəndində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İddiaçının torpaq sahəsi hasara alınarsa Cavabdeh2 habelə yaxınlıqda yerləşən 3 fərdi yaşayış evinin sakinlərinin mülkiyyətində olan torpaq sahələrindən küçəyə çıxışı mümkün olmayacaq. Ona görə ki, ümumi istifadə olan yolun 10 kv.metri iddiaçının hüquqverici sənədinə işlənmişdir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatla rın baza məlumatlari ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə biləcəyi müəyyən edilmişdir.
15. Mütəxəssis rəyində həmçinin qeyd olunmuşdur ki, mübahisələndirilən massivin həyətyanı sahələrinin situasiya planından da göründüyü kimi tərəflərə məxsus torpaq sahələrinin sənədləri ilə faktiki istifadəçilik arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeyddiyatı haqqında DƏDR-də çıxarışla iddiaçı A.Zahidovaya məxsus olan 0,0235 ha torpaq sahəsinin plan və ölçüsü sənədinə qeyd edilmiş koordinatlar ona naturada ayrılmış torpaq sahəsindən 9 metr kənara işlənmişdir. Həmin koordinatların işləndiyi torpaq sah əsinin də, 10 kv.m yaxınlığında yerləşən 3 ədəd fərdi yaşayış evinə gedən, ümumi istifadədə olan tərəflərə məxsus torpaq sahələrini bir-birindən ayran yola, 24 kv.m isə Cavabdeh2 faktiki istifadəsində olan yaşayış evinin üzərinə və həyətyanı torpaq sahəsinə düşür. Eyni vəziyyət Cavabdeh2 çıxarışa əsasən 0,02 ha torpaq sahəsinin plan ölçü sənədində qeyd edilmiş koordinatlarda da öz əksini tapmışdır. Qeyd olunur ki, naturada həmçinin mübahisələndirilən massivin həyətyanı torpaq sahələrinin situasiya planında, həmçinin tərəflərə məxsus hüquqverici sənədlərin plan ölçü sənədlərində iddiaçı ilə cavabdehə məxsus torpaq sahələri arasında ümumi istifadədə olan yol keçir, yəni bu torpaq sahələri bitişik yerləşmir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/2021 nömrəli, xx.x x.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı qanunsuz tikilinin sökülməsinə dair iddia tələbinin rədd edilməsi, İddiaçı X1 ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının sökülməsini tələb etdi tikilinin 24 kv.metri Cavabdeh2 faktiki istifadəsində olan yaşayış evinin üzərinə və h əyətyanı torpaq sahəsinə düşdüyündən və həmin fərdi yaşayış evi sonuncunun mülkiyyətində olmaqla onun mülkiyyət hüququnu təsdiq edən iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddia tələbini bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
18. Apellyasiya Məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci 372.1-ci 372.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, 29.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-201/2021 saylı qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunması barədə yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti, belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası konstitusiyasının 13-cü maddəsinin tələblərini, Toprpaq Məcəlləsinin 84-cu, 111-ci maddələrinin, Mülki Məcəllənin 157.2-ci,180-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə işə baxarkən ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin tələblərinini pozmuşdur. Həmin maddəyə görə Azərbaycan Respublkasında xüsusi mülkiyyət toxunulmazdır. Nə qədər ki, onun mübahisəli torpağa dair Çıxarışı ləğv edilməmişdir, həmin torpaq sahəsi onun mülkiyətidir. Toprpaq Məcəlləsinin 84-cu maddəsinin tələblərinə əsasən mülkiyyətinə edilən qəsdlərdən müdafiə olunmağına dövlət təminat verir. Mübahisə edilən torpaq sahəsi onun mülkiyyətindədir həmin şəxsin torpaq sahəsi isə onun torpağının koordinatları xaricindədir. Məhkəmə mübahisəni həll edərkən mülkiyyətin toxunulmazlığı prinsipindən çıxış etməli idi. Əks halda Konstitusiyanın 13-cü maddəsinin, Torpaq Məcəlləsinin 84-cü, Mülki Məcəllənin 157.2-ci maddəsinin heç bir əhəmiyyəti qalmır. Yəni, bu maddi normalar hazırkı mübahisəyə tətbiq edilməli olduğu halda edilməmişdir. Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul olunduğundan həmin qətnamənin ləğv olunması üçün əsaslar vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsləri n sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsi ni yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. İlk növbədə kollegiya qeyd edir ki, iddiaçı iki cavabdehə qarşı onun torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi tələbi irəli sürmüşdür. 1-ci instansiya məhkəməsi hər iki cavabdehə münasibətdə iddianı təmin etsə də, qətnamədə konkret olaraq hansı cavabdehin hansı sahədəki (neçə kv.m.) tikililərin sökülməsi, hansı sahədən çıxarılması ilə bağlı məsələni konkret göstərməmişdir. Həmin qətnamədən cavabdehlərdən biri - Cavabdeh2 apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsi ona aid hissədə qətnaməni ləğv edərək iddianı rədd etmişdir. Ona görə hazırkı icraatda mübahisə Cavabdeh2 aid hissədə yoxlanılır.
37. Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi evin cavabdehin mülkiyyətində olması işin mübahisə edilməyən halıdır.
38. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan XXX rayonu, XXX qəsəbəsində ərazisində yerləşən 0,0235 hektar torpaq sahəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınm az Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nomrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan XXX rayonu, XXX kəndində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İddiaçının torpaq sahəsi hasara alınarsa Cavabdeh2, habelə yaxınlıqda yerləşən 3 fərdi yaşayış evinin sakinlərinin mülkiyyətində olan torpaq sahələrindən küçəyə çıxışı mümkün olmayacaq. Ona görə ki, ümumi istifadə olan yolun 10 kv.metri iddiaçının hüquqverici sənədinə işlənmişdir. Mübahisələndirilən massivin həyətyanı sahələrinin situasiya planı ilə təsdiq edilmişdir ki, tərəflərə məxsus torpaq sahələrinin sənədləri ilə faktiki istifadəçilik arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydi yyatı haqqında DƏDRX-də çıxarışla iddiaçı məxsus olan 0,0235 ha torpaq sahəsinin plan və ölçüsü sənədinə qeyd edilmiş koordinatlar ona naturada ayrılmış torpaq sahəsindən 9 metr kənara işlənmişdir. Həmin koordinatların işləndiyi torpaq sahəsinin də, 10 kv.m yaxınlığında yerləşən 3 ədəd fərdi yaşayış evinə gedən, ümumi istifadədə olan tərəflərə məxsus torpaq sahələrini birbirindən ayıran yola, 24 kv.m isə Cavabdeh2 faktiki istifadəsində olan yaşayış evinin üzərinə və həyətyanı torpaq sahəsinə düşür. Eyni vəziyyət Cavabdeh2 çıxarışa əsasən 0,02 ha torpaq sahəsinin plan ölçü sənədində qeyd edilmiş koordinatlarda da öz əksini tapmışdır.
39. İşin müəyyən edilən faktiki hallarına istinad edən apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının sökülməsini israr etdiyi tikili cavabdehin m ülkiyyətində olmaqla dövlət qeydiyyatına alınan əmlak olduğu üçün cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilmədən iddia tələbi təmin oluna bilməz.
40. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. İşdən göründüyü kimi yaşayış massivində torpaq sahələri qeydiyyata alınarkən sənədinə qeyd edilmiş koordinatlarla naturada ayrılmış torpaq sahəsindən kənarlaşmalara yol verilmişdir. O cümlədən, həm iddiaçının və həm də Cavabdeh2 torpaq sahəsi dövlət qeydiyyatına alınarkən istinad nöqtələrindən kənara çıxaraq sürüşmələrə yol verilmiş və nəticədə hazırkı mübahisələr yaranmışdır. Hal-hazırda sökülməsi tələb olunan fərdi evin koordinatlarının bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi təşkil etdiyi müəyyən edilir. Lakin, dövlət qeydiyyatından keçm iş Çıxarışa əsasən cavabdehin inşa etdiyi evə dair mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Ona görə apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatının düzgün aparılmaması ilə bağlı məsələ həll edilmədən mülkiyyətçinin hüquqlarına müdaxilə edilə bilməz.
41. Kollegiya qeyd edir ki, apellasiya məhkəməsinin belə qənaəti iddiaçının mülkiyyət hüquqlarının qorunmasını istisna etmir. Əksinə, eyni sahədəki əmlaka dair hər iki tərəfin mülkiyyət hüquqları qeydiyyata alınmışdırsa, hüquqların hansının düzgün qeydiyyata alınması məsələsi həll edilmədən çıxarılacaq qərar əsaslı olmayacaq.
42. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiy yət hüququ qanunla qorunur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(23-27&). 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 20 05-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiy mətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.