Məhkəmə qərarları › İş №2(102)-4956/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4956/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4956/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh2 və Cavabdeh1qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4956/20 (Açar sözlər: hökmlə müəyyən edilmiş məbləğin alınması) Bakı şəhəri, 19 oktyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi),Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1, onun vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2386/2019 nömrəl i, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 19 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası FHN-nin Xüsusi Riskli Xilasetmə xidmətinə işə düzəldilməsi müqabilində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 8500 manat pul vermişdir. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 8500 manat məbləğində pulun, 2550 manat məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər Cavabdeh2 Davud oğlu və Cavabdeh1 iddiaçının etibarından sui istifadə edib, iddiaçın ın oğlu Rəşadın Azərbaycan Respublikası FHN-nin Xüsusi Riskli Xilasetmə xidmətinə işə düzəldəcəklərinə vəd verib 2012-ci ilin may ayının əvvəllərində iddiaçıdan ünvan 1 ünvanda yerləşən “Lalə” kafesinin yaxınlığında 2000 manat, həmin ünvanda 2012-ci ilin may ayının sonlarında 2000 manat, 2012-ci ilin iyun ayının ortalarında 1500 manat, işə qəbulla əlaqədar tibbi komisiyadan keçməsi üçün 2012-ci ilin iyul ayının sonlarında Bakı şəhəri Yasamal rayonu Tibilisi prospekti 123 ünvanda yerləşən FHN-i sisteminin Tibbi Xidmət Mərkəzi Diaqnostika Poliklinikasının inzibari binasının yaxınlığında 500 manat, işə qəbulla əlaqədar 2012-ci ilin avqust ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən “Lalə” kafesinin yaxınlığında 1000 manat və işə qəbulla əlaqədar 1500 manat, cəmi 8500 manat pul almışlar.

4. İ ddiaçı iddia edir ki, o, razılaşdıqları şifahi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir, lakin cavabdehlər onun etibarından sui istifadə edərək, müqavilə üzrə öz üzərlərinə götürdükləri öhdəlikləri bu günə kimi yerinə yetirməyərək dolayı yollarla puıu qaytarmaqdam imtina edir, telefon zənglərinə cavab vermir, qaçıb gizlənirlər.

5. İddiaçı bu barədə ərizə ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, onun ərizəsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində araşdırılmış, Cavabdeh1 barəsində cinayət işi qaldırılmış və Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il 1(001)-02/2018 saylı hokmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum e dilmişdir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki məcəllənin 21, 405.1, 425.1, 442, 445.2.1 və 448.1.-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıdan aldığı 8500 manat pulu Cavabdeh1 verib. Cavabdeh1 barəsində hökm var, həmin hökmlə Cavabdeh1 dələduzluğa görə məhkum edilib. Buna görə də iddia ona qarşı hissədə təmin olunmamalıdır.

8. Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməmiş, məhkəməyə onun yazılı etirazı daxil olmamışdır.

9. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(044)308/2019 saylı qətnaməsi iləiddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 8500 (səkkiz min beş yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edi lməməsi qət edilmişdir. (hakim Gündüz Şirinov)

10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanunu qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli 1(001)-02/2018 saylı hökmün istinadən müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçıdan 8500 manat pulu aldatma yolu ilə almaqla sonuncuya qarşı dələduzluq etmişdir.

11. Birinci instansiya məhkəməsi digər Cavabdeh2 əməlində iddiaçının istinad etdiyi halların olmamasını müəyyən edərək ona qarşı iddianını təmin olunmaması nəticəsinə gəlmişdir.

12. Həmçinin birinci instansiya məhkəməsi əldən çıxmış fayda qismində 2550 manat dair iddianı təmin etməmiş və bunu onunla əsaslnadırmışdır ki, iddiaçı bu hissədə tələbini sübuta yetirə bilməmişdir.

13. Məhkəmə Mülki Məcəllənin 385.1, 152.1 və 1 57.2-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib.

30. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cəza çəkir, məhkəmə iclaslarından xəbəri olmayıb.

15. İddiaçı pulu ona yox, başqa şəxslərə verib. Cinayət işi ona qarşı qurama iş olub.

16. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2386/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Azər Bayramov)

17. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayəti üzrə yalnız iddianın təmin edilən hissəsində yoxlayaraq qeyd etmişdir ki, Cavabdeh1 iddiaçının etibarından sui-istifadə edərək və i ddiaçının 8500 manat məbləğində pulunu ələ keçirmişdir.

18. Apelyasiya məhkəməsi qeyd edilən halın məhkəmə hökmü ilə öz təsdiqini tapmasına istinad etmişdir.

19. Cavabdehin iddiaçıdan pul almaması barədə apelyasiya şikayətinin dəlilini apelayasiya məhkəməsi qəbul etməmiş və göstərmişdir ki, cavabdehin məhz iddiaçının etibarından sui-istifadə edib sonuncunun 8500 manat məbləğində pulunu mənimsəməsi məhkəmə hökmü ilə öz təsdiqini tapır.

20. Apelyasiya məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 442, 1096, 1097, Mülki Prosessual Məcəllənin 77.1. və 82.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, id dianını rədd edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılaraq, Cavabdeh1 barəsində olan cinayət işinin düzgün araşdırılmamasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı1, onun vəkili Abuzərli Munis Müseyib oğlu kassasiya şikayətini qəbul etmədiklərini göstərib, onun təmin edilməməsini xahiş etdilər.

25. Cavabdeh2 məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə la zımi qaydada xəbər verilsə də, iş üzrə cavabdeh (kassator) Cavabdeh1 və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, p ul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində Cavabdeh1 qətnamənin ləğvini xahiş etsə də, kassasiya şikayətinin dəlilindən görünür ki, qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirilir. Buna görə də hazırki kassasiya baxışının predmeti yalnız mübahisələndirilən həmin hissədən ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahiəsləndiri lən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

31. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

32. Apelyasiya instansiyası qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən Cavabdeh1 İddiaçı1 ümumilikdə 8500 manat almasını müəyyən edib.

33. Cavabdeh tərəfindən mübahisələndirilən və dəlil kimi irəli sürülən hal ondan ibarətdir ki, iddiaçıdan hər hansı məbləğdə pul almayıb, iddiaçı pulu başqa şəxslərə verib, ona qarşı cinayət işi düzgün araşdırılmayıb.

34. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəili ilə eyni olan bu dəlili qəbul etmir.

35. Apelyasiya məhkəməsi bu dəlilə qiy mət verib və qeyd edib ki, cavabdehin iddiaçıdan sonuncunun etibarından sui-istifadə etməklə 8500 manat pulu alması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqini tapır.

36. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Cavabdeh1 iddiaçıdan 8500 manat pulu alması qanunu qüvvəyə minmiş hökmlə təsdiqini tapdığı üçün onun bu faktın təkzibinə yönələn hər hansı dəlili qəbul edilə biməz. Çünki MPM-in 82.4-cü maddəsinə görə də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

37. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddianın qeyd edilən hissədə təmin edilm əsi Mülki Məcəllənin tətbiq edilən maddələrinə uyğun olmuşdur. İşin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normalarının dispozitiv şərtləri ilə üst-üstə düşür.

38. Kassasiya şikayətlərinin digər dəlilləri isə işin faktiki hallarının araşdırılması ilə əlaqəli dəlillərdir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməs i Mülki Kollegiyasının 2(104)-2386/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar