Məhkəmə qərarları › İş №2(102)-4957/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4957/2019

17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4957/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, cavabdeh Cavabdeh1 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsindən“Bank VTB (Azərbaycan)” ASC-ninkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-125/2018, hakim S.B.Mehrəliyev) “Bank VTB (Azərbaycan)” ASC-nin Cavab deh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh1 30.10.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 1.664.433 ABŞ dolları əsas borc, 170.884 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.835.318 ABŞ dolları, 14.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.328.167 ABŞ dolları əsas borc, 126.592,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.454.760 ABŞ dolları, ümumilikdə 3.290.078 ABŞ dolları borcun tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan, paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə yönəldilməsi və ilkin satış qiymətinin 2.500.000 manat müəyyən edilməklə açıq hərracdan sat ılması, satışdan əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 mənzildən çıxarılması və mənzilin boşadılması qət edilmiş, iddia qalan hissələrdə və Cavabdeh1 cavabdehlər “Bank VTB (Azərbaycan)” ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “21.12.2012-ci il tarixli Baş kredit razılaşmasının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-994/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, N.Ş.Cəfərov) “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka predmet inə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 mənzildən çıxarılması və mənzilin boşadılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış 21.12.2012-ci il tarixli Baş kredit razılaşmasına əsasən həmin razılaşma ilə müəyyən olunrnuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank borcalana 21.12.2012-ci il tarixdən 21.12.2022-ci il tari xədək 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 21 dekabr 2012-ci il tarixli müqavilə üzrə 1.600.000 ABŞ dolları, 14 may 2013-cü il tarixli müqavilə üzrə 300.000 ABŞ dolları, 30.10.2014-ci il tarixli müqavilə üzrə 1.910.000 ABŞ dolları, 14.11.2014-cü il tarixli müqavilə üzrə 1.440.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin öhdəliklərin təminatı kimi paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan fərdi yaşayış evi və 0.036 ha torpaq sahəsi, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan fərdi yaşayış evi, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən 208.7 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi, xüsusi miilkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka il ə yüklü edilmişdir. Eyni zamanda 21.12.2012-ci il tarixdə bankla Fətuİİayeva Əsmər Şahbaz qızı, Cavabdeh3 və Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanmışdır. 26.12.2016-cı il tarixdə “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı kredit müqavilələri üzrə əsas borcun, faizlərin və cərimənin borclu və zaminlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh1 “Bank VTB (Azərbaycan)” ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “21.12.2012-ci il tarixli Baş kredit razılaşmasının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. K assasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin hallarına və işdə olan sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Hazırkı iş üzrə bağlanmış ipoteka və zaminlik müqavilələrinə görə təmin edilən öhdəlik apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi tərəflər arasında bağlanmış “Baş kredit razılaşması”dır. Həmin razılaşmaya əsasən Bank tərəfindən borc alana 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin razılaşma Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətdə olan 0,116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli tikilidən ibarət 72 saylı fərdi yaşayış evinin “V” tikilisi və 0,036 ha torpaq s ahəsinə dair bağlanmış 21 dekabr 2012-ci il tarixli ipoteka müqavilələri və zaminlik müqavilələri üzrə təmin edilmişdir. Qanunda əsas öhdəliyin təyinatının, məqsədinin dəyişməsinə görə ipotekanın əlavə dövlət qeydiyyatı nəzərdə tutulmayıb. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin kredit xətti müqaviləsi əsasında bağlanmış 30.10.2014-cü il tarixli və 14.11.2014-cü il tarixli müqavilələr üzrə heç bir ipoteka müqaviləsinin olmaması qənaətinə gəlməsi qanunsuz və əsassızdır. Zaminlər və ipoteka qoyanlar kredit alanın ailə üzvləri (övladları və arvadı) və şirkətidir. Hazırkı kredit müqaviləsi üzrə alınan borc ailə biznesi üçün istifadə edilmiş və həmin borc məbləği, faiz dərəcəsi kredit alınan borc ailə üzvləri olan zaminlərə və ipoteka qoyanlara məlum idi. Buna görə də apellyasiy a və birinci instansiya məhkəməsinin bağlanmış kredit müqaviləsində faiz dərəcəsi barədə zaminlərin və ipoteka qoyanların razılığının alınmaması qənaətinə gəlməsi tam əsassızdır Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı bankla Cavabdeh1 arasında 21 dekabr 2012-ci il tarixdə sonuncuya bank tərəfindən 5.000.000 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan kredit razılaşması bağlanmış, həmin tarixdə həmin öhdəliyin təminatı kimi bankla Fətuİİayeva Əsmər Şahbaz qızı, Cavabdeh3 və Cavabdeh5 arasında zaminlik müqavilələri, eləcə də borclu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus əmlaklar barəsində ipoteka müqavilələri bağlanmışdır. İddiaçı bank 30.10.201 4-cü il tarixli və 14.11.2014-cü il tarixli kredit müqavilələri üzrə əsas borcun, faiz borcu və cərimənin borclu və zaminlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması tələblərinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 21 dekabr 2012-ci il tarixli baş kredit razılaşmasının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Qarşılıqlı iddia birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, apellyasiya məhkəməsi qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamış, qarşılıqlı iddiaçı həmin hissədə qətnaməni mübahisələndirməmişdir. İddianın qismən təmin edilməsi, kredit müqavilələri üzrə borcun tutulması və tutmanın yalnız borclunun əmlakına yönəldilməsinin qət edilməsi, iddianın zaminlərə qarşı hissədə və üçüncü şəxslərin əmlakına tutmanın yönəldilməsinə dair tələblərin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini borclunun əmlakına tutmanın yönəldilməsi hissəsində ləğv edib həmin hissədə də iddianı rədd edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər əvvəlki müqavilənin icrasının təmin edilməsi ilə bağlı onların şərtlərindən, məqsədindən və təyinatından fərqlənən yeni müqavilə bağlayaraq yeni şərtlərlə və baş kredit müqaviləsinin şərtlərindən kənara çıxan yeni müqavilə bağlamış və həmin vaxt yeni şərtlərlə bağlanmış müqavilələr üzrə ipotekaların dövlət qeydiyyatını yenidən həyata keçirməli olduqları halda, belə qeydiyyatı aparılmasını yerinə yetirməmiş və yeni şərtlərlə ba ğlanmış müqavilələrlə uyğun ipoteka müqavilələri bağlamamışlar. Belə olan halda isə, iddiaçının hazırki iş üzrə ipoteka predmetlərinə tələbin yönəldilməsini tələb etməsi vicdanlılığı tələb edilən hərəkət hesab edilə bilməz. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh Azadxan Məmmədov arasında kredit münasibətləri yaranmaqla, 21 dekabr 2012-ci il tarixdə bank tərəfindən sonuncuya 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin tarixdə borclu Azadxan Məmmədova məxsus olan bazar dəyəri 1.808.000 manat olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi, Cavabdeh3 məxsus bazar dəyəri 96.000 manat müəyyən edilən fərdi yaşayış evi, Cavabdeh4 məxsus bazar dəyəri 210.000 man at olan qeyri-yaşayış sahəsi və Cavabdeh2 məxsus bazar dəyəri 2.800.000 manat müəyyən edilən qeyri-yaşayış sahəsindən ibarət 4 əmlakın banka ipotekaya qoyulması və biri hüquqi şəxs olmaqla üç şəxsin zamin durması ilə müqavilə təmin edilmişdir. Bank tərəfindən Azadxan Məmmədova 21 dekabr 2012-ci il tarixli baş kredit razılaşmasına uyğun olaraq 21 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.600.000 ABŞ dolları, 14 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə 300.000 ABŞ dolları kredit verilmişdir. X2 arasında 30 oktyabr 2014-cü il tarixdə üçüncü kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında sonuncuya İ tranş üzrə 1.845.000 ABŞ dolları, İİ tranş üzrə 65.000 ABŞ dolları olmaqla, ümumilikdə 1.910.000 ABŞ dolları kredit verilmişdir. Həmin tarixdə Azadxan Məmmədov əvvəlki kredit mü qavilələri üzrə qalan borcunu tam ödəmişdir. Bundan sonra, 14 noyabr 2015-ci il tarixdə Azadxan Məmmədovla bank arasında 1.440.000 ABŞ dolları kredit götürülməsi barədə kredit müqaviləsi bağlanılmışdır. 30.10.2014-ci il tarixli kredit müqaviləsi 60 ay müddətinə bağlanılmaqla illik faiz dərəcəsi 14%, 14.11.2014-cü il tarixli kredit müqaviləsi isə 36 ay müddətinə bağlanılmaqla illik faiz dərəcəsi 13% müəyyən edilmişdir. Göründüyü kimi həmin müqavilələrin icra müddəti və verilmiş kreditlərin məbləği ipoteka və zaminliklə təmin edilmiş 21 dekabr 2012-ci il tarixli əsas kredit razılaşmasında nəzərdə tutulmuş 120 aylıq müddəti və 5.000.000 ABŞ dolları məbləğini aşmamışdır. Girov və ipoteka hüququ anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinin tələblərinə gör ə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin tələblərinə görə ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Deməli, ipoteka hüququnun mahiyyəti və əsas məqsədi tərəflər arasında əsas öhdəlik hesab edilən borc müqaviləsi üzrə əmələ gələn öhdəliyin borclu tərəfindən vaxtında icra edilmədiyi təqdirdə əsas öhdəliyin icrası nın ipoteka müqaviləsi üzrə yaranan əlavə öhdəlik hesabına təmin edilməsindən ibarətdir. Tərəflər arasındakı kredit müqavilələrində göstərilən məbləğlərin, yəni 30 oktyabr 2014cü il tarixli müqavilə üzrə 1.910.000 ABŞ dolları,14 noyabr 2015-ci il tarixli müqavilə üzrə 1.440.000 ABŞ dollarının kifayət qədər yüksək məbləğ olması mübahisəsiz olmaqla, həmin öhdəliklərin tərəflər arasında təminatsız razılaşdırılması ağlabatan deyil. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər əvvəlki müqavilənin icrasının təmin edilməsi ilə bağlı onların şərtlərindən, məqsədindən və təyinatından fərqlənən yeni müqavilə bağlayaraq yeni şərtlərlə və baş kredit müqaviləsinin şəsrtlərindən kənara çıxan yeni müqavilə bağlamış və həmin vaxt yeni şərtlərlə bağlanmış müqavilələr üzrə ipotekaların dövlət qeydiyyat ını yenidən həyata keçirməli olduqları halda belə qeydiyyatın aparılmasını yerinə yetirməmiş və yeni şərtlərlə bağlanmış müqavilələrə uyğun ipoteka müqavilələri bağlamamışlar. Əvvəla, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.3-cü maddəsinə əsasən ipoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda, ipoteka qoyan borclu olduqda, əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Göründüyü kimi, qanunvericilik ipoteka qoyanın əsas öhdəliyə münasibətdə cavabdeh olub-olmamasını əsas götürərək borclu-ipoteka qoyan və üçüncü şəxs-ipoteka qoyan olmaqla fərqləndirməklə, onlarla kreditor arasında olan ipoteka münasibətlərini fərqli şəkildə tənzimləyir. Belə ki, əsas öhdəli klə ipoteka müqaviləsi arasındakı uyğunsuzluq ipoteka qoyan borclu olduqda, kreditorun xeyrinə, ipoteka qoyan üçüncü şəxs olduqda isə onun xeyrinə təfsir edilir. Deməli, hər hansı uyğunsuzluq halında üçüncü şəxslər üstün hüquqlara malik olmaqla, həmin nəticələr üçün məsuliyyət daşımamaqla, yalnız əlavə öhdəlik- ipoteka müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlik üzrə cavabdehdirlər. Lakin borclu-ipoteka qoyan, həm əsas öhdəlik, həm də əlavə öhdəlik üzrə cavabdeh olduğundan, həmin öhdəliklərin hər hansı şərtləri arasında uyğunsuzluq halında, həmin şərtn ipoteka müqaviləsində nəzərdə tutulmadığı və ya başqa formada nəzərdə tutulduğu üçün borclunun məsuliyyətdən azad edilməsi yolverilməzdir. Bankla bağlanmış 5.000.000 ABŞ dolları həddində kredit razılaşmasının təmin edilməsi üçün 4 ədəd ə mlaka dair ipoteka müqaviləsi bağlanmışdır, həmin əmlaklardan biri borclunun, qalan üç əmlak isə üçüncü şəxslərin mülkiyyətindədir. Apellyasiya məhkəməsi əsas öhdəliyin ipoteka müqavilələri ilə təmin edilə bilməməsi barədə nəticəyə gəlsə də, gəldiyi nəticəni qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamış, əsas öhdəliklə ipoteka müqaviləsi arasındakı uyğunsuzluğu müəyyən etməmiş, uyğunsuzluğun mövcud olduğu təqdirdə belə, borclunun əmlakına münasibətdə həmin uyğunsuzluğun kreditorun xeyrinə təfsir edilməli olması barədə qanunvericiliyin göstərişini ümumiyyətlə nəzərə almamışdır. Qeyd edildiyi kimi mübahisəli kredit münasibətləri üzrə öhdəliklərin təmin edilməsi üçün həm də zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 470-ci maddəsinə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əl verişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. İş materiallarından görünür ki, zaminlərin razılığı alınmadan bağlanmış kredit müqavilələri onların zamin durduğu kredit razılaşması müddətində bağlanılmaqla, həmin razılaşmada göstərilən məbləğdən yüksək məbləğdə kredit verilməmiş, bununla da onların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Bununla bərabər, apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Kredit razılaşması müqaviləsində kredit məbləğinin faizlə verilməsi, ödənişin gecikdirildiyi hər gün üçün kredit məbləğinə cərimənin hesablanması nəzərdə tutulsa da, faiz dərəcəsi göstərilməmiş, sonradan kredit razılaşmaları bağlanarkən də zaminlərin razılığı alınmamışdır. İşin qeyd olunan halı öz-özlüyündə zaminin öhdəliyin icrasına görə üzərinə götürdüyü məsuliyyətdən azad edilməsi üçün əsas hesab edilə bilməz. Əvvəla, yuxarıda qeyd edildiyi kimi zaminlik müqaviləsinin zaminin hüquq və vəzifələrini nəzrədə tutan 3-cü maddəsinə kredit məbləğinin faizlə veriləcəyi, kreditdən istifadə üçün faiz hesablanacağı, zaminin də həmin faiz məbləği üçün məsuliyyət daşıdığı müəyyən edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Banklar haqqında” Qanunun 1-ci maddəsin ə əsasən bankfiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan bankların faiz nəzərdə tutulmamaqla kredit verməsi ağlabatan hesab edilmədiyi kimi, kredit razılaşması müqaviləsində də faiz dərəcəsinin göstərilməməsi də zaminin kredit məbləğinin faizsiz veriləcəyini ehtimal etməsi və bu şərtlə öhdəliyə zamin durması kimi qiymətləndirilməməlidir. Yəni, zaminlər kreditor bank tərəfindən kredit məbləğinin faizlə veriləcəyini bilmiş və bununla razılşaraq öz iradə ifadəsi əsasında zaminlik müqavilələrini bağlamış, qeyd olunan halın əksi mübahisələndirilməmişdir. Bu zaman zamin ən azından kredit məbləği üçün qanunvericiliklə nəzərdə tutulmuş minimum faiz dərəcəsi həddində məsuliyyət daşımalıdır. Qeyd olunan əsasla, yəni faiz dərəcəsinin göstərilməməsi əsası ilə zaminin əsas borcun ödənilməsinə görə də məsuliyyətdən azad edilməsi isə ümumiyyətlə zaminliyin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə ziddir. Lakin apellyasiya məhkəməsi işin qeyd olunan hallarına əşya təminat hüququnun və öhdəliklərin icrasının təmin edilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddiaçının ipoteka predmetlərinə tələbin yönəldilməsini tələb etməsinin “vicdanlılığı tələb edilən hərəkət” olmadığını hesab etməklə iş üzrə əsassız nəti cəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müva fiq surətdə hərəkət etməlidir. Mübahisəli kredit müqavilələri üzrə borclunun öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində kreditorun kifayət qədər yüksək məbləğləri əhatə edən öhdəliyin icrasının əvvəlcədən razılaşdırılmış təminat vasitələri ilə reallaşdırılmasını tələb etmək hüququ vicdanlılığın tələb etdiyi tərzə zidd olmamaqla, əksinə borclunun həm öhdəliyini yerinə yetirməməsi, həm də öhdəliyin icrasının təminat vasitələrinə yönəldilməsinin qarşısını almaq məqsədi vicdanlılığın tələb etdiyi hərəkət kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, i ş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cui il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar