Məhkəmə qərarları › İş №2(102)-4947/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4947/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4947/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia tələbinin etiraf edilməsinin prosessual qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1642/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) müraciəti əsasında toplanmış material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxxx 2018-ci il tarixli qərardan görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mkr. Mir Cəlal küçəsi ev 103, mənzil 69-da yaşayan iddiaçı ərizə ilə DİN-ə müraciət edərək, Şəmkir rayonu Muxtariyyə kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 şərikli tərəvəz ticarəti ilə məşğul olmaları üçün ondan 25000 ABŞ dolları pul almalarını, lakin həmin şəxslərin onu aldadaraq dələduzluq hərəkətlərinə yol vermələrini bildirmişdir. İzahatı alınmış Cavabdeh1 İddiaçı 25000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmiş, lakin həmin puldan 11000 ABŞ dollarını qaytardığını və hazırda 14000 ABŞ dolları borclu qaldığını bildirmişdir. İzahatı alınmış Cavabdeh2 İddiaçı 25000 ABŞ dolları məbləğində pul aldıqlarını etiraf etmiş, lakin həmin puldan 11000 ABŞ dollarını qaytardıqlarını və hazırda 14000 ABŞ dolları borclu qaldıqlarını bildirmişdir. Qərara əsasən iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş və ona tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 25000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qət namə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli, 2(076)-2854/2019 nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 25000 ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-740-cı maddələrinə və Mülki-Prosessual Məcəlləsinin 52.2 və 191.3-cü maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, cavabdehlər tərəfindən Şəmkir RPŞ-də imza edilmiş izahatların tədqiqi nəticəsində müəyyən olunur ki, onların iddiaçıya 25000 ABŞ dolları borcları var. İddiaçı cavabdehlərdən ona borclu olduqlarını pu lu qaytarmalarını tələb etdikdə cavabdehlər həmin pulu ödəməkdən yayınmış, bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Cavabdehlər hazırda iddiaçıya 14000 ABŞ dolları borclu olduqlarını iddia etsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Məhkəmədə araşdırılmış sənədlərdən cavabdehlərin iddiaçıya 25000 ABŞ dolları borclu olduqlarını etiraf etmələrini qeyd etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nuru Quliyev - sədrlik edən və məruzəçi, Ədil Məmmədov, Əlizamin Abdullayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinə Mülki Məcəllənin borc müqaviləsindən bəhs edən 739 və 740-cı maddələrini tətbiq etməklə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallardan və cavabdehin apelyasiya şikayətinin dəlillərindən göründüyü kimi tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən deyil, birgə fəaliyyətdən irəli gələn öhdəlik münasibətləri əsasında yaranmışdır ki, iddiaçı da iddia tələbini məhz birgə fəaliyyət müqaviləsi (şərikli tərəvəz ticarəti) çərçivəsində əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında şifahi bağlanmış birgə fəaliyyətə dair müqaviləyə əsasən iddiaçı şərikli tərəvəz ticarəti ilə məşğul olmaq üçün cavabdehlərə ümumilikdə 25000 ABŞ dolları məbləğində pul verməyi, cavabdehlər isə həmin pulun müqabilində tərəvəz məhsullarının satışını həyata keçirməyi və qazancın 25 faizini iddiaçıya verməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirərək 25000 ABŞ dollarını cavabdehlərə vermiş, cavabdehlər isə öz öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı tələbində cavabdehlərin pulu aldıqdan sonra onunla birgə fəaliyyətdən imtina etdiklərini, lakin aldıqları pulu geri qaytarmadıqlarını bil dirərək, birgə fəaliyyət üçün cavabdehlərə verdiyi 25000 ABŞ dollarının onlardan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh2 isə apelyasiya şikayətində iddiaçı ilə bir neçə il birlikdə alver etdiklərini, sonradan xeyli ziyana düşdüklərini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında hüquq münasibətləri birgə fəaliyyətdən irəli gəldiyi halda birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə borc müqaviləsindən irəli gələn normaları tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 191.3-cü maddələrinə istinad edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şəmkir RPŞ-də verdiklər i izahatlarını iddianı etirafı kimi qeyd etmişdir. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 191.1-ci maddəsi cavabdehin iddianı etiraf etmək hüququnun həyata keçirilməsinin prosessual cəhətdən rəsmiləşdirilməsinin iki formasını müəyyən edir. Belə ki, cavabdehin iddianı etiraf etməsi ilə işin icraatını yekunlaşdırmaq istəyi məhkəmə iclasında şifahi şəkildə bəyan edilmişdirsə, həmin istəklə əlaqədar məlumatlar məhkəmə iclasının protokoluna yazılmalı və protokolu müvafiq surətdə cavabdeh imzalamalıdır. Cavabdehin iddianı etiraf etməsi onun iradə ifadəsinin tam aydın göstərildiyi məhkəməyə verilən yazılı ərizədə ifadə olunduqda, müvafiq ərizə iş materiallarına əlavə edilməli və bu haqda məhkəmə iclas protokoluna qeyd yazılmalıdır. MPM-in 191.2-ci maddəsinə əsasə n isə hakim cavabdehə iddianın etiraf etməsini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələrini izah etməlidir. Cavabdehin iddianın etiraf etməsinin məhkəməyə şifahi olaraq bildirməsindən, yaxud yazılı ərizə formasında məhkəməyə təqdim etməsindən asılı olmayaraq, iddianın etiraf etmə haqqında cavabdehin iradəsi dəqiq, aydın və qeyri-şərt göstərilmədən ifadə edilməlidir. Əks təqdirdə məhkəmə iddianın etiraf etməni təsdiq etməməlidir. Lakin iş materiallarından göründüyü kimi cavabdehlər birinci instansiya məhkəməsində iştirak etmədikləri, həmçinin iddianın etirafı barədə ərizə vermədikləri halda birinci instansiya məhkəməsi MPM-in 52 və 191-ci maddələrinə istinad edərək cavabdehlərin Şəmkir RPŞ-də verdikləri izahatlarını iddianın etirafı kimi qəbul etmiş, bununla da prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Halbuki, həmin izahatlarda cavabdehlər iddiaçıya 25000 ABŞ dolları borclu olduqlarını etiraf etməmiş, borclarından 11000 ABŞ dolları qaytardıqlarını, hazırda iddiaçıya 14000 ABŞ dolları borclu qaldıqlarını bildirmişlər. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin digər dəlilinə, yəni iddiaçı ilə birgə fəaliyyət zamanı bir neçə maşın mallarının xarab olması səbəbindən ziyana düşdüklərinə, lakin buna baxmayaraq iddiaçıya 11000 ABŞdollarıqaytardıqlarınamünasibətdə qeyd etmişdir ki, cavabdeh həmin hissədə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıravəsübutedəbilməmiş, bununlabağlıməhkəməyəhərhansımötəbərsübuttəqdimetməmişdir. Cavabdehin izahatıapelyasiya instansiyası məhkəməsi sübut edilməli faktlara inandırmaq üç ün kifayət etmədiyindən məhkəmə Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, tərəfin diqqətini buna cəlb etməklə əlavə sübutların məhkəməyə təqdim edilməsini təklif etsə də, cavabdeh bu öhdəliyini yerinə yetirməmişdir. HalbukiAzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti on unla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı ilə onların iş birliyi olmuşdur. Birlikdə mal alıb satmışlar, qazanca da ziyana da şərik olmuşlar. Onlar bir neçə il birlikdə alver etmişlər, sonradan xeyli ziyana düşmüşlər və ayrılmışlar. Nə onun nə də qardaşının iddiaçıya borcu yoxdur, çünki ziyana birlikdə düşmüşlər. Aldıqları malları birlikdə satmışlar. Aldıqları yaş mal olduğundan, dərmanla yetişdirildiyindən neçə maşın malı xarab olmuşdur. Apelyasiya instansiyası məhkəməsi bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri v ə vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh E,Qarayev tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayə tinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərbirgəfəaliyyətmüqaviləsiüzrəgötürdükləri öhdəliyi müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada icra etməmiş, müqavilə şərtlərini pozmuşlar. Buna görə də cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq 25000 ABŞ dolları məbləğində pulu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəf iddiaçı ilə birgə biznes fəaliyyəti üçün aldıqları malların xarab olması və ziyana düşmələri barədə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də, apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nətic əyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1642/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar