Məhkəmə qərarları › İş №2(102)-4945/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4945/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4945/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müddətin hesablanma anı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı “əmlakın boşaldılması, təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5629/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qərardadından cavabdeh kassasiya şikayəti üz rə işə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətinin pozulmasını aradan qaldırmaq üçün cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, bina 27, mənzil 2, giriş 2 ünvanında olan əmlakdan məcburi qaydada çıxarılması və iddiaçıya 6000 (altı min) manat məbləğində zərərin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh1 – cavabdehlər İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İda rəsinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “protokolun etibarsız hesab edilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və daşınmaz əmlakın dövlət reyestrində qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın 01/19 saylı, xx.xx.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi, hazırda istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, b27, mənzil 2 ünvanına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ona təqdim edilməsi, o cümlədən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçı “protokolun etibarsız hesab edilməsi və qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair e-2(009)- 708/2022 saylı mülki iş “əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, vurulmuş zərərin ödənilməsi” tələbinə dair 2(009)-16/2022 saylı mülki iş ilə bir icraatda birləşdirilmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-16/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) İddiaçı - Cavabdeh1 qarşı “əmlakın boşaldılması, təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, bina 27, mənzil 2, giriş 2 ünvanından məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 – cavabdehlər İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “protokolun etibarsız hesab edilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və daşınmaz əmlakın dövlət reyestrində qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. b)Apellyasiya inst ansiyası məhkəməsində icraat

5. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5629/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov)cavabdehin apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmiş və mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi Cavabdeh1 nümayəndəsi Vəkil2 elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmiş, apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixində verilmişdir.

8. Apellyasiya instansiyas ı məhkəməsi hesab edib ki, belə olan halda müddətin hesablanması həyata keçirilməli və münasibət bildirilməlidir ki, bu səlahiyyət də birinci instansiya məhkəməsinə aiddir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 22.07. 2022-ci il tarixli qərardadının ləğv olunması xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 AZƏRPOÇT vasitəsilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada verilmişdir. Buna dair, yəni qətnamənin poçt vasitəsilə çatdırıılmasına dair zərfin üzərində ştamp vardır və həmin ştampda da tarix xx.xx.2022-ci il olaraq göstərilmişdir. Qeyd etmək istəyirəm ki, poçt göndərişlərinin izlənməsinə dair AZ ƏRPOÇT qurumunun rəsmi internet səhifəsində də çatdırılma SS744869338AZ identifikasiya nömrəsi ilə qeyd edilmiş və oradan da göründüyü kimi Cavabdeh1 çatdırılma xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bilərəkdən buna əhəmiyyət verməmiş prosessual qanunvericiliyin tələblərindən kənarlaşaraq əsassız qərardad çıxarmışdır. Hazırki kassasiya şikayətinə qətnamənin çatdırlmasına dair poçt sənədləri əlavə olunur. Qeyd edilmişdir ki, vəkillə müqavilə yalnız birinci instansiya məhkəməsində təmsilçiliyi əhatə edir. Bu səbəbdən qətnamə yalnız tərəfə verildiyi gündən müddət hesablanmalı idi. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Az ərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə verilə bilər.

14. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

17. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

18. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fa ktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

20. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə qətnaməsi Cavabdeh1 nümayəndəsi Vəkil2 elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmiş, apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixində verilmişdir. Belə olan halda müddətin hesablanması həyata keçirilməli və mün asibət bildirilməlidir ki, bu səlahiyyət də birinci instansiya məhkəməsinə aiddir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prosessual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “22” “iyul” “2022”-ci il tarixli 2(103)-5629/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar