Məhkəmə qərarları › İş №2(102)-4949/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4949/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4949/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və XXX oğlunun cavabdehlər Cavabdeh və X3 qarşı “mənzildə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində istifadə hüququ əsasları, yaşayış sahəsinə / mənzilə köçürülmə, mirası faktiki qəbul etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkil XXX qızının iştirakları ilə, Gəncə Apelyasiya Məhk əməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)927/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili XXX qızı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə onun və azyaşlı övladlarının istifadə hüququnun tanınması və azyaşlı övladları ilə birlikdə həmin mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(044)2574/2019 nömrəli qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddia tələbi təmin edilməmişdir. İddiaçının ərizəsinə əsasən işə apelyasiya məhkəməsində baxılarkən X6 cavabdeh, habelə tərəflərin birgə nikahlarından anadan olmuş XXX oğlu yetkinlik yaşına çatdığından iddiaçı qismində cəlb olunmuşlar. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-927/2020 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ə.Şəfiyev - sədrlik edən və məruzəçi, R.Z.Mamedovdan və A.V.Bayramovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(044)-2574/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili XXX qızı kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-927/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, T ƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı nikaha daxil olduqdan sonra cavabdehin mərhum atasına məxsus mənzilə gəlin gəlmiş, cehizləri orada yerləşdirilmişdir. Nikah pozulduqdan sonra isə onun və uşaqlarının həmin evdə yaşamalarına imkan verilməmiş, lakin əmlakı orada qalmışdır. O, mənzilin başqa şəxsin mülkiyyətində olmasından xəbərsiz olmuşdur. Evin kimin mülkiyyətinə keçməsindən asılı olmayaraq, iddiaçının ondan istifadə hüququ saxlanılmalıdır. Məhkəmə iclasında İddiaçı və vəkili XXX qızı kasasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı XXX oğlu, cavabdehlər Cavabdeh və X6, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X6 məhkəməyə ünvanladığı yazılı etirazda, mübahisələndirilən yaşayış sahəsinin onun mülkiyyətində olduğunu, iddiaçının evin əvvəlki mülkiyyətçisinin ailə üzvü olmadığından onun istifadə hüququnun yaranmadığını, habelə iddiaçının könüllü olaraq mənzili tərk etdiyini əsas gətirərək, kasasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir gö stərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya məhkəməsinin qətnaməsini İddiaçı vermiş, digər cavabdeh XXX oğlu kasasiya şikayəti verməmişdir. Odur ki, hazırki kasasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən İddiaçı mübahisələndirdiyi hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı və Cavabdeh xx xxxxxx 2000-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından xx xxxxxx 2001-ci il tarixdə XXX, xx xxxxxx 2006-cı il tarixdə isə XXX adlı uşaqları anadan olmuşlar. İddiaçı gəlin kimi cavabdehlərin anası X5 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçmüşdür. İddiaçı və Cavabdeh arasında o lan nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmələr həmçinin müəyyən etmişlər ki, X7 xx xxxx 2008-ci il tarixdə vəfat etmiş, ondan miras kimi qalmış mübahisəli mənzili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdeh X6 qəbul etmiş və mübahisəli mənzil hazırda sonuncunun mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001ci il tarixli, “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxx 2008-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli, “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2014-cü il tarixli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarlarına istinad edərək hesab etmişdir ki, iddiaçı 2000-ci ilin noyabr ayında rəsmi nikah mü nasibətinə girməklə mübahisəli fərdi yaşayış evinə köçüb orada yaşasa da, mərhum qayınanası, yəni evin mülkiyyətçisi ilə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında yazılı müqavilə bağlamadığından onun mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etməsi əsassızdır. Həmçinin mübahisəli evin üzərində mülkiyyət hüququ xx xxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X4 X1 və onun mülkiyyət hüquqları xx xxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından iddiaçıların ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiy ası məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, iddiaya maddi qanun normalarının qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş və nəticə olaraq əsassız nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi işin mübahisəsiz halına əsasən iddiaçı xx xxxxxx 2000-ci il tarixdə nikaha daxil olub, mübahisələndirilən mənzilə köçərkən mənzil cavabdehlərin mərhum analarının (iddiaçının qayınanasının) mülkiyyətində olmuşdur. İddiaçı həmin mənzildə daimi yaşamış və mülkiyyətçi xx xxxx 2008-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən sonrada iddiaçı, cavabdeh və övladları mənzildə 10 ilə yaxın müddətdə yaşamağa davam etmişlər. Bu müddətdə cavabdehlərdən hər hansı biri rəsmi olaraq notariat orqanına müraciət edərək mirası qəbul etməmişdir. Yalnız tərəflər arasında ail ə münasibətləri faktiki pozulduqdan sonra cavabdeh X6 notariat orqanına müraciət edərək mirası qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi mənzilin əvvəlcə iddiaçının qayınanasının, sonradan isə baldızının mülkiyyətində olmasını və iddiaçının həmin mənzilə istifadə hüququnun yaranmamasını əsas gətirməklə, iddianı təmin etməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mənzilin keçmiş mülkiyyətçisi vəfat etdikdən sonra mənzil iddiaçı ilə cavabdeh XXX oğlunun istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1-1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda, XXX oğlunun mənzilin əvvəlki mülkiyyətçisinin birinci növbəli vərəsəsi kimi miras əmlakı idarə edərək qəbul etməsi və müvafiq olaraq ona münasibətdə iddiaçının yaşayış sahəsinə istifadə hüququnun yaranması məsələsi araşdırılmamış, sonr adan əmlak üzərinə mülkiyyət hüququ X2 adına rəsmiləşdirilsə də, iddiaçının mənzilə mümkün olan istifadə hüququnun qalması məsələsinə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə görə mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsb it edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.... Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütü n xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Ədalətli məhkəmə araşdırması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştir akçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qəra rı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qərarda həmçinin göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin rea l bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kasasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddi açının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəmə sinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, iddia tələbinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apelyasiya şikayətinin bütün dəlillərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili XXX qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-927/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı və azyaşlı övladının ünvan 1 ünvanda yerləşən yaşay ış sahəsinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələrindən imtina edilməsi hissəsində ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar