Məhkəmə qərarları › İş №2(102)-4958/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4958/2019

25.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4958/2019 25.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, iddiaçı ləğv prosesində olan İddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu RayonMəhkəməsinin 2(008)-226/18 saylı, 16 oktyabr 2018ciiltarixli qətnaməsi ilə (hakim V.Həsənov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 27955,97 ABŞ dolları əsas, 6425,99 ABŞ dolları faiz, cəmi 3 4381,96 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutumanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin həmin yaşayış sahəsində çıxarılmaları və mənzilin boşaldılması, mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(103)-1312/2019 saylı qətnaməsi ilə (hakimlər: İ.Şirinov, T.Səmədov və E.Kazımov) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-226/18 saylı, 16 oktyabr 2018-ciiltarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyi şdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(103)-1312/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 27975 ABŞ dolları əsas, 7487 ABŞ dolları faiz, cəmi 35462 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, ünvan 1 mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödə nilməsi və mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019cu il tarixli, 2(103)-1312/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmə dən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməklə, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə y enidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi 25 avqust 2015-ci ildə ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmeti olan – X3 xüsusi mülkiyyətindəki ünvan 1 mənzili 65.000 manat qiymətləndirilmişdir. İşə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən “İpoteka haqqında” Qanununun tələblərini pozaraq qiymətin müəyyən edilməsinə ipoteka qoyanın və ipoteka saxlayanın qarşılıqlı razılığının olub-olmamasını müəyyən etməmiş, ipoteka müqaviləsində müəyyən edilmiş qiyməti ilkin satış qiyməti kimi müəyyən etmişdir. Mübahisəli hüquq münasibəti yarandığı gün qüvvədə olan “İpoteka haqqında” Qanunun 39.3, 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predm etinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipotekanın ilkin satış qiymətini qanunvericiliyin tələblərini pozmaqla müəyyən etmiş, apelyasiya məhkəməsi də qanun pozuntusu ilə qəbul edilmiş qətnaməni həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla da məhkəmə tətbiq olunmalı qanunu tətbiq etməmiş, maddi hüquq normasını pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. Kollegiya nəticəyə gəlir ki, iddia tələbinin digər hissələri üzrə - kredit borcunun və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələblər üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olduğundan qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini “İpoteka haqqında” Qanunun tələblərinə uyğun müəyyən edilməsini müəyyən etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi ipoteka pred metinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar