Məhkəmə qərarları › İş №2(102)-4959/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4959/2019

11.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4959/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh vəkili X1 iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:Ə.S.Qəhrəmanov;2(003)-2855/2018) iddia qismən təmin edilmiş, İddiaçı uşağı-25 yanvar 2002-ci il təvəllüdlü X2 Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 2A saylı evə köçürülməsi və onların həmin evə istifadə hüquqlarının tanınması qət edilmiş, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər, İ.S.Şirinov (sədrlik edən və məruzəçi) T.S.Səmədov və E.C.Kazımov; 2(103)-1306/19) Cavabdeh apelliyasi şikayəti təmin olunmuş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş,yeni qətnamə qəbul edilmiş və iddia təmin edilməmişdir. Hazırki qətnamənin İddiaçı Bakı şəhəri,************************************** saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olması, iddiaçı tərəfindən ödə nilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və qızının cavabdehin mülkiyyətində olan Bakı şəhəri,Xəzər rayonu, Mərdəkan qəsəbəsi,***************************** saylı evə istifadə hüququnun tanınması,həmin evə köçürülmələri və evdən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki, onun Cavabdeh ilə rəsmi nikah 25 yanvar 2002-ci ildə Bakı şəhəri Səadət Sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında 90 saylı qeydlə bağlanmışdır. Birgə nikahdan 08 dekabr 2002-ci iltəvəllüdlü F8 adlı uşağları doğulmuşdur.Cavabdehlə 16 ildir bırgə ər-arvad kimi yaşasa da,aralarında ailə həyatı fdaktiki olaraq pozul duğundan,Xəzər rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahından doğulmuş qızları F8 onun himayəsində saxlanılmışdır.O,cavabdehlə nikaha daxil olaraq gəlin kimi onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evə köçmüş və həmin evə pasport qeydiyyatına alınmışdır.Həmin evdə onların qızı F8 da qeydiyyata alınmışdır.Hazırda cavabdehlə boşandığından qızı ilə öz mülkiyyətində olan mübahisəli evdə yaşamasına icazə vermir və onun qızı ilə yaşamağa başqa yeri yoxdur.Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,iddianın təmin edilməməsi və İddiaçı ünvan 2 ünvanı üzrə qeydiyyatın ləğv edilməsi barədə qətnmə çıxarılmasını xah iş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçın ünvan 2 ünvanında yerləşən evə dair ilkin iddiası tam əsassıdır. İddiaçı həmin ünvana olan pasport qeydiyyatı formal xarakter daşıyır və o,həmin mənzildə heç vaxt yaşamamışdır. İddiaçı həmin ünvanda yalnız bir neçə dəfə qonaq kimi olmuşdur.Bundan başqa mübahisəli ev birgə nikah dövründə deyil, nikahdan əvvəl əldə olunmuşdur.Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və azyaşlı qızı F8la birlikdə cavabdehin mülkiyyətində ünvan 3 ünvanında yerləşən evə istifadə h üququnun tanınması, həmin evə köçrülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin 15.2,27.3,158.1.2, 158.4,228.2-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəfin izahatı İddiaçı vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili X3 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına bax mayaraq iddiaçı və cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norma larını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 228.1-228.2, 228.5,152.1-ci maddələrinə, Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” qərarlarına istinad etməklə onunla əsaslandırmışdır ki, mübahisəli ev 21.06.1994-cü il tarixdən Cavabdeh mülkiyyətində olduğundan, iddiaçı 25.01.2002-ci il tarixdə cavabdehlə nikaha daxil olaraq,onun ailə üzvü kimi bir müddət birlikdə həmin evdə yaşadığından iddiaçının mübahisəli evə istifadə hüququ yaranmışdır. mübahisəli evdə yaşamadığından,bundan başqa, Xəzər Rayon Məhkəməsinin 2(003)1 200/2018 saylı,18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri,************************ saylı mənzillərinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüququ tanımaqla, mənzillərin həmin paylara müvafiq olaraq tərəflər arasında bölünməsi, eyni zamanda Bakı şəhəri, İnşaatçılar prospekti,14 ünvanında yerləşən 9 saylı mənzilin 11,7% hissəsinə iddiaçının, cavabdehin isə qalan 88,3% hissəsinə paylı mülkiyyət hüququ tanımaqla, mənzillərin həmin paylara müvafiq olaraq tərəflər arasında bölünməsi barəsində qərarı alınmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-908/2019 saylı,06 fevral 2019-cu il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri,İnşaatçılar pr. 14 ünvanında yerləşən 9 saylı mənzilə aid hissəd ə dəyişdirilərək, həmin mənzilin də ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə cavabdeh X4 mülkiyyət hüququ tanınmaqla, mənzillərin həmin paylara müvafiq olaraq tərəflər arasında bölünməsi barədə qərarı ilə iddiaçının mülkiyyətinə mənzillər verildiyindən onun mübahisəli evdən yaranmış istifadə hüququna xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İs materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh 25 yanvar 2002-ci ildə nikaha girmiş, onların nikahlarından 08 dekabr 2002-ci il tarixdə qızları F8 anadan olmuşdur İş materiallarında olan 21 iyun 1994-cü il tarixli 020794 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri *************************** küçəsi 1,və 2 A X6 tərəfindən Cavabde h 3.500.000 rubla satmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyə Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı ********** saylı qeydiyyat vəsifəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri ******************** küçəsi döngə 1, və 2 A Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 06 avqust 2015-ci il tarixdə 03 saylı revestr kitabında 420-ci səhifədə 30/15710 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Xəzər Rayon Məhkəməsinə ünvanlanmış 13 avqust 2018-ci il tarixli **********16 saylı məktubdan görünür ki, 25 saylı DNK-nın 21.06.1994-cü il tarixli ***** ***** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, ******************** küçəsi döngə 1, və 2 A Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir, həmin ünvana dair keçmiş Əzizbəyov RİHB-nin 345 saylı. 03.06.2005-ci il tarixli sərəncamına əsasən əlavə tikililər qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-510/2018 saylı, 08 fevral 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı Anatolyevana arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş övladları X2 və anası İddiaçı himayəsində saxlanılması və uşağın saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 154 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-yi yaşayış yeri üzrə qeydiyyat haqqında 15.05.2018-ci il tarix li arayışından görünür ki, İddiaçı 29 mart 2005-ci il tarixində Cavabdeh mülkiyyətindəki yuxarıda qeyd olunan mubahisəli evdə 29 mart 2005-ci il tarixdən həmçinin tərəflərin qızı F8 və Cavabdeh qeydiyyatdadırlar. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə edərək göstərilmişdir ki, cavabdehlə nikaha daxili olduğu vaxtdan 16 ildir ki, sonuncunun mülkiyyətində ki, mübahisəli evdə qızı F8la yaşamış lakin boşandığından cavabdeh onları mülkiyyətindəki qeyd olunan evdə yaşamasına icazə vermir və onun qızı ilə yaşamağa başqa yeri yoxdur. Tərəflərin izahatlarından görünür ki, iddiaçı hazırda cavabdehlərin anasına məxsus Bakı şəhəri ********************************* də yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülki yyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair“ Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında şərh edilmişdir ki, yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlak təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Həmin Qərarda həmçinin şərh edilmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyasının 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin X və X hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərdə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, el əcə də ailə üzvlərinin ailə qaYĞ qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mükiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlə sonuncunun mülkiyyətində olan mübahisli evdə ailə üzvü kimi yaşadığından həmin evə istifadə hüququ yaranmasını qəbul etmiş, lakin yuxarıda göstərilən nəticəyə gələrək hesab etmiş ki, bunun həmin evdən is tifadə hüququna xitam verilmişdir Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin: -217.1-217.2-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyə n edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. -218.3-cü maddəsinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərdiyi kimi Azərbaycan Respublikası Konstituyası Məhkəməsi Prenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında şərh etmişdir ki: Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququ n kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin Servituta xitam verilməsi adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüquqi əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən idtifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. İddiaçı mübahisəli evə istifadə hüququna xitam verilməsinə əsas ola bilən Konstitusiyası məhkəməsinin qeyd olunan qərarında şərh edilmiş əsasların olunmasını təstiq edən sübut, o cümlədən apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə istinad etdiyi Xəzər rayon məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnamələri iş materiallarında yoxdur. Həmçinin iş materiallarında Cavabdeh mübahisəli evdə ist ifadə hüququna xitam verilməsi barədə İddiaçı qarşı iddia tələbi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə görə isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tam və hərtərəfli araşdırma apararaq işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış qətnamə çıxarılmalı olduğu halda cav abdeh tərəfin izahatını əsas götürərək yuxarıda göstərilən qətnaməni qəbul etmiş, nəticədə maddi və prossesual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğuna qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar