Məhkəmə qərarları › İş №2(102)-4958/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4958/2021

14.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4958/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia – mənzilə köçürülmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və ayrıca şəxsi hesab vərəqəsinin ayrılması, qarşılıqlı iddia – mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-986/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Xətai rayonu MKTB-nin 1 saylı MKİS-nin verdiyi 20.02.2020-ci il tarixli arayışında iddiaçıların İsmixan Zəkiyevanın ailə üzvlər i kimi 15.09.1987-ci il tarixdən və 30.03.1988-ci il tarixdən mənzildə daimi qeydiyyatda olmaları, yenə də 91 saylı MKİS-nin verdiyi 18.06.2020-ci il tarixli arayışa (qonşular tərəfindən tərtib edilmiş akta əsaslanmaqla) əsasən 2019-cu ilin iyun ayından yaşamadıqları qeyd olunmuşdur. Həmçinin, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında verdikləri izahatlarında iddiaçılar, İddiaçı1 1987-ci il tarixdən, İddiaçı2 isə 1988-ci il tarixdən 2019-cu ilin iyun ayınadək mübahisəli mənzilin 5 və 6 saylı otaqlarında yaşadıqlarını, hazırda da həmin otaqların açarlarının iddiaçılarda olduğunu və hazırda əşyalarının da orada olduğunu bildirilib. Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzili 02.08.1978-ci il tarixdə X1 179466 saylı order əsasında verilmişdir. Qədimulla Zəkiye vdən başqa orderdə adları göstərilən şəxslər bunlardır: Zəkiyeva Pərixan, X3, Cavabdeh3 Qədimulla oğlu, Cavabdeh1, X4 və X9. Cavabdeh3 Qədimulla oğlu ilə Cavabdeh1 Mənzilin sahibi olmuş Qədimulla Zəkiyevin övladları, İddiaçı1 gəlini, İddiaçı2 isə nəvəsi olmuşdur. İddiaçı1 1987-ci il tarixdən, İddiaçı2 isə 1988-ci il tarixdən mənzildə daimi qeydiyyata alınmaqla 2020-ci ilin iyun ayınadək orada yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin müvafiq olaraq 5 və 6 literli 16,69 kv.m-dən ibarət otaqlarına köçürülmələri, həmin otaqlara dair şəxsi hesabın ayrılması və onların həmin otaqların icarədarı hesab edilməsi barədə ilkin iddia ərizəsi ilə, cavabdehlər isə iddiaçıların Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh1 həmin mənzilin icarədarı hesab edilməsi barəqə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. ilk iddia onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildə vəfat etmiş əri Cavabdeh3 Qədimulla oğlu ilə rəsmi nikaha daxıl olduqdan sonra gəlin köçərək, digər iddiaçı - oğlu isə doğulduğu ildən mənzildə yaşamağa başlamışlar. Gəldiyi gündən onların ailəsi mənzilin «5» və «6» literli 16.69 kv.m yaşayış sahəsi olan otaqlarda yaşamışlar. Keçən ilin iyul ayında oğlu ilə Rusiya Federasiyasına qohumlarının evinə qonaq getmiş, üç ay orada qaldıqdan sonra oğlu geri qayıtdıqda cavabdehlər onu mənzilə buraxmamışlar. Oğlundan bir ay sonra özü də qa yıtmış, mənzilə girmək cəhtinə baxmayaraq buna nail ola bilməmişdir. Bununla bağlı Xətai RPİ-nin 35-ci PB-nə dəfələrlə şikayət etsə də, sonuncu dəfə oradan 15.01.2020-ci il tarixli məktubla bildirilmişdir ki, faktlar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və icarədarı 2000-ci ildə vəfat etmiş qaynatası X2 olmuşdur. Cavabdehlərlə aralarında daim mübahisə olduğundan razılığa gəlib mənzili indiyədək özəlləşdirə bilməmişlər. Cavabdehlə aralarında kommunal ödənişlərin aparılmasında daim mübahisələr baş verir. Hər dəfə işıq, su, qaz və digər kommunal xidmətlərə görə ödənişlərin verilməsi vaxtı gələrkən heç cür razılığa gələ bilmirlər. Bu xidmətlərə görə daim borc olduğundan, hətta yaşayış yerindən arayış almaq mümkün olmur. Cav abdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizələrində qeyd etmişlər ki, iddiaçılar uzun müddətdir ki, (təxminən 1 il) mənzildən istifadə etmirlər. Onlar öz təşəbbüsləri ilə əşyalarını toplayıb mənzili tərk etmiş və başqa yaşayış sahəsinə köçmüşlər. Onların mənzildə qeydiyyatı formal xarakter daşıyır və onların hüquqlarını məhdudlaşdırır. İlkin iddianın əsl səbəbi isə mənzili tərk etmək deyil, onu məcburi satdıraraq pul vəsaiti əldə etməkdir. İddiaçılar mənzildə yaşadıqları dövrdə tez-tez münaqişələr yaradır, onları təhqir edir və fiziki təzyiqlər göstərirlər. Bununla əlaqədar dəfələrlə polisə müraciət etmişlər. Onların kommunal və digər xərcləri ödəməkdən imtina etmələri daim münaqişələr yaradır. Ona görə də onların mübahisəli mənzildə yaşamaları mümkün və təhlükəsiz deyil. Bundan başqa, ataları vəfat etdikdən sonra mənzilə dair yeni kirayə müqaviləsi bağlamaq istəsələr də İddiaçı1 buna mane olmuş, buna görə kommunal xidmətlərdən istifadəyə görə müqavilələr onların adına olsa da, mənzilə kirayə müqaviləsi bağlanmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: P.Zamanlı, iş № 2(011)-3091/2020) ilkin iddia qismən təmin edilərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16,69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına köçürülməsi, ilkin iddia tələbinin digər hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərin uzun müddətdir (təxminən 1 il) iddiaçıların əşyalarını toplayaraq başqa yaşayış sahəsi nə köçmələri barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehlər bu dəlilləri ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, iş materialları ilə müəyyən edilir ki, iddiaçılar daimi olaraq mənzildən çıxıb getməmişlər, onlar yaşadıqları otaqların açarlarını və əşyalarını orada saxlamaqla (cavabdehlərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən edilir) mənzildən istifadə hüquqlarını davam etdirmək niyyətindədirlər. Tərəflər arasındakı mübahisə ilə bağlı İddiaçı1 Bakı şəhəri Xətai RPİ-nin 35-ci bölməsinə müraciət etmiş, 15.01.2020-ci il tarixdə 35-ci bölmənin rəisi tərəfindən ərizədə göstərilən faktların mülki xarakterli olduğu bildirilmişdir. Bundan başqa, iddiaçıların başqa yaşayış yerinə malik olması barədə cavabdehlər məhkəməyə heç bir sübut təqdim etməmiş dir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi digər hissələrdə (otaqlara dair hesabın ayrılması və Sukver Şıxnəsibovnanın otaqların icarədarı hesab olunması) təmin oluna bilməz. Belə ki, istər mənzilə dair şəxsi hesabın ayrılması, istərsə də icarə müqaviləsinin bağlanması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Məhkəmə, həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərov (sədrlik edən və məruzəçi), hakimlər X.Sarıyev və C.Yusifov, iş № 2(103)-986/2021) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 1987-ci ildən (ailə qurduğu tarixdən), İddiaçı2 isə 1988-ci ildən (doğulduğu tarixdən) mənzilə yaşayış yeri üzrə qeydiyyata alınıblar və müvafiq olaraq həmin tarixlərdən icarədarın ailə üzvü kimi mənzildə yaşamaqla əvvəlki Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin göstərişlərinə uyğun olaraq mənzildən istifadə hüququ əldə ediblər. Onlar 2019-cu ilin iyun ayında mənzildən müvəqqəti olaraq başqa yerə gediblər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin əsas isə ondan ibarətdir ki, icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Lakin İddiaçı1 və İddiaçı2 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini təsdiq edən sübutlar yoxdur. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq mənzilin “5” və “6” literli iki otağına köçürülməsini qət edib. Mənzilin həmin iki otağı ayrıca yaşayış vahidi deyil, lakin iddia ərizəsində iki otağa köçürülmə tələb olunduğuna görə belə nəticənin qət edilmə si Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinin göstərişinə uyğundur. İlk iddiaya münasibətdə yuxarıda qeyd olunan əsaslandırma qarşılıqlı iddiada irəli sürülən “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” tələbin rədd edilməsi üçün əsasdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq həmin tələbi rədd edib. Qarşılıqlı iddiada irəli sürülən, Cavabdeh1 mənzilin icarədarı hesab edilməsi barədə tələbə münasibətdə məhkəmə qeyd edir ki, mənzilin icarədarı Qədimulla Zəkiyev 2000-ci ildə vəfat edib. Həmin zaman qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 85-ci maddəsinin 1-ci hissəsində qeyd olunub: “İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailə nin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır”. Lakin belə tələb dövlət mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisinə (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanına) qarşı irəli sürülməlidir. Belə ki, yalnız həmin orqan ailə üzvlərindən birini icarədar (kirayəçi) hesab etməklə onunla icarə (kirayə) müqavilə bağlamaq səlahiyyətinə malikdir. Qarşılıqlı iddiada cavabdeh kimi göstərilən İddiaçı1 və İddiaçı2 belə səlahiyyətə malik deyillər, ona görə də həmin şəxslərə qarşı yönəlmiş bu tələb təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddi açı Cavabdeh1 (vəkil X5) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli 2(103)-986/2021 nömrəli qətnaməsinin ləğv edilərək, mülki işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onun şikayəti əsasında mübahisələndirilən hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə ü zvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 87-ci maddəsinə (1982-ci il tarixli redaksiyada) əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və onunailə üzvləri müəyyən edilmiş 6 ay müddətdən artıq başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilə bilər. 123-cü maddəsinə görə yaşayış evi mül kiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən tam olaraq qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-986/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar