Məhkəmə qərarları › İş №2(102)-4948/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4948/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4948/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə satılmış malın dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-352/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları 18 oktyabr 2018-ci il tarixdə toxum alqı-satqısına dair İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. 18 oktyabr 2018-ci il tarixli malların fiziki şəxslərə təhvil-qəbul qəbzinin surətinə əsasən İddiaçı 1 kq 0,50 manat olmaqla ümumi dəyəri 4784 manat olan 9570 kq buğda toxumunu Cavabdeh satmışdır. 18 oktyabr 2018-ci il tarixli qəbzinə əsasən Cavabdeh 9570 kq buğda toxumunun dəyəri olan 4784 manatı 25 dekabr 2018-ci il tarixdək İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 9570 kq buğda toxumuna görə 4784 manat, əldən çıxmış faydaya görə 5000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azadılmasına dair ərizə verərək, borcdan 1000 manat ödənildiyini bildirmiş və Cavabdeh 3784 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi rayonunda toxumçuluqla məşğuldur. Cavabdeh ilə 18 oktyabr 2018-ci il tarixli toxum alqı-satqı müqaviləsi bağlanmış və sonuncu 2018ci ilin payızında əkmək məqsədi ilə ondan 4784 manat dəyərində 9570 kq buğda almış, və buna dair 000057 nömrəli qaimə faktura yazılaraq toxumluq taxil cavabdehə təhvil verilmişdir. Cavabdeh aldığı buğda toxumunun dəyərini 1 ay ərzində yəni 25 dekabr 2018-ci il tarixədək ödəməli olduğu halda, ödəməmişdir. Ağdam Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(013)-60/2020 nömrəli (hakim M.Niftəliyev) qətnaməsi ilə iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 3784 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh 9750 kq buğda toxumu verməklə üzərinə düşən öhdəliyi icra etmiş, Cavabdeh isə əşyanı qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməmiş), 3784 manat borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, 18.10.2018-ci il tar ixli alqı-satqı müqaviləsi, qaimə-faktura və qəbzdən görünür ki, cavabdeh iddiaçıdan həmin tarixə bir kiloqramının qiyməti 0,50 manat olan 9570 kiloqram buğda toxumunu aldığını və malı qəbul etdiyini, borclu olduğu 4750 manat məbləği 25.12.2018-ci il tarixə qədər ödəyəcəyinə söz vermişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 567, 600.1, 529.1, 529.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(013)-60/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəhman Muradov - sədrlik edən, mər uzəçi, Rəşad Mamedov və Fikrət Mehtiyev) 22 fevral 2021-ci il tarixli, 2(104)-352/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağdam Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(013)-60/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətində nisyə aldığı 9570 kq toxumluq taxılın pulunu tam ödədiyini qeyd etsə də, lakin sonuncu buna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(104)-352/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılmasına dair qərar q əbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası iddiaç ının izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh teleqramla Ali Məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd edərək iclasın başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə üzürlü səbəbdən iştirak etməməsi ilə bağlı heç bir sübuttəqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcluda n vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq h üquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə verilmiş əşyanın ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətində cavabdeh iddiaçıdan aldığı toxumların pulunu tam ödədiyini, iş materiallarında olan qaimə-fakturadan xəbəri olmadığını və imza etmədiyini bildirsə, də digər sübutlarla iddiada qeyd edilənlər öz təsdiqini tapmışdır. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-352/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar