Məhkəmə qərarları › İş №2(102)-4945/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4945/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4945/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-279/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2005-ci il tarixli sərəncamı ilə X1 N küçəsindəki mövcud avtomobillərin təmiri proflaktoriyasının cənub tərəfindəki boş ərazidə 20.0 x 50.0 metr ölçüdə ticarət mərkəzinin tikintisinə icazə verilmişdir. Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının 10 aprel 2006-cı il tarixli 79 saylı sərəncamına əsasən X1 həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. (İ cild, səh. 153, 155) İnşa ediləcək 10 mərtəbəli yaşayış binasının 75 saylı mənzilinə dair 17 may 2006-cı il tarixdə Cavabdeh1 ilə, 9 saylı mənzilinə dair 15 aprel 2006-cı il tarixdə Cavabdeh2 ilə, 73 saylı mənzilinə dair 14 iyul 2006-c ı il tarixdə Cavabdeh3 ilə, 5 saylı mənzilinə dair 10 aprel 2006-cı il tarixdə Cavabdeh4 ilə, 62 saylı mənzilinə dair 26 may 2006-cı il tarixdə Cavabdeh5 ilə, 78 saylı mənzilinə dair 16 oktyabr 2006-cı il tarixdə X2 ilə alqı-satqı müqavilələri bağlanmışdır. 08 iyun 2011-ci il tarixdə X3 vəfat etmiş, 21 noyabr 2014-cü il tarixdə mərhumun vərəsələri olan qızı İddiaçı1 və oğlu İddiaçı2 adlarına Gəncə şəhəri 2 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin may ayında mərhum Rövşən Rüstəmovun mirası qəbul etmiş vərəsələri İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə (cəmi 6 nəfər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ataları tərəfin dən inşa edilmiş yaşayış binasının altı mənzilinə dair cavabdehlərlə bağlanmış müqavilələrin görünüş üçün bağlanmasını, həmin müqavilələrdəki atalarına məxsus imzaların saxtalaşdırılmaqla icra olunmasını, həmin müqavilələrin yaşayış binasının tikintisinə verilmiş razılıqdan 4 ay əvvəl bağlanmasını, alqısatqı müqavilələri ilə bağlı atalarına cavabdehlər tərəfindən mənzillərin dəyərinin ödənilməməsini, müqavilələrin mövcudluğundan 2019-cu ildə xəbər tutmalarını və s. əsas göstərməklə həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, cavabdehlər tərəfindən onların mülkiyyətinə qanunsuz müdaxilələrə son qoyulması və onların həmin mənzillərdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2060/2019 saylı, 05 noyabr 2019-cu i l tarixli qətnaməsi ilə (hakim: Z.A.Hünmətov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmaqla qanunun tələblərinə uyğun əsaslandırılmamasını və s. əsas göstərməklə ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-279/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2060/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçılar kassasiya şikayəti verərək iddia müddətinin ötürülməsi barədə məhkəmənin nəticəsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarının göstərişinə uyğun əsaslandırılmamasını, ekspert rəyləri arasında olan ziddiyyətlərin araşdırılmamasını və təkrar məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə ehtiyac olmasına baxmayaraq belə bir ekspertizanın keçirilməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qər ar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-279/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçıların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 354.1 Əhəmiyyətsiz əqdin e tibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya ş ikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını qanuni və əsaslı sayarkən alqı-satqı müqavilələrinin qanunun tələblərinə uyğun bağlanmaqla mərhum Rövşən Rüstəmov tərəfindən imzalanmasını, alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə iddianın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində müəyyən olunmuş 1 illik müddətin ötürülməklə qaldırılmasını əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, mübahisə predmeti olan alqı-satqı müqavilələri 2006-cı ildə bağlanmış, iddiaçılar isə həmin müqavilələrin etibarsız sayılması tələbi ilə məhkəməyə 2019-cu ilin may ayında müraciət etmişlər. Apellyasiya instansiyası məhkəməsi işin həmin halına əsaslanaraq iddiaçıların Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində müəyyən olunmuş 1 illik müddəti ötürməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasının iddianın rədd edilməsi üçün əsas kimi istinad etdiyi Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası qanunun həmin normasının qüvvəsini tətbiq edərkən göstərilən normanın hazırkı münasibətlərə tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alınmış dır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına görə Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əvəz edilən əşyalarla bağlı əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələbinə tətbiq edilir. Göstərilən vəziyyətdə Mülki Məcəllənin 354.1-ci maddəsinin qüvvəsinin tətbiq edilməklə iddianın rədd edilməsi əsassız olmuşdur. Kollegiya hesab edir ki, müddətin ötürülüb-ötürülməməsi məsələsi Mülki Məcəllənin 354.2-ci maddəsin in tələbləri baxımından həll oluna bilərdi. Həmin normaya görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Rüstəmovların iddia etməsinə görə onlar mübahisələndirilən alqı-satqı müqavilələrinin bağlanmasından 2019-cu ildə xəbər tutmuş və həmin ilin may ayında da hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıların həmin dəlillərini yoxlmamış, əqdin etibarsız sayı lmasına əsas verən halları bildikləri və ya bilməli olduqları vaxtı müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıların ataları Rövşən Rüstəmov 2011-ci ildə vəfat etmiş, onların qanun üzrə vərəsəlik hüquqları isə 2014-cü ildə tanınmışdır. Bundan başqa, alqı-satqı müqavilələrinin mərhum Rövşən Rüstəmov tərəfindən imzalanması barədə məhkəmə kollegiyasının nəticəsi də mübahisəsiz sübutlara söykənmədiyindən əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli ekspert rəyində alqı-satqı müqavilələrindəki imzanın Rövşən Rüstəmov tərəfindən icra edilməsi müəyyən olunsa da, işin 2-ci cildinin 8692-ci səhifələrində olan “Prime Leqal” Ekspertiza və hüquq şirkəti tərəfindən verilmiş 19 fevral 2020-c i il tarixli ekspert rəyinə görə alqı-satqı müqavilələrindəki imzalar Rövşən Rüstəmov tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin rəyə görə müqavilədəki imzalar kserosurətlə icra olunmuş, eləcə də müqavilədəki “fiziki şəxs-Rüstəmov” möhürü, tədqiqata təqdim olunmuş mərhuma məxsus möhürlə eynilik təşkil etmir və ayrı-ayrı klişe vasitəsi ilə vurulmuşdur. Göstərilən vəziyyətdə iş üzrə təkrar ekspertizanın keçirilməsinin mümkünlüyü məhkəmə kollegiyası tərəfindən müzakirə olunmamışdır. İşdən həmçinin görünür ki, Rövşən Rüstəmova yaşayış binasının tikintisinə icazə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2006-cı il tarixli sərəncamı ilə verilmiş, alqı-satqı müqavilələri isə 10 aprel, 15 aprel, 17 may, 27 may, 14 iyul və 16 oktyabr 2006-cı il tarixlərdə bağlanmışdır. B elə olan halda, tikintinin layihəsinin nə vaxt təsdiq olunması, mərtəbələrin və mənzillərin sayının hansı vaxtdan məlum olması müəyyən olunmaqla müqavilələrin bağlanması üçün əsasların olmasına qiymət verilməli idi. Eləcə də, yaşayış binasının inşasının başa çatdırılıb-çatdırılmaması, mənzillərin alıcılara təhvil verilib-verilməməsi işdən görünmür və mübahisəli münasibətə aydınlıq gətirilməsi üçün həmin halların yoxlanılması da təmin edilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından qətnamə ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edils in. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-279/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar