Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4959/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənaf oğlu, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4959/20 (Açar sözlər: icarəyə verilmiş ərazinin geri qaytarılması, icarə haqqı və dəymiş zərərin ödənilməsi, iddianın qismən sübuta yetməsi) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənaf oğlu və Cavabdeh2 qarşı “ qurğuların, icarəyə verilmiş ərazinin geri qaytarılması, icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-805/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixliqətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X1 Ramiz Manaf oğlu və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu,Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasını icarəyə vermişdir.
2. Cavabdehlər iddiaçıya ödəniş etməmişlər. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 Mənaf oğlu və Cavabdeh2 qarşı Qaradağ rayon Məhkəməsində iddia qaldıraraq (sonradan iddian ı dəqiqləşdirməklə), Bakı şəhəri, Qaradağ rayonu,Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasının, istifadəyə verdiyi bütün texnika və avadanlıqların geri qaytarılması, avadanlıqların, qurğuların və texnikanın geri qaytarılması mümkün olmadığı təqdirdə onların dəyəri olan 30380 manat məbləğində zərərin əvəzinin, su çəninə, fəhlə yatağına və daş karxanasının ortadan bölünməsinə görə dəymiş 1500 manat məbləğində zərərin əvəzinin, cavabdehlərin daş karxanasından satdıqları mişar daşından əldə etdikləri 48700 manat məbləğində təmiz gəlirin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qaradağ rayonu,Səngəçal Şimal ərazisində yerləşən 2 hekta rdan ibarət daş karxanasını xx xxxxxx 2015-ci il tarixdə sadə yazılı formada bağlanmış icarə müqaviləsi əsasında cavabdehlərə icarəyə vermişdir.
5. İcarə haqqı kimi cavabdehlər hər ay 8000 ədəd mişar daşı, eləcə də iddiaçının “xxxxxxxxxxxxxxx” MMC-dən aldığı 1 ədəd “Şantu SL50W Frontal” yükləyiciyə (Kon) görə ödəyəcəyi 2000 manat məbləğində kredit borcunun ödənilməsinə razılaşmışlar.
6. İddiaçı cavabdehlərə 2 ha sahəni verməklə yanaşı, 1 ədəd “Şantu SL50W Frontal” yükləyici (Kon), 1 ədəd şırım açan avadanlıq, tam işlək vəziyyətdə2 ədəd daş kəsən maşın, 1 ədəd 250 kilovoltluq transformator, 1 ədəd qaynaq aparatı, 2 ədəd laqonda, dəzgahı ilə birlikdə1 ədəd itiləyici (taçilka) daş, 10 ədəd bütöv P-38 markalı rels, 13 ədəd bütöv P-43 markalı rels, 1 ədəd bütöv P-50 markalı rels, şırım açan ava danlığın 36 metrlik relsi, 1 ədəd vaqon, 2 tonluq su çənin də vermişdir.
7. Cavabdehlər işə başladığı vaxtdan hazıradək iddiaçıya cəmi 2500 ədəd mişar daşı vermişlər ki, iddiaçı da həmin mişar daşını sataraq əldə etdiyi 500 manat məbləğində pulu vergi xərclərinə ödəmişdir. Sonradan cavabdehlər iddiaçıya heç bir ödəniş etməmişlər.
8. Daş karxanasına baxış keçirən zaman fontal yükləyici və onun 1 ədəd təkəri, 1 ədəd qaynaq aparatı, 100 metrlik ölçüdə 35-lik yumşaq kabel, 100 metr ölçüdə üç qanadlı alüminium kabel, 10 sm qalınlığında 8 ədəd maçalkadan hazırlanmış fəhlələr üçün yataq döşəklərinin orada olmadığı aşkar edilmişdir.
9. Su çəni isə dağıdılmış vəziyyətdə olmuşdur.
10. Həmçinin cavabdehlər daşkarxanasını iki hissəyə bölərək şırım açmış, tullantı məhsulları da həmin sahədəqalmışdır. 1
1. Dəymiş zərərlə bağlı akt tərtib edilmiş, aktın surəti cavabdehlərə də təqdim edilmişdir.
12. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 21 və 396-cı maddələrinə istinad etmişdir.
13. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2783/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Mənaf oğlunun onun icarəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasından çıxarılması, Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasının və həmin daş karxanasında olan 17 adda texnika, qurğu və avadanlıqların iddiaçıya geri qaytarılması, texnika, qurğu və avadanlıqların geri qaytarılması mümkün olmadığı halda onların dəyəri olan 26660 manat məbləğində zərərin əvəzinin Cavabdeh1 Mənaf oğlundan iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim Rəşad Məmmədov)
14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, icarəyə götürən Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsi üzrə ona icarəyə verilmiş sahədən icarə şərtlərinə uyğun istifadə etməmiş, daş karxanasına məxsus avadanlıqlar sökülmüş, bir qisim avadanlıqlar isə, ümumiyyətlə, daş karxanasında olmamışdır, onların müqəddaratı – satılması, başqa yerə aparılması və s. bəlli deyildir. İcarə müqaviləsi üzrə şərtlərin yerinə yetirilməməsi nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, o, haqlı olaraq məhkəmədə iddia qaldırmışdır.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.8, 385.1, 386.1, 442, 445, 448.1, 700.1, 700.2, 701.1, 701.2, 701.2.1-701.2.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın baxılmamış saxlanmasını xahiş etmişdir.
17. Cavabdeh apelyasiya şikayətində ona istinad edib ki, Füzuli rayonunun Dilağarda kəndində qeydiyyatda olmasına baxmayaraq, işə aidiyat qaydalarının pozulması ilə baxılıb.
18. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (2(103)-3856/2017 nömrəli, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədənsaxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və İlham Əsədov)
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansi ya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmiş, eləcə də cavabdehin apelyasiya şikayətinin dəlili üzrə qeyd etmişdir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar üzrə məhkəmə aidiyyatının seçmək hüququ iddiaçıya çəxsusdur. c) Kassasiyainstansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh1 kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. 21.
17. Cavabdehin kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, işə aidiyyat qaydalarının pozulması ilə baxılmasına istinad edilib.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6478/2019 nömrəli, 17 oktyabr2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin xx xxxxx 20 17-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya məhkəməsi xx xxxxxx 2015-ci il tarixli sadə yazılı formada tərtib edilmiş tərəflərin hüquq və vəzifələrinin, eləcə də müqavilə şərtlərinin qeyri-müəyyən olduğu razılaşmanı “icarə müqaviləsi” kimi qiymətləndirməklə və iddiaçının icarəyə götürdüyü torpaq sahəsini üçüncü şəxsə icarəyə verməyə hüququ olmadığına ümumiyyətlə hüquqi qiymət verməmişdir.
24. Kassasiya instansiyası qeyd etmişdir ki, apelyasiya məhkəməsi icarə müqaviləsinin forma və məzmununun əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuş, tərəflər arasında mövcud olan münasibətlərin xarakterini müəyyən etməmiş, mövcudluğu və iddiaçıya məxsusluğu lazımi şəkildə təsdiq edilməyən əmlaklara cavabdehlər tərəfindən zərər vurulduğuna istinad edərək mülkiyyətin və sübutetmənin əsaslarını müəyyən edən qanunvericilik normaları baxımından tələbə düzgün hüquqi qiymət verməmiş, iddiaçının lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olduğunu göstərdiyi halda və sonuncunun həmin fəaliyyətinin qanuni olması, ümumiyyətlə, təsdiq edilmədiyi halda, iddianı təmin edərək mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-805/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyas iya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasının və həmin daş karxanasında olan 17 adda texnika, qurğu və avadanlıqların iddiaçıya geri qaytarılması, texnika, qurğu və avadanlıqların geri qaytarılması mümkün olmadığı halda onların dəyəri olan 26660 manat məbləğində zərərin əvəzinin Cavabdeh1 Mənaf oğlundan iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və İsmayıl Xəlilov)
26. Apelyasiya instansiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarında ş ərh olunan göstərişlərə uyğun olaraq araşdırma nəticəsində müəyyən etmişdir ki, xx xxxx 2006-cı il tarixli icarə müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxx” ASC- nin “Yerli tikinti materialları” filialı tərəfindən İddiaçı Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 ha-dan ibarət torpaq sahəsi 25 il müddətinə icarəyə verilmişdir. xx xxxxxx 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 Mənaf oğlu arasında həmin daş karxanasında işlərin aparılması üçün sadə yazılı formada əqd, xx xxxx 2016-cı il tarixdə isə iddiaçı və digər 2 şəxsin imzası ilə təsdiq edilmiş “yoxa çıxan texnika və avadanlıq” barədə akt tərtib edilmişdir.
27. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx xxxx 2006-cı il tarixli icarə müqaviləsinin 6.2-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə qəbul edil miş öhdəliklər üçüncü tərəfə tapşırıla bilməz. Buna görə də iddiaçının icarəyə götürdüyü əmlakı üçüncü şəxsə icarəyə vermək hüququ olmadığından həmin əmlak icarəyə də verilə bilməzdi.
28. Apelyasiya instansiyası hesab etmişdir ki, tərəflər arasında sadə yazılı formada bağlanmış razılaşma qanunvericiliyin tələblərinə uyğun olmamış, habelə müqavilə adlandırılan həmin razılaşmada tərəflərin hüquq və vəzifələri, habelə müqavilənin şərtləri qeyri-müəyyən şəkildə qeyd olunmuşdur. Buna görə də həmin əqd tərəflər arasında heç bir hüquq və vəzifənin yaranmasına əsas deyildir.
29. Apelyasiya instansiyası 17 adda avadanlıqla bağlı iddia tələbi üzrə qeyd etmişdir ki, iddiaçının həmin tələblələ bağlı yeganə sübutu özü tərəfindən tərtib olunmuş və “yoxa çıxan texnika və avadanlıq” adlanan xx xxxx 2016-c ı il tarixli aktdır. İddiaçının məhkəməyə təqdim etdiyi xx xxxx 2016-cı il, xx xxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli yoxa çıxan texnika və avadanlıq, habelə vurulmuş ziyan barədə aktların heç birinin tərtibində cavabdehlərin iştirakı təmin olunmamışdır. İ 30. xx xxxx 2016-cı il tarixli aktın Cavabdeh1 Mənaf oğlu tərəfindən şəxsən imzalanması qeyd olunsa da, həmin aktda Cavabdeh1 imzasına rast gəlinməmişdir.
31. Apelyasiya icraatı qaydasında təkrarən işə baxılarkən İddiaçı iddia ərizəsində qeyd olunan avadanlıqların mövcudluğu, qiyməti və iddiaçıya məxsusluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuş, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
32. İddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq hesab etmişdir ki, qeyd edilən texnika, qurğu və avadanlıqların mövcudluğu, qiyməti, iddiaçıya məxsusluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyinə görə birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmamışdır.
33. Bununla belə, apelyasiya məhkəməsi göstərmişdir ki, “xxxxxxxxxxxxxxxx” ASC ilə bağlanmış xx xxxx 2006-cı il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarəçi kimi həmin əmlakın ona geri qaytarılmasını tələb etmək hüququ olduğundan birinci instansiya məhkəməsi Cavabdeh1 Mənaf oğlunun daş karxanasından çıxarılıb karxananın İddiaçı qaytarılması hissəsində düzgün nəticəyə gəlmişdir.
34. Cavabdehin aidiyyat qaydalarının pozulması barədə dəlilini apelyasiya məhkəməsi qəbul etməmiş və bunu onunla əsaslandır mışdır ki, hazırki iddiaya müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılması düzgün olmuşdur.
35. Apelyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 700.1, 706, 712.1, 1096.1, 1097.1, Torpaq Məcəlləsinin 66, Mülki Prosessual Məcəlləsinin 35.1, 39.1 və 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatdan keçmədən sahibkarlıqla məşğul olur, vergidən yayınır.
38. İddiaçı cavabdehlərlə icarə müqaviləsi bağlamamışdır. Çünki həmin torpaq sahəsi dövlət mülkiyyətindədir, iddiaçı ilə bağlanan icarə müqaviləsində nəzərdə tutulub ki, qeyd olunan sahə üçüncü şəxsə icarəyə verilə bilməz.
39. İddiaçı isə iddia edir ki, torpağı cavabdehlərə icarəyə vermişdir. Avadanlıq və texnikanın hamısı iddiaçıya təhvil verilmişdir.
40. Cavabdeh həmin sahədə xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2016-cı ilədək fəaliyyət göstərmiş, sonradan aralarında narazılıq yarandığına görə daş karxanasını tərk etməyə məcbur olmuşdur.
41. İddiaçı daş karxanasını cavabdehdən alıb başqa şəxsə icarəyə vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
43. Məhkə mə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianını təmin olunan hissəsində ləğv, iddianın həmin hissədə də rədd edilməsinixahiş etdilər.
44. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 712.1.1 İcarəyə verənin icazəsi olmadan torpağı üçüncü şəxslərin istifadəsinə verməyə, o cümlədən ikinci əldən icarəyə verməyə icarəçinin hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanunisahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayətində qətnamə yalnız iddianın təmin olunan, yəni Cavabdeh1 Mənaf oğlunun Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasından çıxarılması barədə iddianın təmin olunan hissəsində mübahisələndirilir. Bu baxımdan hazırki kassasiya baxışının predmetini də yalnız həmin hissə təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 Mənaf oğlunun Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasından çıxarılması barədə iddianını təmin olunan hissəsində birinci instansiya məhkəməsinin qətnamsəni dəyişdirmədən saxlyarakən düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxx 2006-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 ha-dan ibarət torpaq sahəsi “xxxxxxxxxxxxxxxx” ASC-nin “Yerli tikinti materialları” filialı tərəfindən İddiaçı 25 il müddətinə icarəyə verilmişdir.
49. Məhz həmin müqaviləyə istinadən apelyasiya məhkəməsi iddiaçının icarəçi kimi həmin əmlakın ona geri qaytarılmasını tələb etmək hüququ olması nəticəsinə gəlməkdə haqlı olmuşdur.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məc əllənin 158.1.2 və 158.4-cü maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, qanunvericiliyə görə əmlakdan istifadə hüququ da mülkiyyət hüququ kimi əmlak hüquqları sayılır və bu hüquq istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir.
51. Cavabdehin icarəyə verilən sahədə xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2016-cı ilədək fəaliyyət göstərməsi, ərazinin hazırda başqa şəxsin icarəsində olması barədə dəlillərini məhkəmə kollegiyası şikayətin təmin olunması üçün əsas hesab etmir. Çünki bu dəlil, əvvəla, işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarında irəli sürülməyib. Həmçinin bu dəlil işin faktiki halla rının araşdırılması ilə əlaqəli dəlillərdir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-805/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Aqil Abbasov Elşanə Vəliye