Məhkəmə qərarları › İş №2(102)-496/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-496/2023

18.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-496/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-496/2023 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, prosessual müddətlər, apellyasiya şikayətini imzalamaq hüququ, apelyasiyanın mümkünlük əsasları) Bakı şəhəri 18 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7 661/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərardadından Cavabdeh (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 yanvar 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31a saylı evin 1 saylı mənzilindən, yeni qaydalarla ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-cı il tarixli, 2(001)-4316/2022 saylı qətnaməsi ilə (hakim Etibar Mustaf ayev) iddia tələbi təmin olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4316/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7661/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Babayev, Şərafət Məmmədova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qə rara alınmışdır.

5. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş materiallarına əsasən, qətnamə 14 sentyabr 2022-ci il tarixdə cavabdehin vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Apellyasiya şikayəti isə 18 oktyabr 2022-ci il tarixdə, yəni qətnamənin rəsmi qaydada verildiyi gündən 01 ay 04 gün gün keçdikdən sonra verilmiş, lakin birinci instansiya məhkəməsi prosessual müddətin ötürülübötürülməməsini tam və hərtərəfli araşdırmamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı tərəf prosessual müddətin bərpasına dair ərizə də verməmişdir.

6. Bununla yanaşı, elektron kabinet vasitəsilə göndərilmiş apellyasiya şikayəti cav abdehin nümayəndəsi (vəkili) kimi Vəkil1 tərəfindən imzalansa da, onun cavabdehin adından apellyasiya şikayəti vermək səlahiyyətinin olmasını təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 68, 74.2, 130.3, 135.5, 135.6, 360-363-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Qərardaddan Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(103)-7661/2022 saylı qərardadının ləğv edilməsini və Cavabdeh apellyasiya şikayətinin mümkün hesab edilməsi və mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh elektron kabineti mövcud deyil. Təsadüfi deyildir ki, birinci instansiya məhkəməsinin qətnaməsi poçt vasitəsilə cavabdehə göndərilmiş və cavabdeh tərəfindən 21 sentyabr 2022-ci il rəsmi qaydada qəbul edilmişdir. Bundan sonra Xudaverdiyeva qətnamənin məzmunu ilə tanış olaraq, ondan apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Şikayətin elektron qaydada tərtib edilməsi və təqdim edilməsi tələbinə riayət edilməsi üçün, vəkillə hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Qətnamədən apellyasiya şikayətinin təqdim edilməsi zamanı müvafiq səlahiyyətin nəzərdə tutulduğu etibarnamə də elektron sistemə əlavə edilmişdir. Məhkəmə kollegiyasının təqdim edilmiş sənədləri nəzərdən keçirmədən nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamənin əla və edilməməsi qənaətinə gəlməsi uydurma olmaqla, qəbuledilən deyil. Habelə, qərardadda cavabdeh tərəfindən qətnamənin rəsmi qaydada alınması vaxtının ümumiyyətlə göstərilməməsi, gizli saxlanılması, sənədin elektron və poçt vasitəsilə çatdırılması arasında fərqin ola biləcəyinin nəzərə alınmaması da məhkəmənin qərəzsiz mövqedən çıxış etmədiyini təsdiq edir. Nəzərə almaq lazımdır ki, qətnamədən apellyasiya şikayəti iş üzrə tərəf – Cavabdeh tərəfindən verilmişdir. Bu baxımdan Xudaverdiyevanın birinci instansiya məhkəməsinin qətnaməsini rəsmi olaraq nə vaxt alması aydınlaşdırılmalı idi. Qətnamə cavabdehə elektron qaydada deyil, sadəcə poçt vasitəsilə təqdim edilmişdir ki, cavabdeh də qanunla nəzərdə tutulan müddətdə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti verən nümayənd ənin etibarnaməsi şikayətə əlavə edilməklə məhkəməyə təqdim edildiyi halda, etibarnamənin mövcudluğu inkar edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi:

11. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

12. Maddə 129.1 İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

13. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

14. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

15. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hall ar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

16. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron k abinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

18. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

21. Qanunu n tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi nin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

24. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.2-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

25. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayə ndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətini etibarnamə üzrə imzalayan şəxs vəkil olduğundan yuxarıda qeyd edilən maddənin tələbinə görə o imzaladığı apellyasiya şikayətinə həm etibarnamə, həm də vəkil kimi order əlavə etməlidir. Bu sənədlərin əlavə edilməməsi həmin şəxsin imza səlahiyyətinin olmaması deməkdir. Bu isə həmin apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.

27. Hazırki işdən görünür ki, apellyasiya şikayətini imzalayan Vəkil1 elektron kabinetə müvafiq etibarnamə əlavə etsə də, nümayəndə olmaq üçün zəruri olan cavabdehi apellyasiya instansiya məhkəməsində təmsil etmək səlahiyyət verilmiş vəkil orderini əlavə etməmişdir. Müvafiq vəkil orderi olmadan isə o cavabdehin etibarnamə əsasın da səlahiyyətli nümayəndəsi kimi qəbul edilə bilməz.

17. Eyni zamanda, cavabdeh tərəfin vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə yerləşdirilməklə həmin tarixdə rəsmi çatdırılmış hesab edilir. Buna görə də, həmin tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixdə verilmiş apellyasiya şikayəti üzrə 1 aylıq müddət buraxılmışdır.

18. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin s istem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

19. Məhkəmə kollegiyası hesab edir ki, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması apellyasiya şikayətinin qaytarılması üçün əsas olduğundan kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir.

20. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7661/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar