Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4950/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X7 və X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-962/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə i şə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şəmkir Rayon Qeydiyyat Şöbəsinin 14 fevral 2020-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 01 mart 1997-ci il tarixdə nikah bağlanmış və həmin nikah 12 nömrə ilə qeydə alınmışdır. Şəmkir Rayon Qeydiyyat Şöbəsinin 14 fevral 2020-ci il tarixli arayışından görünür ki, X7 12 fevral 1997-ci il tarixdə anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. Şəmkir Rayon Qeydiyyat Şöbəsinin 14 fevral 2020-ci il tarixli arayışından görünür ki, X8 27 aprel 1998-ci il tarixdə anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Mehirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 fevral 2020-ci il tarixli 4 5 nömrəli arayışından görünür ki, Həsənova X2 təsərrüfatbaşına kitabda qaynanası Cavabdeh2 evinə qeydə alınmış və həmin evə gəlin gəlmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Mehirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyun 2020-ci il tarixli 117 nömrəli arayışından görünür ki, mərhum X1 məxsus olan ev yararsız vəziyyətdədir və orada yaşamaq qeyri–mümkündür. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Mehirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 may 2020-ci il tarixli 94 nömrəli arayışından görünür ki, Cavabdeh2 adına olan fərdi yaşayış evi 1960-cı illərdə tikilmiş və sonuncu hazırda həmin evdə yaşayır. Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, 16 mart 2020-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür k i, ünvan 1ində yerləşən 0.27 ha yaşayış məntəqələri torpaq sahəsi X5 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Mehirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 may 2020-ci il tarixli 94 nömrəli arayışından görünür ki, Cavabdeh2 adına olan fərdi yaşayış evi 1960-cı illərdə tikilmiş və sonuncu hazırda həmin evdə yaşayır. Torpağın Mülkiyyətə verilməsinə dair JN-103A kodlu 50413005 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 56 nömrəli qərarı ilə Şəmkir rayonu Seyfəli kəndi ərazisində Cavabdeh1, İddiaçı, X7 və X4 ümumi birgə mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 03 iyul 2020-ci il tarixli **********71 nömrəli arayışından görünür ki, JN-214 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Şəmkir rayonu Seyfəli kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və İddiaçı adlarına qeyd edilmişdir. JN-103A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Şəmkir rayonu Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, İddiaçı və onların digər ailə üzvlərinin adlarına qeyd edilmişdir. JN-207 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Şəmkir rayonu Seyfəli kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 və digər ailə üzvünün adlarına qeyd edilmişdir. ünvan 1ində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 və digər ailə üzvünün adına ********** qeydiyyat nömrəli 16 mart 2020–ci il tarixli reyestrdən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində sorğuda qeyd edilən şəxslərin adlarına fərdi yaşayış evi və qeyri-yaşayış sahələri qeydiyyatdan keçməmişdir. Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(076)-975/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 ilə İddiaçı arasında 01 mart 1997-ci il tarixdə Şəmkir rayonu Seyfəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə bağlanmış və 12 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir; 23 iyul 2020-ci il tarixli yerli baxış protokolundan görünür ki, mü bahisəli evə ünvan 1ində yerləşir. Eyni həyətdə 2 fərdi yaşayış evi yerləşir. Evlərdən biri, yəni mərhum Güləbatın Mehdixanovanın olduğu iddia edilən ev yaşayış üçün tam yararsızdır. İddiaçının köçməsini tələb etdiyi fərdi yaşayış evi isə iki mərtəbədən ibarətdir. Həmin evin ikinci mərtəbəsində iddiaçıya məxsus olan cehiz əşyaları yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Mehrili kəndində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əri, digər Cavabdeh2 isə qaynanası olmuşdur. Belə ki, Cavabdeh1 ilə 1996-cı ilin aprel ayın da faktiki olaraq ailə qurmuş, 01 mart 1997-ci ildə isə nikahları rəsmiləşdirilmişdir. Birgə evliliklərindən 12 fevral 1997-ci il tarixdə Salman, 27 aprel 1998-ci il tarixdə isə Elmar adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları vaxtdan Şəmkir rayonu Mehrili kəndində yerləşən cavabdehlərin yaşadıqları fərdi yaşayış evinə gəlin köçmüş və ailə münasibətləri davam etdiyi müddətdə uşaqları ilə birlikdə fasiləsiz olaraq həmin evdə yaşamışdır. Cavabdehlər onu ailə üzvü kimi qəbul etmiş o da onlarla birlikdə təsərrüfat idarə etmişdir. Cavabdehlər onu evdən qovmuşlar, bunun isə mənəvi səbəbi var. Belə ki, öz şəklini telefonla başqa bir adama göndərmişdir. Lakin hazırda etdiyi əməldən peşmandır. İndi mübahisəli evdə qayıdıb yaşamaq istəyir, lakin cavabdehlər buna razı deyillər. Ona görə də hazırk ı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli (hakim: K.Məmmədov, iş № 2(076)-1262/2020) qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ünvan 1i ünvanında yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 və 54-cü maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1 və 27.3-cü maddələrinə istinadən iddia tələbi təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Muradov (sədrlik edən və məruzəçi), hakimlər F.Mehtiyev, Ə.Məmmədov, iş № 2(104)-9 62/2021) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2020ci il tarixli 2(076)-1262/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh1 ilə faktiki olaraq ailə qurmuş, 01 mart 1997-ci il tarixdə nikahları rəsmiləşdirilmiş və mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Ailə münasibətləri pisləşdiyindən Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(076)-975/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı mübahisəli evdə yaşamaq istəmiş, cavabdehlər isə buna etiraz etmişlər. Qeyd olunduğu kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq hə ll olunmalıdır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 16 mart 2020-ci il tarixdən Nailə və Mənzər Məmmədxanovaların mülkiyyətindədir. Göründüyü kimi torpağa mülkiyyət hüququ olan şəxslərin həmin torpaqda inşa olunmuş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquqları vardır. Belə olan təqdirdə, mübahisəli hüquq münasibətləri qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4 maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu ha lını nəzərə almadan iddianı təmin etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli 2(104)-962/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, Şəmkir Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli 2(076)-1262/2020 nömrəli qanuni qətnaməsini qüvvəsində saxlanılması, iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Apellyasiya instansiyası məhkəməsi tətbiq olunmalı olmayan həmin normanı mübahisəyə tətbiq etmişdir. O, mübahisəli evə 1996-cı ildə köçmüş və bu əsasla hazırkı mübahisəyə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları tətbiq olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli 2(104)-962/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il ta rixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da mali k olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 87-ci maddəsinə (1982-ci il tarixli redaksiyada) əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaş ayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və onunailə üzvləri müəyyən edilmiş 6 ay müddətdən artıq başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilə bilər. 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razıl ığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa s übutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416.-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.3.-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İddiaçının iddia tələbindən aydın olur ki, o, Cavabdeh1 ilə faktiki olaraq ailə qurmuş, 01 mart 1997-ci il tarixdə nikahları rəsmiləşdirilmiş və həmin vaxtdan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Ailə münasibətləri pisləşdiyindən Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(076)-975/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan az bir müddət əvvəl isə mənzildən çıxmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, «… fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 16 mart 2020-ci il tarixdən Nailə və Mənzər Məmmədxanovaların mülkiyyətindədir. Göründüyü kimi torpağa mülkiyyət hüququ olan şəxslərin həmin torpaqda inşa olunmuş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquqları vardır. Belə olan təqdirdə, mübahisəli hüquq münasibətləri qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4 maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halını nəzərə almadan iddianı təmin etmişdir.» Göründüyü kimi apellyasiya instansiya məhkəməsi iddiaçının 1996-cı ildən mübahisəli evdə yaşamağa başlaması və onlar arasında mübahisə yarananadək orada yaşamasını (bunlar işin mübahisələndirilməyən hallarıdır) nəzərə almadan mübahisəyə aid olmayan normanı (qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin) tətbiq etməklə iddiaçının mübahisəli evdən istifadə hüququnu saxlanmadığını qeyd edir. Bu vəziyyətdə xüsusilə qeyd edilməlidir ki, iddianı rədd edən apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli evə münasibətdə istifadə hüququnun yaranmasını və əldə etməsini qəbul edir, lakin ailə hüquq münasibətlərinə xitam verilməsinə əsaslanmaqla onun evə köçürülməsini mümkünsüz hesab edir. Məhkəmə kollegiyası tərəflər arasında münasibətlərin yaranma vaxtını nəzərə alaraq iddiaçının kassasiya şikayətində göstərdiyi o dəlillə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması tətbiq etməli və həmin əsaslara münasibətdə iddia tələbinin əsaslılığını qiymətləndirilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını tətbiqində səhvə yol verməsi səbəbində belə qiymətləndirmənin aparılması ümumiyyətlə mümkünsüz olmuşdur. Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasının, yəni Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) müddəalarının tətbiq olunmasının zəruriliyini nəzərə almamışdır. Həmin normaların tətbiq edilməməsi, mübahisəni qüvvədə olan Mənzil Məcəlləninin 30-cu maddəsinə uyğun həll edilməsi isə maddi hüquq normasının tətbiqində səhvə yol verilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası Mənzil Məcəlləsinin (qüvvədən düşmüş) 53-cü maddəsinin tələbi baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ oraya köçdüyü, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan andan yaranmışdır. Hətta icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərini n eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Normadan göründüyü kimi, icarədarın ailə üzvü olmayan şəxslər yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Bu baxımdan məhkəmələr müvafiq olaraq iddiaçının mübahisəli mənzildən istifadə hüququnun saxlamasını isə Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbləri baxımından qiymətləndirməli olmalarına baxmayaraq belə qiymətləndirmənin aparılmasını təmin etməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hal larını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Res publikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-962/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4950/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4950/2021
07.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver