Məhkəmə qərarları › İş №2(102)-4959/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4959/2021

05.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4959/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X7 oğlunun katibliyi, iddiaçı X2 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)64/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Z.Əliyev küçəsi, 20 saylı evin 49 saylı mənzili üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26.03.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə X2 qızı Nəzrin Mikayılzadə, oğlu Ziya Mikayılzadə, bacısı Cavabdeh1 və sonuncunun oğlu Cavabdeh2 2007-ci ildən qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X4 iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 20 saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını və həmin qətnamənin cavabdehlərin pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasının göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 2007-ci il tarixdə formal olaraq həmin mənzilə qeydiyyata salınmışdır. Lakin onlar bir gün də olsun həmin mənzildə yaşamayıblar. Cavabdehlər mənzildə qeydiyyatda olduqlarına görə iddiaçı hər ay cavabdehlərin əvəzinə kommunal xərclərə görə pul ödəyir.

4. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər iştirak etməmişdir və iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim edilməmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2247/2018 saylı, 25.06.2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 B akı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 20 saylı evin 49 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, qətnamənin cavabdehlərin həmin mənzildə yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilində 2007-ci ildən qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda mənzilin mülkiyyətçisi və ya kirayəçisi ilə birlikdə ailə üzvü kimi yaşamadığı və onunla ümumi təsərrüfat aparmadığı üçün və bununla da kirayəçinin ailə üzvü hesab edilmədiyi halda, mübahisəli mənzildən istifadə hüququ əldə etməmişlər.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilindən hətta istifadə hüquqları əldə etmiş olsaydılar belə, onlar daimi olaraq başqa yaşayış sahəsində yaşadıqları üçün və onların yaşayış sahəsinə olmuş ehtiyacları digər mənzildə yaşamaqla təmin edildiyi halda, onların həmin mənzildən istifadə hüquqları itirilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 152, Mənzil Məcəlləsinin 60, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 60-cı maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh1 həmçinin brinci instansiya məhkəməsində işə baxılarkən xəbərdar edilmədiyini əsas tutaraq, onun mübahisəli Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılması barədə qarşılıqlı iddia vermişdir.

12. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi məhkəmənin 01.04.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında icraata qəbul edilmişdir (səh. 76).

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)-64/2021 saylı qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və eyni əsaslandırmanı təkrarlamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əsas gətirdiyi cavabdehlərin əvəzinə əsassız olaraq kommunal xərcləri ödəməsi mənzildən istifadə hüququna xitam verilməsinə əsas ola bilməz. Belə ki, kommunal xidmətlər olan su, qaz, işıq smart kart vasitəsilə istifadə ölçüdə ödənilir. Zibil pulu isə aylıq 30 qəpik təşkil edir ki, bu da bir il ərzində 3,60 manat edir. Kassatordan istədiyi halda iddiaçıya 20 ilin zibil pulunu qabaqcadan ödəməyə hazırdır. Bu barədə ona heç vaxt müraciət olunmayıb. Mənzil analarının adına alınıb. Həmin mənzilə qeydiyyata alınmağına kassatorun anası razılıq vermişdir. Kassatorun anası və iddiaçı arasında mənzilə dair bağışlama müqaviləsi bağlanarkən, mənzildən istifadə hüququna xitam verilməsinə dair şərtlər nəzərdə tutulm amışdır və kassator mənzilin iddiaçıya bağışlanmasına dair razılıq verərkən mənzildən qeydiyyatdan çıxacağına dair üzərinə öhdəlik götürməmişdir. İddiaçı kassatorun mənzildə yaşamağına qəsdən imkan verməyərək sonradan ondan gizli hazırkı iddianı vermək üçün zəmin yaranması məqsədilə mülkiyyət hüququndan sui-istifadə edib. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı səhv təfsir etmişdir, məhkəmə müəyyən edilmiş fak tlardan qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı X2 vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Cavabdeh1 teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəm ə iclasının 14 gündən tez olmayacaq tarixə təyin olunmasını xahiş etsə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçı qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Tətbiq edilən hüquq 21.Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulm azdır və dövlət tərəfindən müdafiə olunur.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərə kətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. S übut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak e dən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Buna görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Belə ki, Cavabdeh1 apellyasiya şikayəti verməklə yanaşı, birinci instansiya məhkəməsində işə baxılarkən xəbərdar edilmədiyini əsas tutaraq, apellyasiya məhkəməsində onun mübahisəli Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılması barədə qarşılıqlı iddia ərizəsi vermiş və qarşılıqlı iddia ərizəsi məhkəmənin 01.04.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında icraata qəbul edilmişdir (səh. 76).

29. Lakin apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsini ümumiyyətlə müzakirə etməmiş, hər hansı araşdırma aparmamış, bu tələb üzrə qətnamə çıxartmamışdır.

30. Qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi onu ehtiva edir k i, birinci instansiya məhkəməsi cavabdehin məhkəmədə iştirakını təmin etməmişdir. Belə ki, MPMin 155.1-ci maddəsinə müvafiq olaraq cavabdeh, işin baxılmasına başlanana kimi ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

31. Ümumi qaydaya uyğun olaraq, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir.

32. Lakin Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, MPM-in 372.5-ci maddəsinin mahiyyətinə görə dispozitivlik, çəkişmə, tərəflərin bərabərlik prinsiplərinin təmin edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi müstəsna hallarda yeni tələbi qəbul edə və ona baxa bilər.

33. Belə müstəsna halı MPM-in 372.2-ci maddəsi müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair MPM-in 372-ci maddəsində tərəflər üçün başqa müstəsna hal nəzərdə tutulmadığından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilə bilər ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. Lakin cavabdeh özündən asılı olmayan səbəblərdən qarşılıqlı iddianı birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi hallarda apellyasiya instansiyası məhkəməsi MPM-in 372.5-ci maddəsində göstərilən əsaslarla tərəflərin təqdim etdiyi yeni tələblərə baxa bilər.

35. Göründüyü kimi, cavabdehin qarşılıqlı iddia ərizəsi, onun birinci instansiya məhkəməsinin iclasında iştirakı təmin edilmədiyinə görə qəbul edilmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi MPM-nin 387.2.2-ci maddəsinin tələbinə əsasən qətnamənin ləğvi üçün əsaslardan biridir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır.

36. Bundan başqa, iddia ərizəsində cavabdehlərin “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” barədə qətnamə çıxarılması tələb edildiyi halda (iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilməmişdir), birinci instansiyası məhkəməsi “mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi”ni qət etmişdir. İddianın maddi hüquqi əsası kimi məhkəmənin istinad etdiyi Mənzil Məcəlləsinin (01 oktyabr 2009cu il tarixədək qüvvədə olmuş) 60-cı maddəsinin 10-cu hissəsinə görə, şəxsin müəyyən edildyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 37.Göründüyü kimi baxılan iddialar üzrə qanu nvericilik məhkəmənin “yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsini müəyyən etməsini tələb etdiyi halda, məhkəmə “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” barədə nəticəyə gəlmiş və bu nəticəni maddi hüquqi əsasını göstərməklə əsaslandırmamışdır.

38. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

39. Məhkəmə kollegiyası yuxarıda gös tərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)64/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar