Məhkəmə qərarları › İş №2(102)-495/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-495/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-495/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzildən istifadə hüququnun itirilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)-5843/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halla rı 06 dekabr 2008-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2 otaq İddiaçı, 2 otaq X1, 1 otaq (y/s 9,1 kv.metr) X4, 2 otaq X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Reyestr Xidmətinin 24 avqust 2021-ci il tarixli məktubuna əsasən, Cavabdeh1 adına Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 14, mənzil 11 (1 otaq 9,0 kv.metr) Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 15, mənzil 39; Bakı şəhəri, Yasamal rayonu, Alata va-7 küçəsi, ev 74, mənzil 59 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına isə ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. 2 saylı forma üzrə arayışa əsasən, QuiyevRəzzaq Rəhman oğlu, Cavabdeh1, Cavabdeh3 və X9 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Notariat qaydada təsdiq olunmuş Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikah ləğv edilmiş və bu barədə xx.xx.2009-cu ildə 127 nömrəli akt qeydi icra edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerl əşən 31 saylı fərdi yaşayış evinə köçürülməklə evin yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı mənzilə hüquqların itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X9 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi onun mülkiyyətindədir. Adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Uzun illərdir ki, həmin mənzildən istifadə edərək sahiblik hüquqlarını tam şəkildə yerinə yetirir. Cavabdehlər əvvəllər həmin evdə yaşasalar da, sonradan (artıq uzun illərdir ki) evdən çıxıb gedərək özlərinə ev alıb orada yaşamaqdadırlar. Hazırda onlar Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 15, mənzil 39 ünvanında yerləşən Cavabdeh1 (cavabdehin mülkiyyətində 3 mənzil vardır) mülkiyyətində olan evdə yaşayırlar. Bu barədə məlumatı sorğuya cavab olaraq daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********82 nömrəli sorğuda qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehlərin yaşamaları üçün şəraitləri olsa da, bu günə kimi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Hal-hazırda mülkiyyətçisi olduğu evdə oğlu Cavabdeh2, onun həyat yoldaşı Cavabdeh1, onların övladları xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2013-cü il təvəllüdlü X9 formal olaraq qeydiyyatda qalmaqdadırlar. Hazırda cavabdehlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamaları onun üçün problemlər yaradır. Cavabdehlərin mülkiyyətçisi olduğu mənzildə formal olaraq qeydiyyatda olması ona öz mülkiyyətində bütün imkanlardan istifadə mənzilini satmaq üçün qeydiyyatda olanların razılığı tələb olunduğundan bu ona müəyyən çətinliklər törədir. Məlum olduğu kimi yaşayış binasının alqı-satqısı zamanı həmin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mənzilində formal qeydiyyatı olan şəxslə rin razılığını almaq isə onun üçün çətinlik yaradır. Bu da onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Buna görə də bu hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(009)-2598/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və xx.xx.2013-cü il təvəllüdlü X3 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh2 və X6 qarşı hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə, toplanmış sübutlara müvafiq hüquq normalarını tətbiq etməklə məcmu halında qiymət verərək və hazırki mübahi səyə hüquq münasibətləri yaranan vaxt qüvvədə olan qanunvericilik normaları baxımından qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi yalnız onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. İddiaçı Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 mülkiyyətindəki mənzildə onunla birlikdə daimi yaşaması ilə bağlı da iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim olunmamışdır. İddia Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna yalnız müvafiq kompensasiya ödənilmə si yolu ilə, yaxud mübahisəli mənzilə ehtiyacının aradan qalxmasından sonra kompensasiya verilmədən xitam verilə bilər. Məhkəmə iddia tələbinin Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikahdan doğulan uşağıdır və o, da doğulduğu vaxtdan mübahisəli mənzildə yaşamışdır. Cavabdeh3 yetkinlik yaşına çatmış, atası ilə qalmaq niyyətindədir. Atası anasından ayrı yaşamaqla kirayədə və dostlarının evində qalır, kirayədə qaldığı müddətdə Fərid atasının yanında yaşayır, atası dostlarının yanında qaldığı müddətdə isə anasının yanında yaşayır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 müba hisəli mənzilə istifadə hüququnun olması müəyyən edildiyindən, həmin hüquqa kompensasiya ödənilməsi yolu ilə, yaxud yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Digər tərəfdən Cavabdeh3 anasının yanında yaşaması daimi xarakter daşımır. İddiaçı tərəfindən Cavabdeh3 mübahisəli mənzilə ehtiyacının aradan qalxması, habelə onun anasının mülkiyyətindəki evdə daimi yaşaması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığından, iddia tələbi Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, irəli sürülmüş iddia tələbləri yalnız Cavabdeh1 və yetkinlik yaşına çatmayan X mübahisəli mənzil ə istifadə hüquqlarının itirilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün, bu hal onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas hesab edilir. Birinci instansiya məhkəməsi qənaətini Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi, Mülki Məcəllənin 27.2, 228-ci maddələri, Mənzil Məcəlləsinin 60, 87, 123-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiyainstansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsinin, qismən- iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddianın həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ape llyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 mübahisəli mənzildən birdəfəlik köçməsini məhkəmədə təsdiq edə bilməmişdir. Məhkəmə Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 15, mənzil 39 ünvanında yerləşən mənzilə Cavabdeh2 alması üçün xəbərnamə ilə bildiriş göndərmişdir (xəbərnamə iş materiallarında mövcuddur). Həmin xx.xx.2021-ci il tarixli xəbərnamə ilə Cavabdeh2 bildiriş çatdırılaraq şəxsən imza etməklə qəbul edilmişdir. Yəni bu fakt Cavabdeh2 həmin mənzildə yaşadığını təsdiq edən ilk dəlildir. Daha sonra isə Cavabdeh2, Cavabdeh1 və X tərəfindən imzalanmış və Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etirazda qeyd edilmişdir ki, iddiaçı ilə cavabdehlər mübahisəli mənzildə 2015-ci ilin may ayına kimi bir yerdə yaşamışlar. Daha sonra onlar arasında vəziyyət gərginləşdiyindən onlar məcbur olub ( yəni məcburi şəkildə çıxarılmayıblar, sadəcə olaraq elə şəraitdə yaşamaq xoş olmadığı üçün könüllü surətdə) evdən çıxaraq oranı tərk etmişlər (iddiaya etiraz 2-ci bənd). İddiaya etirazın 6-cı bəndində isə qeyd edilmişdir ki, Ailə münasibətləri (Cavabdeh2 ilə Cavabdeh1) alınmadığından X Cavabdeh1 ilə nikahı 2009-cu ildən pozulmuşdur. Keçmişər-arvad arasında münasibətlər yalnız övladlarına görə davam edir. Hal-hazırda Cavabdeh2 adına heç bir yaşayış sahəsi və ya mənzil yoxdur. X ilə münasibətləri elə səviyyədədir ki, istənilən vaxt münasibətləri pozula bilər. Belə olan halda isə onun anasının evindən başqa onun yaşamağa yeri olmayacaqdır. Yəni bu o deməkdir ki, özləri də təsdiq edirlər ki, Cavabdeh2 ilə Cavabdeh1 nikah münasibətləri formal olaraq pozulsa da faktiki olaraq onların ailə münasibətləri davam edir və Cavabdeh2.X evində yoldaşı kimi yaşamaqdadır. Bu faktı həmçinin onların nikahlarının pozulduğunu iddia etdikləri 2009-cu ildən sonra 2013-cü ildə ikinci övladlarının (X) dünyaya gəlməsi də təsdiq edir. İddiaya etirazın 8-cı bəndində isə qeyd edilmişdir ki, halhazırda Cavabdeh2 və onun ailəsinin anasının mənzilinə ehtiyacı vardır. Lakin faktiki olaraq orada yaşamağa yer yoxdur. Yəni bu o deməkdir ki, orada yaşamaq mümkün deyil. Bunu cavabdeh bilir və bu məhkəmənin nə ilə nəticələnməsindən asılı olmayaraq orada yaşamayacaqdır. Sadəcə olaraq o orada qeydiyyatda qalmaqla iddiaçıya mülkiyyət hüquqlarını sərbəst həyata keçirtməyə maneəçilik törətmək, iddiaçıya öz əmlakı üzərində sərəncam vermək hüququn u məhdudlaşdırmaq istəyir. Belə ki, əgər həqiqətən də cavabdehin həmin mənzildə yaşamağa ehtiyacı olsaydı o bu illər ərzində üzö) bildirir ki, mənzildən 2015-ci ildən çıxıb, lakin əslində isə 2012-ci ildən mənzildən çıxmışdır) mənzilə köçməyə cəhd edər və əgər mülkiyyətçi tərəfindən hər hansı bir maneə ilə qarşılaşardısa o zaman hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət edərdi. O bunların heç birini etməmiş və yalnız ona qarşı iddia qaldırdıqdan sonra guya həmin mənzilə ehtiyacının olduğunu bildirmişdir. Cavabdeh3 həmin mənzildən istifadə etməsinə ehtiyacının olması ilə bağlı məhkəmənin gəldiyi nəticəyə münasibət bildirərək qeyd edirəm ki, cavabdeh özü bildirir ki, o hal-hazırda anası ilə birgə yaşamaqdadır və əgər atası mübahisəli mənzildə yaşamağa başlasa o da onunla birgə ya şamağa niyyətlidir. Məhkəmə də cavabdehin niyyətinin olmasını həmin şəxsin mübahisəli mənzildən istifadə etməsinə ehtiyacının olması kimi təfsir etmişdir. Yəni məhkəmənin gəldiyi bu mövqedən belə anlaşılır ki, şəxsin hal-hazırda yaşamağa yerinin (valideyninin adına olan mənzil də olsa) olması hələ onun yaşamaq üçün mənzil ehtiyacının aradan qalxması demək deyil. Məhz bu ehtiyac onun niyyətinə bağlıdır. Yəni şəxs bu mənzili bəyənməyib başqa bir mənzildə yaşamaq niyyətinə düşərsə məhz onun yaşayış ehtiyacı həmin mənzil vasitəsilə təmin edilməlidir. Bundan başqa məhkəmə Cavabdeh1 harada işləməsini araşdırmayaraq (Zara şirkətində satış təmsilçisi işləyən və əmək haqqı ilə dolanan şəxsin) hansı şəkildə 3 mənzil əldə etməsini qiymət verməmişdir. Halbuki bu fakt araşdırılsaydı bu mənzillərin fakt iki nikah münasibətlərin olan ər-arvad tərəfindən birgə təsərrüfat nəticəsində əldə edildiyi öz təsdiqini tapardı. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X7 əsassız fikirlər söyləməsinə də (guya iddiaçı ilə faktiki ər arvad münasibətlərinin olması, cavabdehlərin evdən zorla çıxarılması və s) məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1364/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlər Cavabde h2 və Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqları yaranan vaxt mənzilin icarədarı (1996-cı ilədək), 1996-cı ildən sonra isə mülkiyyətçisi (1996-cı ildən sonra) X olmuşdur. 2008-ci ildə mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına rəsmiləşdirilmiş və hazırda da onun mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh3 iddiaçının nəvəsi kimi (evin mülkiyyətçisinin ailə üzvünün yetkinlik yaşına çatmayan uşağı) mübahisəli evə istifadə hüququ əldə etmişdir. Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edildiyindən, həmin hüquqa kompensasiya ödənilməsi yolu ilə, yaxud yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə kollegiyas ı qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi yalnız onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. İddiaçı Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddiasının Cavabdeh2mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olması və təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə Kollegiyası iddia tələbinin və apellyasiya şikayətinin Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələbin əsaslı hesab edilə bilməməsinə dair birinci in stansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarındanəsasən, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikahdan doğulan uşağıdır və o, da doğulduğu vaxtdan mübahisəli mənzildə yaşamışdır. Həmçinin, Cavabdeh3 yetkinlik yaşına çatmış, atası ilə qalmaq niyyətindədir. Atası anasından ayrı yaşamaqla kirayədə və dostlarının evində qalır, kirayədə qaldığı müddətdə X atasının yanında yaşayır, atası dostlarının yanında qaldığı müddətdə isə anasının yanında yaşayır. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh3 anasının yanında yaşaması daimi xarakter daşımır. İddiaçı tərəfindən Cavabdeh3 mübahisəli mənzilə ehtiyacının aradan qalxması, habelə onun anasının mülkiyyətindəki evdə daimi yaşaması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığından, iddia tələbinin Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassız heabedilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.R.Xələfov məruzəçi, Ə.G.Nurməm mədov Z.Ə.Əliyev) 16 iyun 2022-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddianın rədd olunmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən Cavabdeh2 mübahisəli mənzildən başqa daimi yaşayış yerinə köçməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsini, Cavabdeh3 isə anasının yanında yaşamasının daimi xarakter daşımamaqla onun mübahisəli mənzilə ehtiyacının aradan qalxması barədə işdə sübutların olmamasını əsas göstərmiş və gəldiyi nəticənin qanuni əsası kimi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 87,123-cü maddələrinə istinad etmiş, kassasiya instansiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmadığından, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdeh2 başqa daimi yaşayış yerinə köçməsi barədə işdə sübutların olmamasına əsaslanıb ona və oğlu Cavabdeh3münasibətdə iddianın rədd olunmasını əsaslı sayarkən onların Cavabdeh1 ilə birlikdə yaşamaları barədə iddiaçının dəlillərini lazımınca araşdırmamış və işin həmin hallarına qiymət verməmiş, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığı na dəlalət edir və bu hal iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi səthi yoxlanılmış sübutlar əsasında nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və R.M.Həsənov) 2(103)-5843/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istif adə hüquqlarının itirilmiş hesab edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 Cavabdeh1 ilə olan nikaha 25 sentyabr 2009-cu il tarixdə pozulsa da, onların yenidən barışmaqla faktiki ailə münasibətlərini davam etdirməsi və bu faktiki nikah münasibətindən 05 noyabr 2013-cü il tarixdə X3 dogulması ilə təsdiq olunsa da, onların 2017-ci ildən birlikdə yaşayaraq təsərrüfat idarə etmələri faktı öz təsdiqini tapmamışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş vəsatətdə X14 və X8 şahid kimi ifadələrinin alınması üçün məhkəməyə çağırılmasını xahiş etmişdir. Belə ki, apelyasiya məhkəməsində aparılmış araşdırma zamanı məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində bildirmişdir ki, Cav abdeh2 uşaqlıq dostudur, 2017-ci ildən 2019-cu ilə qədər onun evində yaşamışdır, oğlu Fərid isə anasıgildə qalmış, sonra dostunun dayısıgildə qalmışdır. X2 ifadəsində bildirmişdir ki, iddiaçının xalası oğludur, Cavabdeh2 yoldaşı ilə yola getmədiyi üçün onun Lökbatandakı öz oğlu üçün tikdiyi evində 2019-cu ildən hazırki vaxta kimi yaşamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 iş üzrə digər Cavabdeh1 ilə olan nikahı 25 sentyabr 2009-cu il tarixdə pozulduğundan və qətnamə ilə yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 anası Cavabdeh1 yanında saxlanması qət edildiyindən onun da istifadə hüquqlarına xitam verilməsi ilə bağlı tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itiril məsinin yalnız onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. Buna baxmayaraq iddiaçı Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini və Cavabdeh2 Cavabdeh1 mülkiyyətindəki mənzildə onunla birlikdə daimi yaşaması ilə bağlı iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qətnaməsinin qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsi ni xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqları 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün iddia tələbi həmin hüquqların yaranan vaxt qüvvədə olan qanunun normaları baxımından qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarındaəsaslandırılmalıdır. Qanunvericiliyin tələbləri baxımından qeyd olunmuşdur ki, Cavabdeh2 mübahisəli mənziləistifadə hüquqlarının itirilm əsi onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunduğundan məhkəmə tərəfindən onun mübahisəlimənziləistifadə hüquqlarının itirilməsi barəsində qətnamə qəbuledilməliidi.Belə ki, həm kassasiya instansiyası məhkəməsi tərəfindən, həmdə mövcud qətnaməniçıxarmış apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin yoldaşı ilə birgə faktiki nikah münasibətlərində olmaları müəyyən edilmişdir. Bu münasibətlərdə sadəcə olaraq hansı illərdə və nə vaxtadək tərəflərin faktiki nikah münasibətlərində olmaları barədə mübahisələr mövcuddur. Belə ki, iddiaçı cavabdehlərin 2009-cu ildə ayrılmalarından sonra oğlu X təkrarən onunla birlikdə yaşamağa başlaması və 2012-ci ilə kimi onunla yaşaması, 2012-ci ildə isə yoldaşı ilə barışıb evdən çıxıb onunla birlikdə yaşamağa başlamasını bildirir. Apellyasiya instansiya məhkəməsi isə tərəflərin 2009-cu ildə ayrılmalarını qəbul edərək onların sonradan barışıb faktiki nikah münasibətlərinin 2013-cü illərə təsadüfetməsini (ikinci uşaqlarının 2013-cü ildə doğulması səbəbilə) qəbuletsə də, heç bir əsaslandırma olmadanməhzcavabdehlərinmənzili 2015-ci ildə tərk etmələri haqqında cavabdehlərin verdiyi izahatları daha məqbul hesab etmişdir. Halbuki bu barədə iddiaçının dediklərinə nəzər saldıqda, onun dediklərinin reallığa daha uyğun olduğunu görmək olar. Belə ki, tərəflər 2009-cu ildə həm rəsmi həm də faktiki qaydada boşanaraq ayrılmışlar. Bundan sonra Cavabdeh2 iddiaçı olan anasının yanına qayıdaraq mübahisəli mənzildə yaşamağa başlamışdır. Dahasonra isə 2012-ci ildə yəni ikinci uşaqlarının doğulmasından bir il öncə öz yoldaşı ilə barışara q onunla yaşamağa başlamışdır. Nəticədə 2013-cü ildə onların övladları dünyaya gəlmişdir. Daha sonra isə onlar faktiki ailə münasibətlərini davam etdirmişlər. Təəssüflər olsun ki, məhkəmə işə baxarkən prosessual pozuntulara yol verərək iş üzrə əlavə şahidlər dindirərək onların sözlərindən "müəyyən etmişdir ki" guya Cavabdeh2 2017-ci ildən fərqli-fərqli şəxslərə məxsus evlərdə yaşamışdır. Təbii ki, bu həqiqətiəks etdirmir. Hətta həqiqəti əks etdirsə belə, onun sonradan mənziləehtiyacının yaranması onun istifadə hüququnun saxlanması üçün əsas ola bilməz. Belə ki, əgər şəxs ailə qurub bir kərəlik evi tərk edib başqa mənzildə illərlə qalmışsa və həmin müddətlər ərzində onun qeyd olunan mənziləehtiyacı olmamışdırsa və bir neçə il keçdikdən sonra onun başqa yaşayış yerinə ehtiyacı yaranmışdırs a, bu hal onun əvvəllər istifadə hüququ olmuş, lakin ehtiyacının olmamasına görə həmin hüququ itirmiş şəxsin əvvəlkimənzildə istifadə hüquqlarının saxlanması üçün əsas ola bilməz. Həmçininməhkəmə həqiqətə uyğun olmayan şəkildə qeyd etmişdir ki, guya işinmübahisəsiz halıdır ki, cavabdehlər iddiaçı tərəfindən evdən məcburi çıxarılmışlar. Bu əsla belə deyildir, cavabdehlər özləri könüllü şəkildə mənzili tərk ediblər.İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyasında təkrar icraat zamanı tərəf yeni vəsatətlə məhkəməyə müraciət edərək, X10 və X8 şahid qismində dindirilmələrini xahiş etmiş və məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, etdiyi etirazlara (həm şifahi həm də yazılı) baxmayaraq, prosessual qanunveric iliyi kobud surətdə pozaraq şahidləri dindirərək onların ifadələrinisübut qismində qəbuledib cavabdehin 2017-ci ildən harada yaşadığını o sübutlarla müəyyən etmişdir. İddiaçı tərəfindən məhkəmə tərkibinə etirazverilərək, etdikləri bu hərəkətin tam qanunsuz olması, cavabdehin bu vəsatətiindiki mərhələdə verməsinə hər hansıəsaslı və qanunizərurətin olmaması, onun bu şahidlərin dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsində vəsatət verməməsi, lakin buna baxmayaraq heç bir qanuni əsas olmadan onun bu vəsatətinin təmin edilməsinin məhkəmə tərəfindən qanunsuz yolla sübut yığılması olması ilə bağlı etirazına hər hansı birəhəmiyyət verilməmişdir. Şikayətin əsası kimi, Mülki Məcəllənin 123-cü, Mülki Prosessual Məcəllənin 372.2-cü maddələrinə istinad olunmuşdur. Kasasiya şikayətinə qarşı eti razın dəlilləri Kassasiya şikayətinə qarşı hər hansı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləş dirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi i lə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı: Qərarın 1-ci bəndinə əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnam əsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin Apellyasiyainstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında l əğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 06 dekabr 2008-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Xküçəsində yerləşən 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2 otaq İddiaçı, 2 otaq X1, 1 otaq (y/s 9,1 kv.metr) X4, 2 otaq X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Cavabdeh2 Bakı şəhəri, S əbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır. Reyestr Xidmətinin 24 avqust 2021-ci il tarixli məktubuna əsasən, Cavabdeh2 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Notariat qaydada təsdiq olunmuş Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikah ləğv edilmiş və bu barədə xx.xx.2009-cu ildə 127 nömrəli akt qeydi icra edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayət inin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 iddiaçının oğludur və ounun da mübahisəli mənzilin mülkiyyətçisi olan anası İddiaçı ilə birgə yaşayan ailə üzvü kimi mənzildən onunla bərabər istifadə etmək hüququna malikdir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh2 mübahisəli mənzildən digər yaşayış sahəsinə köçüb getməsini və ya onun özünə məxsus başqa yaşayış sahəsinin olmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Bundan başqa, mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı keçmiş ailə üzvü- oğlu Cavabdeh2 özünü ayrıca yaşayış sahəsi ilə təmin etməyə imkanı yoxdur, əksinə onun həmin yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə qanuni əsasları vardır. Mülki Məcəllənin 228.5-ci maddəsi nə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülk i mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi yalnız onun həmin mənzildən daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getməsi təsdiq olunarsa mümkündür. Buna baxmayaraq iddiaçı, Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini, onun digər Cavabdeh1 mülkiyyətindəki mənzildə onunla birlikdə daimi yaşaması ilə bağlı iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)-5843/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar